Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-17/2021 29.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı "xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədək İsmayıllı rayonu Engels adına kolxozda işlədiyi müddətin və xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-665/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X1maçı işləmişdir. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda təhsil almışdır. Bundan başqa, iddiaçının əmək kitabçasında olan qeydə əsasən, o, xx.xx.1974-cü ildən xx.xx.1998-ci ilədək İsmayıllı rayonu Engels adına kolxozda inşaat briqadiri, sonra isə baş zootexnik vəzifələrində işləmişdir. Bundan başqa, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışına əsasən, o, 1969-1974, 1976, 1977, 1980-1997-ci illərdə İsmayıllı rayonu Engels adına kolxozda işləmiş və əmək haqqı almışdır. İddiaçı xx.xx.2019-cu ildə (64 yaş) pensiya yaşına çatmışdır. O, cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********3 nömrəli cavab məktubu ilə bildirmişdir ki, 1969- 1973-cü illərdə keçmiş Engels adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı, tələb olunan pensiya kapitalı və sosial sığorta stajı olmadığı üçün ona əmək pensiyasının təyin olunması mümkün deyil. Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən müddətlərin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmadığına görə onun əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bundan sonra iddiaçı "xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədək İsmayıllı rayonu Engels adına kolxozda işlədiyi müddətin və xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, keçmiş Engels adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığına və əyani təhsil illərinin sosial sığorta stajına daxil edilməsi qanunda nəzərdə tutulmadığına görə cavabdeh ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli **********9 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş və bildirmişdir ki, iddiaçının qəbul edilən iş stajı 22 il 3 ay 8 gün olmaqla, həmin dövr üzrə pensiya hüququnun yarandığı tarixə pensiya kapitalı 16091,93 manat təşkil edir. Pensiya təminatı məsələsinə baxılarkən iddiaçının təhsil aldığı və 1969-1974-cü illərdə keçmiş Engels adına kolxozda işlədiyi illər nəzərə alınmamışdır ki, həmin dövr üzrə iş stajı 4 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, iddiaçıya pensiya təyin olunması üçün 23040 manat pensiya kapitalı və 25 il sosial sığorta stajı tələb olunur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, xx.xx.1972-ci tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X1maçı vəzifəsində, xx.xx.1974-cü ildən xx.xx.1998-ci ilədək keçmiş Engels adına kolxozda işləmişdir. İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan, БТ seriyalı 023494 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda təhsil almışdır. İşdə olan, İsmayıllı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1969-cu ildən 1997-ci ilədək İsmayıllı rayonu Engels adına kolxozda işləmişdir. İşdə olan, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(037)-908/2019 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktı müəyyən olunmuşdur. İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli **********9 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının qəbul edilən iş stajı 22 il 3 ay 8 gün olmaqla, həmin dövr üzrə pensiya hüququnun yarandığı tarixə pensiya kapitalı 16091,93 manat təşkil edir. Pensiya təminatı məsələsinə baxılarkən iddiaçının təhsil aldığı və 1969-1974-cü illərdə keçmiş Engels adına kolxozda işlədiyi illər nəzərə alınmamışdır ki, həmin dövr üzrə iş stajı 4 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, iddiaçıya pensiya təyin olunması üçün 23040 manat pensiya kapitalı və 25 il sosial sığorta stajı tələb olunur. İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, keçmiş Engels adına kolxozda kişilər üçün minimum əmək iştirakı norması 1966-1982-ci illərdə 200 adam günü, 1982-1997-ci illərdə 180 adam günü müəyyən olunmuşdur. İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X3 Ekspedisiyasında işlədiyi 11 ay 25 gün,xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olduğu 1 il 11 ay 10 gün,xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək əyani təhsil aldığı 2 il 5 ay 25 gün,İsmayıllı rayonu Engels adına kolxozda xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək faktiki işlədiyi dövr üzrə 7 ay, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək faktiki işlədiyi dövr üzrə 8 ay, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək 10 ay 2 gün, xx.xx.1981-ci ildən xx.xx.1997-ci ilədək 17 il olmaqla kolxozda işlədiyi müddət üzrə cəmi 19 il 1 ay 2 gün sosial sığorta stajı qəbul edilir, 1969-1974-cü illərdə Engels adına kolxozda işlədiyi faktiki müddət ümumi iş stajının tərkibində nəzərə alınmamışdır ki, həmin dövr üzrə cəmi iş stajı 1 il 7 ay 13 gün təşkil edir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-665/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda əyani təhsil aldığı müddətin tam, xx.xx.1969cu ildən xx.xx.1974-cü ilədək İsmayıllı rayonu Engels adına kolxozda işlədiyi müddətin isə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla 1 il 11 ay 28 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-665/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-665/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1980-cı ilədək X5 Texnikumunda əyani təhsil aldığı müddətin tam, xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədək İsmayıllı rayonu Engels adına kolxozda işlədiyi müddətin isə müəyyən olunmuş minimum əmək iştirak normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla 1 il 11 ay 28 gün müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Fondunun İsmayıllı rayon filialına həvalə edilmişdir. Aşağıda qeyd olunanlarla Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-665/2020 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir, bu səbəbdən qərar ləğv edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşdə olan, İsmayıllı Rayon Dövlət Arxivinin 156 nömrəli arxiv arayışında 1969- 1974, 1976, 1977, 1980-1997-ci illərdə İsmayıllı Rayon Engels adına kolxozda işləyib əmək haqqı aldığı göstərilmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq aşağıdakıları bildirir. Birincisi məhkəmənin istinad etdiyi arxiv arayışında vətəndaşın 1969- 1974- cü illərdə Engels adına kolxozda işlədiyi faktı təsdiqlənsə də, tələb olunan minimum əmək gününü yerinə yetirməmişdir. Məhkəmə şəxsin işlədiyi faktik müddəti hesablayarkən səhvə yol vermiş, 1969-1974-cü illərdəki faktik iş günlərində 399 adam gününü 1 il 11 ay 28 günə bərabər etmişdir. Halbuki bu rəqəm 1 il 1 ay 4 gün kimi hesablanmalıdır. İkincisi, iddiaçının Engels adına kolxozda işlədiyini iddia etdiyi 1969-1974-cü illərin bir hissəsi əmək kitabçasında qeyd olunan Geoloji Ekspedisiyasında işlədiyi müddətlərlə üst-üstə düşür. Üçüncü məqam isə, şəxsin təhsil aldığı 1977-1980-ci illərdə, həm də kolxozda fəaliyyətinin olması ilə bağlıdır. Nəzərinizə çatdırırıq ki, arxiv arayışlarında şəxsin konkret hansı tarixlərdə işləməyi göstərilməyib ki, bu da şəxsin sosial sığorta stajının düzgün hesablanması üçün vacibdir. Əks təgdirdə eyni tarixlər ganunsuz olarag təkrarən hesablana bilər. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının Engels adına kolxozda işlədiyini iddia etdiyi 1969-1974-cü illərin bir hissəsinin üst-üstə düşməsi ilə bağlı və əyani təhsil aldığı dövrdə kolxozda fəaliyyətinin olması ilə əlaqədar müvafiq qurumlara sorğular verməmiş və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki inzibati Məhkəməsinin 2-1(116)-665/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-665/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-665/2020 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-665/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia həmçinin qismən əsaslıdır. İddia aşağıdakı müddətlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi barədədir: xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda əyani təhsil aldığı müddətin; xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədək keçmiş İsmayıllı rayonu Engels adına kolxozda işlədiyi müddətin. Birinci instansiya məhkəməsi iddianın birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməşdir. İşdə olan БТ seriyalı 023494 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda təhsil almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli qərarı 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Ona görə də iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsinin iddianın ikinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məlum oldu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, xx.xx.2019-cu ildə pensiya yaşına (64 yaş) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək, xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X1maçı işləmişdir. Bununla yanaşı, onun hərbi biletindən görünür ki, o, xx.xx.1974-cü ildə hərbi xidmətə çağırılmışdır. Belə olan halda, iddiaçının Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X3 Ekspedisiyasında işlədiyi müddətin sonu hərbi xidmətə çağırılmasından əvvəlki gün, yəni xx.xx.1974-cü il götürülməlidir. Beləliklə, iddiaçının Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya X3 Ekspedisiyasında işlədiyi müddətin cəmi 11 ay 25 gündür. Bundan başqa, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu müddət 1 il 11 ay 10 gündür. Onun xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək X5 Texnikumunda təhsil aldığı müddət 2 il 5 ay 26 gündür. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına daxil edilir. Sadalanan normalara uyğun olaraq, iddiaçının yuxarıda göstərilən iş, hərbi xidmət və təhsil müddətləri (cəmi 5 il 2 ay 1 gün) onun sosial sığorta stajına daxil edilməlidir. Bundan əlavə, iddiaçı İsmayıllı rayonu Engels adına kolxozda da işləmişdir. Onun əmək kitabçasında xx.xx.1974-cü ildən xx.xx.1998-ci ilədək işlədiyi, İsmayıllı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 156 nömrəli arxiv arayışında 19691974, 1976, 1977, 1980-1997-ci illərdə İsmayıllı rayonu Engels adına kolxozda işləyib əmək haqqı aldığı göstərilmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həmin kolxozda müəyyən edilmiş əmək iştirakı minimumu 19691982-ci illərdə 200 adam/gün, 1983-1997-ci illərdə isə 180 adam/gün olmuşdur. İddiaçı 1980-1997-ci illərdə (cəmi 18 il) əmək iştirakı minimumunu yerinə yetirmişdir. Cavabdeh iddiaçının kolxozda işlədiyi müddətlərdən xx.xx.1976-cı ildən xx.xx.1976cı ilədək faktiki işlədiyi dövr üzrə 7 ay, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək faktiki işlədiyi dövr üzrə 8 ay müddəti onun sosial sığorta stajına daxil edir. İddiaçının hazırkı iddiada sığorta stajına daxil edilməsini tələb etdiyi müddət xx.xx.1969-cu ildən xx.xx.1974-cü ilədəkdir. Həmin müddətdə iddiaçı kolxozda müəyyən edilmiş əmək iştirakı minimumunu yerinə yetirməmiş, 1969-cu ildə 2 adam/gün, 1970-ci ildə 1 adam/gün, 1971-ci ildə 11 adam/gün, 1972-ci ildə 108 adam/gün, 1973-cü ildə 146 adam/gün, 1974-cü ildə 131 adam/gün işləmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik işlədiyi müddət 399 adam/gün təşkil edir ki, bu da 1 il 11 ay 28 günə bərabərdir. Həmin müddəti əvvəlki müddətlərlə topladıqda iddiaçının sosial sığorta stajının cəmi 25 il 1 ay 29 gün olar, bu isə 25 ildən artıqdır və ona yaşa görə əmək pensiyası təyin etmək üçün kifayətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qismən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-665/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-17/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-17/2021
29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver