Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-167/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Şəki şəhər şöbəsi) qarşı “xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarından DSMF-in Şəki şəhər şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxxxx 1972-ci il tarixdə texniki peşə məktəbinə daxil olmuşdur, xx xxxxxx 1973-cü il tarixdə həmin texnikumu traktorçu maşinist ixtisası üzrə tam kursu bitirmişdir. xx.xx.1973-cü il tarixdən traktorçu kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Ümumilikdə 27 ildən artıq əmək stajı və 65 yaşı var. Bu fakt ona məxsus əmək kitabçasında öz əksini tapır. Bu səbəbdən DSMF-in Şəki şəhər şöbəsinə müraciət edərək hüququ yarandığı tarixdən, xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla 23 il 3 ay 24 gün əmək stajı olduğunu əsas gətirərək ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab etmişdir ki, imtina tam qanunsuzdur. İlk öncə onu qeyd edir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan “Əmək peniyaları haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsi ona şamil edilə bilməz. Bu səbəbdən ki, həmin Qanun qüvvəyə minənədək onun yaşa görə əmək peniyası almaq hüququ yaranmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli protokol qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinadən 63 yaş 6 ayı tamam olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (xx.xx.2019-cu il tarixə 17245,44 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ əldə edirlər. İddiaçının təqdim etdiyi sənədlərə - əmək kitabçasının surətinə, hərbi xidmətdə olmasına dair arayış və əmək haqqı arayışlarına əsasən, cəmi 23 il 3 ay 24 gün sığorta stajı və bu staja uyğun olaraq pensiya kapitalı 16798,63 manat təşkil etmişdir. Yuxarıdakıları nəzərə alaraq vətəndaşın tələb olunan 25 il sığorta stajı və 17245,44 manat pensiya kapitalı olmadığı üçün yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən X1 izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən əmək stajı 23 il 3 ay 24 gündür. Əgər iddiaçının tələbində qeyd etdiyi müddət stajına daxil edilsə, onda onun tələb olunan 17245,44 manat pensiya kapitalı tamamlanar. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-154/2020 nömrəli qərarı ilə iddia təmin edilərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı, xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçı attestatına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil almışdır. Lakin vətəndaşın əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdə işə qəbul olunmuş, arxiv arayışına əsasən isə iyul ayından əmək haqqı almışdır. Lakin Məhkəmə qərarında xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı əyani təhsil alması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddət əmək kitabçasında qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bunun səbəbi araşdırılmamışdır. Lakin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 22-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və ya qulluqçuların əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və ya qulluqçular üçün açılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr tarixli 17 №li Qərarı ilə təsdiq olunmuş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının sosial sığorta stajının hesablanması prosedurunun 3.1.1-ci bəndinə istinadən Qanunun qüvvəyə mindiyi günədək, xx.xx.2006-cı il tarixədək, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-in Şəki şəhər şöbəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli 5/977 nömrəli məktubu, 2590 nömrəli attestatın təsdiqlənmiş surəti, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, xx.xx.2019-ci il tarixli 06 nömrəli və xx.xx.2019-cu il tarixli 06 nömrəli pensiya hesablanması üçün əmək haqqı baradə arayışlar, xx.xx.2018-ci il tarixli 07 nömrəli və xx.xx.2019-cu il tarixli 140 nömrəli arayışlar, xx.xx.2018-ci il tarixli 655 nömrəli, xx.xx.2019-cu il tarixli 51/1 nömrəli, xx.xx.2019-cu il tarixli 45/10 nömrəli və xx.xx.2019-cu il tarixli 45/11 nömrəli arxiv arayışları, xx.xx.2018-ci il tarixli 08 nömrəli əmək haqqında arayış aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət qismən əsaslıdır və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarı qismən ləğv edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iş materiallarında olan cavabdehin nümayəndəsinin yazılı izahatına əsasən, iddiaçının mübahisiləndirilməyən əmək stajı 23 il 3 ay 24 gündür. Əgər onun iddiasında göstərdiyi təhsil aldığı xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək və işlədiyi xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək olan dövr əmək stajına daxil edilirsə, onda onun tələb olunan 17245,44 manat pensiya kapitalı tamamlanır. O da onun yaşa görə əmək pensiyası təyin olunması üçün yetərlidir. Halbuki, cavabdeh inzibati orqan iddiaçının mübahisiləndirilməyən 23 il 3 ay 24 gün əmək stajına onun təhsil aldığı və həmin dövrdə işləyərək əmək haqqı alığı xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək olan dövrü də nəzərdə tutmuşdur. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil alması 2590 nömrəli attestatın təsdiqlənmiş surəti, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işləməsi isə ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti ilə öz təsdiqini tapır. Lakin ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək istehsalat təcrübəsi keçmək üçün sovxoza traktor briqadasına traktorçu vəzifəsinə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı, xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini qoymuşdur. İşdən göründüyü kimi, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil alması 2590 nömrəli attestat, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işləməsi isə ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ilə öz təsdiqini tapdığından həmin dövrdə qüvvədə olan qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə görə, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsinin i) yarımbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli 1044 saylı Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu bəndində ali və orta ixtisas təhsili məktəblərində təhsil dövrü iş stajına daxil edilirdi. xx xxxxxxxx 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, “əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Göründüyü kimi, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil almış, lakin birinci instansiya məhkəməsi iddiaçının ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdə işə qəbul olunmasını, Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 51/1 nömrəli arxiv arayışına əsasən isə iyul ayından əmək haqqı almasını nəzərə almamışdır. Bununla yanaşı, DSMF-in Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna əsasən, iddiaçının yaşa görə əmək pensiyası almaq üçün yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçının attestatına əsasən, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil almışdır. Lakin iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdə işə qəbul olunmuş, arxiv arayışına əsasən isə iyul ayından əmək haqqı almışdır. Ancaq məhkəmə qərarında xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarında qeyd edilən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək olan dövr nəzərə alınmaqla və xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı müddət məhkəmə qərarı əsasında iddiaçının sosial sığorta stajına daxil ediləcəyi təqdirdə, xx.xx.2006-cı il tarixədək cəmi 24 il 1 ay sosial sığorta stajı təşkil edər. Nəticədə iddiaçının tələb olunan pensiya kapitalı tamamlandığından yaşa görə əmək pensiyası almaq hüququ yarana bilər. Yuxarıda qeyd olunan işin hallarını və sadalanan hüquq normalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil almış olsa belə, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, xx.xx.1973-cü il tarixdə işə qəbul olunmuş, Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 51/1 nömrəli arxiv arayışına əsasən isə iyul ayından əmək haqqı almışdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının yalnız təhsil aldığı, işləmədiyi və əmək haqqı almadığı illər, yəni, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin əmək kitabçasında qeyd olunmaması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işləmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Kollegiya tərəfindən müəyyən edildi ki, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun təhsil aldığı illər, hərbi xidmət, əmək kitabçasında qeyd olunan işlər və arxiv arayışına əsasən cəmi 24 il 1 ay sığorta stajının olması müəyyən edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 25 il stajı tamamlanmasa belə onun qeyd olunan stajına əsasən 17245,44 manat pensiya kapitalının tamamlanması müəyyən olunmuş, onun pensiya hüququnun yarandığı vaxt tələb olunan pensiya kapitalının minimum məbləğinin 17245,44 manat olduğu, təhsil aldığı və işlədiyi müddətin də daxil ediləcəyi halda tələb olunan pensiya kapitalının formalaşması təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Şəki şəhər şöbəsinin İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasına təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı qismən, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarı qismən, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulsun. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-154/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-167/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-167/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver