Məhkəmə qərarları › İş №2-1(107)-172/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-172/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-172/2021 05.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı "1979-1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda işlədiyi illərin sosial sığorta və güzəştli iş stajı kimi hesablanması və xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair xx xxxxxx 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli inzibati iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı "1979-1998-ci illərdə Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda işlədiyi illərin sosial sığorta və güzəştli iş stajı kimi hesablanması və xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Şəki rayonu Baş Layısqı kəndi "Fəhlə kəndli birliyi" kolxozunda 1981-1988, 1993, 1996, 1997-ci illər işlədiyi illər tam iş stajı kimi, 1979, 1980, 1989, 1990, 1991, 1994-cü illərdə işlədiyi iş stajı kimi bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla sosial sığorta stajına daxil edilməsi, 1981-1988, 1993 və 1996-cı illərdə tütünçü işlədiyi müddət tam, 1979-1980, 1990 və 1994-cü illərdə kolxozda tütünçü işlədiyi iş stajı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına (həmin illərdə müəyyən edilmiş minimum adam günü 170 gün) görə faktik müddət nəzərə alınmaqla güzəştli iş stajı kimi hesablanması və xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi həmin qərardan kassasiya şikayəti də vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. X9-İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin xx.xx.2019-cu il tarixli məktubu ilə qərardan çıxarış icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun əmrinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatları xx.xx.2019-cu ildən yalnız Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirildiyinə görə xx.xx.2019-cu ildə məhkəmə qərarından çıxarış və iddiaçının sənədləri cavabdeh tərəfindən həmin İdarəyə göndərilmişdir. X7-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)- 1605/2018 nömrəli qərarı könüllü qaydada icra edilmədiyinə görə Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(84)- 1605/2018 nömrəli qərardadına əsasən, həmin qərarın icrası icra sənədi verilməklə Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır. Bundan sonra ötən müddət ərzində də məhkəmənin qərarı icra edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X6 İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli **********1 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) yaradılmış və İdarənin Əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə görə, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 20-ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi İdarənin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli məktubuna əsasən, 2019-cu ilin 10 may tarixinədək Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun qeyd olunan maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarəyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Sözügedən iş üzrə Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının verildiyi tarixlərdə iş üzrə cavabdeh əslində Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı adı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) olmasına baxmayaraq, cavabdeh qismində Fondun Sumqayıt şəhər şöbəsi cəlb edilmişdir. Halbuki həmin tarixdə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunması ilə bağlı vəsatət qaldırılmalı, Mərkəzi Filial məhkəməyə tərəf qismində cəlb olunmalı idi. Bu səbəbdən də Mərkəzi Filial onun səlahiyyətlərinə aid olan məsələ üzrə məhkəmə qərarının qəbul edilməsində iştirak etməmiş, öz maraqlarının təmsil olunması imkanından məhrum olmuşdur. Bundan başqa, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 33600 manat təşkil edir, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 20013,86 manatdır. Bu səbəbdən də ona əmək pensiyasının təyin olunması mümkün deyildir. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, həmin qərarın icrası mümkün olmamışdır. Ərizəçi yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Xİİ fəslinin müddəalarını nəzərə alaraq, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)-1845/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbini irəli sürmüşdür. Məhkəmənin xx.xx.2018-ci il tarixli 2-1 (84)-1605/2018 nömrəli qərarı ilə (hakim Vidadi Qasımov) iddia tələbi qismən təmin edilmişdir.Cavabdeh inzibati orqan tərəfindən qərardan apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (107)-91/2019 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1 (102)-1775/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəmizə baxılması xx.xx.2021-ci il tarixində baş tutmuşdur. Lakin sözügedən məhkəmə iclasının keçirilməsi barədə ərizəçiyə - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı bir məlumat verilməmiş, məhkəmə bildirişi daxil olmamışdır. Bununla da, İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinin normaları pozulmuşdur. Həmçinin ərizəyə baxaraq qərardad qəbul etmiş hakim Vidadi Məmmədov elə barəsində yeni açılmış hallarla bağlı ləğv edilməsi üçün ərizə verilmiş qərarı qəbul etmiş hakimdir. Mülki Prosessual Məcəllənin 19.1.1 -ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Hesab edirik ki, əvvəllər işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş hakimin yeni açılmış hallarla bağlı olaraq həmin qərarın ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə ərizəyə obyektiv baxaraq nəticəyə gəlməsinə əsaslı şübhələr yaranır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2- 1(84)-1605/2018 nömrəli qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X10 İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106-cı maddəsində deyilir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. (106.1-ci maddə) İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. (106.2-ci maddə) İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. (106.3-cü maddə) Sadalanan normalardan göründüyü kimi, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı yeni açılmış hallarla bağlı o halda təzələnə bilər ki, sonradan yeni sübutlar və ya hallar aşkar edilmiş olsun və həmin sübutların və ya halların təqdim olunmamasının səbəbləri ərizəçidən asılı olmamış olsun. Bu əsaslardan hər hansı biri mövcud olmadığı təqdirdə, icraatın yeni açılmış hallarla bağlı təzələnməsi haqqında ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın ərizəsindən görünür ki, o, icraatın təzələnməsinin əsası kimi iki hala istinad etmişdir. Hallardan biri ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) yaradılaraq, İdarənin Əsasnaməsi təsdiq edilmiş, Əsasnaməyə görə, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 20ci maddələrinə əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi həmin İdarənin səlahiyyətlərinə aid edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının verildiyi tarixlərdə iş üzrə cavabdeh qismində Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin (hazırkı adı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iştirak etməli olsa da, Fondun Sumqayıt şəhər şöbəsi iştirak etmişdir. Müəyyən edildi ki, işə Şəki Apellyasiya Məhkəməsində xx.xx.2019-cu ildə baxıldığı zaman cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin yaradılması haqqında Nazirliyin xx.xx.2019cu il tarixli əmrinin mövcudluğu barədə məhkəməyə məlumat verməmişdir. Bundan sonra işə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılarkən də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh qeyd olunan əmrin mövcudluğu barədə məhkəməyə yenə də məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsində deyilir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin normaya uyğun olaraq, hazırkı iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün məcburi xarakter daşıyır və həmin Filialın istinad etdiyi xüsusat icraatın yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsas hesab edilə bilməz. Mərkəzi Filialın istinad etdiyi ikinci hal ondan ibarətdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç şərt (yaş, ümumi və güzəştli iş stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı) müəyyən olunmuşdur, iddiaçının isə mövcud olan pensiya kapitalı tələb olunan məbləğdən azdır. Məhkəmə kollegiyası bu dəlillə də razılaşmır və qeyd edir ki, iş üzrə hər üç məhkəmə qərarında iddia tələbinin maddi hüquqi əsası kimi "Əmək pensiyaları haqqında" Qanunun məhz 9.1ci maddəsinin iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş redaksiyasına istinad edilmişdir. Həmin redaksiyada hazırda qüvvədə olan redaksiyadan fərqli olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb edilmirdi. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının pensiya kapitalı ilə bağlı məsələnin məhkəmə qərarlarında əks olunmamasını irad tutmaqda haqlı deyil. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Mərkəzi Filial tərəfindən göstərilmiş həmin xüsusat da icraatına yeni açılmış hallarla bağlı təzələnməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 104.1-ci maddəsində deyilir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatına təzələnməsinə dair ərizədə səhvə yol vermiş və, əslində, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1605/2018 nömrəli qərarını mübahisələndirdiyi halda, səhvən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(086)-1845/2018 nömrəli qərarının ləğvini istəmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan hallar məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının diqqətinə çatdırılmış və nöqsanların aradan qaldırılması üçün 10 gün müddət təyin edilmişdir. Həmin məktub xx.xx.2020-ci ildə xəbərnaməyə imza etdirilməklə Mərkəzi Filiala təqdim olunsa da, ötən müddət ərzində həmin Filial məhkəmənin təklifinə cavab verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(84)-1605/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar