Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-166/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və peşə təhsili aldığı müddətin stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-1958/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “57 yaşının tamam olduğu 12 mart 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və peşə təhsili aldığı müddətin stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1982-ci ildən Şəki rayon Cəfərəbad pərakəndə ticarət müəsissəsində 6 ay çalışmışdır. 1979-cu ildən 1982-ci ilə qədər Şəki 43 saylı peşə məktəbində təhsil almışdır. 1982-ci ilin oktyabr ayından 1984-cü ilə qədər Hərbi xidmət keçmişdir. 1984-cü ilin oktyabrından 1986-cı ilə qədər Mingəçevir ş. Mənzil İstismar İdarəsində montyor işləmişdir. xx.xx.1986-xx.xx.2000-ci və xx.xx.2001xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində növbətçi elektrik montyoru böyük növbətçi elektrik montyoru vəzifələrində Azərbaycan AZ DRESS-də çalışmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, peşə təhsili aldığı müddət sosial sığorta stajına daxil edilməmişdir.
3. Cavabdeh orqan imtina cavabını xx.xx.1986-xx.xx.2000-ci və xx.xx.2001xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə uyğun olmaması, buna görə də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az (3 ay 2 gün (xx.xx.2001-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) olması, eyni zamanda iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (22 il 4 ay 1 gün (xx.xx.1982 xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) olması ilə əsaslandırmışdır.
4. Eyni zamanda cavabdeh orqan bildirmişdir ki, “Əmək pensiyasları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə əsasən 29 iyun 2022-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə münasibətdə 48000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24478,75 manat təşkil etmişdir.
5. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il tarixli etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Şəki Cəfərəbad pərakəndə ticarət müəssisəsində işlədiyini, 1979-cu il tarixdən 1982-ci il tarixədək Şəki şəhər 43 saylı peşə məktəbində təhsil aldığını, 1982-ci il tarixdən 1984-cü il tarixədək hərbi xidmətdə olduğunu, 1984-cü il tarixdən 1986-cı il tarixədək Mingəçevir Şəhər Mənzil İstismar İdarəsində montyor vəzifəsində işlədiyini, xx.xx.1986-xx.xx.2000-ci və xx.xx.2001-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində "xxxx" MMC-də növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru peşəsində işlədiyini iddia etmiş və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək təhsil aldığı dövr də sosial sığorta stajına daxil edilərək 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
6. Hesab edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.
7. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona 57 yaşdan xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının 23 fevral 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmadığı üçün onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 2 gün), ümumi iş stajı isə 25 ildən az (22 il 4 ay 1 gün) təşkil etmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
8. İş materiallarına əlavə olunmuş AZE******** seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, hal-hazırda 59 yaşı vardır.
9. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
10. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-111QD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 N°-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
11. Eyni zamanda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X2 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.
12. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən mərkəzi filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az (3 ay 2 gün (xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər)) olduğu müəyyən edilmişdir.
13. Mübahisələndirilən güzəştli sosial sığorta stajı: xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər; mübahisələndirilməyən güzəştli sosial sığorta stajı: xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər.
14. Eyni zamanda İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (22 il 4 ay 1 gün (xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (hərbi xidmət dövrü), xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər) olduğu müəyyən edilmişdir.
15. Beləliklə, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru peşəsinin qazanxana, turbin (buxar-gaz turbini) avadanlığının təmiri, yanacagötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir.
16. Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə əsasən 29 iyun 2022-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə ona münasibətdə 48000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24478,75 manat təşkil etmişdir.
17. Həmçinin, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanan 19 iyul 2023-cü il tarixində daxil olmuş 3-17-1/3-1-67032/2023 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci iİ tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə" Əsasnamənin 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrində əyani təhsil müddəti ümumi iş stajına daxil edilir.
18. X1 1979-cu ildən 1982-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilməmişdir. Bu səbəbdən də həmin dövrün onun ümumi iş stajına daxil edilməsi mümkün deyil.
19. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 22 il 4 ay 1 gün (1979-cu il tarixdən 1982-ci il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməmişdir), güzəştli sığorta stajı isə 3 ay 2 gündür (xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər vəzifə uyğunsuzluğu səbəbindən sosial sığorta stajına daxil edilməmişdir).
20. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir.
21. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
22. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.
23. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az, ümumi iş stajı 25 ildən az olduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
25. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
26. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
27. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 dekabr 2023-cü il tarixli 2- 1(116)-1958/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
28. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
29. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə ona 57 yaşdan xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının 23 fevral 2023-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarım bəndində (a) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmadığı üçün onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 2 gün), ümumi iş stajı isə 25 ildən az (22 il 4 ay 1 gün) təşkil etmişdir. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməmişdir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndirilən güzəştli sosial sığorta stajı: xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər; mübahisələndirilməyən güzəştli sosial sığorta stajı: xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər. Eyni zamanda İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (22 il 4 ay 1 gün (xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (hərbi xidmət dövrü), xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər) olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru peşəsinin qazanxana, turbin (buxar-gaz turbini) avadanlığının təmiri, yanacagötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun olmaması səbəbindən həmin dövrlər onun sosial sığorta stajına aid edilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)- 1958/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-1958/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)- 1958/2023nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
32. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - 820750 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1979 cu il tarixdə Şəki şəhər 43 №-li orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci il tarixdə suvaqçı, üzlükçü, plitə döşəyən peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. - НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982- xx.xx.1984-cü il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - xx.xx.1985-ci il tarixli ИТ-İ ******* №-li və xx.xx.2000-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1982– xx.xx.1982, xx.xx.1986– xx.xx.2000, xx.xx.2000– xx.xx.2001 xx.xx.2001– xx.xx.2006 - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 07-31 nömrəli “İşin xarakteri haqqında” arayışdan görünür ki, iddiaçı xx.xx.1986-cı il tarixdə "xxxx"-nin 330 kv-luq APQ-də 6 qrup növbətçi elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. (Əmr 404, xx.xx.1986), xx.xx.1986cı il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sexdə tutduğu vəzifədə 6-cı qrup böyük növbətçi elektrik montyoru vəzifəsində müstəqil işə buraxılmışdir. (Əmr 132/Ş xx.xx.1986) xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Elektrik sexində 500 kv-luq APQ-də 7-ci qrup növbətçi elektrik montyoru işləmişdir. (Əmr 46/k xx.xx.1992) xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad edilir. (Əmr 75/k xx.xx.2000) xx.xx.2001-ci il tarixdə "xxxx"-nin Elektrik sexinə, Elektrik maşınlarının təmiri sexinə 5-ci dərəcəli elektrik çilingər vəzifəsinə qəbul edilmişdir. (Əmr 269/k xx.xx.2001), xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Elektrik sexinin “Əməliyyat heyəti”ndə 5ci qrup növbətçi elektrik montyoru vəzifəsində, (Əmr 357/k,xx.xx.2001). xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək Elektrik sexində 6-cı qrup növbətçi elektrik montyoru vəzifəsində (Əmr 877/k, xx.xx.2003), xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Elektrik sexinin “Əməliyyat heyəti”ndə APQ-500 kv-luq yarımstansiyaya xidmət edən 6-cı qrup elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 189/Ş,xx.xx.2003). xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexin “Əməliyyat heyəti’ndə APQ-500 kv-luq yarımstansiyaya xidmət edən 7-cı qrup elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 412/Ş.xx.xx.2008). xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə Əmək müqaviləsinə xitam verilmişdir. (Əmr 68/Ş, xx.xx.2009). İddiaçı işlədiyi müddət ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surəti, havanın hərarəti, nisbi nəmlik, iş yerində havanın temperaturu 1-ci sinif təhlükəli, səs-küy, titrəmə faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2000ci il tarixədək 8%, 12%, xx.xx.2001-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 12%, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 20% əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar ‘Azərbaycan DRES”- Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı” sının 24-cü elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. "xxxx" MMC-də ümumi iş stajı 22 il 01 ay, 16 gün təşkil edir. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-9-100/01-07-58 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının 13-cü bölməsinin “a” bəndində və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin” “a” bəndində göstərilmiş, qazanxana, turbin (buxar qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığını və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğundur, qeyd edilən vəzifələrlə eyni xidmətləri yerinə yetirmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 07-57 nömrəli istehsalat fəaliyyəti haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2000-ci il tarixinə qədər "xxxx"-nin Elektrik sexinin Əməliyyat heyətində 330/500kV APQ sahəsində növbətçi elektik montyoru və böyük növbətçi elektrik montyoru işləmişdir. İşlədiyi müddət ərzində xidmət etdiyi sahədə sahə gərginliyinin intensivliyinin təsirinə məruz qalmışdır. xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci iltarixinə qədər Elektrik sexində elektrik çilingəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində enerji bloklarının qazan və turbin bölməsində, yanacaq-nəqliyyat sexində, kimya sexində iş fəaliyyəti ilə məşğul olmuşdur və titrəmə, yüksək səs tezliyinin təsiri altında işləmişdir. xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinə qədər enerji bloklarında növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru kimi işləmişdir. Növbəli iş rejimində işləməsi ilə bərabər iş müddətində enerji bloklarının Qazan və Turbin bölməsində elektrik avadanlıqlarına xidmət göstərmişdir. xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin Elektrik sexinin 330/500kV APQ sahəsində 500kV elektrik avadanlıqlarına xidmət edən böyük növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. O, səs-küy, titrəmə, əməyin ağırlığı, yeknəsəkliyi, əsəb, emosional intelektual gərginlik, ən yüksək tezlikli, havanın temperaturu yüksək olan zərərli iş şəraitində işlədiyi üçün ona hər ay əmək haqqının 20%-i həcmində əlavə əmək haqqı ödənilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
33. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
34. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
35. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
36. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
37. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
39. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-1958/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
41. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
42. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
43. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının bitdiyi xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1964-cü ildə doğulub).
45. Cavabdeh orqan apellyasiya şikayətini iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının 25 ildən az olması, iddiaçının xx.xx.1986-xx.xx.2000-ci və xx.xx.2001-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektik montyoru vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə uyğun olmaması ilə əsaslandırır.
46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
47. Cavabdeh orqan iddia tələbinə etirazda bildirir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 22 il 4 ay 1 günə bərabərdir (1979-cu il tarixdən- 1982-ci il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməmişdir). İddiaçının 1979-cu ildən 1982-ci ilədək təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrün onun ümumi iş stajına daxil edilməsi mümkün deyil.
48. İş materiallarında olan iddiaçının texniki peşə təhsilinə dair sənəddə həmin təhsilin qiyabi formada alınmasına dair hər hansı qeyd yoxdur və cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsində peşə təhsili müəssisələrində təhsilalmanın əyani formada həyata keçirilməsi qeyd edilmişdir.
49. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
50. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
51. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik texniki peşə təhsili müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.
52. İddiaçı xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi sığorta stajı (22 il 4 ay 1 gün) ilə texniki peşə təhsili aldığı müddətin (2 il, 10 ay, 13 gün) cəmi 25 il, 2 ay, 14 günə bərabərdir ki, bu da tələb olunan 25 ildən çoxdur.
53. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, iddiaçının xx.xx.1986-xx.xx.2000, xx.xx.2001- xx.xx.2006 və xx.xx.2001-xx.xx.2001-cı il tarixlərdə işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru və 5-ci dərəcəli elektrik çilingəri vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə kodu ******* a-18455 və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahı” sının 24-cü elektrik stansiyaları, enerjiqatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Sözügedən vəzifədə iddiaçının xüsusi iş stajının müddəti 12 il 6 aydan çoxdur.
54. Bununla yanaşı apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-9-100/01-07-58 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının 13-cü bölməsinin “a” bəndində və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin” “a” bəndində göstərilmiş, qazanxana, turbin (buxar qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığını və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidməti üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğundur, qeyd edilən vəzifələrlə eyni xidmətləri yerinə yetirmişdir.
55. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 07-57 nömrəli istehsalat fəaliyyəti haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2000-ci il tarixinə qədər "xxxx"-nin Elektrik sexinin Əməliyyat heyətində 330/500kV APQ sahəsində növbətçi elektik montyoru və böyük növbətçi elektrik montyoru işləmişdir. İşlədiyi müddət ərzində xidmət etdiyi sahədə sahə gərginliyinin intensivliyinin təsirinə məruz qalmışdır. xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci iltarixinə qədər Elektrik sexində elektrik çilingəri vəzifəsində çalışmışdır. Bu müddət ərzində enerji bloklarının qazan və turbin bölməsində, yanacaq-nəqliyyat sexində, kimya sexində iş fəaliyyəti ilə məşğul olmuşdur və titrəmə, yüksək səs tezliyinin təsiri altında işləmişdir. xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinə qədər enerji bloklarında növbətçi elektrik montyoru, böyük növbətçi elektrik montyoru kimi işləmişdir. Növbəli iş rejimində işləməsi ilə bərabər iş müddətində enerji bloklarının Qazan və Turbin bölməsində elektrik avadanlıqlarına xidmət göstərmişdir. xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin Elektrik sexinin 330/500kV APQ sahəsində 500kV elektrik avadanlıqlarına xidmət edən böyük növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. O, səs-küy, titrəmə, əməyin ağırlığı, yeknəsəkliyi, əsəb, emosional intelektual gərginlik, ən yüksək tezlikli, havanın temperaturu yüksək olan zərərli iş şəraitində işlədiyi üçün ona hər ay əmək haqqının 20%-i həcmində əlavə əmək haqqı ödənilmişdir.
56. Məhkəmə kollegiyasının qənaətinə görə göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yarandığından və xx.xx.2006-cı ilədək ümumi və xüsusi iş stajı ilə bağlı tələb iddiaçıya münasibətdə ödənildiyindən, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və peşə təhsili aldığı müddətin stajına daxil edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
58. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 2-1(116)-1958/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.