Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-164/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X13 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2- 1(116)-562/2024 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-562/2024 saylı qərardadı ilə X8 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala rayon X9 19 oktyabr 2005-ci il tarixli, 117 saylı Qərarı ilə JN-1900A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Zaqatala şəhəri V.İsmayılov küçəsində 0.08 ha həyətyanı torpaq sahəsi iddiaçının, mərhum atası X7, X8 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Qeyd olunan 0.08 ha torpaq sahəsi üzərində atası tərəfindən inşa edilmiş və atasına məxsus olan kürsülü ev iddiaçıya mərhum X11 tərəfindən Zaqatala rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 aprel 2005-ci il tarixli vəsiyyətnamə əsasında vəsiyyət edilmişdir. İddiaçıya vəsiyyət olunmuş ev İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli, 259 nömrəli, 82 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən X7 mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsi sonradan məhkəmə qətnaməsi əsasında naturada iki hissəyə bölünmüşdür. İddiaçıya vəsiyyət olunmuş kürsülü ev bölgü zamanı İsmayılov Kamaz və İsmayılova Arzuya verilmiş 0.04 ha hissədə qalmış və adları çəkilən şəxslər isə tam qanunsuz olaraq iddiaçıya vəsiyyət olunmuş evə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış alaraq həmin evi öz adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirmişlər. İddiaçı cavabdehə müraciət edərək, sözügedən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin, cavabdeh tərəfindən ona təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda ərizənin icrasından imtina edilmişdir.
4. Cavabdeh orqan, iddia tələbinə etirazını müraciətdə qeyd olunan məsələnin həllinin iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması ilə əsaslandırmışdır.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - AZ-İİ 195600 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixində vəfat etmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı. - Zaqatala rayon 2 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli 877 nömrəli məktubunun surəti. - Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2005-ci il tarixli 2V-75 reyestr nömrəli vəsiyyətnamənin surəti. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-973/2021 saylı qərarı. - RX ******* seriya nömrəlı, xx.xx.2018-ci il tarixli çıxarış; - Zaqatala Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli 50584 nömrəli qərarı. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-25/2018 nömrəli qətnaməsinin surəti. - JN-1900A KOD 40201004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə X14 və ailə üzvlərinə 0.08 ha torpaq sahəsi verilmişdir. - 7307 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 1 ünvanın hüquqi subyekti X2. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 05 noyabr 2024-cü il tarixli 2- 1(116)-562/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınmasından ibarətdir. İddiaçı həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə qanunsuz olaraq verildiyini, bu baxımdan da çıxarışın ləğvini tələb edir. - İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-25/2018 nömrəli qətnaməsinə ilə JN-1900A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətə verilmiş Zaqatala şəhəri V.İsmayılov küçəsində 0.08 ha həyətyanı torpaq sahəsindən 2/4 hissədə X8 və X3 naturada payı müəyyən edilmişdir. Qeydiyyatı mübahisələndirilən fərdi yaşayış evinin naturada mövcudluğu müəyyən edilməmişdir. RX ******* seriya nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və ümumi sahəsi 206,7 kv.m fərdi yaşayış evi üzərində X8 və X3 ümumi birgə qeydiyyata alınmışdır. Həmin evə dair tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evi 2007-ci ildə inşa edilmişdir. İş materiallarında olan 1996-2000-ci illərə dair Təsərrüfatbaşına kitablarda həmin dövrdə olan ünvanı ilə fərdi yaşayış evinin sahəsi 48 kv.m olaraq göstərilmişdir. Eyni ilə Zaqatala rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş 13 aprel 2005-ci il tarixli vəsiyyətnamədə də vəsiyyət olunan fərdi yaşayış evinin ünvanı əvvəlki ünvan göstərilmişdir. - Göründüyü kimi yuxarıda qeyd olunan ünvanda mövcud olmuş fərdi yaşayış evi hazırda həmin ölçülərdə deyildir. Üzərində mülkiyyət hüququ qeydə alınan fərdi yaşayış evinin ümumi sahəsi 206,7 kv.m təşkil edir. Bu baxımdan da həmin fərdi yaşayış evinin söküldüyü və ya əlavə tikili ilə artırıldığı inzibati məhkəmə araşdırmasının predmeti deyildir. Nəticə etibarı ilə yuxarıda qeyd olunan qeydiyyat sonradan inşa edilmiş fərdi yaşayış evinə və üçüncü şəxslərin naturada ayrılmış 0,04 ha torpaq sahəsinə münasibətdə aparıldığından qeydiyyatın ləğvi tələbi əsassızdır. Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab etmişdir ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
8. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2-1(116)-562/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-562/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur və o, həmin qərardan narazıdır. Qeyd olunan 0.08 ha torpaq sahəsi üzərində atası tərəfindən inşa edilmiş və atasına məxsus olan kürsülü ev ona mərhum atası X11 tərəfindən 13 aprel 2005-ci il tarixli vəsiyyətnamə əsasında Zaqatala rayon Dövlət Notariat Kontorunda tərtib edilərək təsdiq edilməklə vəsiyyət edilmişdir. Ona vəsiyyət olunmuş ev XDS İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli, 259 nömrəli, 82 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən atası X1i mülkiyyəti olmuşdur. Həmin torpaq sahəsi sonradan məhkəmə qətnaməsi əsasında naturada iki hissəyə bölünmüşdür. Ona vəsiyyət olunmuş kürsülü ev bölgü zamanı İsmayılov Kamaz və İsmayılova Arzuya verilmiş 0.04 ha hissədə qalmış və adları çəkilən şəxslər tam qanunsuz olaraq ona vəsiyyət olunmuş evə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış alaraq həmin evi öz adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirmişlər. Məhkəmə mübahisənin qanuni həlli məqsədi ilə mütləq tikinti-texniki ekspertiza təyin etməli və qərarında qeyd etdiyi 206.7 kv.m. fərdi yaşayış evinin ona vəsiyyət edilən evin üzərində ona əlavələr edilməklə inşa olunduğunu müəyyən etməli idi. Belə ki, ona vəsiyyət edilmiş ev cavabdehlərin ərazisinə bölgü əsasında düşdükdən sonra onlar həmin evə müəyyən artırmalar etmiş və sahəsini sonradan dəyişmişlər. Hesab edir ki, mübahisənin qanuni və obyektiv həlli üçün yerli baxışın keçirilməsi və tikinti-texniki ekspertizanın keçirilməsi mütləqdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili, cavabdehin nümayəndəsi və digər üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçının vəkili və digər üçüncü şəxs isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı mübahisələndirilən qərarın ləğvi və iddiasının təmin olunması ilə bağlıdır. Odur ki, apellyasiya şikayəti qərarın ləğv olunması hissəsində əsaslıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 05 noyabr 2024cü il tarixli 2-1(116)-562/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.
19. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxsə məxsus çıxarış ilkin hüquqmüəyyənedici sənədə əsasən düzgün tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
20. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
22. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
25. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
26. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
27. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
28. İş materiallarından da görünür ki, iddiaçının hüquqi marağı X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınmasından ibarətdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Belə ki, iş materiallarında olan kollegiyanın sorğusu əsasında Zaqatala Rayon Məhkməsinin 20 may 2025-ci il tarixli məktubuna əlavə edilmiş ekspert rəyindən müəyyən olunur ki, JN-1900A KOD 40201004 saylı iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə müəyyən edilmiş 0,08 ha həyətyanı torpaq sahəsindən, həmin sahədə olan tikililər nəzərə alınmaqla iddiaçıların payına düşən 2/4 hissənin naturada ayrılması mümkündür. Bölgü zamanı, iddiaçıların istifadələrində olan fərdi yaşayış evini onların istifadələrində saxlanılmaqla 2/4 paya uyğun 0,04 ha torpaq sahəsi ayrılan zaman bölgü sərhəddi müəyyən edilir. Bölgü sərhəddi torpaq sahəsinin qarşı tərəfinin (küçə istiqamətindən) mərkəzindən torpağın arxa divarına qədər perpendikulyar düz xətt boyunca 30,20 m. olmaqla müəyyən edilir.
30. Bundan başqa, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Zaqatala şəhəri, V.İsmayılov küçəsində yerləşən JN seriyalı 1900A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən tərəflərin ümumi birgə mülkiyyətində olan 0,08 ha torpaq sahəsindən iddiaçılar X12 və X5 hər birinin payı 1/4 hissə olmaqla birlikdə 0,08 ha torpaq sahəsinin 2/4 hissə, yəni 0,04 ha müəyyən edilməsi və həmin hissənin həyətin qabaq hissəsindən (uzunluğu 25,7) tam orta nöqtəsindən perpendikulyar istiqamətdə həyətin arxa hissəsindəki hasara qədər uzanmaqla (qabaq hissədən tərəflərin hərəsinə 12,85 mert olmaqla) naturada ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
31. Həmçinin məhkəmə kollegiyası tərəfindən mübahisələndirilən torpaq sahəsinə yerində baxış keçirilmiş, müayinə zamanı müəyyən edilmişdir ki, 0,08 ha torpaq sahəsi qanuni qüvvəyə minmiş qətnamə əsasında iki hissəyə naturada ayrılmışdır. Üçüncü şəxslərə ayrılan 0,04 ha torpaq sahəsində ümumi sahəsi 206,7 kv.m fərdi yaşayış evi mövcuddur. Həmin evə dair tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evi 2007-ci ildə inşa edilmişdir. Həmin evə üçüncü şəxslər sahiblik etməklə istifadə edirlər.
32. Digər tərəfdə yerləşən naturada ayrılmış 0,04 ha torpaq sahəsində də fərdi yaşayış evi mövcuddur və həmin fərdi yaşayış evi iddiaçı və üçüncü şəxsin atası X6 13 aprel 2005-ci il tarixdə vəsiyyətnamə əsasında vəsiyyət etdiyi fərdi yaşayış evidir. İddiaçıya vəsiyyət olunmuş ev İcraiyyə Komitəsinin 17 iyul 1986-cı il tarixli, 259 nömrəli, 82 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən X7 mülkiyyəti olmuşdur. AZ-İİ 195600 seriya nömrəli ölüm haqqında şəhadətnamədən də görünür ki, X11 xx.xx.2005-ci il tarixində vəfat etmişdir.
33. Göründüyü kimi, həmin torpaq sahəsində iki fərdi yaşayış evi mövcuddur. Ekspert rəyində də iki fərdi yaşayış evinin mövcudluğu müəyyən edilir. İddiaçının qeyd etdiyi kimi atasının vəsiyyət etdiyi fərdi yaşayış evi hazırda üçüncü şəxslərin adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış əsasında qeydiyyata alınan və 2007-ci ildə inşa edilən fərdi yaşayış evi deyildir. İddiaçının da, torpaq sahəsinin hazırda mübahisələndirilən fərdi yaşayış evi ilə birgə üçüncü şəxslərə naturada ayrılmasından məlumatı olmuş, həmin qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə onun şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(033)-25/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Bundan başqa, iddiaçının ekspertiza təyin edilməsi barədə dəlilinə münasibət bildirərək Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının subyektiv hüququ olmadığından əlavə ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz.
35. Həmçinin iddiaçı tərəfə iddia tələbinin dəyişdirildiyi təqdirdə iddiasının uğurlu olması istiqamətində hüquqi yardım göstərilməsinə də zərurət qalmır. Ona görə ki, hər bir halda iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
36. Eyni zamanda, iddiaçıya vəsiyyət olunmuş kürsülü evin bölgü zamanı Kamaz İsmayılovun və Arzu İsmayılovanın mülkiyyətində olan 0.04 ha torpaq sahəsində olması və qanunsuz olaraq iddiaçıya vəsiyyət olunmuş evə xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarış alınaraq həmin evin üçüncü şəxslərin adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.
37. Odur ki, iddiaçının iddia etdiyi fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməməsi onun bu fərdi yaşayış evinə dair subyektiv hüququnun olmadığını göstərir. İddiaçı yalnız qanuni hüquqlarını qorumaq və ya pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edə bilər. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçıların faktiki istifadəsi - qanundan və ya müqavilədən irəli gəlmirsə tələbin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğu istisna edilir.
38. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
39. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.
40. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.».
41. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
42. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.
44. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən (iddiaçının həmin fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması) iddiaçının belə bir hüququnun mövcudluğu məhkəmə tərəfindən müəyyən olunmuş hallarla təsdiq olunmur.
45. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərinin iddianın təmin edilməsinin əsası kimi qəbul etmir.
46. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2-1(116)-562/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.
47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2-1(116)-562/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X8 və X3 adına verilmiş 0.04 ha torpaq sahəsində yerləşən evin xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli reyestrdən Çıxarışın evə aid hissəsinin ləğv edilməsi və evin mərhum atası X6 adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.