Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-166/2022 14.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin, gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)- 985/2022 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin, gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə müvafiq olaraq, iddiaçılara xx.xx.2022-ci il tarixli yardım məktubu ünvanlanaraq, “Torpaq islahatı haqqında” Qanunun 20 və 22-ci maddələrinin, həmçinin, İPM-in 35-ci maddəsinin tələbləri izah edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Qəbələ Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olmadığı bildirilmişdir. Yardım məktubunda həmçinin qeyd edilmişdir ki, iddia tələbinin Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarının və onun əsasında digər hüquqmüəyyənedici sənədlərə uyğun olaraq verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı birinci hissəsi İPM-in tələblərinə əsasən mümkün sayılmamalıdır. Eləcə də iddiada qeyd olunan digər tələblər iddia ərizəsinin birinci hissəsi ilə bağlı olduğuna görə həmin hissədə də iddianın mümkünlüyü məsələsi təsir göstərir.
3. Eyni zamanda bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi gediş-gəliş yolunun açılması ilə bağlı tələb üzrə qanunvericiliyin tələblərinə müvafiq olaraq cavabdehlik daşıyan orqan deyildir.
4. Qeyd edilən məsələlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirmələri üçün iddiaçılara 10 gün müddətində vaxt təyin edilmişdir.
5. Yardım məktubunu aldıqdan sonra iddiaçılar xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni ərizədə iddia tələbinin xahiş etdi hissəsindən “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarın ləğv olunması” hissəsini çıxararaq, cavabdeh tərəfindən X2 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* saylı ********* qeydiyyat nömrəli çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
6. Faktiki olaraq iddiaçılar iddia tələbinin “xahiş etdi” hissəsində dəyişiklik edərək Qəbələ Rayon Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsini tələb etmələrinə dair hissəni qeyd etməsələr də, mübahisələndirdikləri X2 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın Qəbələ rayon AİK qərarı ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında rəsmiləşdirildiyi iş materialları və cavabdehin imtinası ilə müəyyən edilmişdir.
7. İddiaçılar bu şəkildə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, formal olaraq iddianın mümkünlüyü tələbindən yan keçməyə çalışmışlar. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 5 may 2022-ci il tarixli 2- 1(116)-985/2022 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin, gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 həmin qərardaddan apellyasiya şikayəti vermişdir. 10.Şəki Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərardadı ilə Vəndam Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən yardım məktubu ilə iddiaçılara müraciət edilsə də, iddia ərizəsində göstərilən problemin konkret həll yolları istiqamətində yardım göstərilməmişdir. İlkin iddia ərizəsində Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarın və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH ******* saylı ********* qeydiyyat nömrəli çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin, gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması barədə qərar qəbul olunması xahiş olunsa da, məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubuna əsasən iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* saylı ********* qeydiyyat nömrəli çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə qaytarılması” həddində dəqiqləşdirilmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən artezian quyusu Qəbələ rayonu Vəndam qəsəbəsində təsərrüfat forması kim mövcud olan Miçurin adına kolxozun sifarişi ilə 1980-ci illərin əvvəllərində kolxozun 10 saylı briqadasının ərazisində sakinləri içməli su ilə təmin etmək məqsədilə kənarları çəpərlənmiş kolxoza məxsus torpaq sahəsində qazılaraq istifadəyə verilmişdir. Sonradan həmin artezian quyusunun yaxınlığında qəsəbə sakini X5 həyətyanı torpaq sahəsi alaraq yaşayış evi tikdirdikdən sonra sakinlərin içməli suya olan tələbatında ciddi problemlər yaranmışdır. Qəbələ Rayon Vəndam Bələdiyyəsinin cavabdehə müraciəti və cavabdeh tərəfindən verilmiş imtina məktubu iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə təqdim olunmuşdur. Sözügedən yardım məktubunda iddia müddətlərinin hüquq sistemində rolu və əhəmiyyəti, hüquq münasibəti iştirakçılarının öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etməsi qeyd olunsa da, iddia müddətinin ötürülüb-ötürülmədiyi, ötürüldüyü təqdirdə isə hansı hərəkətləri etmək barədə iddiaçılara yardım edilməmişdir. İddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi verilməsinə baxmayaraq qərardad qəbul edilərkən ilkin iddiaya istinad edilmişdir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasını həm də belə izah edir “artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin, gediş-gəliş yolundan artezian istiqamətində yolun açılması (iddia tələbi dəqiqləşdirilərkən bu tələbdən imtina edilmişdir) tələb edilmişdir ki, iddiaçıların Vəndam Bələdiyyəsinin adından belə bir tələblə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər” qənaətinə gəlmişdir. Qeyd olunan Qanunların tələblərindən göründüyü kimi, Vəndam Bələdiyyəsinin mülkiyyətində olmalı olan, lakin qanunsuz olaraq X2 şəxsi mülkiyyətinə verilmiş torpağa - artezian quyusunun yerləşdiyi və əvvəllər yüz nəfərdən artıq sakinin ümumi istifadə etdiyi torpağa münasibətdə qanunun düzgün tətbiq edilməsi və haqq-ədalətin bərpası istiqamətində Vəndam qəsəbəsində yaşadıqlarından iddiaçı olaraq hər birinin subyektiv hüququ yaranmış olur. Məhkəməyə təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsindən görünür ki, mübahisə inzibati məhkəmənin səlahiyyətinə aiddir və iddianın məqsədi qanunsuz qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş xx.xx.2007-ci il tarixli MH ******* saylı ********* qeydiyyat nömrəli çıxarışın qismən ləğv olunması, artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasını təmin etmək, həmçinin, ümumi istifadədə olan torpaq sahəsində yerləşən artezian suyundan istifadə ilə bağlı pozulmuş hüquqlarının bərpasından ibarətdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2- 1(116)-985/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-985/2022 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-985/2022 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, Vəndam Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır.
17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155İQ nömrəli Qanununun: 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası X9 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X1 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X9 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası X9 Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X9 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X1 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir.
18. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.
19. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli 978 nömrəli Qanununun: 3-cü maddəsinin dördüncü hissəsinə sasən, torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası X9 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasında sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə X9 Komissiyası yaradılmış, Prezidentin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası X9 Komissiyası haqqında Əsasnamə" təsdiq edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
24. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıların iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
27. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar ilkin iddia tələbində Qəbələ Rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarının və cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğv olunmasını tələb etmişlər və bununla bağlı iddiaçılara yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Yəni inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.
28. İddiaçılar məhkəməyə təqdim etdikləri dəqiqləşdirilmiş iddia ərizəsində iddia tələbindən “Qəbələ rayon Aqrar İslahat Komissiyasının X3 münasibətdə xx.xx.1998-ci il tarixli qərarının qismən ləğvi” hissəsini çıxarmış, xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışın qismən ləğvini tələb etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdehin İddiaçı1yevə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 0,42 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş və həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur.
29. Göründüyü kimi, iddiaçılar dəqiqləşdirilmiş iddia ərizəsində Qəbələ rayon AİK-nın qərarını mübahisələndirməsələr də, qismən ləğvinə nail olmaq istədikləri çıxarışda qeyd edilən 0,42 ha torpaq sahəsinin X5 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyi müəyyən olunmuşdur.
30. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyil.
32. Bundan başqa iddia tələbinin ikinci hissəsində artezian quyusu, su çəni və transformatorun yerləşdiyi 0,04 ha torpaq sahəsinin Vəndam Bələdiyyəsinin mülkiyyətinə verilməsi, həmçinin gediş-gəliş yolundan artezian quyusu istiqamətində yolun açılması tələb edilmişdir ki, iddiaçılar Vəndam Bələdiyyəsinin adından belə bir tələblə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər. Gediş-gəliş yolunun açılması isə hazırkı cavabdehin səlahiyyətinə aid olmamaqla yanaşı inzibati deyil mülki məhkəmə icraatı qaydasında baxılmalı məsələdir.
33. Belə ki, cavabdeh inzibati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2).
34. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı ilə 0,42 ha torpaq sahəsi X2 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Onun mülkiyyət hüququ JN 1260A saylı 40600048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən təsbit edilmişdir. Həmin şəhədətnamənin verilməsinə əsas Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarıdır. Sonuncu qərarla Respublikada torpaq islahatı gedən zaman subyektlərin, torpaqdan pay almaq hüququ olan şəxslərin siyahısı dəqiqləşdirilmişdir. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 19 nömrəli qərarı hal-hazırda da qüvvədədir və mübahisələndirilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, X1 qərarları inzibati akt olduğundan, həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
37. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə bir neçə sənəd, o cümlədən "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnamə", "Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə", "Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə" təsdiq edilmişdir.
38. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası X7 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir.
39. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1995-ci il tarixli 290 nömrəli Fərmanının sadalanan Əsasnamələrin təsdiq edilməsinə aid hissəsi ləğv edilmişdir.
40. Sadalanan normalardan görünür ki, sovxoz və kolxozların islahatının, o cümlədən torpaq islahatının aparılması Azərbaycan Respublikası X9 Komissiyasının, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının, rayon və yerli X1 səlahiyyətinə aid edilmişdir. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin islahatını aparmaq məqsədi ilə xx.xx.1995-ci ildə X9 Komissiyası yaradılmış, xx.xx.1997-ci ildə islahatın aparılması qaydalarını müəyyən edən Əsasnamələr və digər sənədlər təsdiq edilmiş, torpaq islahatı başa çatdıqdan sonra xx.xx.2005-ci ildə Azərbaycan Respublikası X9 Komissiyası, xx.xx.2016-cı ildə isə qeyd olunan Əsasnamələr ləğv edilmişdir.
41. Göründüyü kimi, hazırda cavabdehə qarşı irəli sürülən tələb həmin orqanın səlahiyyətlərinə aid deyil. Bu səlahiyyətlər aqrar islahat komissiyalarına məxsus olmuş, həmin komissiyalar isə artıq ləğv olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir.
42. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
43. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.
44. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
45. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)- 985/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli 2-1(116)-985/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.