Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-164/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində həyətyanı torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 2-1(116)- 844/2022 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək xx.xx.2011-ci il tarixli 371685A nömrəli və xx.xx.2011-ci il tarixli 371686A nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi və 2234 kv.m həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ünvan 1i ünvanda yerləşən 4660 kv.metr və 2234 kv.metr həyətyanı torpaq sahələrinə onun adına hazırlanmış 1 noyabr 2011-ci il tarixli və 3 noyabr 2011-ci il tarixli müvafiq olaraq 371685A və 371686A saylı Torpaq sahəsinin planı və ölçüsü sənədlərini ləğv edərək həmin torpaq sahələrinə mülkiyyət hüququnu qeydiyyata alaraq adına dövlət reyestrindən çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Bu yaxınlarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Oğuz rayon şöbəsinə mülkiyyət sənədi almaq üçün müraciət edən zaman iddiaçıya məlum olmuşdur ki, yuxarıda qeyd edilən Torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaq sahəsinin təyinatı səhvən kənd təsərrüfatı məhsulları istehsalı kimi yazılmışdır.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********24 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. A№ 371685, A№ 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin ləğv edilməsi və 0,466 ha, 0,2234 ha torpaq sahələrinin həyətyanı kimi iddiaçının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Bununla bağlı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət oluna bilər.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********75 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-844/2022 nömrəli qərardadı ilə X2, X3, X4 və X6 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşlar.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçı, vəkili və nümayəndəsi “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim etmiş və “xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində həyətyanı torpaq sahəsi kimi ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 1 dekabr 2022-ci il tarixli 2- 1(116)-844/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
11. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında onların mülkiyyətlərində olan torpaq sahəsinin onlara verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, digər faktiki halları, o cümlədən mübahisələndirilən 2234 kv.m torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi onlara verildiyi faktını araşdırmadan şikayət etdikləri qanunsuz və əsassız qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın etirazında və müatəxəssis rəylərində qeyd etdiyi fərqli mövqeləri araşdırmadan birtərəfli qərar qəbul etmişdir. Qərarın əsaslandırcı hissəsində birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın verdiyi ikinci mütəxəssis rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Qərarın əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsi onun mülkiyyətində olan torpaq sahəsinin yaşayış məntəqəsinin torpağı olduğunu nəzərə almamış və heç bir araşdırma aparmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 2-1(116)- 844/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 2-1(116)-844/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022ci il tarixli 2-1(116)-844/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mütəxəssis X8 izahatında bildirdi ki, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə torpaq sahəsinin plan və ölçüsü sənədində “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilsə də İddiaçı verilmiş mübahisə predimeti olan torpaq sahəsi Oğuz rayonu X13 Ərazi vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X2, X3, X4 və X6 məhkəmə iclasına gəlməmişlər.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A seriyalı 371685 nömrəli plan-ölçü sənədindən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 4660 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya verilmişdir. - A seriyalı 371686 nömrəli plan-ölçü sənədindən görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə 2234 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıya verilmişdir. - Pay torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvlərində 0,69 ha faktiki torpaq sahəsi vardır. - Həyətyanı torpaq sahəsi alacaq subyektlər siyahısından görünür ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadələrində 0,25 ha torpaq sahəsi vardır. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Oğuz rayonu Kərimli kəndində yerləşən, İddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 6552 kv.m və 2265 kv.m torpaq sahələrinin kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla Kərimli bələdiyyəsinin mülkiyyətinə aiddir. 6552 kv.m torpaq sahəsinin uqodiyası çoxillik əkmələr, 2265 kv.m torpaq sahəsinin uqodiyası əkindir. Sözügedən 6552 kv.m və 2265 kv.m torpaq sahələri İddiaçı istifadəsindədir. 6552 kv.m və 2265 kv.m torpaq sahələri başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və sənəd üzrə ayrılmış torpaq sahələri ilə faktiki istifadə eyni deyildir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri, kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı məhsulları istehsalı” mədsədli göstərilmişdir. Faktiki olaraq sözügedən torpaq sahələri X13 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan elektron məlumat bazasına əsasən AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri Oğuz Rayon Aqrar İslahat Komissiyasının 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri faktiki olaraq Oğuz rayonu X13 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində “kənd təsərrüfatı məhsulları istehsalı” qeyd edilmişdir. QEYD: Oğuz rayonu Kərimli kəndi ərazisində habelə digər ərazilərdə yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası əkin, örüş, çoxillik əkmələr, kolluq olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur. - 17.11.2022-ci il tarixdə məhkəməyə daxil olmuş mütəxəssis rəyinə əlavədə qeyd edilir ki, iddaçı İddiaçı adına tərtib edilmiş AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələrinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyası çoxillik əkmələrdir. - Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi barədə sorğusuna cavab olaraq DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,13 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətdədir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bir tərəfdən yol, şimal, cənub, qərb tərəfdən isə yaşayış evləri ilə qonşuluqda yerləşir. Təqdim edilmiş A-371686 nömrəli plan-ölçü sənədində kənd təsərrüfatı təyinatlı göstərilmişdir. Qonşu torpaq sahələri yaşayış məntəqəsi kimi qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
24. “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi ailə üzvləri və onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olsa da, məhkəmə araşdırması nəticəsində iş materiallarına əlavə olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi və mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir.
34. Göründüyü kimi, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin nədən ibarət olması ilə bağlı hüquqi yardım göstərmədən və İPM-in 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmişdir.
35. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri, kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilmişdir. Faktiki olaraq sözügedən torpaq sahələri X13 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin istifadəsində olan elektron məlumat bazasına əsasən AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri Oğuz Rayon Aqrar İslahat Komissiyasının 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmişdir. AN 371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 2234 kv.m, AN 371685 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 4660 kv.m torpaq sahələri faktiki olaraq Oğuz rayonu X13 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində “kənd təsərrüfatı məhsulları istehsalı” qeyd edilmişdir. QEYD: Oğuz rayonu Kərimli kəndi ərazisində habelə digər ərazilərdə yaşayış məntəqəsi sərhədləri daxilində uqodiyası əkin, örüş, çoxillik əkmələr, kolluq olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri mövcuddur.
36. Bundan başqa məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi barədə sorğusuna cavab olaraq DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Oğuz rayonu Kərimli kəndində yerləşən 0,13 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətdədir.
37. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi bir tərəfdən yol, şimal, cənub, qərb tərəfdən isə yaşayış evləri ilə qonşuluqda yerləşir. Təqdim edilmiş A-371686 nömrəli plan-ölçü sənədində kənd təsərrüfatı təyinatlı göstərilmişdir. Qonşu torpaq sahələri yaşayış məntəqəsi kimi qeydiyyata alınmışdır.
38. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən mütəxəssis X8 izahatında bildirdi ki, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzinə verildiyinə görə torpaq sahəsinin plan və ölçüsü sənədində “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilsə də İddiaçı verilmiş mübahisə predimeti olan torpaq sahəsi Oğuz rayonu X13 Ərazi vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.
40. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı pay torpağının çatışmayan hissəsinin əvəzində verildiyinə görə “kənd təsərrüfatı məhsulları istehsalı” məqsədli göstərilmişdir. Faktiki olaraq sözügedən torpaq sahəsinin X13 Ərazi Vahidinin sərhədləri daxilində yaşayış məntəqəsi torpaqlarına aid ərazidə yerləşməsi mütəxəssis rəyi, məhkəmə kollegiyası tərəfindən keçirilən yerli baxış və məhkəmə kollegiyasının iclasında mütəxəssisin verdiyi izahatla öz təsdiqini tapmışdır.
41. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli 2-1(116)-844/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2011-ci il tarixli A371686 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təyinat qrafasında kənd təsərrüfatı sözünün həyətyanı sözünə dəyişiklik edilərək, iddiaçı və ailə üzvlərinə verilmiş 2234 kv.m torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.