Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-17/2020 22.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X14 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, Əli Quliyev, İddiaçı3 və Səadət Qocayeva) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X44 (bundan sonra cavabdeh və ya DƏDRX-in 3 saylı X50) (üçüncü şəxslər X27 və X35) qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2013-cü il tarixli ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarından İddiaçı1, İddiaçı2, Əli Quliyev və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X22 iddia ərizəsi ilə Gəncə İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, JN-0497 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin X17 adına aparılmış xx.xx.2013-cü il tarixli reyestr qeydiyyatında yol verilmiş səhvlərin və uyğunsuzluğun aradan qaldırılaraq düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. xx xxxxxx 2017-ci il tarixdə iddiaçılar məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-04xx xxx 50806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin X17 adına aparılmış xx.xx.2013-cü il tarixli ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(83)-1916/2017 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(104)515/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-456/18 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(104)-515/2017 saylı qərardadı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(104)-321/2018 saylı qərardadı ilə şikayət təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iş üzrə Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi olmadığından Məhkəmə ekspertiza mərkəzi tərəfindən iş materialları rəy verilmədən məhkəməyə qaytarılmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hüquq müəyyən edici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlərin (plan ölçü, texniki pasport) təqdim olunacağı təqdirdə mütəxəssis rəyinin verilməsinin mümkün olduğunu məhkəməyə bildirmişdir. İddiaçı tərəfin belə bir sənədləri olmadığından mütəxəssisə təqdim olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işdə olan sübutlar və qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən yenidən sübut edilməsinə ehtiyac olmayan faktlara əsasən işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək izahatında bildirmişdir ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının sərəncamlarına əsasən fərdi yaşayış evləri üçün torpaq sahələri əldə edərək orada yaşayış evləri inşa etdirmişlər. Üçüncü şəxs Elşad Məmmədov qanunsuz sənədlər əldə etməklə onlara qarşı iddialar qaldırmışdır. Halbuki, üçüncü şəxslərin sənədləri düzgün tərtib edilməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, (DƏDRX-in 3 saylı X50 bu barədə onlara rəsmi məlumat təqdim etmişdir) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair ” JN seriyalı 0497 saylı 50806018 kodlu Dövlət Aktı iki konturdan- 497A (0.20ha) və 497 (0.60 ha) konturlardan ibarət olmuşdur. Hazırda mübahisə predmeti olan 497 D (0.51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. Faiq Şərifov həmin Dövlət Aktının 497D nömrəli konturunda əks olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini xx.xx.2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Ərazi idarəsi tərəfindən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət Aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikililərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X21 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş olunmuşdur. Eyni zamanda X45 bələdiyyəsi tərəfindən satılan 0.80 ha torpaq sahəsi ayrı yerdə, ayrı konturlar altında yerləşməklə onların tikdirdiyi evlərdən tamamilə kənarda yerləşir, 0.80 ha torpaq sahəsi neçə illər əvvəl digər şəxslərə satılmışdır. Saxtalaşdırılmış 0.51 ha torpaq sahəsinin əvvəldən heç bir yeri olmamış, sonradan onların tikdirdiyi evlərin altındakı torpağın üzərinə əsassız sənədləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar Əli Quliyev, İddiaçı3, İddiaçı2 nümayəndəsi X31, ayrı-ayrılıqda izahatlarında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən DƏDRX-in 3 saylı X39 nümayəndəsi X10 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı Dövlət Aktı mövcud olmuşdur və həmin Dövlət Aktına əsasən də çıxarış verilmişdir. Odur ki, qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X27 izahatında iddianı qəbul etmədiyini və mübahisəli torpaq sahəsinin onun qanuni mülkiyyətinində olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hаkim Kənan Vəliyev) xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərаrı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, Əli Quliyev, İddiaçı3 və Səadət Qocayevanın DƏDRX-in 3 saylı X32rşı “cavabdehin üzərinə Göygöl rayon torpaq şöbəsi tərəfindən verilmiş JN-04xx xxx 50806018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən 0.509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0.209686 ha hissəsinin X17 adına aparılmış xx.xx.2013-cü il tarixli ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiaları təmin edilməmişdir İddiaçı1, İddiaçı2, Əli Quliyev və İddiaçı3 аpellyаsiyа şikаyəti verərək Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərаrının ləğv edilməsini və iddiаnın təmin оlunmаsı bаrədə yeni qərаr çıxarılmasını xаhiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1, İddiaçı2, Əli Quliyev və İddiaçı3 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin həmin qərarı aşağıdakı əsaslara görə qanunsuz və əsassız olduğuna görə, ləğv edilərək iddialarının təmin olunmasına dair qərar çıxarılmalıdır. İlk öncə onu qeyd etmək istəyirlər ki, məhkəmə qətnamədə işin mübahisəsiz halı kimi qeyd etdiyi faktı, yəni mübahisə predimetinə aid olan torpaq sahələri üzrə mübahisənin yaranmasının ardıcıllığını bilərəkdən dəyişdirmişdir. Məhkəmə qətnamənin 3-cü səhifəsinin 3-cü abzasında“ səhv olaraq qeyd edilmişdir ki, “işin mübahisəsiz halıdır ki, iddiaçılar mübahisə predimetinə aid torpaq sahələrini Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin 2012-2013-cü illərdə qəbul etmiş olduğu sərəncamlar əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə 3-cü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də, həmin qeydiyyatın ləğv edilməsini tələb etmişlər.” Məhkəmənin gəldiyi bu nəticə düzgün deyildir. Yəni, onlara sərəncamlar verilən vaxtı, həmin torpaq sahələri heç kəsin, o cümlədən 3-cü şəxslər Faiq Şərifovun və ya Elşad Məmmədovun mülkiyyəti kimi qeydə alınmamışdır. 3-cü şəxslərin həmin torpağa dair qeydiyyatı Sərəncamlardan xeyli sonra qeydə alınmışdır. Torpaq sahəsində ev tikilməsinin lahiyələşdirilməsi ilə bağlı İddiaçı1 xx.xx.2012-ci ildə sərəncam verilmiş, bundan xeyli sonra 3-cü şəxs Faiq Şərifova 2012-ci ilin dekabr ayında, Elşad Məmmədova isə 2013-cü ilin aprel ayında çıxarışlar verilmişdir. Bu isə o deməkdir ki, boş torpaq sahələrinə sərəncamlar verilmiş, orada evlər tikildikdən xeyli sonra, cavabdeh təşkilat qanun pozuntularına yol verməklə artıq yüklü olan və evlər tikilmiş mübahisəli torpaq sahələrinə çıxarış verməklə qanun pozuntusuna yol vermişdir.Bundan sonra məhkəmə “Torpaq islahatı haqqında” Qanuna və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək, dolayısı yolla əsaslandırmaq istəmişdir ki, icra hakimiyyətinin sərəncamları əsasında tikdirdikləri evlərin hüququ əsasları yoxdur. Hesab edirlər ki, bu hissədə məhkəmə prosessual pozuntuya yol vermiş, iddianın mahiyyətindən kənara çıxaraq, onların iddia tələbi üzrə mübahisə predmeti olmayan məsələni müzakirə etməklə, mübahisəni məqsədli qarışdırmışdır.Bununla əlaqədar bir daha qeyd edirlər ki, 2013-cü ildən məhkəmə mübahisələri başlayan vaxtdan məhkəmələrin nəzərinə çatdırmışlar və çatdırırlar ki, İcra Hakimiyyəti başçısının sərəncamlarının tam hüquqi əsaslı olub-olmaması Elşad Məmmədovla onların arasında mübahisə predmeti ola bilməz. Çünki, birincisi Elşad Məmmədov və əvvəlki mülkiyyətçi Faiq Şərifov əvvəlcədən bilirdilər ki, Quşqara bələdiyyəsinin 2005-ci ildə Faiq Şərifova satdığı 0.80 ha torpaq sahəsi tamam başqa yerdə olmaqla, həmin torpağın onların mübahisələrinə aidiyyatı yoxdur. X49 bələdiyyəsinin qərarını saxtalaşdırılmaqla, həmin 0.80 ha torpaq sahəsindən kənarda 0.51 ha (497D konturlu) torpaq sahəsinin sənədlərini saxtalaşdırmaqla əldə etmişdir. Bundan sonra 2010-cu ildə Quşqara bələdiyyəsi Göygöl Rayon Məhkəməsində iddia qaldırmış, Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qətnaməsi iləFaiq Şərifovun sənədləri həmin 0.51 ha torpaq sahəsinə aid hissədə etibarsız sayılmışdır. Buna baxmayaraq Faiq Şərifov 2012-ci ilin dekabr ayında, hazırkı işdə cavabdeh olan DƏDRX-in 3 saylı Ərazi İdarəsinin işçilərinin köməyi ilə sənədləri məhkəmə qərarı ilə etibarsız sayılmış həmin 0.51 ha torpaq sahəsinin 0.20 ha hissəsinə, (hansı ki, onların evlərinin altında olan torpağa) dair qanunsuz çıxarış almış və həmin qanunsuz çıxarışla onların evlərinin altındakı torpaq sahəsini Elşad Məmmədova satmış, Elşad Məmmədov isə bu qanunsuzluqlardan xəbəri ola-ola mübahisəli torpaq sahəsini almış və 2013-cü ildə onlara qarşı məhkəmə mübahisəsi qaldırmışdır. Yəni, ilkin mübahisə 2013-cü ildə onlar tərəfindən deyil, Elşad Məmmədov tərəfindən onlara qarşı qaldırılmışdır.Göründüyü kimi, məhkəmə işin bu əhəmiyyətli hallarını düzgün qiymət vermək əvəzinə, qətnamədə formal olaraq qeyd etmişdir ki, guya onlara sərəncamlar verildikdən sonra onlara məlum olmuşdur ki, torpaq sahələri 3-cü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır.Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı preyudisial xarakter daşıyan və iş üzrə əhəmiyyətli faktları müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Bundan sonra məhkəmə onların iddiaları əsasında baxılmış Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə və həmin qətnaməni qanuni qüvvəsində saxlayan Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarına əsaslanmışdır. Məhkəmə həmin qərarlara əsaslanmaqla, onların iddia tələbinin əsaslarına və mübahisənin mahiyyətinə göz yummuş, yeni əsaslarla qaldırdıqları iddia tələblərini köhnə əsaslar üzrə müzakirə edib nəticəyə gəlməklə, kobud qanun pozuntusuna yol vermişdir.Məhkəmə nəzərdən qaçırmışdır ki, onların cavabdehə qarşı hazırkı iddianı qaldırmalarına səbəb, mərkəzi orqanlara ünvanladığıçoxsaylı əsaslı şikayətlərdən sonra cavabdeh 3 saylı X40 özünün səhvini etiraf etməsi olmuşdur. Onlar iddia ərizəsində də göstərmişlər ki, cavabdeh təşkilat onlara ünvanladığı xx.xx.2017-ci il tarixli imtina məktubunda da, tələblərinin düzgünlüyünü etiraf etmiş və qeyd etmişdir ki, torpaq sahəsinin plan və ölçüsünün ilkin sənədləri onlar tərəfindən düzgün hazırlanmamışdır. Bu isə o deməkdir ki, cavabdeh iddianı etiraf etmişdir. Məhkəmə bu əsasla təqdim etdikləri sübutları bir kənarda qoyaraq, mübahisə üzrə iddia tələbinin əsaslarını müzakirə etməyərək, yalnız köhnə məhkəmə qərarlarında, əvvəlki əsaslarla müəyyən olunmuş sübutlara əsaslanaraq qərar qəbul etməklə ciddi prosessual pozuntuya yol vermişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsində onların bu işinə baxılan zaman əvvəlki hakim Rəşad Mamedov tərəfindən xx xxxxxxx 2018-ci il tarixli qərarla iş üzrə ekspertiza təyin edilmiş, rəy verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in mütəxəssislərinin iştirakı ilə Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Hakim Kənan Vəliyevin sədrliyi ilə işə baxılarkən, onlar qərarla təyin edilmiş ekspertiza rəyinin alınmasını tələb etmişdir. Hakim isə bir tərəfli mövqe tutmuş, hətta onlara öz fikrini əvvəldən bildirmişdir ki, “Elşad Məmmədovun alqı-satqı müqaviləsi olduğu halda, onların onun çıxarışını ləğv etdirməyə hüquqları yoxdur”.Bundan sonra onlar vəsatət verərək, qeyd etmişlər ki, Göygöl Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsi ilə etibarsız sayılmış Faiq Şərifovun 0,51 ha (497D konturlu) torpaq sahəsinin 2012-ci ilin dekabırında reyestrdən yeni çıxarış verilənədək harada olmasının müəyyən olunması üçün, tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılmasını xahiş etmişlər. Həmin vəsatətlərində göstərmişlər ki, onların bu iş üzrə əvvəl iki dəfə ekspertiza aparılmışdır.Birinci ekspertiza xx xxxxx 2015-ci il tarixində, ikinci ekspertiza xx xxxx 2017ci il tarixində tərtib olunmuşdur. Məhkəmə prosesində hər iki rəyi hakimə təqdim etmişlər. Nəzərə çatdırmışlar ki, xx xxxx 2017-ci il tarixli rəydə birmənalı olaraq göstərilmişdir ki, Faiq Şərifov tərəfindən hazırda mübahisə predmeti olan 497D (0.51 ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materillarında öz əksini tapmamış və Dövlət Aktlarının qeydiyyat kitabında Faiq Şərifovun mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş edilməklə (qaralanaraq sonradan yazılmaqla) qeydiyyat aparılmışdır.Məhkəməyə təqdim etdikləri həmin əsaslandırılmış vəsatət və rəylərə əhəmiyyət verilməmiş və hakim tərəfindən qərar qəbul edilərkən müzakirə edilib qiymət verilməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “ləğvetmə, yəni qeydiyyatın ləğvi, iddia qaldırmış şəxsin pozulmuş və yaxud mübahisələndirmiş hüquqlarının bərpasına xidmət etməlidir. İddiaçılar torpaq sahələrini qanuni əsaslarla əldə etmədiklərindən hüquqularının pozulmasından söhbət gedə bilməz”. Bundan sonra, məhkəmə fəlsəfi fikirlərlə qeyd edir ki, “yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları baş verə bilməz. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mövcud olsun”. Hesab edirlər ki, məhkəmənin qeyd etdiyi bu hüquqi və fəlsəfi fikirlər təqdirəlayiq olsa da, onların mübahisə üzrə cavabdeh və 3-cü şəxslərə deyil, onlara münasibətdə tətbiq edilməklə, məhkəmə tərəfindən haqsızlığa və birtərəfliliyə yol verilmişdir. Eyni zamanda məhkəmə bu fikirləri qeyd etməklə, işə birtərəfli yanaşdığını açıq-aydın biruzə vermişdir. Bir daha hazırkı mübahisə üzrə onlara və cavabdehlə 3-cü şəxslərə aid aşağıdakı təkzib olunmaz faktlar və halları məhkəmələrin diqqətinə çatdırmaqla, mübahisənin ədalətli həllini tələb edirlər. 2012-ci ilin may ayından başlamaqla, onlar 5 nəfərə heç bir mübahisəsi olmayan, dövlət qeydiyyatından keçməyən, Gəncə şəhərinin mərkəzi ərazilərinin birində yerləşən boş torpaq sahələrindən Gəncə şəhəri Nizami rayon icra hakimiyyəti başçısının sərəncamları əsasında onlara ev tikmək üçün lahiyələndirmə sənədləri verilmiş və onlar dərhaltikintiyə başlayaraq təqribən 1 il müddətində evlərini tikmişlər. Yəni onlar özbaşına deyil, Azərbaycan Respublikası Prezidentinin yerli nümayəndəsi olan icra başçısının müvafiq sərəncamlarından sonra, mübahisəsiz və boş torpaq sahələrində evlər tikmişlər. Bundan sonra 3-cü şəxs Faiq Şərifov saxtalaşdırılmış və 2010-cu ildə Göygöl Rayon Məhkəməsinin qətnaməsinə əsasən, sənədləri etibarsız hesab edilmiş 0.51 (497D) ha torpaq sahəsinin 0.209686 ha hissəsinə yeni sənədlərinin hazırlanması üçün DƏDRX-in X44 müraciət etmişdir. Ona imtina verilmişdir ki, arxiv sənədlərində qaralamalar və düzəlişlər olduğu üçün mümkün deyildir. Bundan sonra X53 İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir (ola bilsin ki, ərazi idarəsinin işçiləri Faiq Şərifova bildirmişlər ki, mübahisəli sahəyə yeni sənəd verilməsi üçün məhkəmə qərarı olması mütləqdir), Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Faiq Şərifova məxsus, yeri məlum olmayan 0.209686 (20sot) torpaq sahəsinin yerində müayinə olunması, torpaq sənədlərinin hazırlanması, torpaq sahəsi üzrə yüklülüyün olub-olmamasına dair arayışın verilməsi vəzifəsi Göygöl Rayon Torpaq Şöbəsinə və X44 həvalə edilmişdir. X50 və həmin vaxtı ləğv edilməmiş torpaq şöbəsi saxtalaşdırılmış ilkin sənədlərə və Göygöl Rayon Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə göz yumaraq, guya Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə üzərilərinə vəzifə qoyulduğu bəhanəsi ilə saxtakarlıq edərək, həmin 0.209686 ha torpaq sahəsinin ilkin sənədlərini onların evlərinin altındakı boş sahəyə işləmişlər vəFaiq Şərifovun adına xx.xx.2012-ci ildə çıxarış vermişlər. Bundan 4 gün sonra, xx.xx.2012-ci ildə Faiq Şərifov həmin torpaq sahəsini notarius vasitəsi ilə Elşad Məmmədova satmışdır. 2012-ci ilin dekabr ayında Elşad Məmmədov əvvəlcədən bilərək və məqsədli olaraq üstündə onların tikilmiş evləri olan torpaq sahəsinin sənədlərini almışdır. Cavabdeh təşkilat həmin xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən 4 ay keçdikdən sonra, xx.xx.2013-cü ildə Elşad Məmmədova çıxarış vermişdir. 10 gün ərzində verilməli olan çıxarışın 4 aydan sonra verilməsi də, onu göstərir ki, arxiv sənədlərində saxtakarlıqlar, qaralamalar və düzəlişlər olduğu üçün cavabdeh orqan çıxarış verməyə 4 ay tərəddüd etmişdir. 2012-ci ilin dekabr ayında alqı-satqıdan əvvəl Faiq Şərifova çıxarış verilərkən və 4 ay sonra isə 2013-cü ilin aprel ayında Elşad Məmmədova çıxarış verilərkən, cavabdeh təşkilat olan DƏDRX-in X50 həmin 0.51 ha torpaq sahəsinin ilkin sənədlərinin ləğv edildiyini, ümumiyyətlə həmin torpaq sahəsinin Quşqara bələdiyyəsi tərəfindən Faiq Şərifova satılmadığını bildiyi halda, bununla əlaqədar arxiv sənədlərində kifayət qədər qeydiyyatlar olduğu halda, cavabdeh təşkilat və 3-cü şəxslər bilə-bilə bu qanunsuzluğa və haqsızlığa yol vermişlər. Əgər iş üzrə təsdiq olunursa ki, 2005-ci ildə X49 bələdiyyəsindən cəmi 0.80 ha torpaq sahəsi almasına baxmayaraq, həmin 0.80 ha torpaq sahəsindən əlavə 0.51 ha torpaq sahəsini sənədlərin saxtalaşdırılması yolu ilə əldə edirsə, sonradan 2010-cu ildə məhkəmə qətnaməsi ilə 0.51 (497D konturu üzrə) ha torpaq sahəsinə aid sənədlər ləğv edilirsə, bundan sonra 2012 və 2013-cü illərdə cavabdeh orqan və onun hüquqi sələfi olan rayon torpaq şöbəsi tərəfindən aparılmış qeydiyyatların düzgün olmaması və ilkin sənədlərin saxtalaşdırılması cavabdeh orqanın özü tərəfindən etiraf edilirsə, bu halda onların haqlı və əsaslı iddialarının məhkəmə tərəfindən başqa bəhanələrlə təmin edilməməsi qanuni və ədalətli hesab edilə bilməz. Ona görə də, əsaslı iddiaların təmin edilməməsinə dair Gəncə İnzibati-İqtisadi Məhkəməsinin həmin qətnaməsi ləğv edilərək, iş üzrə müəyyən edilmiş hallar və faktlar əsasında iddialarının təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar Əli Quliyev, İddiaçı3, İddiaçı1 nümayəndəsi Nümayəndə3, İddiaçı2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X27, nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, Sədaqət Qocayeva və üçüncü şəxs X35 məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı, xx.xx.2012-ci tarixli 336 saylı, xx.xx.2012-ci il tarixli 337 saylı, xx.xx.2013-cü il tarixli 54 saylı, xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamları; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən 1.31 hektar torpaq sahəsi ilə bağlı X21 adına tərtib edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktı; Göygöl rayonu Quşqara kəndində yerləşən 0,509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X21 adına verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* №-li (daşınmaz əmlakın reyestr nömrəsi **********45, qeydiyyat nömrəsi 150705261) çıxarışın surəti; Xanlar rayonu Quşqara kəndində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X35 ilə X9 arasında bağlanan xx.xx.2007-ci il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti; Xanlar rayonu Quşqara kəndində yerləşən 0,24 ha torpaq sahəsi ilə bağlı X35 ilə X15 arasında bağlanan xx.xx.2007-ci il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surəti; Göygöl rayonu Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X21 adına verilmiş xx.xx.2007-ci il tarixli MH seriyalı ******* №-li (reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi 150705591) olan çıxarışın surəti; Göygöl rayonu Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsi ilə bağlı X35 ilə X17 arasında bağlanan xx.xx.2012-ci il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinin surəti; Göygöl rayonu Quşqara kəndində yerləşən 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X17 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* №-li (reyestr nömrəsi **********28, qeydiyyat nömrəsi **********) çıxarışın surəti; Göygöl rayonu Quşqara kəndində yerləşən reyestr nömrəsi **********28 olan 0,209686 ha torpaq sahəsi ilə bağlı X17 adına xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi; Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli 838 nömrəli məktubu; Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(104)-1531/2015 saylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-2126/16 saylı qərarı; DƏDRX-in 3 saylı X40 iddiaçılara ünvanlanan xx.xx.2017-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, X21 adına Xanlar rayon Quşqara bələdiyyəsinin xx.xx.2005-ci il tarjxli 54a nömrəli qərarı ilə ləğv edilmiş DTXK-in Göygöl rayon şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli kod 50806018 olan "Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət Aktfna əsasən 0.509686 ha torpaq sahəsi üzərində yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılarkən xx.xx.2007-ci il tarixli **********45 reyestr nömrəli torpaq sahəsinə dair verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə əsas olmuş ilkin sənədin əsaslarında uyğunsuzluqların olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin 0.209686 ha hissəsini xx.xx.2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında əldə etmiş X17 həmin torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixli ********** nömrəli ərizəsi ilə qeydiyyatı aparılarkən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi mövcud uyğunsuzluqlar aradan qaldırılmadan hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, "Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun icraatında olan 2(104)-03/2017 saylı mülki iş üzrə xx xxxx 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Kаdаstrı və Ünvаn Reyestri Xidmətinin 3 sаylı Gəncə LTİ tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışda və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X20 məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X17 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazisində fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X18 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı1 ayrılmış torpaq sähəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X36 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı əsasında X28 0.80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair “ JN-497 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Dövlət Aktı iki konturdan- 497 A (0.20 ha) və 497(0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0.51ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X35 JN seriyalı 497 nömrəli Dövlət Aktının 497D nömrəli konturunda qeyd olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini xx.xx.2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildiririk ki, baza məlumatlarına istinadən araşdırma zamanı Dövlət Aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikillilərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X21 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun icraatında olan 2(104)-03/2017 saylı mülki iş üzrə xx xxxx 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xx xxxx 2017-ci il tarixli 10148 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Göygöl rayonu Quşqara kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışda və **********28 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X20 məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Belə ki, X20 məxsus **********28 reyestr nömrəli torpaq sahəsinin ölçü planı ilə iddia etdiyi ərazinin koordinatlarının üst-üstə düşdüyü müəyyən olunur. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X4 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazisində fərdi yaşayış evlərinin yerləşdirilməsi (layihələndirməsi) haqqında 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X18 ayrılmış torpaq sahəsinin 113 kv.metri, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.metri, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X7 ayrılmış torpaq sahəsinin 500 kv.metri, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.metri, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X36 ayrılmış torpaq sahəsinin 419 kv.metri üst-üstə düşdüyü müəyyən olunur. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qxx-xx/2019 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçı Göygöl rayonu Quşqara Bələdiyyəsinin sədri X23 cavabdeh X8 və X29 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş Göygöl Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X27 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(104)-3463/2018 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, X14, İddiaçı2, X33 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X32rşı reyestr qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli xx-xx/2019 nömrəli məktubunda qeyd olunmuşdur ki, X6 cavabdehlər Nümayəndə3 İslam oğluna qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Göygöl rayonu Quşqara kəndi (hazırkı Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi “Əriklik bağı”) ərazisində yerləşən 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdehlər tərəfindən aparılmış tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(044)- 1336/2013 nömrəli (sədrlik edən hakim M.A.Əsədli) qərardadı ilə mülki iş üzrə əsl olmayan cavabdeh Nümayəndə3 İslam oğlu əsl cavabdehlər İddiaçı1, İddiaçı2, X22, X16 və X37 ilə əvəz edilmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(044)- 1336/2013 nömrəli (hakim M.A.Əsədli) qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər İddiaçı1, X22, İddiaçı2, qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan X47 və İddiaçı3 apelyasiya şikayəti verərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(044)-1336/2013 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2( 104)-03/2017 nömrəli (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və Ə.G.Abdullayev) qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli 2(044)- 1336/2013 nömrəli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Göygöl rayonu Quşqara kəndində yerləşən (hazırda Gəncə şəhəri Nizami rayonunun inzibati ərazisinə daxildir) və X4 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X22 tərəfindən boşaldılması, həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililər) cavabdehlər İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X14 vəsaiti hesabına sökülməsi, cavabdehlər İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X11 100 (bir yüz) manat ekspertiza xərcinin alınıb Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və Ə.M.Rüstəmov) qərarı ilə cavabdehlər İddiaçı1, İddiaçı2, X47 və İddiaçı3 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2( 104)-03/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(104)-1870/2018 nömrəli (hakimlər Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədov) qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1, X22, İddiaçı2, X47 və İddiaçı3 cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X35 və X27) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-04xx xxx 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2003-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. X6 cavabdeh Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər İddiaçı1, X22, İddiaçı2, X47 və İddiaçı3) qarşı xx xxx 2012-ci il tarixli 144 nömrəli, xx xxxx 2012-ci il tarixli 336 nömrəli, xx xxxx 2012-ci il tarixli 337 nömrəli, xx xxxxxx 2013-cü il tarixli 54 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 55 nömrəli sərəncamların etibarsız hesab edilməsi tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(83)- 2312/2017 nömrəli (hakim F.C.Hüseynov) qərarı ilə iddia tələbi təmin edilərək, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx xxx 2012-ci il tarixli 144 nömrəli, xx xxxx 2012-ci il tarixli 336 nömrəli, xx xxxx 2012-ci il tarixli 337 nömrəli, xx xxxxxx 2013-cü il tarixli 54 nömrəli və xx xxxxxx 2013-cü il tarixli 55 nömrəli sərəncamlar etibarsız sayılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(83)-2312/2017 nömrəli qərarından cavabdeh Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, X22, İddiaçı2, X47 və İddiaçı3 apelyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(104)-63/2018 nömrəli (hakimlər F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və N.N.Quliyev) qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(83)-2312/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti, həmçinin üçüncü şəxslər İddiaçı1, İddiaçı2, X47 və İddiaçı3 kassasiya şikayətləri verərək, apelyasiya instansiyasi məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2-1(102)-1077/2018 nömrəli (hakimlər R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və X.S.Məmmədov) qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(104)-63/2018 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayətlərinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(104)-540/2018 nömrəli (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.H.Hüseynzadə) qərardadı ilə mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən olunması üçün məhkəmə tikinti-texniki və torpaqşünaslıq-yerquruluşu ekspertizalarının aparılması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(104)-40/2019 nömrəli (hakimlər Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.H.Hüseynzadə) qərardadı ilə inzibati iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X35 və X27) qarşı Göygöl Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş JN-04xx xxx 50806018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2003-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. İddiaçı Göygöl rayonu Qusqara bələdiyyəsinin sədri X38 cavabdeh X35 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktına əsasən cavabdeh X21 mülkiyyətində olan 1,31 ha torpaq sahəsinin 0,51 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi; cavabdeh X21 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54A nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 0,80 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də iddiaçı Göygöl rayonu Quşqara bələdiyyəsinin sədri X38 cavabdeh X12 və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, torpağın mülkiyyət hüququna dair JN-04xx xxx 50806018 nömrəli Dövlət Aktına əsasən cavabdeh X5 mülkiyyətində olan 1,72 ha torpaq sahəsinin 0,72 ha aid hissəsinin texniki səhv olduğu üçün etibarsız hesab edilməsi, cavabdeh X5 mülkiyyətində olan Göygöl rayonu Quşqara bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 14 nömrəli qərarına əsasən alqı-satqı yolu ilə satılmış 1,0 ha torpaq sahəsinin saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qərardadı ilə (hakim E.Həsənova) ilə iddiaçı Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X23 cavabdeh X8 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0491 nömrəli Dövlət aktının qismən etibarsız hesab edilməsinə dair 2(066)-358/2010 nömrəli mükli iş və Göygöl rayon Quşqara bələdiyyəsinin sədri X23 cavabdeh X28 qarşı Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktının qismən etibarsız hesab edilməsinə dair iddiası üzrə 2(066)-359/2010 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(066)-358/2018 (hakim E.Həsənova) qətnaməsi ilə iddia tələbi təmin edilərək, X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair xx xxxxx 2006-cı il tarixli JN-0491 nömrəli Dövlət Aktının 0,72 ha torpaq sahəsi üzrə, X21 adına verilmiş Torpağa mülkiyyət hüququna dair xx xxxxx 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs X27 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(104)-3463/2018 nömrəli (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ə.İ.Məmmədov və A.H.Hüseynzadə) qərardadı ilə mülki iş üzrə icraat iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh DƏDRX-in 3 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər X35 və X27) qarşı Göygöl rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN seriyalı 0497 nömrəli (KOD 50806018) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına aparılmış dövlət reyestrində qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2003-cü il tarixli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin qoyulması tələbinə dair inzibati işə baxılıb yekun qərar qəbul olunanadək dayandırılmışdır. Əsaslandırma hissəsi İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, qismən əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçılar onların müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “hazırkı iş üzrə mübahisələndirilən qeydiyyatlar hüquqi sənədlər hesab edilən, tarix və nömrələri yuxarıda qeyd edilmiş olan dövlət aktı, çıxarış və müqaviləyə uyğun olaraq əsaslı aparılmışdır. Qanuni və əsaslı aparılmış qeydiyyatın ləğvi barədə cavabdeh orqanın üzərinə öhdəlik qoyula bilməz. Həmçinin bu ləğvetmə iddia qaldırmış şəxsin pozulmuş və yaxud mübahisələndirilmiş hüquqlarının bərpasına xidmət etmiş olmalıdır. İddiaçılar torpaq sahələrini qanuni əsaslarla əldə etmədiklərindən hüquqların pozulması halından söhbət gedə bilməz. Yəni, yaranmayan və mövcud olmayan hüquqların pozulması və ya mübahisələndirilməsi halları da baş verə bilməzdi. Hüquq mövcud olmalıdır ki, ona toxunulması da mümkün olsun. Qeyd olunanlar iddia tələbinin qanuni əsasının olmaması halını da aşkara çıxarır. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, həmin müddəa iddiaçı tərəfin cavabdeh tərəfə qarşı nəyi isə tələb etməsinə hüquqi cəhətdən imkan yaratmış olsun. İddiaçılar mövcud qeydiyyatların onların maraqlarına toxunmuş olmasını hesab etsələr də, bu maraq da qanundan irəli gələn olmalıdır. Qanunvericilik hər cür mənafe və maraqların deyil, yalnız qanundan irəli gələn mənafe və maraqların müdafiəsinə və qorunmasına təminat verir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarından görünür ki, Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidən Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 144 saylı sərəncamı ilə İddiaçı1 500 kv.m., xx.xx.2012-ci tarixli 336 saylı sərəncamı ilə İddiaçı3 500 kv.m., xx.xx.2012-ci il tarixli 337 saylı sərəncamı ilə X36 400 kv.m., xx.xx.2013-cü il tarixli 54 saylı sərəncamı ilə X18 500 kv.m., xx.xx.2013-cü il tarixli 55 saylı sərəncamı ilə İddiaçı2 500 kv.m. torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmiş və həmin torpaq sahələrinin yerində ölçülüb vətəndaşlara təhvil verilməsi, inşa ediləcək fərdi yaşayış evinin Eskiz layihəsinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmasının vətəndaşa tapşırılması qərara alınmışdır. Həmin şəxslərin onlara ayrılmış torpaq sahələrində inşa etdikləri fərdi yaşayış evlərinin Eskiz layihələri Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin və müvafiq səlahiyyələrə malik olan digər inzibati orqanların iştirakları ilə İddiaçı1, İddiaçı3, X33, X14 və İddiaçı2 onlara ayrılmış torpaq sahələrində Gəncə şəhərinin baş memarı tərəfindən təsdiq edilmiş Eskiz layihələrə uyğun tikdirdikləri Fərdi yaşayış evlərinin istismara Qəbul Aktları (evin istismarına icazə verilməsi barədə) tərtib edilmişdir. Habelə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 1173 saylı sərəncamı ilə İddiaçı1, xx.xx.2013-cü tarixli 1520 saylı sərəncamı ilə İddiaçı2, xx.xx.2014-cü il tarixli 147 saylı sərəncamı ilə İddiaçı3 və digər sərəncamları ilə X36 və X18 məxsus olan (sərəncamlarda həmin mülklərin Gəncə şəhəri Yeni Gəncə yaşayış massivi “Əriklik bağı” adlanan ərazidə yerləşməsi göstərilmişdir) mülklərdə razılaşdırılmış layihə sənədləri əsasında inşa edilmiş tikililərin qeydiyyata alınması, DƏDRX-in 3 saylı X44 sözügedən fərdi yaşayış evlərini qeydiyyata aldıqdan sonra mülk sahiblərini müvafiq qaydada mülkiyyət hüquqlarını təsdiq edən sənədlərlə təmin etməsinin tapşırılması qərara alınmışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli 838 nömrəli məktubunda göstərilir ki, “Əriklik” və “Əriklik bağı” adlanan ərazilər inzibati ərazi vahidi kimi mövcud olmayan və hüdudları mövcud olmayan, əhali tərəfindən bu cür adlandırılan qeyri-rəsmi yer adıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçılar mübahisə predmetinə aid torpaq sahələrini Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin 2012-2013-cü illərdə qəbul etmiş olduğu sərəncamları əsasında əldə etmişlər. Sonradan məlum olmuşdur ki, həmin torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxslərin mülkiyyəti kimi qeydə alınmışdır. İşin mübahisəli halları bu qeydiyyatla bağlı yaranmışdır. Ona görə də həmin qeydiyyatın ləğv edilməsini tələb etmişlər. Qeyd edilməlidir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, Əli Quliyev, İddiaçı3 və Səadət Qocayeva sözügedən torpaq sahələrini müvafiq səlahiyyətlərə malik olan Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında qanunauyğun olaraq əldə etmişlər və həmin sərəncamlarla iddiaçılara torpaq sahələrində fərdi yaşayış evlərinin yerləşdirilməsinə icazə verilmişdir. Həmin sərəncamlar ləğv edilməmiş və ya etibarsız sayılmamışdır, hazırda qüvvədədir. Bundan sonra iddaçılar Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin sərəncamları ilə onlara verilən icazə əsasında qanunvericiliyin tələbinə uyğun olaraq, müvafiq prosedur qaydalara riayət etməklə orada fərdi yaşayış evləri tikmişlər və həmin evlərdə də yaşayırlar. Onların tikdirdikləri evlər yuxarıda göstərildiyi qaydada qanunvericiliyin tələbinə uyğun inşa edildiyinə görə özbaşına tikinti hesab edilə bilməz. İddiaçılar həmin evləri tikərkən hər hansı şəxs və ya inzibati orqan tərəfindən onlara etiraz edilməmiş, o cümlədən onların tikinti apardıqları torpaq sahəsinin digər şəxsin mülkiyyətində olması, həmin torpaq sahəsində ev tikilməsinin qanunsuz olması ilə bağlı xəbərdarlıq edilməmişdir. Belə olan halda iddiaçıların qanuna uyğun olara inşa etdirdikləri fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin mülkiyyətdə olması ilə bağlı digər şəxslərin (üçüncü şəxslər Elşad Məmmədovun və Faiq Şərifovun) adına daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən aparılmış qeydiyyatlar iddiaçıların hüquqlarını pozur. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına dövlət reyestrində aparılmış qeydiyyatın və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2013-cü il tarixli **********2 nömrəli reyestr qeydiyyatının ləğv edilməsi tələbinin qanuniliyinə gəldikdə isə, kollegiya qeyd edir ki, işin həqiqi hallarına əsasən mübahisəli 0,209686 ha torpaq sahəsinində daxil olduğu 1,31 ha torpaq sahəsinin əks olunduğu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli Dövlət Aktına əsasən həmin torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova satılmışdır. Həmin dövlət X42 mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olmaqla ayrı-ayrı ərazilərdə yerləşməsi, ona görə də torpaq sahəsinin üç ədəd müxtəlif planşetlərdə əks edilməsi müəyyən edilir. Sözügedən “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktına əsasən, 467 nömrəli konturda (planşetdə) 0,60 ha, 467A nömrəli konturda (planşetdə) 0,20 ha və 467D nömrəli konturda (planşetdə) 0,51 ha olması göstərilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin hakimi Loğman Süleymanovun icraatında olan 2(104)-03/2017 saylı mülki iş üzrə xx xxxx 2017-ci il tarixli qərardad ilə təyin edilmiş Məhkəmə tikinti-texniki ekspertizasının icrası ilə bağlı ƏMDK yаnındа Dаşınmаz Əmlаkın Kаdаstrı və Ünvаn Reyestri Xidmətinin 3 sаylı Gəncə LTİ tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışda və **********28 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən X20 məxsus 0,209686 ha torpaq sahəsinin koordinatları, sərhədləri müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları və sərhədləri rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X17 mülkiyyətində olan 0,209686 ha torpaq sahəsi ilə Gəncə Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının Gəncə şəhəri “Əriklik bağı” adlanan ərazidə fərdi yaşayış evlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) dair 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə X18 ayrılmış torpaq sahəsinin 113 kv.m-i, 54 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin 178 kv.m-i, 144 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X7 ayrılmış torpaq sähəsinin 500 kv.m-i, 336 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı3 ayrılmış torpaq sahəsinin 500 kv.m-i, 337 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə X36 ayrılmış torpaq sahəsinin 419 kv.m-i üst-üstə düşür. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Xanlar rayon Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı əsasında X28 0.80 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən “Torpağa mülkiyyət hüququna dair “ JN seriyalı 497 saylı Dövlət Aktı tərtib edilmişdir. Həmin Dövlət Aktı iki konturdan 497A (0.20 ha) və 497(0.60 ha) konturlardan ibarət olmuşdur. Hal-hazırda mübahisə predmeti olan 497D (0.51ha) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunmuş və elektron xəritə materiallarında öz əksini tapmamışdır. X35 JN seriyalı 497 nömrəli Dövlət Aktının 497D nömrəli konturunda qeyd olunan 0.51 ha torpaq sahəsindən 0.209686 ha hissəsini xx.xx.2012-ci il tarixli 4Ə-3-836 nömrəli alqı-satqı müqaviləsi əsasında X2. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində X17 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair ərazi idarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərkən texniki xətaya yol verilərək torpaq sahəsi əvvəlki plan ölçüsündəki koordinatlardan fərqli olaraq sənəd üzrə vəziyyətdən 80 metr sürüşmə ilə hal-hazırda İddiaçı1 məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərinə qeydiyyat aparılmışdır. Məlumat üçün bildirirlər ki, baza məlumatlarına istinadən araşdırma zamanı dövlət aktında qeyd olunan 0.51 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının bir hissəsi başqa şəxslərə məxsus tikillilərin, bir hissəsinin isə ümumi istifadədə olan yolun üzərinə düşdüyü məlum olmuşdur. Ərazi idarəsinin arxiv sənədlərinə əsasən, ləğv edilmiş DT və XK tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitabında X21 mülkiyyətinə verilmiş 1.31 ha torpaq sahəsi sözündə düzəliş (qaralanaraq sonradan yazılıb) olunmuşdur. Habelə, iş materiallarının 2-ci cildinin 8-ci vərəqində olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2014-cü il tarixli 115 saylı məktubda bildirilir ki, Xanlar (indiki Göygöl) rayonu Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova 0.80 ha torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Göründüyü kimi, “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktını tərtib edən və həmin dövlət aktında əks edilmiş məlumatların dəqiqliyi üçün cavabdehlik daşıyan müvafiq inzibati orqan, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova 0.80 ha torpaq sahəsinin (1,31 ha deyil) alqı-satqı yolu ilə satıldığını təsdiq edir. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli (hakim E.Həsənova) qətnaməsi ilə Göygöl rayon Quşqara bələdiyyəsininiddia tələbi təmin edilərək, Faiq Şərifovun adına verilmiş Torpağa mülkiyyət hüququna dair xx xxxxx 2006-cı il tarixli JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktının 0,51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamənin əsaslandırıcı hissəsində göstərilir ki, cavabdeh X45 bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə 0.80 ha torpaq sahəsi satıldığı halda, onun adına olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktında 0.80 ha torpaq sahəsi əvəzinə 1,31 ha, yəni 0,51 ha artıq torpaq sahəsi göstərilmişdir. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsinin iş materiallarında olan surətindən görünür ki, qətnamənin sonuncu səhifəsində məhkəmənin sədri tərəfindən “qətnamə qanuni qüvvəsini almışdır” qeydi edilmişdir. Lakin həmin qətnamədən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs X27 2018-ci ildə apelyasiya şikayəti verərək, xx xxxxxxx 2010-cu il tarixli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(104)- 3463/2018 nömrəli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Göygöl Rayon Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 2(066)-358/2010 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti hazırda Gəncə Apelyasiya Məhkəməsinin icraatında olduğuna görə qanuni qüvvəsini almasa da, göründüyü kimi, həmin mülki iddianın qaldırılmasının əsasını Göygöl rayon Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova 0.80 ha torpaq sahəsi satıldığı halda, “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktında 0.80 ha torpaq sahəsi əvəzinə 1,31 ha, yəni 0,51 ha artıq torpaq sahəsi göstərilməsi təşkil edir. Həmin 0,51 ha torpaq sahəsinin isə “Torpağa mülkiyyət hüququna dair“JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktının 497D nömrəli planşetində əks olunmuş 0.51 ha torpaq sahəsi olması işin mübahisəsiz halıdır. X4 cavabdehlər İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X18 qarşı “iddiaçının mülkiyyətində olan 0,209686 ha torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılması və həmin torpaq sahəsində inşa edilmiş evlərin (tikililərin) cavabdehlərin vəsaiti hesabına sökülməsi” barədə iddia tələbi haqqında mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli qətnaməsində göstərilmişdir ki, “İş materiallarından görünür ki, Xanlar rayonu (indiki Göygöl) Quşqara bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli 54a saylı qərarı ilə Faiq Şərifova 0.80 ha torpaq sahəsi satılmış, həmin qərara əsasən Faiq Şərifovun adına “Torpağın mülkiyyətə verilməsinə” dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktı işlənmişdir. Həmin Dövlət X42 mülkiyyətinə verilmiş torpağın ümumi sahəsinin 1,31 ha olması, ayrı-ayrı ərazilərdə yerləşməsi, 497 konturlarda 0,60 ha, 497 A konturunda 0.20 ha və 497 D konturunda 0,51 ha olması göstərilmiş, “Torpağın mülkiyyətə verilməsinə” dair Dövlət Aktında 467 D konturu ilə işlənməsi sənədlərin saxtalaşdırılması yolu ilə həyata keçirilmiş, Faiq Şərifov əlavə yazılmış 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini X19, 0,06 ha hissəsini isə X13 xx xxxx 2007-ci il tarixli alqı-satqı müqavilələrinəəsasən satmışdır. Qalan 0.209686 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (Dövlət Aktı) etibarsız hesab olunmağına baxmayaraq həmin sahəni Faiq Şərifov xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Elşad Məmmədova xx.xx.2012-ci il tarixdə satmışdır.” İş materiallarının 1-ci cildinin 93-cü vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X40 Gəncə İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı xx xxxxxx 2017-ci il tarixli **********03 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli Dövlət Aktında qeyd olunan, hal-hazırda mübahisə predmeti olan 497 D nömrəli konturun Dövlət Aktınasonradan əlavə olunduğu və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilən zaman 3 saylı Ərazi İdarəsinə təhvil verilmiş elektron xəritə materiallarında 497 D nömrəli konturun öz əksini tapmadığı müəyyən edilmişdir. Sadalananlardan, yəni Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-609/2018 nömrəli qətnaməsində müəyyən edilən hallardan, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yаnındа Dаşınmаz Əmlаkın Kаdаstrı və Ünvаn Reyestri Xidmətinin 3 sаylı Gəncə LTİ tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli mütəxəssis rəyindən,Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2014-cü il tarixli 115 saylı məktubdan, DƏDRX-in 3 saylı X40 xx xxxxxx 2017-ci il tarixli **********03 nömrəli məktubundan və Göygöl Rayon Məhkəməsinin icraatında olmuş 2(066)-358/2010 nömrəli mülki iş üzrə müəyyən olunan hallardan göründüyü kimi, Faiq Şərifovun adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (KOD 50806018) xx.xx.2006-cı il tarixli dövlət aktının 497D nömrəli planşetində 0.51 ha torpaq sahəsinin Faiq Şərifovun mülkiyyətində göstərilməsi həqiqəti əks etdirmir.0.51 ha torpaq sahəsinin göstərildiyi 497D nömrəli planşet Dövlət Aktınasonradan əlavə olunmuşdur və daşınmaz əmlakların elektron xəritə materiallarında öz əksini tapmamışdır. Hazırda baxılan mübahisənin predmetinə daxil olan 0,209686 ha torpaq sahəsinin X17 adına mülkiyyət hüququ ilə qeyd edilməsi barədə xx xxxxx 2013-cü il tarixli **********2 nömrəli reyestr qeydiyyatında əks olunmuş 0,209686 ha torpaq sahəsi də məhz “Torpağa mülkiyyət hüququna dair“dair JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktının 497D nömrəli planşetində əks olnmuş 0.51 ha torpaq sahəsinin bir hissəsidir. Faiq Şərifov “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (KOD 50806018) Dövlət Aktının 497D nömrəli planşetində göstərilən 0,51 ha torpaq sahəsinin 0,24 ha hissəsini Goranboy rayonu Əhmədabad kəndində yaşayan X19, 0,06 ha hissəsini isə Gəncə şəhəri M.Hacıyev küçəsi 320 ev 6A mənzil 22-də yaşayan X13 xx xxxx 2007-ci il tarixli alqı-satqı müqavilələrinəəsasən satmışdır. Həmin 0,51 ha torpaq sahəsinin qalan 0,209686 ha hissəsini isə xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Elşad Məmmədova satmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında 0.209686 ha torpaq sahəsi üzərində Elşad Məmmədovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlıakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış və eyni tarixli Torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirilmişdir. Kollegiyaya görə, iddia tələbinin birinci hissəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0,509686 ha torpaq sahəsinin X21 adına dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən ibarət olmaqla, həmin tələb özündə Göygöl rayonu Quşqara kəndində yerləşən və reyestr nömrəsi **********45 olan 0,509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın ləğv edilməsini ehtiva edir. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunmalıdır ki, yuxarıda göstərildiyi kimi Faiq Şərifov 0,509686 ha torpaq sahəsinin 0,24 ha hissəsini X19, 0,06 ha hissəsini isə X13 xx xxxx 2007-ci il tarixli alqısatqı müqavilələrinəəsasən satmışdır. Bundan sonra yerdə qalan 0,209686 ha hissəsini isə xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Elşad Məmmədova satmışdır ki, iddiaçıların tikdirdikləri yaşayış evləri də həmin 0,209686 ha torpaq sahəsinin üzərində yerləşdiyindən onların hüquqları da məhz 0,209686 ha torpaq sahəsinə münasibətdə pozulur. Ona görə də iddia tələbi 0,509686 ha torpaq sahəsinin X3 0,24 ha və X1 0,06 ha olmaqla, cəmi 0,30 ha hissəsində əsaslı deyildir. Həmin 0,30 ha torpaq sahəsinin Faiq Şərifovun mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyat iddiaçıların hüquq və mənafelərinə toxunmur. İddia tələbinin həmin 0,509686 ha torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx xxxxx 2013-cü il tarixli **********2 nömrəli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsi də əsaslıdır. Belə ki, sözügedən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Faiq Şərifovun adına aparılmış qeydiyyat qanunsuz olduğundan həmin torpaq sahəsi ilə bağlı Elşad Məmmədovun adına aparılmış qeydiyyatda qanuni hesab edilə bilməz. Birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll edərkən yuxarıda göstərilən halları nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəsinə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 23-cü maddəsinin məzmununa görə, daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Kollegiyaya görə, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, yeni qərar çıxarılaraq iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X40 üzərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X17 adına xx xxxxx 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə, yəni “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın həmin torpaq sahəsinin 0,30 hektarının qeydiyyatının ləğv edilməsi hissədə təmin edilməməlidir. Apellyasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2-1(83)-49/2019 nömrəli qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, X47, İddiaçı3 və X14 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X32rşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın ləğv edilməsi və həmin torpaq sahəsinin 0,209686 ha hissəsinin X17 adına aparılmış xx xxxxx 2013-cü il tarixli ********** nömrəli reyestr qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X40 üzərinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar (indiki Göygöl) rayon şöbəsi tərəfindən verilmiş “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın 0,209686 ha torpaq sahəsi ilə bağlı hissədə ləğv edilməsi və həmin 0,209686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X17 adına xx xxxxx 2013-cü il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə, yəni “Torpağa mülkiyyət hüququna dair“ JN seriyalı 0497 nömrəli (kod 50806018) Dövlət Aktına əsasən 0.509686 ha torpaq sahəsinin xüsusi mülkiyyətdə olması ilə bağlı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X21 adına xx.xx.2007-ci il tarixdə aparılmış ********* nömrəli qeydiyyatın həmin torpaq sahəsinin 0,30 hektarının qeydiyyatının ləğv edilməsi hissədə təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, X47 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-17/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-17/2020
22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver