Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-17/2022 09.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “"xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2- 1(116)-73/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyənetdi: İddiaçı MMC-nin direktoru X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “"xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.02.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında 27.02.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcin cavabdehə aid edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara almışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini və apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tələbkar məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilməli və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında isə göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı inzibati orqanın özü tərəfindən ləğv edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə kollegiyasına 29 oktyabr 2020-ci il tarixli etiraz ünvanlayaraq, iddia tələbinin “27.02.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” hissəsində təmin edilməsini, “17 yanvar 2020-ci il tarixli **********196384 saylı Qərarın ləğv edilməsi” hissəsində isə rədd edilməsi xahiş etmişdir. Deməli artıq mübahisə yoxdur və həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsinə əsaslar da yoxdur. Ona görə də iddia həmin hissədə mümkün hesab edilə bilməz. Bundan başqa AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2021-ci il tarixli 9/5967 saylı ekspert rəyində məhkəməmühasibatlıq ekspertizası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2015-2017-ci illər üzrə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisi üzrə ümumiyyətlə kənarlaşma müəyyən edilməmişdir. Həmin ekspert rəyi ilə ƏDV üzrə isə 19001,09 manat (2016 oktyabr ayı üzrə -4200,30 manat, noyabr ayı üzrə - 6180,23 manat və dekabr ayı üzrə 8620,56 manat) məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilsə də, VM-nin 1 yanvar 2020-ci il tarixində qədər qüvvədə olan VM-nin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələbləri nəzərə alındıqdan sonra ümumilikdə ƏDV üzrə yalnız 2016-cı ilin dekabr ayı üzrə - 8620,56 manat kənarlaşma müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, ekspert rəyində ekspertiza Vergi Məcəlləsinin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələblərini rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilərin 3 illik müddətinin keçməsi əsası ilə hesablamanın düzgün olmamasını bir daha təsdiq etmişdir. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır ( İPM 35.1). Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilməli və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-in 82, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı qismən ləğv edilisin. İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmasın. Məhkəmə qərardadının tam formada təqdim edildiyi gündən on gün müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-17/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-17/2022
09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver