Məhkəmə qərarları › İş №2-1(107)-175/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-175/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-175/2025 12.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), X12 və X6 ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı, iddia tələbini dəqiqləşdirərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi vergilər idarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”ına dair qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2016-cı ilin axırlarında tanışı Dilbər Süleymanovanın vasitəsilə Rəşid Məmmədov və qeyriləri tərəfindən aldadılaraq aldıqları etibarnamə əsasında onun adına "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər (bundan sonra MMC) təsis olunmuş, daha sonra ondan xəbərsiz başqa şəxslərə satılmış, amma faktiki olaraq həmin MMC-lərə X5 direktorluq etmişdir. MMC-lərin təsisçisi iddiaçı olduğuna görə dövlət büdcəsinə olan vergi borcunun ödənilməməsi səbəbindən 23 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin ərizəsi əsasında İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Faktla bağlı Vergilər Nazirliyində istintaqa qədər araşdırılma və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində uzun müddət ibtidai istintaq aparılmış, istintaq aparılarkən müəyyən edilmişdir ki, qeyd olunan MMClərin vergi borclarının yaranmasında iddiaçının nəinki iştirakı, xəbəri belə olmamışdır.İstintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə İddiaçı əməlində cinayət hadisəsi olmadığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin bütün bu müddət ərzində məhdudiyyətin götürülməsi ilə əlaqədar müxtəlif instansiyalara nə qədər müraciət etsə də, məhkəmənin hökmü çıxarılmadan bunun mümkünsüz olduğu ona bildirilmişdir. Nəhayət, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli olan X2 barəsində həmin cinayət işi Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinə Məhkəmədə baxılaraq 1(055)-15/2022 nömrəli 13 iyun 2022-ci il tarixli hökm ilə N.M.Lazımi qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə mülki iddia da təmin edilərək "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlər üzrə (101.017,57 + 43.119,27) 144.136, 84 (yüz qırx dörd min yüz otuz altı m.84 qəp.) manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutularaq Dövlət Büdcəsinə köçürülməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra dəfələrlə vergi orqanlarına şifahi və yazılı müraciətlər etsə də, xahişi yerinə yetirilməmiş, ona rəsmi cavab da təqdim edilməmişdir. Ona görə 29 mart 2023-cü il tarixdə məhdudiyyətin götürülməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında DVX-nin Milli Gəlirlər Baş idarəsinə təkrar olaraq rəsmi müraciət verilmiş, tərəfindən mütəmadi telefon zəngləri edilib müraciətinə cavabın əlbəəl verilməsi tələb olunmuş və yalnız 8 may 2023-cü il tarixdə DVX-nin Bakı şəhəri H.Əliyev prospekti,155 ünvanında yerləşən inzibati binasında 05 may 2023-cü il tarixli **********488300 nömrəli cavab məktubu iddiaçıya təqdim edilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(037)- 1712/2017 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş borc məbləği tam ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul ediləcəkdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən imtina edilmişdir.

4. Cavabdeh vəsatət göndərərək, ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi" Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, həmin hərəkətlərin yerinə yetirilməsi Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin müstəsna səlahiyyətlərinə aid edildiyindən və bu cür iddialar üzrə həmin Baş idarəni məhkəmədə cavabdeh qismində təmsil etmək 10 saylı Ərazi Vergilər İdarəsinin vəzifələrinə aid edildiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim F.Hacızadə) 09 aprel 2024-cü il tarixli, 2- 1(116)-287/2024 saylı qərarı ilə iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsimə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2016-ci il tarixədən "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsini icra edir. -Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsasən 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. -Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir. -Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. -Azərbaycan Respublikası MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1). Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2). Vergi borcu vaxtında ödənilməməlidir; 3). Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır. -Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin Əsasnaməsindən: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X7 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək; - Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən "xxxx" və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də faktiki olaraq həmin cəmiyyətlərə X5 rəhbərlik etmiş,mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş,iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasındasəbəbli əlaqə mövcud olmamışdır.Bu səbəbdən də iddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı əsasında CPM-nin 39.1.1-ci maddəsi ilə (cinayət hadisəsi olmadığına görə) iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Nəticə etibarı ilə həmin cəmiyyətlərin fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil,faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmündə həmin vəsaitin X5 tərəfindən ödənilməli olduğu göstərilmişdir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən X5 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-ci il tarixdən "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsini icra edir.

8. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiya məhkəməsindəki İ icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 2- 1(107)-344/2024 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)- 287/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar çıxarılmış, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, əhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1712/2017 nömrəli qətnaməsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin və "xxxx" MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə hesablanmış vergi borcunun ödənilməsini təmin etmək üçün həmin vergi ödəyicisinin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş vergilər üzrə cədvəllərdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)15/2022 nömrəli hökmündə qeyd olunan "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri üzrə (101.017,57 + 43.119,27) 144.136,84 (bir yüz qırx dörd min yüz otuz altı manat 84 qəpik) manat məbləğində (dövlət büdcəsinə ödəmədiyi vergilər) maddi ziyanın digər borclarla birlikdə X1 tutulması hissədə çıxılaraq qəti olaraq xx.xx.2024-cü il tarixə "xxxx" MMC-nin 127.795,46 manat və "xxxx" MMC-nin 85.836,24 manat ödənilməmiş vergi borcunun olduğu qeyd edilmişdir. Hazırda da "xxxx" MMC və "xxxx" MMC-nin rəhbəri İddiaçıdur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" MMC-nin və "xxxx" MMC tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyinə görə xx.xx.2024-cü il tarixə hesablanmış vergi borcu olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsindəki İ icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(102)-3149/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli 21(107)-344/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi iddianın təmin edilmə əsası kimi qeyd etmişdir ki, cəmiyyətlərin fəaliyyəti ilə iddiaçının bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edildiyindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas aradan qalxmışdır. Məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Qeyd olunan normalardan göründüyü kimi, vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC-lər tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən MMC-lərin dövlət qeydiyyatına alındığı 13 dekabr 2016-cı il tarixdən bu günə qədər həmin cəmiyyətlərin direktoru vəzifəsini icra edir. MMClər üzrə Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMCnin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-lərin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Buna əsasən hesab edirik, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi məhdudlaşdırıcı şəkildə təfsir olunmuş və yanlış tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələbini araşdırmadan yalnız iddiaçının subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)287/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

15. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

18. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Maddə 24.1.2-1. Vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

22. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 13 yanvar 2022-ci il tarixli F5 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X7 Baş İdarəsinin Əsasnaməsi: Maddə 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) X7 Baş İdarəsi (bundan sonra – Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra – sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra – torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra – ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Maddə 3.0. Baş idarə bu Əsasnamənin 2-ci hissəsi ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.11. Borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək; Apellyasiya şikayətinin mümkünlüyü

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

28. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməsinə dair qərarı cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya kollegiyası tərəfindən ləğv edilmiş, Ali Məhkəmənin İnzibati kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarılmışdır.

29. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 04 dekabr 2024-cü il tarixli, 2-1(102)-3149/2024 saylı qərarında qeyd edilmişdir ki, iddiaçının hüquqi marağı ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı nəticənin aradan qaldırılmasına yönəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbinin qanuni olması ilə bağlı nəticəyə gəlsə də, apellyasiya instansiya məhkəməsi iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı hesab etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC və "xxxx" MMC-in təsisçisi və direktoru olduğundan o, həmin hüquqi şəxslərin vergi borcunun ödənilməsi ilə bağlı öhdəlik daşıyır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərarda qeyd edilmişdir ki, əməlində cinayət tərkibi olmaması əsası ilə İddiaçı barəsində Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilsin. Cinayət prosessual qanunvericilikdə olan bir çox qərarlar kimi müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi və ondan şikayət verilməsi nəzərdə tutulmuşdur. İbtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror göndərilən qərarı dəyişdirilmədən saxlaya, ləğv edə və dəyişdirə bilər. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi “Sübutların qiymətləndirilməsi haqqında” qəbul edilmiş qərarın ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirilən prokuror tərəfindən qəbul edilib edilməməsi, iddiaçı barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib verilməməsi ilə razılaşması məsələsi aydınlaşdırılmalıdır. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Beləliklə, apellyasiya instansiya məhkəməsi həmin qərarın qüvvədə olması ilə bağlı suala aydınlıq gətirdikdən sonra iddia tələbi ilə əlaqədar düzgün nəticəyə gələ bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 23 oktyabr 2017-ci il tarixli məhkəmə qətnaməsinə əsasən iddiaçının təsisçisi və direktoru olduğu "xxxx" MMC və "xxxx" MMC vergi ödəyicisi kimi 13 dekabr 2016-cı il tarixdə vergi orqanında qeydə alınmışdır. Hər iki MMC vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə ümumilikdə 456.314,72 manat borcu yaranmışdır. Hər iki MMC-nin icra orqanının rəhbəri iddiaçıdır. Vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdıırlmalıdır. Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmünə əsasən "xxxx" və "xxxx" MMC-lərin direktoru vəzifəsini formal olaraq iddiaçı icra etsə də, faktiki olaraq həmin cəmiyyətlərə X5 rəhbərlik etmiş, mövcud vergi borcu həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yaranmışdır. İddiaçının əməlinə hüquqi qiymət verən istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı ilə iddiaçı barəsində cinayət təqibi başlanması rədd edilmişdir. İddiaçı hesab edir ki, hər iki MMC-nin fəaliyyəti ilə onun bağlılığının olmaması məhkəmə hökmü ilə təsdiq edilmiş, iddiaçının formal direktorluğu ilə yaranmış hüquqi nəticə arasında səbəbli əlaqə mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsi İPM-in 58.8-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının bu dəlili ilə bağlı araşdırma aparmamış, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə 23 oktyabr 2017-ci il tarixli qətnamədə göstərilən 456.314,72 manat vergi borcu ilə Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü və ibtidai istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğin eyni (üst-üstə düşən) məbləğ olması yoxlanılmamışdır.

30. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

31. Ali Məhkəmənin göstərişlərinə əsasən hazırkı apellyasiya məhkəməsi icraatı zamanı cavabdeh orqana müvafiq sorğular verilmişdir.

32. Belə ki, iş materiallarına əlavə edilmiş 13 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, 1-ci dərəcəli hüquqşünas X8 icraatında olan ********* nömrəli cinayət üzrə mütəxəssis ayrılmasına dair 28 iyun 2019-cu il tarixli qərarının icrası ilə əlaqədar olaraq "xxxx" MMC-də (VÖEN: **********) malların idxal edilməsi ilə bağlı çəkilmiş xərclərin, malların topdansatış bazar qiymətinin, müəssisələrin ümumi satış dövriyyəsinin, əldə edilmiş ümumi gəlirin və həmin gəlirdən hesablanmalı olan vergilərin müəyyən edilməsi məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: "xxxx" MMC (VÖEN **********) xx.xx.2016-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. "xxxx" MMC-nin hüquqi ünvanı: AZ3100, İsmayıllı rayonu, İsmayıllı şəhəri, R.Beybutov küçəsi ev 37 olmuşdur. "xxxx" MMC-nin faktiki ünvanı müəyyən olunmadı. Vergi ödəyicisi xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizə ilə vergi orqanına müraciət etmiş və ona xx.xx.2017-ci il tarixdən qüvvədə olmaqla **********5 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. "xxxx" MMC-nin təsisçisi və rəhbəri X13 olmuşdur. Vergi ödəyicisi araşdırılan dövrdə (Sadələşdirilmiş vergi xx.xx.2017xx.xx.2017, ƏDV xx.xx.2017-xx.xx.2017, mənfəət vergisi xx.xx.2017-xx.xx.2017) müxtəlf növ malların idxalı və satışı fəaliyyəti ilə məşğul olmuş, müəssisənin qeydiyyatda təsərrüfat subyektləri olmamışdır. Araşdırılan dövr üzrə vergi ödəyicisində səyyar vergi yoxlaması aparılmamışdır. Vergi ödəyicisinin 1 bankda ("xxxx" ASC-nin Nəsimi filialında) 4 bank hesabları olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına, o cümlədən şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-xx.xx.2019-cu il hesabat dövründə 546740,41 manat vergilər hesablanmış, hesablanmış vergilərə 32854,83 manat azalma verilmiş, dövlət büdcəsinə vergi ödənilməmiş, xx.xx.2019-cu il tarixinə müəssisənin 740908,44 manat əsas borcu qalmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, müəssisədə kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci ilin 1- ci rübü üzrə 41201,78 manat sadələşdirilmiş vergi, həmin ilin aprel ayı üzrə 235927,83 manat əlavə dəyər vergisi və 2017-ci ilin mənfəət vergisi üzrə 134805,4 manat, 2018-ci ilin mənfəət vergisinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə 134805,4 manat cari hesablama olmaqla, ümumilikdə külli miqdar təşkil edən 546740,41 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Fakt üzrə xx.xx.2017-ci il tarixdə Departamentin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilir. Sadələşdirilmiş vergi üzrə: Araşdırma zamanı müəyyən olundu ki, müəssisə xx.xx.2017-xx.xx.2017-ci il vergi dövrü üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, 2017-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Cinayət işinə əlavə edilmiş materiallardan, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, cəmiyyət tərəfindən 2017-ci ilin mart ayında 2429457,58 manat (ƏDV-li) dəyərində (2059425,29 ƏDVsiz+370032,29 ƏDV) müxtəlif adda mallar idxal edilməsinə baxmayaraq qeyd olunan dövr üzrə vergi bəyannaməsi vergi orqanlarına təqdim edilməmişdir. Cinayət işinə əlavə olunmuş materiallardan, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, vergi ödəyicisinin mal qalığı yoxdur, idxal olunmuş mallar satılmışdır. Vergi ödəyicisinə Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq 2017-ci ilin sadələşdirilmiş verginin 1-cü rübü üzrə müəyyən edilən 2429457,58 manat satış dövriyyəsindən 2% dərəcə ilə 48589,16 manat (2429457,58x2%) sadələşdirilmiş vergi hesablanır. Araşdırma nəticəsində 2017-ci ilin sadələşdirilmiş verginin 1-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 41201,78 manat (2060089,0 x 2%) sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq müəyyən edilmiş dövriyyə kənarlaşmasına görə 7387,38 manat (2429457,58–2060089,0=369368,58x2%) sadələşdirilmiş vergi hesablanır. ƏDV üzrə: AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən 2017-ci ilin aprel ayında idxal olunmuş malların ümumi dəyəri 1310710,16 manat (ƏDV-siz) (düymələr, toxuculuq materiallarından kişi və ya oğlanlar üçün maşın və ya əl toxunuşlu trikotaj köynəklər, 5 kütlə % və ya çox rezin saplardan ibarət olan idman geyimləri, elektrik cərəyanının idarəsi və ya paylaşdırılması üçün panellər, qadınlar və qızlar üçün bluzlar, məhrəbalar, digər toxuculuq materiallarından pencəklər, digər toxuculuq materiallarından kişi və ya oğlanlar üçün maşın və ya əl toxunuşlu trikotaj köynəklər, digər toxuculuq materiallarından önlüklər, şərflər, sintetik saplardan bricilər,digərləri, pambıq ipliyindən donlar, kompozisiyalı dəridən geyim əşyaları, yubkalar, şalvarlar, corablar, trikotaj maykalar, kişi və oğlan kostyumları, yemək və mətbəx qabları və s.) təşkil etmiş, idxal zamanı gömrükdə 235566,02 manat ƏDV ödənildiyi müəyyən edilmiş və ƏDV bəyannamələri vergi orqanına təqdim edilərkən 235566,02 manat ƏDV əvəzləşdirilməmişdir. Cinayət işinə əlavə olunmuş materiallardan, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, vergi ödəyicisinin mal qalığı yoxdur, idxal olunmuş mallar satılmışdır. Buna görə də Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələblərinə əsasən idxal edilmiş malların təqdim edildiyi müəyyən edildiyindən və mal qalığı olmadığı üçün Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən gömrükdə ödənilmiş 235566,02 manat ƏDV məbləği 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilir. Nəticədə araşdırma ilə 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 235927,83 manat ƏDV məbləği öz təsdiqini tapır, lakin gömrükdə ödənilmiş 235566,02 manat ƏDV məbləği 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilməlidir. Mənfəət vergisi üzrə: Vergi ödəyicisinin kameral vergi yoxlaması ilə 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 4044162,5 manat, xərcləri 3370135,5 manat göstərilməklə, 674027,0 manat mənfəətdən 134805,4 manat mənfəət vergisi hesablanmış, eyni zamanda Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə 134805,40 manat cari hesablama aparılmışdır. Aparılan araşdırma ilə müəyyən olundu ki, cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən müəssisənin ƏDV qeydiyyatına alındığı 01 aprel 2017-ci il tarixdən 31dekabr 2017-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 1310710,16 manat (ƏDV-siz) olmuşdur. Malların satışından əldə olunmuş gəliri müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişikliklər nəzərə alınmaqla) xərclər əsasında 20 faiz şərti rentabelliklə 52428,41 manat (1310710,16:100x20x20%) mənfəət vergisi hesablanır. Eyni zamanda vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış 134805,4 manat mənfəət vergisinin 52428,41 manat məbləği təsdiq edilir, qalan 82376,99 manat (134805,4-52428,41) məbləğ təsdiqini tapmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalma verilməlidir. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən aparılan araşdırma nəticəsində müəssisənin 2018-ci il üzrə fəaliyyət göstərməsi və idxal-ixrac əməliyyatları barədə məlumatlar müəyyən edilmədiyindən, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə cari hesablanmış 134805,40 manat mənfəət vergisi öz təsdiqini tapmır və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmalıdır. Vergi ödəyicisinin araşdırılan dövr üzrə malların idxalı və satışından başqa digər fəaliyyəti olmamışdır. Araşdırmanın nəticəsi olaraq Simnar-88” MMC-də (VÖEN **********): 1. 2017-ci ilin sadələşdirilmiş verginin 1-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 41201,78 manat sadələşdirilmiş vergi məbləğinin təsdiq edilməsi və əlavə olaraq müəyyən edilmiş dövriyyə kənarlaşmasına görə 7387,38 manat sadələşdirilmiş verginin hesablanması; 2. 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 235927,83 manat ƏDV məbləği təsdiqini tapır, lakin gömrükdə ödənilmiş 235566,02 manat ƏDV məbləğinin 2017ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilməsi; 3. Vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış 134805,4 manat mənfəət vergisinin 52428,41 manat məbləğinin təsdiq edilməsi, qalan 82376,99 manat (134805,4-52428,41) məbləğin öz təsdiqini tapmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalmanın verilməsi;4. 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə cari hesablanmış 134805,40 manat mənfəət vergisi öz təsdiqini tapmadığından vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azalmanın verilməsi barədə rəy verirəm.

33. İş materiallarına əlavə edilmiş 16 sentyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi, 1-ci dərəcəli hüquqşünas X8 icraatında olan ********* nömrəli cinayət üzrə mütəxəssis ayrılmasına dair 28 iyun 2019-cu il tarixli qərarının icrası ilə əlaqədar olaraq "xxxx" MMCdə (VÖEN: **********) xx.xx.2019-cu il tarixədək malların idxal edilməsi ilə bağlı çəkilmiş xərclərin, malların topdansatış bazar qiymətinin, müəssisələrin ümumi satış dövriyyəsinin, əldə edilmiş ümumi gəlirin və həmin gəlirdən hesablanmalı olan vergilərin müəyyən edilməsi məqsədi ilə cinayət işinə əlavə edilmiş materiallar, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatları əsasında araşdırmalar aparılarkən aşağıdakılar müəyyən olundu: "xxxx" MMC (VÖEN **********) xx.xx.2016-cı il tarixdə vergi orqanında qeydiyyata alınmışdır. "xxxx" MMC-nin hüquqi ünvanı: AZ3100, İsmayıllı rayonu, İsmayıllı şəhəri, R.Beybutov küçəsi ev 37 olmuşdur. "xxxx" MMC-nin faktiki ünvanı müəyyən olunmadı. Vergi ödəyicisini vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixdə ƏDV məqsədləri üçün VM-nin 157.3.1-ci maddəsinə uyğun məcburi qeydiyyat qoyulmuş və ona xx.xx.2017ci il tarixdən qüvvədə olmaqla **********6 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. "xxxx" MMC-nin təsisçisi və rəhbəri İddiaçı olmuşdur. Vergi ödəyicisi araşdırılan dövrdə (Sadələşdirilmiş vergi xx.xx.2017-xx.xx.2017, ƏDV xx.xx.2017-xx.xx.2017, mənfəət vergisi xx.xx.2017-xx.xx.2017) müxtəlf növ malların idxalı və satışı fəaliyyəti ilə məşğul olmuş, müəssisənin qeydiyyatda təsərrüfat subyektləri olmamışdır. Araşdırılan dövr üzrə vergi ödəyicisində səyyar vergi yoxlaması aparılmamışdır. Vergi ödəyicisinin 1 bankda ("xxxx" ASC-nin Nəsimi filialında) 4 bank hesabları olmuşdur. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına, o cümlədən şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2017-xx.xx.2019-cu il hesabat dövründə 237985.55 manat vergilər hesablanmış, hesablanmış vergilərə 12005.06 manat azalma verilmiş, dövlət büdcəsinə vergi ödənilməmiş, xx.xx.2019-cu il tarixinə müəssisənin 225980.49 manat əsas borcu qalmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, müəssisədə kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci ilin 1- ci rübü üzrə 20373.68 manat sadələşdirilmiş vergi, həmin ilin aprel ayı üzrə 85952.17 manat əlavə dəyər vergisi və 2017-ci ilin mənfəət vergisi üzrə 59827.32 manat, 2018-ci ilin mənfəət vergisinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə 59827.32 manat cari hesablama olmaqla, ümumilikdə külli miqdar təşkil edən 225980.49 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Fakt üzrə xx.xx.2017-ci il tarixdə Departamentin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. xx.xx.2017-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilir. Sadələşdirilmiş vergi üzrə: Araşdırma zamanı müəyyən olundu ki, müəssisə xx.xx.2017-xx.xx.2017-ci il vergi dövrü üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş, 2017-ci ilin 1-ci rübü üzrə sadələşdirilmiş verginin bəyannaməsi vergi orqanına boş təqdim edilmişdir. Kameral vergi yoxlaması ilə 1018674,0 manat dövriyyədən 20373,68 manat sadələşdirilmiş vergi hesablanmışdır. Cinayət işinə əlavə edilmiş materiallardan, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, cəmiyyət tərəfindən 2017-ci ilin mart ayında 1200928.69 manat (ƏDV-li) dəyərində (1018670.93 ƏDV-siz+182257.76 ƏDV) müxtəlif adda mallar idxal edilmiş və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, vergi ödəyicisinin mal qalığı yoxdur, idxal olunmuş mallar satılmışdır. Vergi ödəyicisinə Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq 2017-ci ilin 1- cü rübü üzrə sadələşdirilmiş vergi müəyyən edilən 1200928.69 manat satış dövriyyəsindən 2% dərəcə ilə 24018.58 manat (1200928.69x2%) sadələşdirilmiş vergi hesablanır. Araşdırma nəticəsində 2017-ci ilin 1-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 20373.68 manat (1018673.89 x 2%) sadələşdirilmiş vergi məbləği təsdiq edilir və əlavə olaraq müəyyən edilmiş dövriyyə kənarlaşmasına görə 3645.10 manat (1200928.69–1018673,89=182254.80x2%) sadələşdirilmiş vergi hesablanır. ƏDV üzrə: AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən 2017-ci ilin aprel ayında idxal olunmuş malların ümumi dəyəri 477512.06 manat (ƏDV-siz) (düymələr, toxuculuq materiallarından kişi və ya oğlanlar üçün maşın və ya əl toxunuşlu trikotaj köynəklər, 5 kütlə % və ya çox rezin saplardan ibarət olan idman geyimləri, elektrik cərəyanının idarəsi və ya paylaşdırılması üçün panellər, qadınlar və qızlar üçün bluzlar, məhrəbalar, digər toxuculuq materiallarından pencəklər, digər toxuculuq materiallarından kişi və ya oğlanlar üçün maşın və ya əl toxunuşlu trikotaj köynəklər, digər toxuculuq materiallarından önlüklər, şərflər, sintetik saplardan bricilər,digərləri, pambıq ipliyindən donlar, kompozisiyalı dəridən geyim əşyaları, yubkalar, şalvarlar, corablar, trikotaj maykalar, kişi və oğlan kostyumları, yemək və mətbəx qabları və s.) təşkil etmiş, idxal zamanı gömrükdə 85952.17 manat ƏDV ödənildiyi müəyyən edilmiş və ƏDV bəyannamələri vergi orqanına təqdim edilərkən 85952.17 manat ƏDV əvəzləşdirilməmişdir. Cinayət işinə əlavə olunmuş materiallardan, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarından görünür ki, vergi ödəyicisinin mal qalığı yoxdur, idxal olunmuş mallar satılmışdır. Buna görə də Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələblərinə əsasən idxal edilmiş malların təqdim edildiyi müəyyən edildiyindən və mal qalığı olmadığı üçün Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən gömrükdə ödənilmiş 85952.17 manat ƏDV məbləği 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilir. Araşdırma ilə 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə satışdan hesablanmış 85952.17 manat ƏDV məbləği öz təsdiqini tapır, lakin gömrükdə ödənilmiş 85952.17 manat ƏDV məbləği 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsində büdcə ilə əvəzləşdirilməlidir. Nəticədə büdcəyə ödəniləsi ƏDV qalmır. Buna görə 85952.17 manat ƏDV məbləğinə ŞHV-də azalma verilməlidir. Mənfəət vergisi üzrə: Vergi ödəyicisinin kameral vergi yoxlaması ilə 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən gəliri 1794819.59 manat, xərcləri 1495682.99 manat göstərilməklə, 299136,60 manat mənfəətdən 59827,32 manat mənfəət vergisi hesablanmış, eyni zamanda Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə 59827,32 manat cari hesablama aparılmışdır. Aparılan araşdırma ilə müəyyən olundu ki, cinayət işinə əlavə olunmuş materiallara, AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən müəssisənin ƏDV qeydiyyatına alındığı 01 aprel 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinin idxal etdiyi malların dəyəri 477512.06 manat (ƏDV-siz) olmuşdur. Malların satışından əldə olunmuş gəliri müəyyən etmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə və dəyişikliklər nəzərə alınmaqla) xərclər əsasında 20 faiz şərti rentabelliklə 19100.49 manat (477512.06 :100x20x20%) mənfəət vergisi hesablanır. Buna əsasən kameral yoxlama ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış 59827.32 manat mənfəət vergisinin 19100.49 manatı təsdiq edilir, qalan 40726.83 manat (59827.32- 19100.49) məbləğ təsdiqini tapmadığından vergi ödəyicisinin ŞHV-də azalma verilməlidir. AVİS və Hesabat/Axtarış informasiya sisteminin məlumatlarına əsasən araşdırma nəticəsində müəssisənin 2018-ci il üzrə fəaliyyət göstərməsi və idxal-ixrac əməliyyatları barədə məlumatlar müəyyən edilmədiyindən, Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə cari hesablanmış 59827.32 manat mənfəət vergisi öz təsdiqini tapmır və ŞHV-də azaldılmalıdır. Vergi ödəyicisinin araşdırılan dövr üzrə malların idxalı və satışından başqa digər fəaliyyəti olmamışdır. Araşdırmanın nəticəsi olaraq "xxxx" MMC-nin (VÖEN **********) ŞHV-də: 1. 2017-ci ilin 1-cü rübü üzrə kameral vergi yoxlaması ilə hesablanmış 20373.68 manat sadələşdirilmiş vergi təsdiq edilir və əlavə olaraq dövriyyə kənarlaşmasına görə 3645.10 manat sadələşdirilmiş vergi hesablanmalıdır; 2. 2017-ci ilin aprel ayının ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 85952.17 manat ƏDV məbləği (gömrükdə ödənilmiş 85952.17 manat ƏDVnin əvəzləşdilməməsi səbəbindən) təsdiq olunmur və ŞHV-də azaldılmalıdır; 3. Vergi ödəyicisinə 2017-ci il üzrə kameral yoxlama ilə hesablanmış 59827.32 manat mənfəət vergisi 19100.49 manat hissədə təsdiq edilir, qalan 40726.83 manat (598xx.xx-19100.49) məbləğ təsdiq olunmadığından ŞHV-də azaldılmalıdır; 4. 2018-ci ilin mənfəət vergisi bəyannaməsinin İ, İİ, İİİ və İV-cü rübləri üzrə avans hesablanmış 59827.32 manat cari mənfəət vergisi təsdiq olunmur və ŞHV-də azalma verilməlidir. Nəticə: araşdırılan dövr üzrə ŞHV-dəki büdcəyə ödənilməkdən yayındırılmış vergilərin 43119.27 manat (mənfəət vergisi 19100.49 + sadələşdirilmiş vergi 24018.78) olması barədə rəy verirəm.

34. Cavabdeh orqanın 14 avqust 2025-ci il tarixli 3-21-2-16/2-38965/2025 saylı məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)- 1712/2017 nömrəli qətnaməsi əsasında "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcu ilə bağlı İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Haqverdiyev X4 Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116) -287/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarından apelyasiya şikayəti verilmiş və hazırda iş Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmə mübahisəsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(107) -175/2025 nömrəli məktubu ilə "Sımnar-88” MMC və "xxxx" MMC barədə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(107) -175/2025 nömrəli məktubun icrası ilə əlaqədar xx.xx.2025ci il tarixli **********468700 nömrəli "Məlumatın təqdim edilməsi haqqında" məktubla 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli **********763000 nömrəli məktubla Simnar-88”, “Orisk-JM" və digər məhdud məsuliyyətli cəmiyyətlərdə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikasının CM-nin 213.2.2-ci maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi baxılması üçün 23 dekabr 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. İş üzrə məhkəmə mühasibat ekspertizasının xx.xx.2020-ci il tarixli 9 /3871 nömrəli rəyi ilə "xxxx" MMC-də 2017-ci ilin 1ci rübü üzrə 41201,78 manat sadələşdirilmiş vergi təsdiq edilmiş, əlavə 7387,38 manat sadələşdirilmiş vergi hesablanmış, 2017- ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 134805,4 manat mənfəət vergisinin 52428,41 manatı təsdiq olunmaqla, cəmiyyət üzrə cəmi 146250,44 manat; “Orisk-JM" MMC-də 2017-ci ilin 1-ci rübü üzrə 20373,68 manat sadələşdirilmiş vergi təsdiq edilmiş, əlavə 3645,10 manat sadələşdirilmiş vergi hesablanmış,kameral vergi yoxlaması ilə hesablanmış 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 59827,32 manat mənfəət vergisinin 19100,49 manatı təsdiq olunmaqla, cəmiyyət üzrə cəmi 43119,27 manat vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı müəyyən edildiyi bildirilmişdir. Məlumat üçün bildirirəm ki, məhkəmə mübahisəsi ilə bağlı müvafiq məlumatların 10 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli **********520100 nömrəli "Məhkəmə mübahisəsi ilə bağlı iş materiallarının təqdim edilməsi haqqında" məzmunlu məktubla Saatlı Rayon Məhkəməsinə müraciət edilmişdir. Nəzərə almağınızı xahiş edirəm.

35. Cavabdeh orqanın 11 iyun 2025-ci il tarixli məlumat məktubundan görünür ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərindən də məlum olduğu kimi vergi ödəyicisi vergi öhdəliyini həmin Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə bilər. Həmçinin Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin sadalanan normalarından da aydın olduğu kimi, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri hüquqi şəxslərə münasibətdə onun icra orqanının rəhbəri barəsində tətbiq edilir. Reyestr məlumatlarına əsasən cari vəziyyətə "xxxx" MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) direktorunun İddiaçı olduğu müəyyən edilir. Eyni zamanda Saatlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmü ilə bağlı xidməti məktubda qeyd edilənlərlə əlaqədar bildirmək istəyirik ki, həmin hökmdə "xxxx" MMC-yə və "xxxx" MMC-yə X2 faktiki rəhbərlik etdiyi və mövcud vergi borcunun həmin şəxsin fəaliyyətinin birbaşa nəticəsində yarandığı bildirilsə də, hökmdə sözügedən MMC-lərin reyestr məlumatlarında bu istiqamətdə dəyişikliyin edilməsi ilə bağlı hər hansı qeyd aparılmamış, eləcə də bu barədə vergi orqanının üzərinə vəzifə qoyulmamışdır. Həmçinin adı yuxarıda qeyd edilən hüquqi şəxslər tərəfindən də reyestr məlumatlarında müvafiq dəyişikliyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına müraciət olunmamışdır.

36. Cavabdeh orqanın 22 may 2025-ci il tarixli məlumat məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1712/2017 nömrəli qətnaməsi əsasında "xxxx" MMC-nin (VÖEN: **********) 330.143,95 manat, "xxxx" MMC-nin (VÖEN: **********) 126.170,77 manat olmaqla, dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin məhdud məsuliyyətli cəmiyyətlərin rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsi tərəfindən 23 oktyabr 2017-ci il tarixli qətnamədə göstərilən 456.314,72 manat vergi borcu ilə Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü və ibtidai istintaq orqanının 11 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğin eyni (üstüstə düşən) məbləğ olub-olmaması barədə məlumatların məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq bildiririk ki, “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə İsmayıllı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2017-ci il tarixli 2(037)-1712/2017 nömrəli qətnamədə göstərilən borc məbləği 456.314,72 manat, Saatlı rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmündə göstərilən borc məbləği 144.136,84 manatdır ki, qeyd edilən iki qərar arasında eynilik təşkil edən (üst-üstə düşən məbləğ) vergi borcu məbləği 106.281,01 manat təşkil edir. Eyni zamanda 23 oktyabr 2017-ci il tarixli müvafiq qətnamədə göstərilən 456.314,72 manat borc məbləğinin 383.455,46 manat məbləği ibtidai istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilən vergidən yayınan məbləğ ilə eynilik təşkil edir (üst-üstə düşür). Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsi müstəntiqi tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” Qərara prokuror tərəfindən protest verilməmişdir. "xxxx" (VÖEN **********1)və "xxxx" (VÖEN **********) MMC-lərin rəsmi direktoru İddiaçı barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair xx.xx.2021-ci il tarixli qərar qüvvədədir.

37. Cavabdeh orqanın 13 may 2025-ci il tarixli məlumat məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1712/2017 nömrəli qətnaməsi əsasında "xxxx" MMC-nin (VÖEN: **********) 330.143,95 manat, "xxxx" MMC-nin (VÖEN: **********) 126.170,77 manat olmaqla, dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin Məhdud Məsuliyyətli Cəmiyyətlərin rəhbəri İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bildiririk ki, "xxxx" MMC üzrə (VÖEN: **********) 23 oktyabr 2017-ci il tarixli qətnamədə göstərilən əsas vergi borcu məbləği 309.897,36 manat olmuşdur ki, həmin məbləğin 73.969,53 manatı Saatlı rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə eyni, "xxxx" MMC üzrə (VÖEN: **********) 23 oktyabr 2017-ci il tarixli qətnamədə əsas vergi borcu məbləği 118.263,65 manat olmuşdur ki, həmin məbləğin 32.311,48 manatı Saatlı rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli hökmü ilə eynilik təşkil edir.

38. Cavabdeh orqanın 14 mart 2025-ci il tarixli məlumat məktubundan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-1712/2017 nömrəli qətnaməsi əsasında "xxxx" MMC-nin (VÖEN: **********) 330143,95 manat, "xxxx" MMC-nin (VÖEN: **********) 126170,77 manat olmaqla, ümumilikdə 456314,72 məbləğində dövlət büdcəsinə yaranmış ümumilikdə 456.314,72 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Məlumat üçün bildiririk ki, 14 mart 2025-ci il tarixə "xxxx" MMC-nin dövlət büdcəsinə ümumilikdə 127795,46 manat borcu vardır ki, həmin məbləğin 101017,57 manatı məhkəmə hökmü ilə, "xxxx" MMC-nin dövlət büdcəsinə ümumilikdə 85836,24 manat borcu vardır ki, həmin məbləğin 43119,27 manatı məhkəmə hökmü ilə təmin edilmişdir.

39. Göründüyü kimi "xxxx" MMC və "xxxx" MMC fəaliyyəti nəticəsində yaranmış vergi borcu vergi ödəyicisi kimi iddiaçının deyil, faktiki rəhbərin borcu olduğundan Saatlı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 1(055)-15/2022 nömrəli hökmündə həmin vəsaitin X5 tərəfindən ödənilməli olduğu göstərilmişdir. Ona görə də hazırda iddiaçın ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb ola biləcək hallar müəyyən edilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehlərin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir, cavabdehin imtinası qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

41. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 aprel 2024-cü il tarixli 2-1(116)-287/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar