Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-170/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X8 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsrrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı iddia ərizəsi ilə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının vəkili xx.xx.2023-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul dilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində onun xüsusi mülkiyyətində 0.9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan Çıxarışa əsasən təsbit edilmişdir. Hazırda mülkiyyəti altında olan 0.9531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən aşağıda göstərilən səbəblərdən istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsində yabanı halda bitmiş çoxsaylı yulğun kolları vardır. Və bu səbəbdən də torpaq sahəsindən təyinatına uyğun olaraq səmərəli istifadə edə bilmir. Bu hal, xüsusi mülkiyyətçi olaraq istifadə hüquqlarını pozmaqla mənafeyinə ziyan vurur. Hazırkı iddia tələbi üzrə hüquqi marağı xüsusi mülkiyyətində olan torpaq sahəsindən təyinatı üzrə istifadə edə bilmək və mənfəət əldə etməkdir.
4. Cavabdeh iddia ərizəsinə qarşı etirazında bildirmişdir ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2.-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: - dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; - "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X11sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X11sının obyekti olan və X11sının müsbət rəyi olan layihə həyata keçirildikdə; - şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; - ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; - texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; - ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3-cü bəndinin tələblərinə əsasən digər hallarda yaşıllıqların götürülməsi qadağandır. Qeyd olunan Qərarın tələblərinə uyğun olduğu hallarda yerli bələdiyyələr vasitəsi ilə X11 Agentliyinin rəyi alındıqdan sonra yaşıllığın götürülməsi bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur. İddiaçı tərəfindən yaşıllıqların götürülməsi zərurətinin əsaslandırılmaması, ərazidə 1200 ədəddən artıq kol bitkisi bitərək ekosistem formalaşdırması, ölkənin yaşıllıq balansının artırılması zərurətinin olması və iddia predmetinin (yaşıllığın götürülməsi) X11 Agentliyinin Nizamnamə üzrə hüquq və öhdəliklərinə aid olmamasını nəzərə alaraq məhkəmədən iş üzrə iddianın rədd edilməsini xahiş edirlər.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı Çıxarışın surəti. - Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraz məktubu və ona əlavə edilən sənədlər.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarı ilə İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsrrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsi məqsədli təyinatına uyğun istifadə etmədiyindən həmin ərazidə yulğun kollarından ibarət geniş massivli ekosistem formalaşmışdır. Bu ekosistemin formalaşması üçün uzun müddət tələb olunduğu araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Ekoloji ədəbiyyatda yulğun kollarının şaquli köklərinin, hətta codluğu yüksək olan torpaqlarda 30 m dərinliyə, yan kökləri isə 50 m-ə qədər ətrafda inkişaf etdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün müsbət rəy verilməsindən imtina etməsi əsaslı olmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiya məhkəməsindəki birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2-1(107)-102/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyinin üzərinə qoyulmuşdur.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2- 1(102)-2059/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2- 1(107)-102/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş və açıq resurslarda dərc edilmiş Nizamnaməyə əsasən X11 Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X11sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik üımumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik Bakı şəhərində yerləşir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Agentliyin fəaliyyətinin məqsədi X11sını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir. - Yaşıllıqların götürülməsi “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X11sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X11sının obyekti olan və X11sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 3. Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. - Apellyasiya instansiyası tərəfindən heç bir əsas olmadan ətraf mühitin mühafizəsi və yaşıllıqların qorunması ilə əlaqədar işə mülkiyyət hüququnun təmin edilməsi baxımından yanaşılmış, “mülkiyyət” hüququnun vətəndaşın əlindən alınması barədə əsassız mövqe ortaya qoyulmuşdur. Halbuki, Mülki Məcəllənin 178.1-ci maddəsinin tələblərinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni Məcəllənin 203.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Hazırki iş üzrə materiallardan aydın olduğu kimi 0.953 ha torpaq sahəsi İddiaçı mülkiyyətində qalmaqdadır, vətəndaşa məxsus torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarına heç bir halda toxunulmamış, dövlət reyestrində torpaq sahəsinin mülkiyyətçisi dəyişdirilməmiş və Agentlik tərəfindən torpaq sahəsinə hər hansı mülkiyyət, sahiblik, istifadə xarakterli iddia irəli sürülməmiş, həmçinin buna cəhd edilməmişdir. - Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə konvensiyanın Kioto protokolunu ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub və 2016cı ilin oktyabrında Paris Sazişini ratifikasiya edib. Azərbaycan Milli Səviyyədə X12 sənədində baza ili olan 1990-cı il ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürmüşdür. Azərbaycan Respublikası iqlim dəyişmələrinə təsirlərin azaldılması və X4 üzrə beynəlxalq səyləri dəstəkləyərək “Meşə və Torpaqdan İstifadəyə dair X9”, “X16 - Bir Günəş, Bir Dünya, Bir Şəbəkə”, “X4 və Dayanıqlıq üçün Ambisiyaların Artırılması”, “X18”, “Qlazqo Nailiyyətləri”, “100 faiz X5 Keçidin Sürətləndirilməsi”, “X7 Keçid”, “X14 Qlobal Keçid” kimi bir sıra təşəbbüslərə qoşulmuşdur - Qarşıya qoyulan beynəlxalq səviyyəli öhdəliklərin icrası üçün təbiətin və xüsusən yaşıllıqların mühafizəsinin zəruriliyi mübahisəsiz və təkzibolunmazdır. Yaşıllıqların mühafizəsi həm ölkə daxili, həm də beynəlxalq səviyyəli ictimai mənafeyə xidmət edən prioritet məsələdir. İctimai mənafe, cəmiyyətin inkişafında da əhəmiyyətli bir rola malikdir. Cəmiyyətin sosial-iqtisadi və siyasi inkişafı, ictimai mənafenin qorunma dərəcəsinə bağlıdır. Hər bir cəmiyyətdə ictimai mənafe şəxsi mənafedən öndə olarsa, bu cəmiyyət daha dinamik və inkişaf edə bilir. Bu məqsədlə qüvvədə olan qanunvericlikdə mülkiyyət hüququ dövlət və ictimai maraqlar nəzərə alınaraq müəyyən həddə məhdudlaşdırılmışdır. Məhdudlaşdırmalar həmçinin hər kəsə eyni həddə təsir edən ətraf mühitin mühafizəsi məsələləri ilə əlaqədardır. Belə ki, Konstitusiyanın 13.-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 Agentliyi öz vəzifə və səlahiyyətlərini icra edərkən, həmçinin hazırkı iş üzrə mübahisələndirilən inzibati aktı qəbul edərkən qanunla öz səlahiyyətlərinə aid edilən, güddüyü qanuni məqsədə mütənasib, qanunvericilik çərçivəsində tam və hərtərəfli araşdırma aparılmaqla, məsələlərdən kənara çıxmadan, ictimai və dövlət mənafelərindən irəli gələn şəkildə yaşıllıqların qorunması məqsədi ilə davranmışdır. Cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi riayət etmiş və verilmiş rəy qanunvericiliklə nəzərdə tutulmuş hallara tam uyğundur.
Tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayəti təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)- 1036/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[230] 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.
19. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1 yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; Maddə 3. Bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Maddə 13. Yaşıllıqların götürülməsi 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X11sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X11sının obyekti olan və X11sının müsbət rəyi olan layihə həyata keçirildikdə;[9] 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir.
20. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur
Apellyasiya şikayətinin mümkünlüyü
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, iddiaçının iddia tələbinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2059/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 mart 2024-cü il tarixli, 2-1(107)-102/2024 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
25. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
26. Ali Məhkəmə hazırki iş üzrə 21 noyabr 2024-cü il tarixli, 2-1(102)-2059/2024 nömrəli qərarda qeyd etmişdir ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları (torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, torpaq sahəsində yulğun kolunun torpaq sahəsini əldə edərkən mövcud olub-olmaması, yulğun kollarının yaranmasına iddiaçı tərəfindən torpaqdan istifadə edilməməsinin səbəb olubolmaması, mövcud ərazidə olan 1200 topa yulğun kolundan yalnız 53 ədəd yulğun kolunun iddiaçıya məxsus ərazidə olması, həmin kolların götürülməsinin ekoloji tarazlığa və təbiətə vurduğu ziyanı, başqa sözlə, 1200 yulğun kolunun bir ekosistem yaradıbyaratmaması və 53 ədədinin götürülməsinin həmin ekosistemi pozub-pozmaması, mövcud kolların hansı həcmdə torpaqdan istifadəyə mane olması) nəzərə alınmaqla, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadənin məhdudlaşmasının “ədalətli balans”ı təmin edib-etmədiyinə qiymət verilməlidir.
27. Ali Məhkəmənin həmin göstərişinə əsasən məhkəmə kollegiyası məhkəmə iclasında qeyd edilən xüsusat üzrə araşdırma aparmış, cavabdeh orqana sorğu verilmişdir. Sorğu əsasında verilmiş mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, - Yulğun kolu (latınca adı Tamarix) ölkəmizdə Naxçıvan, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Yevlax rayonu, Yuxarı Salamabad kəndinin Kür çayı ətrafında, yulğun kollarının təbii yayılma arealında olduğunu nəzərə alaraq yulğun kollarının daha əvvəldən ərazidə mövcud olduğu qənaətinə gəlmək olar. - Ərazinin yulğun kollarının təbii yayılma arealı olduğunu nəzərə alaraq ərazi vaxtında təyinatı üzrə istifadə olunmadıqda yulğun kollarının özünü bərpa edərək yayılması təbiidir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə tərtib olunmuş baxış aktına əsasən Yevlax rayonu, Xaldan Bələdiyyəsinin ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun kənarında, sıralarında İddiaçı olmaqla ümumilikdə beş vətəndaşın istifadəsində olan torpaq sahəsində 1200 topa yulğun kolundan ibarət ekosistem mövcuddur. - Qeyd olunan ərazidəki 1200 topa yulğun kolu vahid ekosistem formalaşdırmışdır. Yulğun kolu səhra və yarımsəhra bitkisidir, quraqlığa və şoranlığa davamlıdır, yaşıllaşdırmada böyük əhəmiyyətə malikdir. Torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın təmizlənməsinə xidmət edir. Yulğun kolları bir çox canlılar, həmçinin son illərdə sayı azaldığından ovlanması qadağan edilmiş qırqovul və dünyada nəsli kəsilməkdə olan ərəb dovşanları üçün yuva və nəsil artırma yeridir. Yulğun xalq təbabətində ağ ciyərin müalicəsində istifadə edilir. Aral dənizinin quruması nəticəsində ortaya çıxan gölün dibinin zərərli duzlu qumunun atmosferə atılmasının qarşısını almaq üçün yulğun kolları qurumuş gölün ərazisinə əkilmişdir. - Qeyd olunan 53 ədəd yulğun kolu 1200 topadan ibarət kolluğun tərkib hissəsidir və istənilən ekosistemin bir hissəsindəki dəyişiklik digər hissələrinə təsir edir. Bundan əlavə 1200 topa kolun bir hissəsinin götürülməsinin sənədləşdirilməsi qalan 1147 kolun götürüləsi üçün presedent yaradacaq və nəticədə həmin yaşıllıq ərazinin tamamilə məhv edilməsinə səbəb olacaq.
28. Həmçinin kollegiyanın sorğusu əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 4 mart 2025-ci il tarixli, 3-21-3-35/2-786/2025 nömrəli məktubundan görünür ki, Yevlax rayonu, Yuxarı Salamabad kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.9531 ha torpaq sahəsi (**********89 reyestr nömrəli) İddiaçı adına xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
29. Göründüyü kimi, Yevlax rayonu, Yuxarı Salamabad kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.9531 ha torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.
30. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, cavabdehin mövqeyi Konstitusiyaya, eləcə də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında qeyd edilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Məhkəmə kollegiyası iddiaçının adına verilmiş çıxarışa istinad edərək bildirir ki, hazırki torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından həmin ərazi iddiaçının xüsusi mülkiyyətindədir. Bu səbəbdən də cavabdehin irəli sürdüyü dəlillərin heç bir hüquqi əsası yoxdur.
32. Həmçinin mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının əsasını təşkil edə bilməz.
33. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.
34. Göründüyü kimi, iddiaçı, Yevlax rayonu Salamabad kəndində yerləşən 0,9531 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Odur ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalıdır.
35. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh orqan İddiaçı qanuni mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bitmiş yulğun kollarının götürülməsi barədə rəy verilməsindən imtina etmişdir. Cavabdeh orqan bunu əsas göstərmişdir ki, həmin yulğun kolları “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar toplusuna məxsusdur və həmin yaşıllığın götürülməsi qeyd edilən qanunun 13.1-ci maddəsində nəzərdə tutulmamışdır.
36. Birinci instansiya məhkəməsi də məhz həmin əsasla iddia tələbini təmin etməmişdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istər “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli protokolunun müvafiq maddəsi, istərsə də Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu əsas fundamental hüquqlardan hesab edir. Vətəndaşlar öz mülkiyyətlərindən maneəsiz istifadə etməli və mülkiyyətlərindən məhrum edilə bilməzlər.
37. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda isə vətəndaşların xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində bitmiş kol-kos-yulğum kolunun götürülməsinin nəzərdə tutulmaması isə onun mülkiyyət hüququnun məhdudlaşdırılaraq pozulmasına gətirib çıxarmamalıdır.
38. İddia tələbinin təmin edilməməsi isə mülkiyyətçinin mülkiyyət hüququnun itirilməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyət hüququnun itirilməsi növləri təsbit olunmuş, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində göstərilən hal həmin Məcəllədə nəzərdə tutulmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin əsaslandığı maddi normalar isə iddiaçının mülkiyyət hüququnun itirilməsi üçün əsas ola bilməz.
39. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir.
40. İddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması proporsionallıq prinsipinin tələblərinin pozulmasına gətirib çıxarır. Belə olan halda hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlılıq təmin olunmur. Çünki dövlətin əsas maraqlarından biri sosial ədalət prinsipləri əsasında torpaq üzərində bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahının yüksəldilməsindən ibarətdir. Ona görə də mülkiyyət hüququna müdaxilə zamanı fərdlə ictimai maraqlar arasında ədalətli balans qorunmalıdır.
41. Həmçinin Kollegiya qeyd edir ki, cavabdeh orqanın qeyd etdiyi kimi, yulğun kollarının daha əvvəldən ərazidə mövcud olması, ərazidən vaxtında təyinatı üzrə istifadə olunmadığından yulğun kollarının özünü bərpa edərək yayılması, həmin yulğun kollarının ekosistem yaratması, iddiaçıya məxsus torpaq sahəsindən yulğun kollarının bir hissəsinin götürülməsi digər vətəndaşlar üçün də presedent yaratması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz.
42. Odur ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
43. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçının hüquqi marağına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir.
44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(116)-1036/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89 reyestr nömrəsi olan çıxarışa əsasən İddiaçı mülkiyyət hüququnun təsbit edildiyi Yevlax rayonu Yuxarı Salamabad kəndində yerləşən 0,9531 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yabanı halda bitmiş yulğun kollarının götürülməsi üçün rəy verilməsi (müsbət rəy verilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.