Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-168/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı övladları xx.xx.2005-ci il təvəllüdlü X22 və xx.xx.2007-ci il təvəllüdlü X23 ilə bərabər ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu ünvana mərhum həyat yoldaşı X10 ilə 2004-cü ildə ailə həyatı qurduqdan sonra gəlin köçmüş və həmin evin bir otağında hazırda dünyasını dəyişmiş qaynanası, digər otağında isə mərhum həyat yoldaşı Mehman və övladların ilə bərabər yaşamışdır. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra 2009-cu ilin payızında səhhətilə əlaqədar xüsusi qulluğa ehtiyacı olduğu üçün, həm də mərhum ərinin qonşuluqda yaşayan, ruhi xəstə olan əmisinin davranışlarından ehtiyatlandığı üçün qardaşı X8 yaşadığı ünvan 2 ünvanında yerləşən ata evinə köçmüşdür. 2010-cu ildə mərhum ərinin uzun illər Rusiya Fedarasiyasında yaşamış qardaşı X14 Azərbaycan Respublikasına geri dönmüş və evə daxil olaraq həmin evdə yaşamağa başlamış və iddiaçının həmin evə geri dönməsinə mane olmuşdur. Həmin vaxtdan aralarında mübahisələr başlamış və hazırda da mübahisələr davam etməkdədir. Aralarında mübahisələr davam etdiyi dövrdə X3 yollarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli Çıxarış almışdır. İddiaçı hesab edir ki, çıxarış qanunsuz yolla əldə edildiyi üçün ləğv edilməlidir. Bu səbəblə hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Hazırkı iddianı qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, mübahisələndirilən çıxarışın faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqla, onun mülki hüquqlarının yerinə yetirilməsinə maneə törədir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********63 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X9 Zərdab şəhəri, S.Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakının dövlət reyestrində rəsmiləşdirilərək elektron çıxarış və daşınmaz əmlakın texniki pasportu verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********93 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X6 mülkiyyət hüququ 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən **********13 reyestr nömrəli çıxarış və Zərdab RİH Memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz əsasında aparılmışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
7. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
8. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
9. Üçüncü şəxs X17 iddia tələbinə dair etirazını xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, mərhum həyat yoldaşı X19 ilə 22 ildir ki, bir yerdə yaşayır. Onlar ailədə üç uşaq olmaqla, iki qardaş, bir bacı olmuşlar. Ataları 1978-ci ildə dünyasını dəyişib. Anaları 1991-ci ildə qaynı Mehmana Bakı şəhərində ev almışdır. 1991-ci ildə Mehman anası ilə birlikdə Bakı şəhərinə köçmüş və orada qeydiyyata düşmüşdür. Qaynı Mehman 1991-ci ildə Bakı şəhərində aldığı evdə qeydiyyatda olmuşdur. Mehman İddiaçı ilə 2004-cü ildə ailə qurmuşdur. 2006-cı ildə anaları, 2008-ci ildə isə Mehman dünyalarını dəyişmişlər. Mehman dünyasını dəyişdikdən sonra, 2009-cu ildə İddiaçı heç kimin icazəsi olmadan, heç bir sənəd olmadan qeyri-qanuni olaraq evə, yəni S.Mehdiyev küçəsi dalan 1, ev 2 ünvanındakı evə qeydiyyata düşmüşdür. İddiaçı mərhum M.Cəfərovla 4 il evli olmuşlar. Bu 4 il müddətdə M.Cəfərov onu nə Bakıdakı, nə də burdakı evə qeydiyyata saİmamışdır. Hazırda ünvan 3 ünvanındakı ev rəsmi olaraq mərhum həyat yoldaşı X11 məxsusdur.
10. Üçüncü şəxs Nadejda Lutsiuk ərizəsində iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı ilə X7 iş üzrə üçüncü şəxs qismində iştirakına yenidən hüquqi qiymət verilmiş, o, üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Belə ki, mübahisəli əmlak sonuncu dəfə vərəsəlik haqqında şəhadətnamə əsasında N.Lutsiukun adında rəsmiləşdirilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı ilə iddia tələbi mübahisələndirilən çıxarışda qeyd olunan 0,03 ha torpaq sahəsinə dair hissədə mümkün sayılmamış və qərardadla iddiaçıya izah edilmişdir ki, iddiaçı arzuladığı məqsədə nail olmaq üçün ilk növbədə həmin 0,03 ha torpaq sahəsinin Natiq Cəfərova satılmasına dair müvafiq bələdiyyə qərarını mübahisələndirməli, daha sonra isə çıxarışın ləğvini notariat qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə birlikdə tələb etməlidir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək və fərdi yaşayış evinə münasibətdə iddianın təmin olunmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mübahisələndirilən çıxarışda qeyd olunan 0,03 ha torpaq sahəsinə dair hissədə mümkün sayılmamışdır.
16. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən **********11-301 nömrəli çıxarış X9 verilmişdir. Məhkəmə tərəfindən həmin **********11-301 nömrəli çıxarış araşdırılmamışdır. Sözügedən **********11-301 reyestr nömrəli çıxarış ünvan 4 ünvanında yerləşən 70.4 kv.m olan fərdi yaşayış evi və evin 0.03 ha torpaq sahəsi X6 xüsusi mülkiyyəti kimi daşınmaz Əmlakın Dövlət Reyesterində qeydə alınmışdır. X6 mülkiyyətində olmuş ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi üzərində 2-497 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qərar ********** çıxarışa aid olmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının 23 fevral 2023-cü il və 06 aprel 2023-cü il tarixli iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X20 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, onun nümayəndəsi X20 və üçüncü şəxs X18 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
22. Məhkəmə kollegiyası iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
23. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Zərdab rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 03 nömrəli məktubunda qeyd olunmuşdur ki, arxivdə mühafizə olunan 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablara əsasən X24 təsərrüfatın başçısı, cəfərov Əlisahib Yusif oğlu isə təsərrüfatın üzvüdür. Məktuba əlavə olunmuş 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitablarından çıxarışın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, X10 və X2 Yusif Cəfər oğlunun təsərrüfatının üzvləridir. - Zərdab rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 297 nömrəli məktubuna əlavə olunmuş doğum akt qeydinin, ölüm akt qeydinin və nikah haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.1963-cü ildə doğulmuş, İddiaçı ilə aralarında nikah bağlanmış, M.Cəfərov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2021-ci il tarixli 1031 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında (indiki S.Mehdiyev küçəsi dalan 1 ev 1) qeydiyyatdadır, hazırda Zərdab şəhəri S.Abdullayev küçəsi 53 nömrəli evdə yaşayır və onun ailə üzvləri oğlu X22 və oğlu X16r. Həyat yoldaşı X10 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş: A seriyalı 396719 nömrəli, xx.xx.2019-cu il tarixdə 16 saylı Ucar ərazi idarəsi tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə Zərdab bələdiyyəsinin xx.xx.2019cu il tarixli, 13 saylı qərarı, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli 27 nömrəl rəyi, DTXK-nın xx.xx.2019-cu il tarixli 985 nömrəli rəyi əsas olmuşdur. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çxıarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi Zərdab bələdiyyəsinin xüsusi mülkiyyəti kimi çıxarışla rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini X1. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi X6 xüsusi mülkiyyəti olaraq qeydiyyata alınmışdır. Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışında qeyd olunur ki, ünvan 10 ünvanında yerləşən 1982-ci ildə tikilmiş, ümumi sahəsi 70.4 kv metr, yaşayış sahəsi 54,8 kv.metr olan fərdi yaşayış evi X6 istifadəsindədir. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi qırmızı, tənzimləmə xətlərini pozmur. Bu barədə rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsində qeydiyyat kitabında qeydə alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən yeraltı kabel, yüksək gərginlikli elektrik xətlər keçmir. Cavabdeh məhz qeyd olunan sənədlər əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışla ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 70,4 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,03 ha torpaq sahəsini X6 xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 22.1-ci maddəsinə görə etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın Vİİ hissəsi:
1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir.
2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
28. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
29. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, hazırda mübahisələndirilən çıxarış fərdi yaşayış evinə münasibətdə ləvğ edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh 16 saylı Ucar ərazi idarəsi X6 fərdi yaşayış evinə mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alan zaman qanunvericiliyinin tələblərini pozaraq “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3, 22.1 və 22.2-ci maddələrinin müddəalarını nəzərə almamış, Zərdab Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli 57 nömrəli arayışı əsasında ünvan 4 ünvanında yerləşən 1982-ci ildə tikilmiş, ümumi sahəsi 70.4 kv metr olan fərdi yaşayış evini X6 adına qeydə almışdır.
36. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3, 22.1 və 22.2-ci maddələrində göstərilən tələblərə zidd olaraq öz faktiki xarakterli hərəkətləri ilə mübahisəli fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüququnu N.Cəfərovun adına qeydə almaqla iddiaçının və digər hüquq sahiblərinin hüqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına səbəb olmuşdur. Mübahisələndirilən çıxarışın faktiki olaraq qüvvədə olması iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müvafiq tələblərinin irəli sürülməsinə məhdudiyyət yaratmaqdadır. Odur ki, birinci instansiya məhkəməsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışı fərdi yaşayış evinə münasibətdə ləğv etməkdə haqlı olmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Habelə cavabdehin nümayəndəsi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********13-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2022-cü il tarixli, 2-1(116)-137/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.