Məhkəmə qərarları › İş №2-1(107)-168/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-168/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-168/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X16, üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X8, X9, X6) qarşı “X10 və X13 adına 29.08.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2-1(116)- 1104/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X8, X9, X6) qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək “X10 və X13 adına 29.08.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, üçüncü şəxslərlə iddiaçı doğma bacı-qardaşdır. 1968-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində anadan olmuş və daimi olaraq atası X3 təsərrüfatında yaşamışdır. Üçüncü şəxslər də iddiaçı kimi, atası və anasının yanında yaşamışlar. X23 anası Mələk Mehdiyeva ilə birlikdə 1950-ci illərdə yaşayış evi inşa etmişlər və bu gün də həmin ev mövcuddur. Ayrı torpaq almaq məqsədilə atası hər birinin təsərrüfatını ayırmış və təsərrüfat başına kitabda onun təsərrüfatı ayrıdır. Ancaq həmin təsərrüfatda yaşayış evi olmadığından atasının mülkiyyətində olan evdə yaşamaqda davam etmişdir. Atası 1992-ci ildə vəfat etmişdir. Üçüncü şəxs Gülsüm Əhmədovadan başqa iddiaçı və digər üçüncü şəxslər həmin evdə yaşamışlar. Bacısı X1 rayon Məhkəməsində anası X11 miras qalmış evin vərəsələr arasında bölüşdürülməsi tələbinə dair iddia qaldırmış və məhkəmədə bildirmişdir ki, 1972-ci il təvəllüdlü qardaşı X10 atası X3 1950-ci ildə inşa etdirdiyi evə mülkiyyət sənədləri verilməsi üçün müraciət edərkən 09.06.2020-ci ildə məlum olmuşdur ki, X10 anası X21 ilə ümumibirgə mülkiyyətinə verilmiş 0.2642 ha torpaq sahəsinin JN-151F nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə əsasında həmin fərdi yaşayış evini öz adına mülkiyyət hüquqları əsasında qeydə aldırmış və onun adına 29.08.2019-cu ildə ********** saylı çıxarış verilmişdir. Halbu ki, 1989-cu ilin fevral ayında həmin fərdi yaşayış evi atası X3 adına qeydə alınmış və fərdi yaşayış evi fonduna daxil olan evin texniki pasportu hazırlanmışdır. Bildiyi qədər evin qeydiyyat vəsiqəsi hazırlanmalı idi. Ancaq atası 1992-ci ildə vəfat etdiyindən qeydiyyat vəsiqəsinin alınıb-alınmamasını bilməmişdir. Əlavə olaraq bildirmək istəyir ki, anası 27.12.2012-ci ildə vəfat etdikdən sonra X10 həyatyanı torpağını yarıdan bölmüş və boş sahədən özünə yaşayış evi inşa etdirmişdir. Atasının inşa etdirdiyi fərdi yaşayış evində isə özü və bacısı yaşayırlar. Fərdi yaşayış evi qeydə alınarkən onun həyətində 2018-ci ildə inşa etdirdiyi anbar, darvaza və qapıda onun mülkiyyətində olması kimi göstərilmişdir. Hazırda onların arasında miras əmlak bölgüsü ilə bağlı mübahisə vardır. X10 və atası X3 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayış evini 2004cü ildə hazırlanmış, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanuna əsasən verilən torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 1972-ci il təvəllüdlü X5 adına qeydə alınaraq çıxarış verilməsi qanunsuz və ləğv olunmalıdır. İddiaçıya 18.06.2020-ci il tarixli yardım məktubu göndərilmiş, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğu bildirilmiş və qeyd edilmişdir ki, bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsinin müəyyən edilməsidir. Yardım məktubunda iddiaçıya bildirilmişdir ki, iddia ərizəsində olan sənədlərə cavabdeh orqana müraciət etmə və müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Bundan əlavə eyni zamanda inzibati orqan olan DƏDRX-in 17 saylı Ərazi İdarəsini iş üzrə icraatda cavabdeh qismində müəyyən etsə də sonuncu tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmamış və cavabdehin səlahiyyətinə aid olan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə DƏDRX-in 17 saylı Ərazi İdarəsinə müraciət etməyini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 09.06.2020-ci il tarixli **********68 nömrəli imtina məktubu çıxarışın ləğv edilməsinə dair müraciətdən edilən imtina deyil, çıxarışın verilməsinə dair müraciətdən olunan imtinadır. Ləğvini tələb etdiyi ********** nömrəli çıxarış isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamə əsasında verilmişdir. Yəni qeyd olunan çıxarışın ləğv olunması üçün ilk növbədə onun verilməsinə əsas olan şəhadətnamə ləğv edilməlidir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamə isə Yevlax rayon Aqrar İslahat Komissiyasının 25.04.1998-ci il tarixli, 30 nömrəli qərarı əsasında verilmişdir. Odur ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamənin ləğv edilməsinə nail olmanız üçün ilk öncə həmin qərarı mübahisələndirməli və bu tələbə müvafiq olaraq cavabdehi müəyyən etməlisiz. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 14 iyul 2020-ci il tarixli 2-1(116)- 1104/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X8, X9, X6) qarşı “X10 və X13 adına 29.08.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2-1(116)- 1104/2020 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-1(116)-1104/2020 saylı qərardadına əsasən onun DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı X10 və X13 adına 29 avqust 2019-cu il tarixdə verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiam qeyri mümkün sayılmışdır. Qərardadın surəti ona göndərilməmiş, yaxud göndərilmiş qərardadı qəbul etmiş şəxs mən və ailə üzvlərim olmamışdır. Ona təqdim olunmuş xəbərnamədəki imza ona məxsus deyildir. Məhkəməyə işiylə bağlı məlumat verilməsi üçün müraciətimə 05 fevral 2021-ci ildə cavab verildikdə ona hazırki qərardad məlum olmuşdur. İddianı qeyrimümkün sayan məhkəmə göstərmişdir ki, ona 18 iyun 2020-ci il tarixdə yardımm məktubu göndərilmişdir. Ancaq ona belə bir məktub çatmamışdır. Əgər bununla bağlı xəbərnamə mövcuddursa hər iki xəbərnamədəki imzaların ekspertizaya göndərilməsinə etiraz etmir. Digər tərəfdən məhkəmə ona yardım göstərmək vəzifəsini yerinə yetirmək əvəzinə, formal olaraq ona məktublar ünvanlamaqla vəzifəsini bitmiş hesab edə bilməzdi. Məhkəmə onu dəvət etmədən necə yardım göstərə bilərdi. Hesab edir ki, iddia tələbinin düzgün tərtib edilməsi ilə bağlı məhkəmə tərəfindən ona yardım göstərilməmişdir. Bu səbəbdən də o, iddianı düzgün tərtib edə bilməmişdim. Hesab edir ki, məhkəmə onu dəvət edərək mümkün iddia ilə bağlı yardımını faktiki həyata keçirdikdən sonra iddianın mümkünlüyünə baxa bilərdi. Yardımla bağlı məktub ona çatmadığı halda məhkəmə necə hesab edə bilərdi ki, ona yardım göstərmişdir. O, cavabdeh orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Həmin məktubdan isə görünür ki, atası X3 1950-ci ildə inşa etdirdiyi fərdi yaşayı evini cavabdeh orqan X10 ilə anası X13 ümumibirgə mülkiyyətinə verilmiş 0.2642 ha torpraq sahəsinin JN-151F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onların ümumibirgə mülkiyyəti kimi qeydə aldırmış və onların adına 29 avqust 2019-cu ildə ********** saylı Çıxarış verilmişdir. O, həmin vaxt cavabdeh orqana atasının inşa etdirdiyi evə mülkiyyət sənədləri verilməsi üçün müraciət etmişdi və bundan 09 iyun 2020-ci ildə müvafiq məktubu aldıqdan sonra xəbərdar olmuşdur. Bununlada onun subyektiv hüquqlarım pozulmuşdur. Məhkəmə qərardadın göstərmişdir ki, ləğvini tələb etdiyi Çıxarış Torpağın mülkiyyətə verilməsinə dair JN-151F nömrəli şəhadətnamə əsasında verilmişdir. Qeyd olunan Çıxarışın ləğv olunması üçün ilk növbədə ona verilməsinə əsas olmuş şəhadətnamə ləğv olunmalıdır. Halbu ki, onun tələbi torpağın Fariz Mehdiyev və Mələk Mehdiyevanm adına qeydə alınması ilə bağlı olmayıb. Atasının inşa etdirdiyi evin vərəsəlik açılmadan həmin şəxslərin adına qeydə alınması ilə bağlı olsa da məhkəmə onun tələbini səhv qiymətləndirmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2-1(116)-1104/2020 saylı qərardadını ləğv edəsiniz və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X16 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2-1(116)- 1104/2020 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxslər X7, X8, X9, X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını, işin digər hallarını tam yoxlamalı olduğu halda, bunu etməmiş, iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməyərək göstərmişdir ki, iddiaçıya 18.06.2020-ci il tarixli yardım məktubu göndərilmiş, qeyd olunan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğu bildirilmiş və qeyd edilmişdir ki, bu növ iddianın mümkünlük şərtlərindən birinin də iddiaçının ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edib-etməməsinin müəyyən edilməsidir. Yardım məktubunda iddiaçıya bildirilmişdir ki, iddia ərizəsində olan sənədlərə cavabdeh orqana müraciət etmə və müraciətdən cavabdeh orqanın imtina etməsi və ya cavabsız saxlaması barədə müvafiq sənəd əlavə edilməmişdir. Bundan əlavə eyni zamanda inzibati orqan olan DƏDRX-in 17 saylı Ərazi İdarəsini iş üzrə icraatda cavabdeh qismində müəyyən etsə də sonuncu tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmamış və cavabdehin səlahiyyətinə aid olan məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etməzdən öncə DƏDRX-in 17 saylı Ərazi İdarəsinə müraciət etməyini təsdiq edən sübutları iş materiallarına əlavə etməmişdir. Ərizəyə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 09.06.2020-ci il tarixli **********68 nömrəli imtina məktubu çıxarışın ləğv edilməsinə dair müraciətdən edilən imtina deyil, çıxarışın verilməsinə dair müraciətdən olunan imtinadır. Ləğvini tələb etdiyi ********** nömrəli çıxarış isə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-151F nömrəli şəhadətnamə əsasında verilmişdir. Yəni qeyd olunan çıxarışın ləğv olunması üçün ilk növbədə onun verilməsinə əsas olan şəhadətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı ilə müəyyən olundu ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi X5 adına verilmiş Çıxarışın ləğv edilməsi və atası X3 mülkiyyətində olan evə dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan 09 iyun 2020-ci il tarixli, **********68 saylı məktubunda yalnız yalnız çıxarışın verilməsi məsələsini qeyd edərək tələbi yerinə yetirməkdən imtina edilmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü tələb həm də çıxarışın ləğv edilməsi olmuşdur. Beləliklə o inzibati orqandan imtina məktubu almışdır. (İddiaçının müraciəti işə əlavə edilmişdir). Bundan əlavə birinci instansiya məhkəməsi qərardadda göstərmişdir ki, iddiaçının ləğvin tələb etdiyi çıxarış torpağın mülkiyyətə verilməsinə dair JN-151F nömrəli şəhadətnamə əsasında verilmişdir. Ona görə də çıxarış ləğv olunması üçün ilk növbədə ona verilməsinə əsas olmuş şəhadətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış və nəticədə iddianı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Belə ki, işdə olan fərdi yaşayış fonduna daxil olan yaşayış evin texniki pasportundan görünür ki, barəsində çıxarış verilmiş yaşayış evi 1989-cu ildə tərəflərin mərhum ataları X4 məxsus olmuşdur. Ona görə də həmin yaşayış evinə dair çıxarışın verilməsi inzibati orqan tərəfindən vərəsəliyin müəyyən edilməsi yolu ilə həll edilməlidir. Göründüyü kimi iddiaçı məhkəməyə cavabdeh oraqının evə dair çıxarışın verilməsi ilə bağlı hərəkətlərindən şkayət vermişdir. Odur ki, iddia mümkün sayılmalı və birinci instansiya məhkəməsində mahiyyəti üzrə araşdırılmalıdır. Azərbaycan Respublikası İPM-in 2.2.2-ci maddəsi ilə inzibati məhkəmə icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə kollegiyası ona görə də hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X8, X9, X6) qarşı “X10 və X13 adına 29.08.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmalıdır. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2-1(116)- 1104/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X10, X8, X9, X6) qarşı “X10 və X13 adına 29.08.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar