Məhkəmə qərarları › İş №2-1(107)-174/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-174/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-174/2025 25.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 712/2024 nömrəli qərarından iş üzrə cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müvafiq əlillik dərəcəsinin verilməsi və həmin əlillik dərəcəsi əsasında ona pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh orqanın üzərinə müvafiq əlillik dərəcəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1969-cu ildə anadan olmuşdur. Hazırda Mingəçevir şəhəri Heydər Əliyev prospekti bina 7 mənzil 15-də yaşayır. X3 iştirak etmiş və müharibədə yaralandığı üçün ona müvafiq əlillik dərəcəsi təyin edilmişdir. Ona məxsus olan hərbi biletdə də 15 yanvar 1993-cü il tarixdə N saylı hərbi hissənin tərkibində olarkən yaralanmağı barədə qeydlər aparılmışdır. Həmçinin bu barədə müvafiq vəsiqə də verilmişdir (Qarabağ Müharibəsi veteranı və əlili). 2003-cü ildən 2012-ci ilə kimi 3-cü qrup, 2012-ci ildən sonra isə 2-ci qrup əlil kimi (müharibə əlili) pensiya almışdır. 2021-ci ilin fevral ayından etibarən isə ona verilmiş əlillik dərəcəsi ləğv edilmiş, həmçinin verilən pensiya da dayandırılmışdır. O, yüksək formalı şəkərli diabet, epilepsiya xəstəsidir. Ayda bir neçə dəfə həmin xəstəliyin əlamətləri özünü göstərir. Onun sol qolu tamamilə tutulmuşdur, işləmir. Tez-tez sudurqaları tutur, dili qatlanır, hər iki ayağı tutulur ki, günlərlə hərəkətsiz qalır. Bununla belə bu qədər ağır bir vəziyyətində ona verilən əlillik dərəcəsi əsassız olaraq ləğv edilmişdir. Dövlət hər ay ona şəkər üçün 2, epilepsiya üçün isə 4 cür dərman verirdi. Hazırda şəkər üçün dərmanları yenə verilsə də, epilepsiya üçün dərmanların verilməsi isə dayandırılmışdır. Onun maddi vəziyyəti olduqca ağır olduğu üçün dərmanları özü ala bilmir. Dərmansız isə yaşamağı mümkün deyildir. O, heç bir yerdə işləmir. Maddi vəziyyəti olduqca ağırdır. Ailəsinin yeganə gəlir yeri onun aldığı pensiya idi ki, o da artıq uzun müddətdir ki, kəsilmişdir. O əlillik dərəcəsi ləğv edildikdən sonra dəfələrlə təkrar müraciətlər etsə də, heç bir nəticəsi olmamış, ona müvafiq əlillik dərəcəsinin verilməsindən imtina edilmiş, qoyulmuş diaqnozların müvafiq əlillik dərəcəsinin verilməsi üçün yetərli olmaması qeyd edilmişdir. Cavabdehin imtinası ilə razılaşmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Kəllədaxıli travmaların nəticələri. Keçirilmiş ağır kəllə beyin travmasından sonraki vəziyyət."Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Mingəçevir şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********2). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin G00016871KKG nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 242 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boynun sol tərəfinin və sol çiyninin əzilməsi, baş beyin silkələnməsi. Keçirilmiş kəllə beyin travmasından sonrakı qalıq, kəskin asteno-nevrotik vəziyyət. Sol bazu oynağının travmatik artrit diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş ağır kəllə beyin travmasından sonrakı vəziyyət." diaqnozu araşdırılmışdır. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başındakı ağrılardan, “qıcolmalardan” daimi dərman qəbul etməkdən şikayətlənmiş, canlı, hərəkətlər sərbəst, əzələ gücü 4.5-5,0 bal və tonusu normal, nevroloii status və intellektual-anamnestik funksiyalar yaşa, aldığı təhsilə və sosial mühitinə uyğun müəyyən edilmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrıların olmasından, bayılma, qeyri-iradi sidik ifrazından şikayətlənmişdir. Vətəndaş bezdən istifadə etdiyini bildirmişdir. Müayinə gedişatında vətəndaş gah demensiya əlamətləri, gah da qıcolma tutmalarını təsvir etməyə çalışmış, tutma şikayətini tam bildirməmiş, əsasən psixiatrik xəstə kimi özünü qələmə verməyə çalışmış, lakin psixiatrik xəstəxanalara müraciət etmədiyi, ambulator müalicə aldığını qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsində qeyd olunmuş məlumat yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. Həmçinin təqdim olunmuş tibbi sənədlərdə bir sıra xəstəliklər qeyd olunsa da, vətəndaş həmin xəstəliklərə məxsus şikayətlər bildirməmiş, onlar haqqında məlumat verməmişdir. Vətəndaşda simulasiya əlamətləri müşahidə edilmişdir. - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya davamlı basağrıları və asteno-nevrotik vəziyyət. Kəllə daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə. Boyun və oma fəqərələrinin yayılmış osetoxondrozu, davamlı kökcük ağrı sindromu ilə. Şəkərli diabet tip 2. orta ağır forma. OU-başlanğıc katarakta. Hər iki aşağı obliterasiyaedici aterosklerozu. ÜİX, kardioskleroz. Arterial hipertenziva İ dərəcə" kimi qeyd olunsa da, vətəndaş qeyd olunmuş diaqnozlara uyğun şikayətlər bildirməmiş, diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Sol beyin yarımkürəsində alın payında subsantimetrik ölçülü subkortikal yerləşməli qlioz ocaq" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki ayaqda dərialtı toxumada ödem izlənildi. Magistral arteriyaların aterosklerozu. Sağ/sol a.tibialis anterior-daralmalar 60-65% dəyişilməmiş bifazik axınlar. Sağ/sol a.tibialis posterior- daralmalar 50-55% bifazik" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bioelektrik aktivliyinin zəifliyi. Qabıq maddələrin paroksizmal qıcıqlanma əlamətləri. Aşağı voltajlı fon ritmi-damar mənşəli disfunksiya. Paroksizmal xarlı kəllə-daxili hipertenziya kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - TSEK-in Qiymətləndirmə nəticələri (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0007, xxxxxxx0009, xxxxxxx0010, xxxxxxx0011, xxxxxxx0012), - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-17457/2023li № qərarı; - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nın xx.xx.2024-cü il tarixli məktubu, - “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 3012 nömrəli məktubuna əlavə olunmuş № T383/2024-li ekspert rəyi.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən təqdim edilmiş icraat materiallarından görünür ki, iddiaçıya 2006-cı ildən 2021-ci ilədək fasilələrlə (9 il) ikinci və üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. - Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərardadla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, təyin edilmiş ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-yə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəyində qeyd edilmişdir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli G000İ6Sİ71KKG saylı Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri keçirilmiş ağır kəllə beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idioptaik epilepsiya və epileptik sindromlar ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə); Qıcolma və spazm, tez-tez baş verən qıcolma tutmaları; Kəskin ağrı, analgetikə tabe olmayan davamlı baş ağrıları. Beyin infarktı” diaqnoz ona stasionarda müəyyən edilsə də, əyani müayinədə gah demensiya əlamətləri, gah da qıcolma tutmalarını təsvir etməyə çalışmış, özünü əsasən psixiatrik xəstə kimi qələmə vermək istəmiş, lakin psixiatrik xəstəxanalara müraciət etmədiyi, ambulator müalicə aldığını qeyd etmiş, təqdim olunmuş baş beyinin instrumental müayinə nəticəsində qeyd olunmuş məlumat yaşla bağlı dəyişikliklər kimi dəyərləndirilmiş, əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamış, tibbi sənədlərində bir sıra xəstəliklər qeyd olunsa da, həmin xəstəliklərə məxsus şikayətlər bildirməmiş, onlar haqqında məlumat verə bilməmiş, buna gorə də simulyasiya əlamətləri müşahidə edilmiş Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnoz və instrumental müayinələrin nəticələri obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Odur ki, əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavənin maddələrindən birini aid etmək mümkün olmadı. - Məhkəmə hesab etmişdir ki, təqdim edilmiş ekspert rəyi işin hallarına uyğun olmadığından və və cavabdehin mövqeyinə uyğunlaşdırılmaqla tərtib edildiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, ekspert rəyinin nəticə hissəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə” hissəsində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi tədqiq edilən rəyin “məhkəmə tibbi müayinə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun iddiaçının stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilməsini, müalicə tədbirlərinin vəziyyətinin ağırlığına uyğun aparılmasını qeyd etdiyi halda, rəyin “nəticə” hissəsində iddiaçıya qoyulmuş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması öz əksini tapmışdır. Qeyd olunan hal tədqiq edilən rəyin “nəticə” və “məhkəmə tibbi müayinə” hissələrinin ziddiyyətli olmasını və sözügedən rəyin cavabdeh orqanın təsiri altında, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının məzmununa uyğun tərtib edildiyini sübut edir. - Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin müvafiq ekspert rəyini tərtib etmiş eksperti xx.xx.2024-cü il tarixli şifahi məhkəmə baxışı iclasına dəvət edilmiş, lakin sonuncu, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq ziddiyyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-yə sorğu verilmiş, lakin sonuncu, məhkəmənin sorğusunu cavablandırmamış və rəydə mövcud olan ziddiyyətə aydınlıq gətirməmişdir. - İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (“Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə - beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Qıcolma və spazm. Kəskin ağrı. Analgetikə tabe olmayan davamlı baş ağrıları. Beyin infarktı”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarın 6.7.2. bəndində (Gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları) qeyd edilmişdir. İstinad olunan 6.7.2-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 50-60% müəyyən edilmişdir. 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.7.2-ci yarımbənd ləğv edilsə də, nəzərə alınmalıdır ki, iddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə həmin göndərişə münasibətdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsini apararaq xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina etmiş, xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Yəni, faktiki olaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edərkən məhz xx.xx.2022-ci il tarixdə verilmiş tibbi göndəriş inzibati araşdırmanın predmeti olmuşdur. Göndərişin natamam doldurulması əsası ilə imtina cavabı verildikdən sonra iddiaçının əyani müayinəsi 10 ay sonra onun müraciəti əsasında keçirilmişdir (iddiaçının müayinəyə gec çağırılması və həmin müddət ərzində “Əlavə”nin 6.7.2-ci yarımbəndinin qüvvədən düşməsi iddiaçının ziyanına şərh edilə bilməz). Odur ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə tibbi göndəriş tərtib edilərkən “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.7.2-ci yarımbəndinin qüvvədə olmasını nəzərə alınmaqla iddiaçının sağlamlıq vəziyyətini qiymətləndirməli idi. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğundan cavabdeh orqanın imtinası əsassız olmuşdur.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi isə baxarkən ekspert rəyini əsassız hesab edərək öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal X6 əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının" 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş kəllə-beyin travmasından sonrakı ensefalopatiya, davamlı başağrıları və asteno-nevrotik vəziyyət. Kəllə daxili hipertenziya və vegetativ damar paroksizmləri ilə. Boyun və oma fəqərələrinin yayılmış osetoxondrozu, davamlı kökçük ağrı sindromu ilə, Şəkərli diabet tip 2. orta ağır forma. OU-başlanğıc katarakta. Hər iki aşağı obliterasiyaedici aterosklerozu. ÜİX, kardioskleroz. Arterial hipertenziya İ dərəcə’’ kimi qeyd olunsa da, vətəndaş qeyd olunmuş diaqnozlara uyğun şikayətlər bildirməmiş, diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Mülayim beyin atrofiyası. Sol beyin yarımkürəsində alın payında subsantimetrik ölçülü subkortikal yerləşməli glioz ocaq” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Hər iki ayaqda dərialtı toxumada ödəm izlənildi. Magistral arteriyaların aterosklerozu. Sağ/sol a.tibialis anterior-daralmalar 60-65% dəyişilməmiş bifazik axınlar. Sag/sol a.tibialis posterior-daralmalar 50-55% bifazik” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bioelektrik aktivliyinin zəifliyi. Qabığ maddələrin paroksizmal qıcıqlanma əlamətləri. Aşağı voltajlı fon ritmi-damar mənşəli disfunksiya. Paroksizmal xar-lı kəllə-daxili hipertenziya” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən də, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin həmin qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti aşağıdakı səbəblərdən hesab edirəm ki, əsassızdır, təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən işə baxılarkən və qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmamış, iş hərtərəfli, tam və obyektiv araşdırılmış, təqdim olunmuş və əldə edilmiş sübutlara düzgün qiymət verilmiş və məhkəmə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri tamamilə əsassızdır və iş materiallarındakı sübutlarla təsdiq edilmir. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqdim edilmiş ekspert rəyi işin hallarına uyğun olmadığından və cavabdehin mövqeyinə uyğunlaşdırılmaqla tərtib edildiyindən iş üzrə mötəbər sübut kimi qiymətləndirilməməlidir. Belə ki, ekspert rəyinin nəticə hissəsində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması qeyd edilsə də, həmin rəyin “məhkəmə tibbi müayinə hissəsində” qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisələrinin tərtib etdiyi göndərişdə qeyd edilən diaqnoz stasionarda şəxsin müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilmiş və müalicə tədbirləri vəziyyətinin ağırlığına uyğun aparılmışdır. Göründüyü kimi tədqiq edilən rəyin “məhkəmə tibbi müayinə hissəsində” iddiaçıya qoyulmuş diaqnozun iddiaçının stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin əsasında müəyyən edilməsini, müalicə tədbirlərinin vəziyyətinin ağırlığına uyğun aparılmasını qeyd etdiyi halda, rəyin “nəticə hissəsində” iddiaçıya qoyulmuş diaqnozun və instrumental müayinələrin nəticələrinin obyektiv müayinə zamanı öz təsdiqini tapmaması öz əksini tapmışdır. Qeyd olunan hal tədqiq edilən rəyin “nəticə” və “məhkəmə tibbi müayinə hissələrinin” ziddiyyətli olmasını və sözügedən rəyin cavabdeh orqanın təsiri altında, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının məzmununa uyğun tərtib edildiyini sübut edir. - Qeyd etmək istəyir ki, o, X4 iştirakçısıdır və müharibədə yaralandığı üçün ona əlillik dərəcəsi verilmişdir. Belə ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən barəsində verilmiş xx.xx.2005-ci il tarixli 242 nömrəli Qərarda qeyd olunur ki, “Boynun sol tərəfinin və sol çiyninin əzilməsi, baş-beyin silkələnməsi, keçirilmiş kəllə-beyin travmasından sonrakı qalıq, kəskin asteno-nevrotik vəziyyət. Sol bazu oynağının travmatik artriti”, travmanın səbəb əlaqəsi: “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. O, 2003-cü ildən 2012-ci ilə kimi 3-cü qrup, 2012-ci ildən sonra isə 2-ci qrup müharibə əlili kimi pensiya almışdır, 2021-ci ilin fevral ayından etibarən isə ona verilmiş əlillik dərəcəsi ləğv edilmiş, həmçinin verilən pensiya dayandırılmışdır. O, yüksək formalı şəkərli diabet, epilepsiya xəstəsidir. Ayda bir neçə dəfə həmin xəstəliyin əlamətləri özünü göstərir. Sol qolu tamamilə tutulmuşdur, işləmir, tez-tez qıcolmaları tutur, dili qatlanır, hər iki ayağı tutulur ki, günlərlə hərəkətsiz qalır. Bununla belə bu qədər səhhətinin ağır vəziyyətində ona verilmiş əlillik dərəcəsi əsassız olaraq ləğv edilmişdir. Dövlət hər ay ona şəkər üçün 2 (iki), epilepsiya üçün 4 (dörd) cür dərman verirdi. Hazırda şəkər üçün dərmanları verilsə də, epilepsiya üçün dərmanlarının verilməsi dayandırılmışdır. Maddi vəziyyəti olduqca ağır olduğuna görə dərmanları özü ala bilmir, dərmansız isə normal yaşamaq mümkün deyil. Heç bir yerdə işləmir, ailəsinin yeganə gəlir yeri aldığı əlilliklə bağlı pensiya idi ki, bu pensiya da neçə müddətdir ki, kəsilmişdir. Əlillik dərəcəsi ləğv edildikdən sonra dəfələrlə təkrar müraciət etsə də, heç bir nəticəsi olmamış, ona müvafiq əlillik dərəcəsinin verilməsindən əsassız imtina edilmiş, qoyulmuş diaqnozların müvafiq əlillik dərəcəsinin verilməsi üçün yetərli olmaması qeyd edilmişdir. Onu da qeyd etmək istəyir ki, iş materiallarında olan “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya təyin edilmiş diaqnoz ("Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Qıcolma və spazm. Kəskin ağrı. Analgetikə tabe olmayan davamlı baş ağrıları. "Beyin infarktı”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarının 6.7.2-ci bəndində (gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları) qeyd edilmişdir. İstinad olunan 6.7.2-ci bənddə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 50-60% müəyyən edilmişdir. 20 iyul 2023-cü il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”ndə 6.7.2-ci yarımbənd ləğv edilsə də, nəzərə alınmalıdır ki, iddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə həmin göndərişə münasibətdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsini apararaq xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina etmiş, xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərarının dəyişdirmədən saxlanması, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı etiraz ərizəsini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-712/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əlilliyin xx.xx.2023cü il tarixdən təyin edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibbi göndəriş xx.xx.2022-ci il tarixdə verilmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə həmin göndərişə münasibətdə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının müraciəti əsasında onun əyani müayinəsini apararaq xx.xx.2023-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina etmiş, xx.xx.2023-cü il tarixdə “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Bu tarixdən əvvəlki imtinalar isə, iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

24. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

25. Birinci instansiya məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən deyil, ona imtina cavabı verildiyi tarixdən təyin edilməsi nəticəsinə gəlmişdir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

27. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyini əsassız hesab edərək vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmiş, həmçinin həmin diaqnoz əsasında xəstəliyin ağırlaşmaları mövcud deyildir.

28. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

29. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞ xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz (“Kəllədaxili travmaların nəticələri. Keçirilmiş ağır kəllə - beyin travmasından sonrakı vəziyyət. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 3-4 dəfə). Qıcolma və spazm. Kəskin ağrı. Analgetikə tabe olmayan davamlı baş ağrıları. Beyin infarktı”) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarın 6.7.2. bəndində (Gündə 3-4 yüngül tutma, yaxud ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları aşağıdakılarla nəticələnən: 2 ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, epileptik status, epileptik tutma seriyası 3 ayda 1 dəfə, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları) qeyd edilmişdir

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulmuş diaqnoz onun barəsində tərtib edilmiş göndərişdə göstərilmiş, göndərişdə göstərilmiş diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklə eynilik təşkil etmiş, həmçinin hazırda onun həmin diaqnozla xəstə olması ekspert rəyi, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” PHŞnin məktubu və işdə olan digər sənədlərlə öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində və imtinasında qeyd etdiyi “müayinə zamanı vətəndaş qeyd olunmuş diaqnozlara uyğun şikayətlər bildirməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının diaqnozlara uyğun şikayətlər bildirməməsi ona əlillik təyin edilməməsi üçün əsas hesab edilə bilməz.

32. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

33. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

34. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

36. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.

37. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

38. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

39. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

40. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

42. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

43. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını (“ona 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsi”) təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

45. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı 15 sentyabr 2023-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulmalıdır.

46. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli, 2-1(116)-712/2024 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcəli məhdudlaşması halının müəyyən edilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar