Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-170/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsinə qarşı ”onun 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-176/2020 qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı 1971,1973, 1993, 1997-ci illərədə “Nizami” adına kolxozda işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubla bundan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında iddiaçı ərizə tədqim edərək, "onun 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmənin protokol qərardadına əsasən iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçının təqdim etdiyi iş stajına dair arayışlarda (17 il 4 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 25 il 4 ay 26 gün stajı vardır. İddiaçının 1971-1974, 1976-1981, 1983-1990, 1993-1997-ci illərdə keçmiş Nizami kolxozunda işlədiyi iş stajını rayon arxivində yoxlanması zamanı 1971, 1973, 1997-ci illərin iş stajı qaralama və düzəlişlərlə yazıldığından düzgünlüyü təsdiq edilməmişdir və nəticədə onun düzgünlüyü təsdiq edilmiş (15 il 1 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 23 il 1 ay təşkil etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu il tarixində yaranmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclaında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli X1 surəti, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 266 nörməli, Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 9411 nömrəli arxiv arayışlarının təsdiqlənmiş surətləri, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu və qarşılıqlı yoxlama aktının surəti, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli məktubu və ona əlavə olunmuş staj və şəxsi hesab kitablarından iddiaçıya aid hissələrin təsdiqlənmiş surətləri və Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Şəhər Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-176/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon Şöbəsinin üzərinə İddiaçı 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 19901995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsi apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-176/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, ərizəçi İddiaçı «X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələb olunur.«X4» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onun şöbəyə Zaqatala rayon keçmiş Nizami kolxozunda işləməsinə dair təqdim etdiyi iş stajını təsdiq edən arayışlar təqdim edilmişdir.İddiaçı B. Cəfərov Zaqatala rayonu Dövlət Arxivi tərəfindən verilmiş 1971- 1974, 1976-1981, 1983-1990,1993-1997ci illərdə keçmiş Nizami kolxozda kolxozçu işləməsinə dair xx.xx.2019-cu il tarixli 266 saylı arxivi arayışı təqdim etmişdir.Bildiririk ki, «X4» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən edilməsi, əmək pensiyalarının sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndində deyilir. Qanunun qüvvəyə mindiyi günədək sığota olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 4.2.7-ci bəndinə əsasən həmin stajın qarşılıqlı yerində yoxlanması tələb olunur. Yoxlama zamanı 1971, 1973, 1997-ci illərin iş stajının düzgünlüyü təsdiq edilməmişdir.Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi yuxarıda qeyd edilənləri nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-176/2020 saylı nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-176/2020)- 176/2020nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 176/2020)-176/2020nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin, iddia əsaslıdır. Belə ki, iddiaçının 1971-1997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990-1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işləməsi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 266 nörməli, Qax Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 9411 nömrəli arxiv arayışları ilə təsdiqini tapır. İddiaçının təqdim etdiyi iş stajına dair arayışlara əsasən (17 il 4 ay Zaqatala rayonu keçmiş Nizami kolxozunda, 3 il 9 ay Qax rayonu keçmiş arıçılıq kolxozunda, 6 ay MXPCP təşkilatında, 1 il 9 ay 26 gün JEKU təşkilatında, 2 il hərbi xidmət) 25 il 4 ay 26 gün stajının olması müəyyən olunur. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının keçmiş Nizami kolxozunda işlədiyi iş stajını rayon arxivində yoxlanması zamanı 1971, 1973, 1997-ci illərin iş stajı qaralama və düzəlişlərlə yazıldığından düzgünlüyü təsdiq edilməmişdir. Bununla bağlı məhkəmə tərəfindən staj və şəxsi hesab kitablarından iddiaçıya aid hissələrin təsdiqlənmiş surətləri tələb edilmiş və həmin illərə dair qeydlər nəzərdən keçirilmiş və cavabdehin etirazında qeyd etdiyi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. xx.xx.2019-cu il tarixə iddiaçının tələbində qeyd olunan yerlərdə işlədiyi və hərbi xidmətdə olduğu illər daxil olmaqla 25 il 4 ay 26 gün sosial sığorta stajı olduğundan və həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yarandığından birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbi təmin edilməli və cavabdehin üzərinə iddiaçının 19711997-ci illərdə Zaqatala rayonu keçmiş “Nizami” adına kolxozda, 1990- 1995-ci illərdə Qax rayon arıçılıq sovxozunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixinədək Zaqatala mənzil istismar sahəsində, xx.xx.1984-cü ildən xx.xx.1984-cü il tarixə qədər təmir tikinti idarəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi və xx.xx.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Qanunun 19.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Zaqatala rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-176/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-170/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-170/2020
13.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver