Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-167/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərarından iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçının mülkiyyətində ünvan 2 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) vardır. Sonuncunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 24 yanvar 2012-ci il tarixdə iş üzrə cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak hazırda "xxxx" ASC-də ipoteka ilə yüklüdür. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"nə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən mağaza binasının 2-ci mərtəbəsini binanı yenidən rekonstruksiya etmək yolu ilə inşa etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına icazə”yə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin Zaqatala filialının 24 dekabr 2021-ci il tarixli, 566 nömrəli məktubundan da göründüyü kimi, sonuncu, İddiaçı yeni yaranmış əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********98 nömrəli imtina məktubunda qeyd etmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan qeyd olunan qeyri-yaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********82 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində iş üzrə icraata zəruri cəlb olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində icraata adi qaydada cəlb olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmamışdır.
11. İddiaçı və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmışdır.
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 149,6 kv.m hissəsində təmin edilməmişdir.
14. İddiaçı və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etsə də birinci instansiya məhkəməsinin qərarından bgelə başa düşülür ki, sanki iddiaçı zərzəmi sahəsinin layihədən kənar 67,3 kv.m hissəsi və Z.Əliyeva adına parkın ərazisinə aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi üzərində də mülkiyyət hüuququnun dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Halbuki, iddiaçı yalnız Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli 70 nömrəli Sərncamında və “Memarlıq planlaşdırma həlli”ndə, o cümlədən, Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 9 dekabr 2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına İcazə” sənədində qeyd olunan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zizəmili mağaza binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını inzibati orqandan xahiş etmişdir. Zəbt olunan sahə və əlavə tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı tələbindən ümumiyyətlə söhbət getmir. İşdən də göründüyü kimi, İddiaçı mülkiyyətində ünvan 2 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 1 nərtəbəli, 69.8 kv.m olan qeyri-yaşayış binası (mağaza) vardır. Sonuncunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları 24 yanvar 2012-ci il tarixdə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilmişdir. Qeyd olunan əmlak hazırda iş üzrə üçüncü şəxs "xxxx" ASC-də ipoteka ilə yüklüdür. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"nə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən mağaza binasının 2-ci mərtəbəsini binanə yenidən rekonstruksiya etmək yolu ilə inşa etmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 9 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına İcazə" yə əsasən, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin Zaqatala filialının 24 lekabr 2021-ci il tarixli, 566 nömrəli məktubundan da göründüyü kimi, sonuncu İddiaçı yeni yaranmış əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. İddiaçı Atayeva X6 şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu 19 yanvar 2022-ci il tarixli **********98 nömrəli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir. Cavabdeh inzibati orqan imtina məktubunda göstərmişdir ki, texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulan qeyd olunan qeyriyaşayış binasının zirzəmi sahəsi layihədən 67.3 kv.m kənarlaşma ilə inşa edilməsi ilə yanaşı, dövlət mülkiyyətinə Zərifə Əliyeva adına parkın ərazisinə aid olan 0.011 ha (110 kv.m) torpaq sahəsi tərəflərindən zəbt olunduğu göstərilmişdir. Həmin zəbt olunmuş dövlət mülkiyyətinə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79.7 kv.m hissəsi və pilləkən sahəsinin 21.3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşdiyi bildirilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatından imtinasını ona görə qanunsuz və əsassız hesab etmişlər ki, iddiaçı Atayeva X6 şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi-13 ünvanında yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmişdir. Cavabdeh inzibati orqan isə İddiaçı üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istəmədiyi əmlaklar üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Nəticədə, iddiaçı Atayeva X6 şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi-13 ünvanında yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla" rəsmiləşdirilməsi öhdəliyinin iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının "08" iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sistemində daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma işlərinin aparılmasına dair Texniki Təlimat"a əsasən daşmmaz əmlakla bağlı tərtib etdiyi texniki pasportlarda zəbt olunmuş torpaq sahəsini və əlavə aparılmış tikintiləri qeyd etməklə daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına almalı olduğu halda, hazırkı işdə öz diskresion səlahiyyətlərindən İddiaçı ziyanına sui-istifadə etmişdir. İşdən də göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"nə uyğun olaraq hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulmuş qeyri-yaşayış binasını inşa etmiş, o cümlədən, tikintinin sənəd üzrə olan hissəsini Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"ndə göstərilən ölçülər uyğun aparmışdır. Lakin, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsi zirzəmi sahəsinin layihədən kənar 67.3 kv.m hissəsi və Zərifə Əliyeva adına parkın ərazisinə aid olan 0.011 ha (110 kv.m) torpaq sahəsini tərtib etdiyi texniki pasportda qeyd etməklə Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində iddiaçının hüquqlarını qeydiyyata almalı olduğu halda bundan imtina etmiş və Şəki İnzibati Məhkəməsi qanunsuz və əsassız olaraq həmin imtinanı qanuni hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"nə uyğun olaraq hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulmuş qeyri-yaşayış binasını inşa etmiş, o cümlədən, tikintinin sənəd üzrə olan hissəsini Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və "Memarlıq planlaşdırma həlli"ndə göstərilən ölçülər uyğun aparmış, nəticədə, Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına İcazə"yə əsasən Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına İcazə"dən əvvəl isə aidiyyatı bütün dövlət orqanları Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və s.) aparılmış tikintinin həm normativ, həm də texniki tələblərə uyğun) olması ilə bağlı rəy vermişdirlər. Lakin, Şəki İnzibati Məhkəməsi qüvvədə olan bütün bu sənədlərə tənqidi yanaşaraq, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının inşa edilmiş həmin bina ilə bağlı sənədlərinin qanuniliyini şübhə altına almışdır. Şəki İnzibati Məhkəməsinin qərarından belə başa düşülür ki, vətəndaşlar hazırki işdə 10-a yaxın dövlət orqanının verdiyi sənədlərə heç bir halda etimad göstərməməli, yalnız, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin qənaətini özünə prioritet seçməlidir. Təbii ki, belə bir yanaşma qanunsuz və əsassız olmaqla yanaşı, yanlış məhkəmə təcrübəsinin yaranmasını, ən əsası isə hakimiyyətlərinin bölünməsi prinsipinə ciddi xələl gətirmiş olar. Şəki İnzibati Məhkəməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 19 yanvar 2022-ci il tarixli **********98 nömrəli hüquqların dövlət qeydiyyatından imtina olunması ilə bağlı bildirişin "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələblərinə cavab verib-verməməsini araşdırmalı idi. İşdən də göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2017-ci il tarixli, 70 nömrəli Sərəncamına və “Memarlıq planlaşdırma həlli"nə uyğun olaraq hazırda üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması nəzərdə tutulmuş qeyri-yaşayış binasını inşa etmiş, nəticədə, Azərbaycan Respublikası Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 09 dekabr 2021-ci il tarixli, 04/a nömrəli "Tikinti obyektinin istismarına İcazə"yə əsasən Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13-də yerləşən ümumi sahəsi 219,4 m2 olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının istismarına icazə verilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərarının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1043/2022 nömrəli qərarının ləğv edilməsini və işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1043/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, üçüncü şəxslər "xxxx" ASC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmişdir.
19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Zaqatala RİH başçısının Zaqatala şəhər nümayəndəsinin xx.xx.2003-cü il tarixli 20 saylı sərəncamından çıxarışdan görünür ki, X4 şəhərin Vidadi küçəsində, Mərkəzi Rayon Xəstəxanasının şərq hissəsində olan dövlət torpaq fondundan sahibkarlıq məqsədilə 99 il müddətinə 80,0 kv.m torpaq sahəsi icarəyə verilmişdir. xx.xx.2003-cü il tarixli 56 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və 80 kv.m torpaq sahəsi sahibkarlıq məqsədilə 99 il müddətinə X4 icarəyə verilmişdir. Zaqatala RİH başçısının xx.xx.2004-cü il tarixli 130 nömrəli sərəncamının təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, həmin sərəncamla Zərifə Atayevaya icarəyə götürdüyü torpaq sahəsində mağaza binasının tikintisinə razılıq verilmişdir. xx.xx.2006-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki,xx.xx.2005-ci ildə vəfat etmiş X3 vərəsəsi qızı X2r. Miras əmlak 0,008 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70 kv.m olan bir mərtəbəli mağaza binasından ibarətdir. xx.xx.2006-cı il tarixli ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X1 şəhəri Vidadi küçəsi, 0,008 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 70 kv.m mağaza binasını İddiaçı satmışdır. MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, Zaqatala şəhəri Vidadi küçəsində icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70 kv.m olan bir mərtəbəli qeyriyaşayış (mağaza) binası tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. xx.xx.2011-ci il tarixli 3348 nömrəli “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, iddiaçının icarəsində olan 80 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ona satılmışdır. MA seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,8 kv.m olan qeyri-yaşayış (mağaza) binası iddiaçının xüsusi mülkiyyətindədir. Zaqatala RİH başçısının xx.xx.2017-ci il tarixli 70 nömrəli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, iddiaçıya Zaqatala şəhəri Z.Əliyeva 13 (keçmiş Vidadi) ünvanında yerləşən özünə məxsus mağaza binasının ikinci mərətəbəsinin tikintisinə icazə verilmişdir. "xxxx" ASC Zaqatala filialının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 566 nömrəli məktubda qeyd olunur ki, xx.xx.2021-ci il tarixli 071-MKOS/AZN-2021 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixli, 071-MKOS/2021-İM saylı İpoteka müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Seriya MA №0289512, reyestr nömrəsi **********81-06301, qeydiyyat nömrəsi ********** olan ünvan 8 ünvanında yerləşən 0,008 ha torpaq sahəsində ümumi sahəsi 69,8 kv.m olan qeyri-yaşayış binası (mağaza) “TuranBank “ASC-nin xeyrinə yüklü edilmişdir. Qeyd edilən əmlaka dair yeni çıxarış almaq üçün müraciətə əsasən bildirilmişdir ki, həmin əmlakın və yerləşdiyi 0,008 ha torpaq sahəsinin "xxxx" ASCdə yüklülükdə qalması şərti ilə, yeni çıxarış alındıqdan sonra xx.xx.2021-ci il tarixli, 071/MKOS/2021-İM saylı ipoteka müqaviləsinə əlavə dəyişikliyin Notarial qaydada rəsmiləşdirilməsi və DƏDRX-nin müvafiq Ərazi İdarəsində ipotekanın əlavə dövlət qeydiyyatına alınması, eləcə də qeyd olunan əməliyyatlar zamanı yaranan xərclərin borclu (və ya ipoteka qoyan) tərəfindən tam, qeyd şərtsiz qarşılanması şərti ilə yeni çıxarışın alınmasına "xxxx" ASC etiraz etməmişdir. xx.xx.2021-ci il tarixli 04/a nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən mağaza binasına yenidənqurma işləri aparmaqla ikinci mərtəbə əlavə edilməsinə Zaqatala RİH tərəfindən icazə verilmişdir. Sənəddə tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m olaraq göstərilmişdir. Zaqatala RİH tərəfindən xx.xx.2017-ci il tarixli 70 nömrəli “obyektin tikintisinə icazə”nin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, mağaza binası 80,0 kv.m torpaq sahəsində yerləşir, tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m, 2 mərtəbəli və zirzəmilidir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən 0,008 ha torpaq sahəsi qeydiyyat nömrəsi ********** olan xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətinə işlənilmişdir. Həmin 0,008 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 74.2-ci maddəsinə görə isə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. 75-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin maddənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3-cü maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4-cü maddəsinə əsasən “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.6-cı maddəsinə görə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7-ci maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9-cu maddəsinə görə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11-ci maddəsinə görə tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12-ci maddəsinə görə tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13-cü maddəsinə əsasən tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. 75.14-cü maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15-ci maddəsinə əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
25. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.7-1-ci hissəsinə əsasən həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı kimi müəyyən edilmişdir: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə verilməklə): 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları.
26. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. 1.3-cü bəndinə görə yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir.
27. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsində mümkün sayılmamışdır.
34. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin Zaqatala şəhəri, Zərifə Əliyeva (keçmiş Vidadi) küçəsi 13 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasının 69,8 kv.m hissəsi mümkün sayılmışdır.
35. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, ünvan 5 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 69,8 kv.m olan qeyri-yaşayış (mağaza) binası iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daha sonra iddiaçı həmin qeyri-yaşayış binasına yenidənqurma işləri aparmaqla ikinci mərtəbə əlavə edilməsinə Zaqatala RİH tərəfindən icazə verilmişdir. Sənəddə tikintialtı sahə 80,0 kv.m, ümumi sahə 219,4 kv.m olaraq göstərilmişdir. Daha sonra iddiaçı ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir.
36. Məhkəmə kollegiyası tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binasına tərəflərin iştirakları ilə yerli baxış keçirilmişdir. Yerli baxışda müəyyən edilmişdir ki, mağaza binası 2 mərtəbə və zirzəmidən ibarətdir. Girişdən birinci mərtəbəyə daxil olduqdan sonra sağ tərəfdə pilləkən vasitəsilə zirzəmiyə düşülür. Zirzəmidə sol tərəfdə iki boş otaq var otaqda isə 2 sütun yerləşir. Zirzəminin qarşı tərəfi isə iddiaçıya məxsus olmayan zəbt olunmuş torpaq hesabına genişləndirilmişdir.
37. Bundan başqa müəyyən edilmişdir ki, qeydiyyata alınması tələb olunan qeyriyaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətinə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir.
38. Cavabdeh orqan iddia tələbinə etirazında göstərmişdir ki, qeydiyyata alınması nəzərdə tutulan qeyd olunan qeyri-yaşayış binasının zirzəmi sahəsi layihədən 67,3 kv.m kənarlaşma ilə inşa edilmişdir. Həmçinin, iddiaçı tərəfindən dövlət mülkiyyətinə (Zərifə Əliyeva adına parkın ərazisinə) aid olan 0,011 ha (110 kv.m) torpaq sahəsi zəbt olunmuşdur. Belə ki, həmin zəbt olunmuş dövlət mülkiyyətə aid olan torpaq sahəsində sözügedən qeyri-yaşayış binasının zirzəmi sahəsinin 79,7 kv.m hissəsi və pilləkən sahəsinin 21,3 kv.m hissəsi (səkinin altındakı torpaq sahəsində) yerləşir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
40. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
41. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
42. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 219,4 kv.m olan 2 (iki) mərtəbəli və zirzəmili mağaza binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2-1(116)-1043/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.