Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-17/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 (sədrlik edən, məruzəçi), X17 və X11 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçının nümayəndəsi X10 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarından İddiaçı ASC-nin idarə heyətinin sədri Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1713/2022 saylı qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2-1(116)-225/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsində iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı “cavabdeh tərəfindən iddiaçıya məxsus olan Şəki şəhəri, Heydər Əliyev prospekti, 4 ünvanında yerləşən qeyri-yaşayış binasının sərhəd divarı üzərində və yan divarına ara məsafəsi saxlanılmadan bitişik tikilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi” tələbinə dair işə baxılarkən məhkəmənin e-2- 2(117)-364/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/198 saylı rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh X3 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu müəyyən edilmişdir. Eyni zamanda, müəyyən olmuşdur ki, ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu bəndinin tələbinin pozulması ilə tikilmiş Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına reyestr nömrəsi **********54- 06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikili ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyat aparıla bilməz və qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikiliyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilə bilməz. Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, reyestr nömrəsi **********54-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi üçün xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı məktubu ilə müraciətin müsbət həll edilməsindən imtina edilmişdir. İmtina əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 saylı məktubunun məzmunundan da göründüyü kimi, müraciətin müsbət həll edilməsindən imtinanın lehinə olan arqumentlər əsaslandırılmadan ümumi və mücərrəd şəkildə sadalanmışdır. Buna görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin imtinası heç bir halda əsaslı hesab edilə bilməz.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin idarə heyətinin sədri Nümayəndə1 Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı silməklə, xx.xx.2019-cu il tarixli, **********54-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli ərizə ilə ərazi idarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinin tələblərinə əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Sözügedən Qanunun 2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınan hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmçinin Şəki şəhəri, Heydər Əliyev prospekti, 13 ünvanında yerləşən qeyri-yaşayış binasına X1 adına verilmiş **********54-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və **********54-06301 reyestr nömrəli Texniki pasportun təsdiqlənmiş surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 1678.90 kv. metr sahəsi olan qeyri-yaşayış binası və tikilinin yerləşdiyi 0,1588 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv. Metr sahəsi olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir. Həmin tikilinin yerləşdiyi 0,0015 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki;
1. Üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir.
2. üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.
3. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m. tikintialtı sahəsi 4.1 kv.mdir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil.
4. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir.
5. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil.
6. üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 fevral 2023-cü il tarixli, 2- 1(116)-225/2023 nömrəli qərarı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, ləğvi tələb olunan xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,015 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının mülkiyyətində olan 0,1588 ha torpaq sahəsi ilə üst-üstə düşmür. - Mübahisələndirilən torpaq sahəsi və onun üzərindəki tikiliyə xx.xx.2022-ci il tarixdə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının arasında-hər iki binanın divarlarına bitişik, sahəsi 2.7 kv.m.,tikintialtı sahəsi 4.1 kv.m olan tikili vardır. Həmin tikili nə iddiaçıya məxsus, nə də üçüncü şəxsə məxsus Çıxarışlarda və texniki pasportlarda təsbit olunmamışdır. Həmin tikilinin özünəməxsus yan divarları mövcud olmamaqla bir tərəfdən iddiaçıya, digər tərəfdən isə üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının yan divarlarına bitişikdir. Yəni, faktiki olaraq iddiaçıya məxsus qeyri-yaşayış binasının üçüncü şəxsə məxsus qeyri-yaşayış binası ilə bitişik olmadığı, ayrı-ayrılıqda hər iki tikiliyə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72 №-li qərarı ilə təsdiq olunmuş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbi pozulmamışdır. - Məhkəmə yuxarıda qeyd olunan işin hallarına və tətbiq olunan hüquq normalarına əsasən hesab edir ki,üçüncü şəxsə məxsus çıxarış qanuna əsasən tərtib olunduğundan və onun ləğvi üçün hüquqi əsas olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur.
9. İddiaçı ASC-nin idarə heyətinin sədri Nümayəndə1 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(107)-276/2023 nömrəli qərardadı ilə İddiaçı ASC-nin idarə heyətinin sədri Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilərək Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
11. İddiaçı tərəfindən həmin qərardan kassasiya şikayəti vermişdir.
Kassasiya instansiya məhkəməsindəki icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(102)- 839/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-276/2023 saylı nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı ASC-nin idarə heyətinin sədri Nümayəndə1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə heç bir halda razılaşmırlar. - Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 10/198 saylı rəyi ilə cavabdeh X3 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olduğu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitşik olduğunun nəzərə alınaraq, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğu müəyyən olunmuşdur. - Hesab edirlər ki, qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikili ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində heç kimin adına qeydiyyat aparıla bilməz və qanunvericiliyin tələblərini pozmaqla tikilmiş heç bir tikiliyə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilə bilməz. Buna baxmayaraq, Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası ilə bağlı X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla, reyestr nömrəsi **********54-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019 olan, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. - Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli 10/198 saylı rəyini görməzdən gəlmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyini ekspert rəyindən üstün tutaraq, iş üzrə qanunsuz və ədalətsiz nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(107)-17/2025 nömrəli qərardadı ilə üçüncü şəxs X5 vəfat etdiyindən hüquqi varisi X12 ilə əvəz edilmişdir.
17. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mərhum üçüncü şəxs X1 hüquqi varisi X12, cavabdeh orqanın və digər üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin mərhum üçüncü şəxs X1 hüquqi varisi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq üzürlü səbəbdən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilməyəcəyini, işə iştirakı olmadan baxıb apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
21. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16.1. qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.1-1. bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16.2. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
22. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunu: 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
23. İnzibati icraat haqqında Qanun Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
Apellyasiya şikayətinin mümkünlüyü
24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
32. Belə ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı Şəki şəhəri Heydər Əliyev prospekti 13 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində X1 hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
33. İddiaçı tələbinin əsası kimi üçüncü şəxsə məxsus qeyri-yaşayış binasının faktiki vəziyyəti ilə texniki sənədlər arasında uyğunsuzluqların olduğunu, eləcə də həmin tikilinin iddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik şəkildə inşa edildiyini və bununla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 №-li qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı Müfəssəl Qaydalar”ın tələblərinin pozulduğunu bildirmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2-1(102)- 839/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-276/2023 saylı nömrəli qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
35. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
36. Ali Məhkəmə hazırki iş üzrə 9 aprel 2024-cü il tarixli, 2-1(102)-839/2024 nömrəli qərarında qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/198 saylı rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh X3 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olduğunu və faktiki olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus tikilinin yan divarına bitişik olduğunu, həmin tikilinin inşası zamanı ara məsafəsi ilə bağlı Müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cu il tarixli, 72 №-li qərarının 9-cu maddəsinin tələbinin pozulduğunu müəyyən edilmişdir. - İddiaçı eyni dəlili apellyasiya şikayətində də qeyd etməsinə baxmayaraq, həmin dəlil işdəki digər sübutlarla əlaqəli şəkildə araşdırılmayıb. Bunun əksinə olaraq, apellyasiya instansiya məhkəməsi cavabdehin xx.xx.2023-ci il tarixli 3-21-3-39/2-163/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə istinadla qeyd etmişdir ki, üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətindədir və qeyri-yaşayış binasının tikintialtı sahəsi 15.4 kv.m-dir. Üçüncü şəxsin mülkiyyətində olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri yaşayış binası arasında yerləşən tikilinin ümumi sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m-dir və sözügedən tikili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmədiyinə görə tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında məlumat vermək mümkün deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binasının ön, arxa və yan divarları iddiaçıya məxsus qeyri-yaşayış binasının divarları ilə kəsişmir. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binası arasında yerləşən tikilinin onlara bitişik özünəməxsus yan divarları mövcud deyil. Üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası faktiki vəziyyətdə texniki pasporta uyğundur. - Göründüyü kimi, məhkəmənin istinad etdiyi mütəxəssis rəyi ilə iddiaçının istinad etdiyi ekspert rəyi arasında ziddiyyətin olduğu aşkardır. Digər tərəfdən, üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binası arasında yerləşən, ümumi sahəsi 2.7 kv.m., tikintialtı sahəsi 4.1 kv.m olan, özünə məxsus yan divarları olmayan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan və mənsubiyyəti müəyyən edilməyən, üçüncü şəxsə məxsus tikliyə dair 1994-cü ildə tərtib edilmiş texniki pasportda “Alışqan təmiri sexi” kimi göstərilən (İ cild, iş v.121, 122) tikilinin mövcudluğu iddiaçıya məxsus tikili ilə üçüncü şəxsə məxsus tikili arasında ara məsafəsinə dair tələblərin pozulmadığını özü-özlüyündə təsdiq etmir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli tikiliyə məhkəmə tərəfindən icraatın iştirakçıları ilə birgə yerində baxış keçirilsə də, hər hansı ölçmə işlərinin (o cümlədən, mübahisəli tikilinin hündürlüyü və tikililər arasındakı məsafə ilə bağlı) aparıldığına dair baxış protokolunda hər hansı məlumat yoxdur. - Məhkəmələrin istinad etdikləri mütəxəssis rəyində də mübahisəli tikilinin hündürlüyünün və ara məsafəsinin ölçülərinə dair məlumat yoxdur. Belə olan halda, ara məsafəsinə dair tələblərin gözlənildiyinə, iddiaçının hüquqlarının pozulmadığına, buradan, iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilə bilməz.
37. Məhkəmə kollegiyası tərəfindən də Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun araşdırma aparılmışdır.
38. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və **********54-06301 reyestr nömrəli Texniki pasporta əsasən Şəki şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 1678.90 kv.m sahəsi olan qeyri-yaşayış binası və tikilinin yerləşdiyi 0,1588 ha torpaq sahəsi İddiaçı ASC-nin mülkiyyətindədir.
39. Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv.m sahəsi olan qeyri-yaşayış binası X1 mülkiyyətindədir. Həmin tikilinin yerləşdiyi 0,0015 ha torpaq sahəsi dövlət mülkiyyətindədir.
40. İşə yenidən apellyasiya qaydasında baxılarkən üçüncü şəxs X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə əlaqədar onun oğlu X12 tərəfindən məhkəməyə ərizə təqdim edilmiş, hüquqi varis müəyyən edilənədək inzibati iş üzrə icraatın dayandırılması xahiş olunmuşdur.
41. Kollegiya tərəfidən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla X1 ölümü təsdiq edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə icraat üçüncü şəxsin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır.
42. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 114 nömrəli məktubu ilə xx.xx.2025-ci il tarixli, 2V-21 reyestr nömrəli X22 hüququ haqqında şəhadətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Həmin şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 yeganə vərəsəsi oğlu X7r və o, miras əmlakı tam həcmdə qəbul etmişdir. Miras əmlak xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən, ümumi sahəsi 10,60 kv.m olan qeyri-yaşayış binasından ibarətdir.
43. Bu əsaslarla məhkəmə kollegiyası tərəfindən üçüncü şəxs X5 vəfat etdiyindən hüquqi varisi X12 ilə əvəz edilmişdir.
44. Məhkəmə kollegiyası tərəfindən yuxarıda göstərilən halların hərtərəfli və obyektiv araşdırılması, habelə tərəflər arasında mövcud olan mübahisənin mahiyyətinin müəyyən edilməsi məqsədi ilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin üzərində yerləşən tikiliyə baxış keçirilmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, habelə daşınmaz əmlakın faktiki vəziyyətinin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən müvafiq ölçü işləri aparılmışdır.
45. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-1438/2025 nömrəli mütəxəssis rəyi tərtib edilmişdir. Həmin mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:
1. X2 mülkiyyətində olan qeyri-yaşayış binasının tikilialtı sahəsi 15.2 kv.m, ümümi sahəsi 10.3 kv.m., daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 təşkil edir
2. X1 mülkiyyətində olan qeyri-yaşayış binasının və ona bitişik sənədsiz tikili ilə birlikdə tikilialtı sahəsi 19.1 kv.m. ümumi sahəsi 13.4 kv.m., daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 təşkil edir.
3. X1 mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının arasında yerləşən sənədsiz tikilinin tikilialti sahəsi 3.9 kv.m., ümumi sahəsi 3.1, daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 təşkil edir. Sözügedən tikili X1 mülkiyyətində olan və iddiaçıya məxsus qeyri yaşayış binasına bitişik inşa edilmişdir. Həmin qeyri-yaşayış binaları arasındakı ara məsafəsi 140 sm təşkil edir. Sənədsiz tikilinin özünəməxsus yan divarları mövcud deyil. Tikililərin mövcud vəziyyəti və ölçüləri tərəfimizdən tərtib edilmiş sxemdə öz əksini tapmışdır.
4. X3 məxsus qeyri-yaşayış binası 2V-21 nömrəli xx.xx.2025 tarixli X22 X8 əsasən X6 adina xx.xx.2025 tarixində hüqüqların dövlət reyestrində qeydiyyatı aparılmışdır.
46. Bu səbəbdən, Ali Məhkəmə tərəfindən müəyyən edilmiş qeyd olunan ziddiyyətlərin aradan qaldırılması, mübahisəli tikililərin faktiki vəziyyətinin, o cümlədən tikililərin qarşılıqlı yerləşmə məsafəsinin və normativ tələblərə uyğunluğunun dəqiq müəyyən edilməsi məqsədilə iş apellyasiya instansiyası məhkəməsində yenidən araşdırılarkən apellyasiya araşdırması zamanı məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi zəruri hesab edilmiş və bu əsaslarla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
47. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3748 nömrəli ekspert rəyindən görünür ki, Tədqiq olunan ünvanda baxış zamanı əldə edilən məlumatlar kameral şəraitdə araşdırılan zaman mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik olmaqla həmin tikilinin (iddiaçıya məxsus) şərq hissəsində yerləşdiyi müəyyən olunmuşdur. - Mülki iş materiallarında olan, xx.xx.2019-cu il tarixli “Texniki Pasport” sənədinə əsasən mübahisə predmeti olan tikili ümumi sahəsi 10.6 kv.m olmaqla 1 giriş-çıxış qapısından və 2 pəncərədən ibarətdir. Lakin, tədqiq olunan ünvanda baxış zamanı həmin tikilinin faktiki olaraq eyni dam altında olmaqla iki hissədən ibarət olduğu yəni, “Texniki Pasport”da qeyd olunan 10.6 kv.m sahədən əlavə ön hissəsinə nisbətdə sağ hissəsində əlavə olaraq bir otağın mövcud olduğu müəyyən olunmuşdur. - Mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik vəziyyətdə olduğunu nəzərə alaraq həmin tikilinin inşası zamanı “ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72№-li qərarı”nın tələbinin pozulduğu müəyyən olunmuşdur.
48. Yuxarıda göstərilən işin faktiki halları, tərəflərin izahatları, iş üzrə toplanmış sübutlar, habelə aparılmış yerində baxışın nəticələri məhkəmə kollegiyası tərəfindən hərtərəfli və obyektiv şəkildə qiymətləndirilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən X1 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 0,015 hektar torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla, iddiaçının mülkiyyətində olan 0,1588 hektar torpaq sahəsinin hüdudları ilə faktiki və hüquqi baxımdan üst-üstə düşmür. Bu hal torpaq kadastr məlumatları, müvafiq plan-ölçü sənədləri və mütəxəssis rəyləri ilə də təsdiqini tapmışdır.
49. Kollegiya tərəfindən aparılmış baxış zamanı əlavə olaraq müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxs X3 məxsus qeyri-yaşayış binası arasında hər iki binanın yan divarlarına bitişik vəziyyətdə yerləşən, yardımçı təyinatlı, ümumi sahəsi 3.1. kvadratmetr, tikilialtı sahəsi isə 3.9. kvadratmetr, daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 olan ayrıca tikili mövcuddur. Həmin tikilinin mövcudluğu baxış protokolu və fotoşəkillərlə təsdiq edilmişdir.
50. Məhkəmə kollegiyası müəyyən edir ki, qeyd olunan yardımçı xarakterli tikili nə iddiaçıya, nə də üçüncü şəxsə məxsus çıxarışlarda, texniki pasportlarda və digər hüquqmüəyyənedici sənədlərdə əks olunmamışdır. Eyni zamanda, bu tikilinin müstəqil yan divarlarının olmaması, faktiki olaraq hər iki əsas tikilinin arasında yerləşən konstruktiv element kimi formalaşması onun hüquqi baxımdan ayrıca əsas tikili kimi deyil, yardımçı və aralıq xarakterli qurğu olduğunu göstərir.
51. Müəyyən edilmiş faktiki vəziyyət onu deməyə əsas verir ki, iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binası birbaşa bitişik vəziyyətdə yerləşmir. Onların arasında ayrıca yardımçı tikilinin mövcudluğu əsas tikililər arasında müəyyən məsafənin faktiki olaraq qorunduğunu təsdiq edir.
52. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hər iki əsas tikiliyə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı Müfəssəl Qaydalar”ın tələblərinin pozulması halları iş üzrə toplanmış sübutlarla təsdiqlənməmişdir. İddiaçının bu qaydaların pozulması ilə bağlı arqumentləri öz təsdiqini tapmamışdır.
53. İşdən görünür ki, X1 mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binasının arasında yerləşən sənədsiz tikilinin tikilialti sahəsi 3.9 kv.m., ümumi sahəsi 3.1, daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 təşkil edir. Sözügedən tikili X1 mülkiyyətində olan və iddiaçıya məxsus qeyri yaşayış binasına bitişik inşa edilmişdir. Həmin qeyri-yaşayış binaları arasındakı ara məsafəsi 140 sm təşkil edir. Sənədsiz tikilinin özünəməxsus yan divarları mövcud deyil. 54 Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/198 saylı rəyindən də görünür ki, xx.xx.2019-cu il tarixli ********** nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa və texniki pasporta əsasən X1 mülkiyyətində olan Şəki şəhəri, Heydər Əliyev prospekti 13 ünvanında yerləşən 10.6 kv.m sahəsi olan qeyriyaşayış binasının 1 giriş-çıxış qapısı və 2 pəncərəsi var. Həmin qeyri-yaşayış binasının iddiaçıya məxsus qeyri-yaşayış binasına bitişik hissəsində əlavə qapı quraşdırılmışdır.
55. Həmçinin iddiaçının dəlillərində əsas olaraq qeyd etdiyi “cavabdeh X3 məxsus tikilinin faktiki vəziyyəti ilə texniki pasport sənədində qeyd olunan məlumatlar arasında konstruktiv uyğunsuzluqlar olması” da elə iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binası arasında yerləşən tikilinin üçüncü şəxsə məxsus texniki pasportda olmaması, hazırda isə naturada faktiki mövcud olması səbəbindən meydana gəlmişdir.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 10/3980 nömrəli ekspert rəyindən də görünür ki, iş materiallarında olan Şəki şəhər XDS icraiyyə komitəsinin 24 noyabr 1989-cu il tarixli 13 saylı iclas protokolundan çıxarışa əsasən, M.Fizuli adına Şəki şəhər mədəniyyət və istirahət parkının 16.09.89-cu il tarixli 60 saylı məktubu nəzərə alınaraq 1 saylı mağazanın daxilində yerləşən nəqqaşlıq emalatxanasının tikintisi üçün həmin mağazanın şərqində 15 kv.m. torpaq sahəsi ayrılmışdır. Lakin həmin çıxarışa və qərara torpaq sahəsinin yerləşməsinə dair ayrıc aktı və ya sxem əlavə olunmamışdır. Baxış zamanı aparılan ölçü işləri nəticəsində iddiaçıya və N.Mirzəyevə məxsus olan tikililərin mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli texniki pasport sənədində qeyd olunan ölçülərlə eynilik təşkil etdiyi müəyyən edilmişdir.
57. Göründüyü kimi, iddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binası arasında hər iki binanın yan divarlarına bitişik vəziyyətdə yerləşən, yardımçı təyinatlı, ümumi sahəsi 3.1. kvadratmetr, tikilialtı sahəsi isə 3.9. kvadratmetr, daxili hündürlük h=2.10., xarici hündürlük H=2.40 olan ayrıca tikiliyə münasibətdə “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72№-li qərarı”nın tələbinin pozulduğu müəyyən edilir.
58. Araşdırma nəticəsində hasil olur ki, üçüncü şəxsin mülkiyyətində olan qeyriyaşayış binası ilə iddiaçıya məxsus qeyri-yaşayış binası arasında yerləşən, özünə məxsus yan divarları olmayan, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan və mənsubiyyəti müəyyən edilməyən, üçüncü şəxsə məxsus tikiliyə dair 1994-cü ildə tərtib edilmiş texniki pasportda “Alışqan təmiri sexi” kimi göstərilən tikilinin mövcudluğu iddiaçıya məxsus tikili ilə üçüncü şəxsə məxsus tikili arasında ara məsafəsinə dair tələblərin pozulduğunu təsdiq edir.
59. Həmin tikili mövcud olmadığı təqdirdə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cu il tarixli, 72№-li qərarı”nın tələbinin pozulmadığı təsdiq edilir. İddiaçıya məxsus qeyri-yaşayış binası ilə üçüncü şəxsə məxsus qeyri-yaşayış binası arasında hər iki binanın yan divarlarına bitişik vəziyyətdə yerləşən tikili isə üçüncü şəxsə məxsus xx.xx.2019-cu il tarixli “Texniki Pasport” sənədinə əsasən onun mülkiyyətində deyil, “Texniki Pasport”da qeyd olunan 10.6 kv.m sahədən (mülkiyyətində olan) əlavə ön hissəsinə nisbətdə sağ hissəsində əlavə olaraq bir otaq kimi mövcuddur.
60. Həmin tikilinin iddiaçıya mane olması və onun hüquqlarını pozması halında isə üçüncü şəxsin qeydiyyatının mübahisələndirilərək ləğv edilməsi qanuni sayıla bilməz. Məhkəmə kollegiyasının iclasında da üçüncü şəxsin hüquqi varisi qeyd etmişdir ki, həmin tikilinin (üçüncü şəxsin mülkiyyətində olan qeyri-yaşayış binası ilə iddiaçıya məxsus qeyriyaşayış binası arasında yerləşən) onlara heç bir aidiyyatı yoxdur.
61. Kollegiya həmçinin nəzərə alır ki, üçüncü şəxs X1 adına qeyri-yaşayış binası üzrə dövlət qeydiyyatı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətli orqan tərəfindən aparılmışdır. Həmin qeydiyyatın etibarsız sayılmasına əsas verən hər hansı qanun pozuntusu, saxtalaşdırma, yaxud hüquqların pozulması halları iş materiallarında müəyyən edilməmişdir.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış qanunvericiliyin tələblərinə tam uyğun şəkildə rəsmiləşdirilmişdir və onun ləğvi üçün hüquqi əsaslar mövcud deyildir (cild 1 səh 66-85). Həmçinin, mübahisələndirilən qeydiyyatın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər də mübahisələndirilməmiş, ləğv edilməmiş, etibarsız sayılmamışdır. Bu səbəbdən cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanuni, əsaslı və işin faktiki halları ilə uzlaşan qərar kimi qiymətləndirilməlidir.
63. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
64. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi tələblə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir.
65. Məhkəmə kollegiyası hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri inzibati iş üzrə iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir.
66. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı ASC-nin idarə heyətinin sədri Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-225/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Ekspertiza xərci tərəflərə aid edilsin. İddiaçı ASC-dən 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu -, X9 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.