Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-165/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X11 ailə başçısını itirməyə görə mərhum anası X12 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2-1(116)-2031/2024 nömrəli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X13 mərhum X6 əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə göndərərək “X13 mərhum X6 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2031/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(014)-989/2019 qətnaməsi ilə X18 X7 övladlığa götürülməsi barədə ərizəsi təmin edilmiş, uşağın soyadının, adının və ata adının “X22” qeyd edilməsi, atasının “X14” və anası "X25", doğulduğu gün, ay, il xx.xx.2013-cü il qeyd edilməsi qərara alınmışdır. Mərhum atası X15 xx.xx.2015-ci il tarixdə, anası X25 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə azyaşlı X22 iddiaçının qəyyumluğundadır. Anasının vəfatından sonra ailə başçısını itiməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qurum xx.xx.2024-cü il tarixli məktubla (xx.xx.2024-cü il tarixdə təqdim edilib) bildirmişdir ki, mərhum atası xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən və X11 övladlığa götürülməsi üçün müraciət etmədiyi üçün onun pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi mümkün deyil. Hesab edir ki, cavabdeh orqanın mövqeyi əsassızdır. Belə ki, X11 doğum şəhadətnaməsinə ata adı qrafasında “X14” qeyd edilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı etirazını belə əsaslandırmışdır ki, İddiaçı qəyyumluğunda olan X13 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra, H Məcidli məhkəməyə təqdim etdiyi iddia ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış, yaxud l və ya ll qrup əlilliyi olan atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 14.1.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər. Qanunun 18.3-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. İş materiallarından göründüyü kimi, X4 Yunus Hidayət oğlunun ailə üzvü olmamış və onun tərəfindən övladlığa götürülməmişdir. X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X19 övladlığa verilmişdir. Göründüyü kimi, X2 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X14 artıq vəfat etmişdir. Buna görə də, X6 ölümü ilə əlaqədar X13 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - AZ-İ 719854 nömrəli ölüm haqqında Şəhadətnamə, - AZ-İ №012408 nömrəli övladlığa götürmə haqqında Şəhadətnamə, - AZ İV № 319742 nömrəli doğum haqqında Şəhadətnamə, - Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-989/2019 saylı qətnaməsi, - Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu, - Ağdaş rayon İHB-nın xx.xx.2024-cü il tarixli 17 №-li sərəncamı.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 04 noyabr 2024-cü il tarixli 2- 1(116)-2031/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X13 mərhum X6 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X19 övladlığa verilmişdir. X2 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X14 artıq xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bununla belə sözügedən qətnamədə uşağın valideyni – atası olaraq “X14”nun qeyd edilməsi göstərilmiş və həmin qətnamənin icrası qaydasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X14” qeyd edilmişdir. X22 mərhum X6 nəvəsi olmuşdur. Nəzərə alınmalıdır ki, mərhum babanın ümümiyyətlə övladlığa götürülmə ilə bağlı iradə ifadəsi olmamış və övladlığa götürülmə prosesinin sonu uşağın X25 tərəfindən övladlığa götürülməsi ilə nəticələnmişdir. İstinad olunan məhkəmə qətnaməsi və uşağın doğum haqqında şəhadətnaməsi mərhum babanın ata kimi göstərilməsi ilə bağlı formal hüquqi vəziyyət yaratsa da, qeyd olunan hal ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün hüquqi əsas yaratmır. Yəni, faktiki olaraq övladlığa götürmə 2015-ci ildən sonra nənəyə münasibətdə baş verdiyi üçün mərhum babanın sağlığında uşağa himayədarlıq etməsi və övladlığa götürmənin həyata keçirilməsi müəyyən olunmur. Faktiki olaraq X22 ilə mərhum X14 arasında övladlığa götürən və övladlığa götürülən münasibətləri hüquqi baxımdan mövcud olmamışdır. Buna görə də, məhkəmə hesab etmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)- 989/2019 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ailə başçısı kimi qəbul edilməsinə səbəb ola bilməz.
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2-1(116)-2031/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız cavabdehin gətirdiyi arqumentlərə hüquqi qiymət verməklə tərəflərindən təqdim olunan mötəbər sübutlara istinad etməmiş, səlahiyyətli dövlət qurumlarının verdikləri və iddiaçının xeyrinə şərh olunmalı sənədləri qiymətləndirməmişdir. Hansı ki, qanuni qüvvəsini almış məhkəmə qərarı, qanunvericiliyin müvafiq tələbləri iddianın təmin edilməsi üçün kifayət qədər yetərli idi. Hesab edirlər ki, məhkəmənin qərarı ədalətsiz və qanunsuz olduğu üçün ləğv edilməli və tələblərinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2031/2024 nömrəli qərarı tam əsaslı və qanunauyğun olmuşdur. Belə ki, X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X19 övladlığa verilmişdir. Göründüyü kimi, X2 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X14 artıq vəfat etmişdir. Buna görə də, X6 ölümü ilə əlaqədar X13 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edirik ki, iddiaçının apellyasiya şikayəti formal olmaqla, heç bir hüquqi əsasa söykənməmişdir. - Nəzərə alınmalıdır ki, mərhum babanın ümümiyyətlə övladlığa götürülmə ilə bağlı iradə ifadəsi olmamış və övladlığa götürülmə prosesinin sonu uşağın X25 tərəfindən övladlığa götürülməsi ilə nəticələnmişdir. İstinad olunan məhkəmə qətnaməsi və uşağın doğum haqqında şəhadətnaməsi mərhum babanın ata kimi göstərilməsi ilə bağlı formal hüquqi vəziyyət yaratsa da, qeyd olunan hal ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün hüquqi əsas yaratmır. Yəni, faktiki olaraq övladlığa götürmə 2015-ci ildən sonra nənəyə münasibətdə baş verdiyi üçün mərhum babanın sağlığında uşağa himayədarlıq etməsi və övladlığa götürmənin həyata keçirilməsi müəyyən olunmur. Faktiki olaraq X22 ilə mərhum X14 arasında övladlığa götürən və övladlığa götürülən münasibətləri hüquqi baxımdan mövcud olmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə haqlı olaraq hesab etmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-989/2019 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ailə başçısı kimi qəbul edilməsinə səbəb ola bilməz. Yuxarıda qeyd edilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2031/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X11 ailə başçısını itirməyə görə mərhum anası X12 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 may 2025-ci il tarixli, 2- 1(107)-165/2025 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2-1(116)- 2031/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi nəzərə alınaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2-1(116)- 2031/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur; 1.0.12. əmək pensiyasının sığorta hissəsi- fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; Maddə 4.Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 6. Əmək pensiyası ödənişinin maliyyə mənbələri 6.2. Əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 20-ci maddəsində nəzərdə tutulan əlavələr, həmin əlavələrin indeksləşdirilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə 2022-ci ildə müəyyən etdiyi və 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardım və həmin maddi yardımın bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilməsi nəticəsində yaranan xərclər dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Maddə 14.Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Maddə 16. Övladlığa götürənlərin və Övladlığa götürülənlərin əmək pensiyası hüququ 16.1 .Övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 16.2 Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Maddə 17. Ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.31 -ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1 -ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. 18.5. Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. 18.6.Sığortaolunanın və ya əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının varisləri olmadıqda, onun fərdi şəxsi hesabının yığım hissəsində olan vəsaitlər və əmək pensiyasının yığım hissəsi üzrə alınmamış vəsaitlər müvafiq icra hakimiyyəti orqanının büdcəsinin gəlirlərinə aid edilir.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Apellyasiya şikayətinin mümkünlüyü
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçı tərəfin apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı qəyyumluğunda olan uşağın ailə başçısını itirməyə görə anası mərhum X12 almış olduğu (1204,49 manat) pensiya məbləğinə uyğun pensiyanın təyin olunmasına nail olmaqdır.
23. Məhkəmə kollegiyası iş materiallarını, qanunvericiliyin yuxarıda bəhs olunan normalarını nəzərə alaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizənin nəzərə alınmaqla iddianın təmin edilməsini məqsədə müvafiq hesab edir.
24. Məhkəmə kollegiyası öz mövqeyini aşağıdakı kimi əsaslandırır.
25. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 mart 2025-ci il tarixli 3-17-1/2-53926/2025 nömrəli sorğunun cavablandırılması haqqında məktubdan görünür ki, mərhum X24 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və şəxsin pensiya işində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixinədək ödənilmişdir.
26. Məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 aprel 2025-ci il tarixli 3-17-1/2-91108/2025 nömrəli sorğunun cavablandırılması haqqında məktubdan isə görünür ki, mərhum X24 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və şəxsin pensiya işində olan məlumatlara əsasən Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixdə 1204,49 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
27. İş materiallarında olan sənədlərdən görünür ki, azyaşlı X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X19 övladlığa verilmişdir. X25 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə azyaşlı X22 iddiaçının qəyyumluğundadır. X1 birlikdə yaşadıqları və X12 vəfat etdiyi dövrədək hər ay Rəna Məcidovaya ailə başçısını itirməyə görə müəyyən məbləğdə pensiya ödənişi aparılmışdır. Aydındır ki, məhz bu ödənişlər hesabına Rəna Məcidova özü və oğlu X16 zəruri ehtiyaclarla təmin etmişdir. Rəna Məcidova vəfat etdikdən sonra qanuni əsas olmadan X32 Məcidovanın mərhum əri X8 münasibətdə ailə başçısı itirməyə görə aldığı məbləğdən deyil, Rəna Məcidovanın ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası (384.87 manat) təyin edilmişdir.
28. Göründüyü kimi, Rəna Məcidovanın əri Y.Məcidovun vəfatından sonra mərhum X19 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində və şəxsin pensiya işində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2024-cü il tarixinədək ödənilmişdir. Buna baxmayaraq cavabdeh haqlı olmayaraq R.Məcidovanın vəfatından sonra himayəsində olmuş azyaşlı X13 Rəna Məcidovanın ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə 384.87 manat əmək pensiyası təyin etmişdir.
29. Birinci məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X14 vəfat edərkən azyaşlı X22 onun himayəsində olmamış, onun övladlığına verilməmişdir. Lakin, doğum şəhadətnaməsində uşağın atası qrafasında “X14” qeyd edilmişdir. X22 mərhum X6 nəvəsi olmuşdur. Nəzərə alınmalıdır ki, mərhum babanın ümümiyyətlə övladlığa götürülmə ilə bağlı iradə ifadəsi olmamış və övladlığa götürülmə prosesinin sonu uşağın X25 tərəfindən övladlığa götürülməsi ilə nəticələnmişdir. Faktiki olaraq X22 ilə mərhum X14 arasında övladlığa götürən və övladlığa götürülən münasibətləri hüquqi baxımdan mövcud olmadığından Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-989/2019 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ailə başçısı kimi qəbul edilməsinə səbəb ola bilməz.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq vurğulayır ki, iddiaçı özü də X11 mərhum X6 himayəsində olmasını bildirməmişdir. Yəni qiymət verilməli hal ondan ibarətdir ki, X25 vəfat edərkən aldığı məbləğ nə qədər olmuşdur (hansı növ pensiya almışdır) və X25 ailə başçısı kimi vəfat edərkən ailə başçısını itirməyə görə X11 əmək pensiyası hüququ olan ailə üzvü olmuşdurmu. Mübahisə doğurmur ki, həm Rəna Məcidova vəfat edənə qədər ailə başçısını itirməyə görə əmək pensiyası almışdır, həm də ailə başçısı kimi vəfat edən zaman Y.Y.Məcidli ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur.
31. Beləliklə, R.Məcidova vəfat edənə qədər ailə başçısı olmuş X9 itirməyə görə əmək pensiyası almış, özü ailə başçısı kimi vəfat edən zaman X22 ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvü olmuşdur. "Əmək pensiyaları haqqında” Qanunun 14.1.1-ci və 16-cı maddələrinin tələbi X13 münasibətdə mövcud olmuş, X11 mərhum anası R.Məcidova vəfat edən vaxta qədər aldığı pensiya məbləğinə müvafiq olaraq ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmışdır.
32. Odur ki, X13 mərhum Rəna Məcidovanın ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə 384.87 manat əmək pensiyası təyin edilməsi barədə cavabdehin mövqeyi əsaslı olmamışdır.
33. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, X13 təyin ediləcək pensiyanın anası R.Məcidova vəfat edənə qədər aldığı pensiya məbləğinə uyğunlaşdırılmaqla ailə başçısını itirməyə görə pensiya hüququ yarandığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.
35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli 2-1(116)-2031/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə “cavabdeh tərəfindən qəbul edilmiş qərarın dəyişdirilərək, qəyyumluğa götürülmüş X13 ailə başçısını itirməyə görə mərhum anası X12 almış olduğu pensiya məbləğinə uyğun pensiyanın təyin edilməsi” öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.