Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-170/2022 22.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-182/2022 nömrəli qərarından iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin Qax rayon şöbəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ərizəsini dəqiqləşdirərək tələbinin yönəldiyi cavabdeh orqanı - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi olaraq qeyd etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmiş, həmçinin, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax şəhəri İ.Mustafayev küçəsinin əvvəlki adı Qax şəhəri Lenin küçəsi olmuş, həmin küçədə yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X2 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən xx.xx.1989-cu il tarixdə iddiaçıya satılmışdır.
5. Həmçinin, iddiaçıya məxsus yaşayış sahəsinə bitişik olan, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır.
6. İddiaçı müvafiq alqı-satqı müqavilələri əsasında ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, müraciətə X4 adına veirlmiş xx.xx.1983-cü il tarixli, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport, xx.xx.1987-ci il tarixli İddiaçı adına verilmiş 976 inventar nömrəli texniki pasport, Qax XDS-in xx.xx.1989-cu il tarixli, 16 saylı qərarı, Qax şəhəri, Lenin küçəsi, ev 80 ünvanında yerləşən X3 məxsus 1900-cu ildə inşa edilmiş mənzilin Qax DNK-ın xx.xx.1989-cu il tarixli, 2-498 saylı alqı-satqı müqaviləsi ilə X1 İddiaçı satılması barədə müqavilənamə, həmçinin, 1912-ci ildə inşa edilmiş mənzilin X15 tərəfindən İddiaçı satılması barədə Qax DNK-ın xx.xx.1990-cı il tarixli, 2-111 saylı müqaviləsi əlavə edilsə də, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun gəlmədiyi, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
7. İddiaçı, tələb hüququnu müvafiq əmlak üzərində mülkiyyət hüququnun yaranmasını - bağlanmış alqı-satqı müqavilələri ilə, cavabdeh orqan, iddia tələbinə etirazını sözügedən ünvanda yerləşən evlə bağlı əqddə iştirak edən satıcı tərəflərin həmin ünvan üzrə heç bir hüquq sahibi olmamaları ilə, həmçinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi üzrə arxivdə mövcud texniki pasportlarda hüquq sahibinin X9 olması ilə əsaslandırmışdır.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 aprel 2022-ci il tarixli 2- 1(116)-182/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini İddiaçı adına vahid mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
11. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X4 adına veirlmiş xx.xx.1983-cü il tarixli, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport, xx.xx.1987-ci il tarixli İddiaçı adına verilmiş 976 inventar nömrəli texniki pasport, Qax XDS-in xx.xx.1989-cu il tarixli, 16 saylı qərarı, Qax şəhəri, Lenin küçəsi, ev 80 ünvanında yerləşən X3 məxsus 1900-cu ildə inşa edilmiş mənzilin Qax DNK-ın xx.xx.1989-cu il tarixli, 2-498 saylı alqı-satqı müqaviləsi ilə X1 İddiaçı satılması barədə müqavilənamə, həmçinin, 1912-ci ildə inşa edilmiş mənzilin X15 tərəfindən İddiaçı satılması barədə Qax DNK-ın xx.xx.1990-cı il tarixli, 2-111 saylı müqaviləsi əlavə edilsə də, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun gəlmədiyi, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlər olduğu müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Həmin əmlaklar reyestrdə rəsmi qeydiyyata alınmamış və mülkiyyətçilərin adına rəsmi reyestrdən sənəd verilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlaklar barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanılmış müqavilələr etibarsız hesab edilir. Təqdim olunmuş müqavilələr Azərbaycan SSR-in 1964cü il 11 sentyabr tarixli Mülki Məcəlləsinin 230-cu maddəsinə əsasən alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli XDS-in İcraiyyə Komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən on gün gec olmayaraq qeydə alınmalıdır. Hazırkı iş üzrə əmlaklar mülkiyyətçilərin adına qeydiyyata alınmamış və belə olan halda alqı-satqı müqaviləsi bağlana bilməzdi. Ona görə də Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2- 1(116)-182/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)- 182/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-182/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax Rayon Dövlət Notariat ofisində xx.xx.1989-cu il tarixdə 2-498 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, ünvan 4 ünvanında yerləşən, 1900-cü ildə inşa edilmiş, 115.9 kv.m torpaq sahəsində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi Qax Rayon Notariat Kontorunun tərtib etdiyi xx.xx.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında X2 xüsusi mülkiyyətində olmuş, sonuncu tərəfindən xx.xx.1989-cu ildə (etibarnamə üzrə nümayəndəsi X8 vasitəsilə) iddiaçıya satılmışdır. - Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş, Qax Rayon Dövlət Notariat ofisində xx.xx.1990-cı il tarixdə 2-711 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, Qax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 16 №-li iclasının qərarı ilə Lenin küçəsi 80 №-li evdəki 24 kv.m yaşayış sahəsi olan, 3486 manat balans dəyərindəki bir otaqlı kommunal mənzilin İddiaçı Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 257 №-li qərarına əsasən satılmasına icazə verilmişdir. Həmin mənzil MİS-nin balansındadır, 24 kv.m yaşayış sahəsi olan otaq, iddiaçıya məxsus olan evə bitişikdir. 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən (etibarnamə üzrə nümayəndəsi X15 vasitəsilə) iddiaçıya satılmışdır. - xx.xx.1983-cü il tarixli, 976 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport və xx.xx.1987-ci il tarixli 976 inventar nömrəli texniki pasportdan görünür ki, müvafiq sənədlərdə ünvan 4 ünvanı üzrə 115.9 kv.m torpaq sahəsində yerləşən, 43.9 kv.m ümumi sahəsi olan yaşayış evi üzrə hüquq subyekti X9 qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Qax şəhəri İ.Mustafayev küçəsinin əvvəlki adı Qax şəhəri Lenin küçəsi olmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 24 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qax şəhəri Lenin küçəsində (hazırkı İ.Mustafayev) yerləşən 80 №-li yaşayış evinin 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi X5 tərəfindən xx.xx.1989-cu il tarixdə, həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılmışdır. Cavadehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, həmin ünvana dair bağlanmış əqddə iştirak edən satıcı tərəflərin daşınmaz əmlak üzərində hər hansı hüquqları mövcud olmamış, 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinə münasibətdə hüquq subyekti X9 olmuşdur.
25. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Belə ki, xx.xx.1989-cu ildə X5 tərəfindən iddiaçıya satılmış 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsi ilə bağlı əqddə iştirak edən - X8, satıcı İntiqam Muradovanın etibarnamə üzrə nümayəndəsi olmuş və məhz sonuncunun, xx.xx.1989-cu ildə notarial qaydada verdiyi etibarnamə əsasında həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır. Həmin yaşayış sahəsi ilə bağlı notariat işində mövcud olan, TİB tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli arayışda Lenin küçəsi 80 №-li yaşayış evinin X2 xüsusi mülkiyyətində olması qeyd edilmişdir. Xüsusi mülkiyyət hüququnun yaranma əsası olaraq isə xx.xx.1988-ci il tarixli reyestr-2-40 №-li “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi 976 №-li texniki pasportların tərtib edilmə tarixləri isə 1983 və 1987-ci illərə aid olmaqla istinad olunan arayışın tərtib edilməsindən əvvəlki tarixlərə aiddir.
26. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 43.9 kv.m ümumi sahəsi olan yaşayış sahəsinin X2 xüsusi mülkiyyətində olması və xx.xx.1989cu ildə iddiaçıya satılmaqla özgəninkiləşdirilməsi heç bir şübhə doğurmur. Həmin yaşayış sahəsinə bitişik, 1912-ci ildə tikilmiş, 24 kv.m yaşayış sahəsi olan kürsülü, 1 otaqdan ibarət yaşayış evi isə xx.xx.1990-cı ildə Qax rayon XDS İK tərəfindən iddiaçıya satılarkən Mənzil İstismar Sahəsinin mühasibi olan X12 Qax rayon XDS İK tərəfindən xx.xx.1990-cı ildə vəkalətnamə verilmişdir. 24 kv.m yaşayış sahəsi olan 1 otaqdan ibarət yaşayış evi Mənzil İstismar Sahəsinin balansında olduğundan Qax rayon XDS İK-nin verdiyi etibarnamə əsasında Əzim Muradov həmin əqddə səlahiyyətli nümayəndə qismində iştirak edərək müvafiq əqdi bağlamışdır.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özünün adına vahid mülkiyyət hüququ ilə qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur.
28. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
30. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən evin iddiaçının adına vahid mülkiyyət hüququ ilə qeydə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(116)-182/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.