Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-176/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh1na qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək X4 Laboratoriyasında işlədiyi illərin (2006-2016) əmək haqqından tutuşların cavabdeh tərəfindən düzgün araşdırılaraq pensiyasının hesablanması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu ilə iddiaçıya tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsi dəqiqləşdirilərək cavabdeh orqan DSMF-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilmiş, əmək haqqından sosial sığortaya olan tutulmaların əmək haqqına əlavə edilməklə, yenidən hesablanaraq pensiya hesabına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.
3. xx.xx.2022-ci il tarixdə inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı növbəti dəfə tələbini dəqiqləşdirərək cavabdeh orqanı DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd etmiş, “X4 İdarəsinin nəzdində X2 xx.xx.2006-cı ildən xx.xx.2016cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığorta kartına tutulmalı olan və səhvən digər şəxslərin adına hesablanan cəmi 4108,84 manat sosial sığorta ayırmalarının nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı X4 Laboratoriyasının nəzdində X2 01 iyun 2006-cı ildən - 02 fevral 2016-cı il tarixədək işlədiyi dövrdə əmək haqqından sosial sığortaya tutulan vəsaitin bir hissəsinin öz adına yox, səhvən Lənkəran rayon sakini 14 fevral 1965-ci ildə anadan olmuş onunla eyni ad, soyad və ata adı olan İddiaçı Cəlal qızının adına hesablanması, bir hissəsinin isə qeydiyyatı, ünvanı ona məlum olmayan Məhərrəmov Qasım Xanqulu oğlunun adına hesablanması, əmək haqqından olan tutulmaların əmək haqqına əlavə edilməklə pensiyasının yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
6. Cavabdeh orqan iddia tələbinə etirazını 2006-cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, sığortaolunan xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon baytarlıq idarəsi” (SUN: **********4) tərəfindən təqdim edilməsi, həmçinin, xx xxxx 1958-ci il doğum tarixli İddiaçı sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon seçki məntəqəsi” (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların isə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası” tərəfindən (SUN: **********) təqdim edilməsini, “Balakən rayon baytarlıq idarəsi” tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xx xxxx 1958-ci il tarixli doğum tarixli İddiaçı, eləcə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il tarixli doğum tarixli İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlu sığortaolunan kimi qeyd edilməməsi ilə əsaslandırmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.
8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 noyabr 2022-ci il tarixli 2- 1(116)-540/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş cavab məktubunda iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparıldığı ve təyinat aparılarkən 28 il 4 ay sığorta stajının ve fərdi hesabın sığorta hissəsində qeydə alınmış 1991.39 manat pensiya kapitalının olduğu bildirilmişdir. Eyni zamanda iddiaçıya qeyd olunanlar nəzərə alınaraq aylıq pensiya məbləğinin dəyişməyəcəyi də bildirilmişdir. Cavabdeh orqan eyni zamanda apellyasiya şikayətini 2006-cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, sığortaolunan xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon baytarlıq idarəsi” (SUN: **********4) tərəfindən təqdim edilməsi, həmçinin, xx xxxx 1958-ci il doğum tarixli İddiaçı sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon seçki məntəqəsi” (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların isə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası” tərəfindən (SUN: **********) təqdim edilməsini, “Balakən rayon baytarlıq idarəsi” tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xx xxxx 1958-ci il tarixli doğum tarixli İddiaçı, eləcə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il tarixli doğum tarixli İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlu sığortaolunan kimi qeyd edilməməsi ilə əsaslandırmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - DSMF-in Sosial Sığorta və X6 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sığortaolunan hesabından görünür ki, xx.xx.1965-ci il doğum tarixli İddiaçı fərdi hesabına X4 Laboratoriyası tərəfindən 2006-2016-cı illər üzrə 3748.86 manat, xx.xx.1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına X4 Laboratoriyası tərəfindən 2008-ci ilin yanvar-dekabr ayları üzrə 359,98 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. - Balakən rayon X3 xx.xx.2006-cı il tarixli 03 k №-li və xx.xx.2016-cı il tarixli 01 k №-li əmrlərindən görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən Balakən rayon X3 sanitarı vəzifəsinə təyin edilmiş, xx.xx.2016- cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaların İdarə Edilməsi departamentinin X5 Laboratoriyasının Qax rayon DSMF-na ünvanladığı xx.xx.2019-cu il tarixli 08 №-li məktubda qeyd edilmişdir ki, 2008-ci ildə Məhərrəmov Qasım Xanqulu oğlu sözügedən idarədə işləməmişdir. Həmin fərdi uçota düşən vəsait İddiaçı Cəlal qızına aiddir. - DSMF-in xx.xx.2020-ci il tarixli məktubundan və iddiaçıya pensiya təyin edilməsi ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı tələblə bağlı ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
17. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, DSMF-in Sosial Sığorta və X6 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sığortaolunan hesabından görünür ki, xx.xx.1965-ci il doğum tarixli İddiaçı fərdi hesabına X4 Laboratoriyası tərəfindən 2006- 2016-cı illər üzrə 3748.86 manat, xx.xx.1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına X4 Laboratoriyası tərəfindən 2008-ci ilin yanvar-dekabr ayları üzrə 359,98 manat məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Balakən rayon X3 xx.xx.2006-cı il tarixli 03 k №-li və xx.xx.2016-cı il tarixli 01 k №-li əmrlərinə əsasən, iddiaçı xx.xx.2006-cı il tarixdən Balakən rayon X3 sanitarı vəzifəsinə təyin edilmiş, xx.xx.2016- cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaların İdarə Edilməsi departamentinin X5 Laboratoriyasının Qax rayon DSMFna ünvanladığı xx.xx.2019-cu il tarixli 08 №-li məktubda qeyd edilmişdir ki, 2008-ci ildə Məhərrəmov Qasım Xanqulu oğlu sözügedən idarədə işləməmişdir. Həmin fərdi uçota düşən vəsait İddiaçı Cəlal qızına aiddir. DSMF-in xx.xx.2020-ci il tarixli məktubundan və iddiaçıya pensiya təyin edilməsi ilə bağlı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı tələblə bağlı ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir.
25. Cavabdeh orqan apellyasiya şikayətini 2006-cı il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, sığortaolunan xx xxxx 1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) **********242 nömrəli fərdi şəxsi hesabında göstərilmiş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon baytarlıq idarəsi” (SUN: **********4) tərəfindən təqdim edilməsi, həmçinin, xx xxxx 1958-ci il doğum tarixli İddiaçı sığorta stajı 2006-cı ilin fevral ayından 2016-cı ilin oktyabr ayınadək məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri, habelə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar sığortaedən “Balakən rayon seçki məntəqəsi” (SUN: **********4) tərəfindən, 2018-ci ilin yanvar ayından 2020-ci ilin mart ayınadək hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların isə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası” tərəfindən (SUN: **********) təqdim edilməsini, “Balakən rayon baytarlıq idarəsi” tərəfindən təqdim edilmiş 2007-2016-cı illər üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda xx xxxx 1958-ci il tarixli doğum tarixli İddiaçı, eləcə də müraciətdə qeyd edilmiş 14 fevral 1965-ci il tarixli doğum tarixli İddiaçı Cəlal qızı və Məhərrəmov Qasım Xanqulu oğlu sığortaolunan kimi qeyd edilməməsi ilə əsaslandırmışdır.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən - xx.xx.2016-cı il tarixədək Balakən rayon X1 işlədiyi müddət ərzində onun əmək haqqından tutulan məcburi dövlət sosial sığorta ayırmaları texniki səhv nəticəsində xx.xx.1965-ci il doğum tarixli İddiaçı və xx.xx.1958-ci il təvəllüdlü Məhərrəmov Qasım Xanqulu oğlunun fərdi hesabına köçürülmüşdür. Həmin vəsaitin texniki səhv nəticəsində adları qeyd edilmiş şəxslərin fərdi hesabına köçürülməsi iş materiallarında olan sənədlərlə sübut olunur. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan vəsait 4108,84 manat az əks olunduğundan iddiaçı cavabdeh orqana qarşı hazırkı tələblə müraciət etməkdə haqlı olmuşdur.
27. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya əmək pensiyasının yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır.
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2-1(116)-540/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.