Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-176/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2609/2024 nömrəli qərarından iş üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDRdən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2609/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublkasının İqdisasiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayon Padar kəndi ərazisində 18,8 kvadrat metr torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) vardır. Binanın yerləşdiyi 0,00246 ha yorpaq sahəsi dövlət torpağı olmaqla istifadə hüququ ilə adına qeydiyyata alınmışdır. O, həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Torpaq sahəsi 0,00246 ha. hissədə iddiaçının və ondan əvvəlki mülkiyyətçinin adına istifadə hüququ ilə qeydiyyata alınmış olsa da, həmin qeyri yaşayış binası həm faktiki olaraq, həm də hüquqi əsasla 0,06 hektar torpaq sahəsində yerləşir. Qeyd edilən 0,06 hektar torpaq sahəsi Oğuz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 1999-cu il tarixli 77 nömrəli sərəncamı əsasında “Arzu"' firmasının sahibi X10 yanacaq doldurma məntəqəsi tikintisi məqsədilə satılmışdır. Bu zaman torpaq sahəsinin həmin dövrdə müəyyən edilmiş dəyəri olan ******* (bir milyon bir yüz iyirmi min doqquz yüz səksən altı) manat pul məbləği X15 tərəfindən müvafiq hesaba ödənilmişdir. 16 iyul 1999-cu il tarixdə X8 Oğuz rayon Padar kənd icra nümayəndəsi X11 və Oğuz rayon torpaq şöbəsinin müdiri X16 iştirakı ilə dövlət alqısatqısına dair akt bağlanılmış, 0,06 hektar torpaq sahəsi yerində ölçülərək, bu barədə də akt tərtib edilərək X10 təhvil verilmişdir. X7 almış olduğu 0,06 hektar torpaq sahəsində qeyri yaşayış binası inşa etmiş, həmin binaya dair onun adına 10 noyabr 2004-cü il tarixli, 01- 130 №-li Qeydiyyat vəsiqəsi və Yanacaq doldurma məntəqəsinin texniki pasportu hazırlanmışdır. Qeydiyyat vəsiqəsindən görünür ki, həmin əmlak xx.xx.2004-cü il tarixdə 01 nömrəli reyestr kitabında 130 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (inventar № 267). Qeyd edilən texniki pasportun 2-ci səhifəsində əmlakın yerləşdiyi torpaq sahəsinin miqdarı həm sənəd üzrə, həm də faktiki olaraq 600 (altı yüz) kvadrat metr kimi göstərilmişdir. X8 ölümündən sonra qeyd edilən əmlak vərəsəlik qaydasında tam pay hüququ ilə onun arvadı X5 adına rəsmiləşdirilmiş, onun adına 01,02.2019-cu il tarixli, ******* nömrəli DƏDR-dən çıxarış və xx.xx.2019-cu il tarixli qeyri yaşayış binasının texniki pasportu hazırlanmışdır. Çıxarış sənədində torpaq sahəsinin mülkiyyət növü “dövlət kimi, kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları" kimi, miqdarı isə əsassız olaraq 0,00246 hektar kimi, texniki pasportda isə torpaq sahəsinin miqdarı 600 kvadrat metr kimi göstərilmişdir. İddiaçı həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X2 aldıqdan sonra adına hazırlanmış xx.xx.2022-cı ıl tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi, kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları" kimi, miqdarı isə 0,00246 hektar kimi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi hələ 1999-cu ildə pulu ödənilərək satın alınmış 0,06 hektar torpaq sahəsinin miqdarının 0.00246 hektar kimi, mülkiyyət növünün isə dövlət torpağı kimi qeydiyyata alınmasından narazıdır. Bu hal həmin torpaq sahəsi barədə əvvəlki mülkiyyətçilərdən devr aldığı hüquqlarının pozulmasıdır. O, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********14-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər müvafiq sənədləri cavabdehə təqdim edərək Oğuz rayon Padar kəndində yerləşən, xüsusi mülkiyyətində olan qeyri yaşayış binasının yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınaraq müvafiq DƏDRdən çıxarış və texniki pasport hazırlanıb verilməsini xahiş etmişdir. Həmin təşkilatdan verilən 05 aprel 2024-cü il il tarixli, 3-21-3-42/2-Y-00xx-xx/2024 saylı cavab məktubu ilə ərizəsinə baxıldığı, təqdim olunmuş sənədlərin araşdırılması zamanı, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna, dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulduğu, qeyd edilən torpaq sahəsini hərrac yolu ilə satın ala biləcəyi bildirilmiş, qeyri yaşayış binası və yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilən 0.06 hektar torpaq sahəsi artıq bir dəfə satın alındığından həm əvvəlki hüquq sahiblərinin, həm də onun həmin torpaq sahəsinə münasibətdə qeydiyyata alınmalı hüquqların əsassız olaraq qeydiyyata alınmasından imtina edildiyindən həmin imtinanı əsassız hesab edir.
4. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, təqdim etdilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, Ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi idarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, iddia olunan Oğuz rayonu, Padar kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçı Oğuz rayonu, Padar kəndində yerləşən qeyriyaşayış binasının və həmin qeyri-yaşayış binasının yerləşdiyi 0.06 ha torpaq sahəsinə dair müvafiq icarə müqaviləsi təqdim etməmişdir. İddia olunan Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinə dair (qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlar, tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hər hansı, sənəd təqim etməmişdir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə görə dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakın, idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası, Qanununun 16-cı maddəsi ilə Dövlət əmlakının özəlləşdirilməsi üsullar, müəyyən edilmişdir. Qanununun 16.1.4-cü maddəsinə əsasən sözügedən üsullardan biri də əmlakının hərraclar vasitəsilə satışıdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası, tərəflərindən mümkün olmamışdır.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu imtina məktubu, -Oğuz rayon İHB-nın xx.xx.1999-cu il tarixdə 77 №-li sərəncam, -xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və 02.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, -xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2609/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçının Oğuz rayonu Padar kəndində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilə əsasında isə iddiaçıya yalnız ümumi sahəsi 18,8 kv.m olan qeyri-yaşayış binası satılmışdır. Hazırda iddiaçı, ona satılmayan torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin ilkin sahibə satılması sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Belə ki, iddiaçı, yalnız alqı-satqı müqaviləsindən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasını tələb edə bilər ki, müqavilədə göstərilən daşınmaz əmlak obyektinə münasibətdə də, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin satıldığı ilkin subyekt isə həmin torpaq sahəsini özəlləşdirməmiş və məhz tikili iddiaçıya satılmışdır. Beləliklə iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak yalnız qeyri-yaşayış binasını əhatə edir. Müqavilədə torpaq sahəsinin satışı ilə bağlı hər hansı müddəa yer almadığından, bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi mümkün deyil. Həmçinin tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan sözügedən torpaq sahəsi üçün mülkiyyət hüququnun digər subyektə keçməsi yalnız qanunla müəyyən edilmiş özəlləşdirmə prosedurlarına uyğun aparıla bilər.
8. İddiaçı müdafiəçisi Vəkil həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2609/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətinin dəlillərini iddia ərizəsinin məzmunu ilə əsaslandıraq bildirmişdir ki, onun xüsusi mülkiyyətində Oğuz rayon Padar kəndi ərazisində 18,8 kvadrat metr torpaq sahəsində inşa edilmiş qeyri yaşayış binası (yanacaq doldurma məntəqəsi) vardır. Binanın yerləşdiyi 0,00246 ha yorpaq sahəsi dövlət torpağı olmaqla istifadə hüququ ilə adına qeydiyyata alınmışdır. O həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Torpaq sahəsi 0,00246 ha. hissədə ondan və ondan əvvəlki mülkiyyətçinin adına istifadə hüququ ilə qeydiyyata alınmış olsa da, həmin qeyri yaşayış binası həm faktiki olaraq, həm də hüquqi əsasla 0,06 hektar torpaq sahəsində yerləşir. Qeyd edilən 0,06 hektar torpaq sahəsi Oğuz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun1999-cu il tarixli 77 nömrəli sərəncamı əsasında “Arzu” firmasının sahibi X10 yanacaq doldurma məntəqəsi tikintisi məqsədilə satılmışdır. Bu zaman torpaq sahəsinin həmin dövrdə müəyyən edilmiş dəyəri olan ******* (bir milyon bir yüz iyirmi min doqquz yüz səksən altı) manat pul məbləği X15 tərəfindən müvafiq hesaba ödənilmişdir. 16 iyul 1999-cu il tarixdə X8, Oğuz rayon Padar kənd icra nümayəndəsi X12 və Oğuz rayon torpaq şöbəsinin müdiri X16 iştirakıilə dövlət alqı-satqısına dair akt bağlanılmış, 0,06 hektar torpaq sahəsi yerində ölçülərək, bu barədə də akt tərtib edilərək X10 təhvil verilmişdir. X3 olduğu 0,06 hektar torpaq sahəsində qeyri yaşayış binası inşa etmiş, həmin binaya dair onun adına 10 noyabr 2004-cü il tarixli, 01- 1 3 0 №-li Qeydiyyat vəsiqəsi və Yanacaq doldurma məntəqəsinin texniki pasportu hazırlanmışdır. Qeydiyyat vəsiqəsindən görünür ki, həmin əmlak xx.xx.2004-cü il tarixdə 01 nömrəli reyestr kitabında 130 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (inventar № 267). Qeyd edilən texniki pasportun 2-ci səhifəsində əmlakın yerləşdiyi torpaq sahəsinin miqdarı həm sənəd üzrə, həm də faktiki olaraq 600 (altı yüz) kvadrat metr kimi göstərilmişdir. X8ölümündən sonra qeyd edilən əmlak vərəsəlik qaydasında tam pay hüququ ilə onun arvadı X5 adına rəsmiləşdirilmiş, onun adına xx.xx.2019-cu il tarixli, ******* nömrəli DƏDR-dən çıxarış və xx.xx.2019-cu il tarixli qeyri yaşayış binasının texniki pasportu hazırlanmışdır. Çıxarış sənədində torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi, kateqoriyası(məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları” kimi, miqdarı isə əsassız olaraq 0,00246 hektar kimi, texniki pasportda isə torpaq sahəsinin miqdarı 600 kvadrat metr kimi göstərilmişdir. Mən həmin əmlakı rəsmi alqı-satqı müqaviləsi əsasında X1 sonra adıma hazırlanmış xx.xx.2022-ci il tarixli çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi, kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin topaqları” kimi, miqdarı isə 0,00246 hektar kimi göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi hələ 1999-cu ildə pulu ödənilərək satın alınmış 0,06 hektar torpaq sahəsinin miqdarının 0,00246 hektar kimi, mülkiyyət növünün isə dövlət torpağı kimi qeydiyyata alınmasından narazıyam. Bu hal həmin torpaq sahəsi barədə əvvəlki mülkiyyətçilərdən devr aldığı hüquqlarının pozulmasıdır. Mən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat, **********14-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər müvafiq sənədləri AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsinətəqdim edərək Oğuz rayon Padar kəndində yerləşən, xüsusi mülkiyyətimdə olan qeyri yaşayış binasının yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adıma qeydiyyata alınaraq müvafiq DƏDRdən çıxarış və texniki pasport hazırlanıb verilməsini xahiş etmişəm. Həmin təşkilatdan verilən 05 aprel 2024-cü il il tarixli, 3-21-3-42/2-Y-00xx-xx/2024 saylı cavab məktubu ilə ərizəmə baxıldığı, təqdim olunmuş sənədlərin araşdırılması zamanı, qeyri yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğuna, dövlət mülkiyyətində olan əmlakın və torpaq sahələrinin dövlət əmlakını idarə edən orqan tərəfindən özəlləşdirilməsi nəzərdə tutulduğu, qeyd edilən torpaq sahəsini hərrac yolu ilə satın ala biləcəyim bildirilmiş, qeyri yaşayış binası və yerləşdiyi torpaq sahəsinin vahid daşınmaz əmlak kimi adıma qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd edilən 0,06 hektar torpaq sahəsi artıq bir dəfə satın alındığından həm əvvəlki hüquq sahiblərinin, həm də mənim həmin torpaq sahəsinə münasibətdə qeydiyyata alınmalı hüquqların əsassız olaraq qeydiyyata alınmasından imtina edildiyindən həmin imtinanı əsassız hesab edir. İş materiallarından da göründüyü kimi mübahisə obyekti olan 0,06 hektar torpaq sahəsi Oğuz rayon İcra Hakimiyyəti Başçısının 25 iyun 1999-cu il tarixli 77 nömrəli sərəncamı əsasında “Arzu” firmasının sahibi X10 yanacaq doldurma məntəqəsi tikintisi məqsədilə satılmışdır. Bu zaman torpaq sahəsinin həmin dövrdə müəyyən edilmiş dəyəri olan 1120986(bir milyon bir yüz iyirmi min doqquz yüz səksən altı) manat pul məbləği X15 tərəfindənmüvafiq hesaba ödənilmişdir. 16 iyul 1999-cu il tarixdə X8, Oğuz rayon Padar kənd icra nümayəndəsi X12 və Oğuz rayon torpaq şöbəsinin müdiri X16 iştirakı ilə dövlət alqı-satqısına dair akt bağlanılmış, 0,06 hektar torpaq sahəsi yerində ölçülərək, bu barədə də akt tərtib edilərək X10 təhvil verilmişdir. Oğuz rayon İcra HakimiyyətiBaşçısının 25 iyun 1999-cu il tarixli 77 nömrəli sərəncamı əsasında X8 adına 10 noyabr 2004-cü il tarixli 1-130 reyestr nömrəli (İnv.№267) qeydiyyat vəsiqəsi və 5 noyabr 2004-cü il tarixli yanacaq doldurma məntəqəsinin texniki pasportu hazırlanmışdır. Həmin texniki pasportda yanacaq doldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi həm sənəd üzrə, həm də faktiki 600(altı yüz) kv. m göstərilmişdir. Bu da mübahisə obyekti torpaq sahibinin həmin 600(altı yüz) kv. m torpaq sahəsinə münasibətdə artıq qazanılmış hüququdur. Həmin hüquqlar da qeyd edilən əmlaka münasibətdə SalehovŞamil Mustafa oğlunun ölümündən sonra onun hüquqi varislərinə keçməli və ya heç olmasa öz adında qalmalı olduğu halda bu edilməmiş onun və hüquqi varislərinin əmlaka münasibətdə hüquqları məhdudlaşdılmış, pozulmuş və ya əllərindən alınmışdır. məhdudlaşdılmış, pozulmuş və ya əllərindən alınmışdır. Qeyd edilən torpaq sahəsi niyə dövlətmülkiyyətində qalmalıdır, satılmamışdırsa ******* manat vəsait 15 iyul 1999-cu il tarixdə X10 hansı məqsədlə ödətdirilmişdir. Bir əmlakın həm dövlət tərəfindən vətəndaşa satılıb pulu alınması, həm də eyni zamanda dövlət mülkiyyətində qalması hüquqi və məntiqi sayıla bilməz. Məhkəmə hazırkı qərarı qəbul edərkən bu məsələlərə qiymət verməmiş, inkar da etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən dövlət tərəfindən 25 il əvvəl artıq satılaraq pulu alınmış 600 kv.metr torpaq sahəsinin hansı əsasla alıcının deyil, satıcının mülkiyyətində qalmalı oldudu qənaətinə gəldiyi aydın deyildir. Bu qənaət əsaslı hesab edilə bilməz. Məhkəmənin qərarı nəticə etibarı ilə həm onun, həm də hüquqi varisi olduğum şəxslərin hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu isə onun konstitutsion hüquqlarının pozulması ilə nəticələnmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2609 / 2024 saylı qərarının tamamilə ləğv edilməsi, iddianın təmin edilərək Oğuz rayon Padar kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətimdə olan qeyri yaşayış binasının yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adıma qeydiyyata alınması, qeyri yaşayış binası və yerləşdiyi 0,06 hektar torpaq sahəsi barədə adıma DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsininüzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müdafiəçisi Vəkil bildirdi ki, mübahisəli torpaq sahəsi Oğuz RİH başçısının müvafiq sərəncamına əsasən şəxsə satılmışdır. Sərəncama əsasən şəxsə qeydiyyat vəsiqəsi və torpaq sahəsinə dair texniki pasport verilib. Qeydiyyat vəsiqəsi və torpaq sahəsinə dair texniki pasportda torpaq sahəsi 0,06 ha olduğu göstərilmişdir. Torpaq sahəsinin mülkiyyətçisi Şamil adlı şəxs vəfat etdikdən sonra, vərəsəlik qaydasına əsasən həmin torpaq sahəsi onun həyat yoldaşının adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmə zamanı ancaq əmlakın yerləşdiyi torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsi üzərində olan əmlak ilə birlikdə hazırkı iş üzrə iddiaçıya satılmışdır. İddiaçının qeyd olunan 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ var. Həmin torpaq sahəsinin alınması üçün, torpaq sahəsinin dəyəri Samil adlı şəxs tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Dövlətin həmin torpaq sahəsini onlara yenidən satması qeyri-qanunidir. Qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti yox, hal-hazırda xüsusi mülkiyyətdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və qeyd olunan 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınmasını xahiş edir. Qeyd olunan torpaq sahəsi Şamil adlı şəxsə 2004-cü ildə satılıb. Müqaviləyə əsasən torpaq sahəsində yerləşən əmlak, yəni bina satılıb. Torpaq sahəsi və bina bir qeydiyyat vəsiqəsində qeyd olunub. Torpaq sahəsini vətəndaş alıb və torpaq sahəsində bina tikib. Həmin binanı da iddiaçı alıb. Torpaq sahəsi bir dəfə satıldığı üçün, 2-ci , 3-cü şəxslərə yenidən satıla bilməz. Şəxs tərəfindən 0,06 ha torpaq sahəsi alınsa da, onun adına 0,24 ha torpaq sahəsi rəsmiləşdirilib. Mübahisəli əmlak iddiaçıya 1999-cu ilin iyul ayında satılıb. Əmlakın dəyəri tam olaraq Oğuz RİH-ə ödənilib. Qeyd olunan reyestr xidmətində qeydə alınaraq iddiaçıya çıxarış verilib. Alınan torpaq sahəsi dövlət mülkiyyəti deyil, şəxs həmin torpaq sahəsinin dəyərini dövlətə ödəyib. Qeyd olunan torpaq sahəsi şəxsə bir dəfə satılıb, həmin torpaq sahəsi ikinci dəfə şəxsə satıla bilməz. Torpaq sahəsi ilə bağlı qeydiyyat vəsiqəsi və texniki pasport var. Qeydiyyat vəsiqəsində torpaq sahəsi 0,06 ha göstərilib. Torpaq sahəsini satan şəxs öldükdən sonra, ancaq əmlakın yerləşdiyi torpaq sahəsi verilib. Belə olan halda qalan torpaq sahəsi ölən şəxsin adına verilməli idi. Torpaq sahəsini vətəndaş alıb və torpaq sahəsində bina tikib. Həmin binanı da iddiaçı alıb. Torpaq sahəsini alan şəxsin adına əmlakın yerləşdiyi 20 m2 torpaq sahəsi rəsmiləşdirilib. Qalan torpaq sahəsi isə nə ölən şəxsin, nə də torpaq sahəsini alan şəxsin adına rəsmiləşdirilməyib. Şəxs tərəfindən 0,06 ha torpaq sahəsi alınıb və həmin torpaq sahəsində əmlak da olub. Reyestr xidmətinə 0,06 ha torpaq sahəsi qeydə alınıb. İddiaçı torpaq sahəsini dövlətdən almayıb.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi və əmlak 2000-ci ildən onun istifadəsindədir. Alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi 0,06 ha göstərilib. Həmin ərazidə heç vaxt dövlətə məxsus torpaq sahəsi və dövlət obyekti olmayıb. Torpaq sahəsinə dair texniki pasportu və qeydiyyat vəsiqəsini o hazırlatmışdır. Şahsənəm Salahova ona 30 illik etibarnamə verib.
13. Məhkəmə kollegiyası iclasında cavabdehin nümayəndəsi X13 bildirdi ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsini xahiş etmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün çıxarışın verilməsi rədd edilmişdir. Vətəndaş torpaq sahəsi deyil, onun üzərində olan bina satılmışdır. Bütün sənədlərdə həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi qeyd olunub. Torpaq sahəsi vətəndaşa istifadə üçün verilib. Əmlak satılıb, əmlakjın yerləşdiyi torpaq sahəsi satılmayıb. 0,06 ha torpaq sahəsi yanacaq doldurma məntəqəsinin ərazisi kimi ayrılıb. 0,06 ha torpaq sahəsində istifadə hüququ onların maraqlarına toxunmur, çünki torpaq sahəsi yenə dövlət mülkiyyətində qalır. Hazırkı məsələni əslində əvvəlki mülkiyyətçi mübahisələndirməli idi. Çünki ona 0,06 ha torpaq sahəsi üçün çıxarış verilməyib. Həmin torpaq sahəsi dövlətə məxsusdur. Şahsənəm Salahova 24,6 m2 torpaq sahəsini İddiaçı satıb. İddiaçı torpaq sahəsinə dair heç bir sənəd təqdim etməyib. Qeyd olunan əmlak torpaq sahəsinin hansı hissəsində yerləşdiyini dəqiq bilmir.
14. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi X17 bildirdi ki, qeyd olunan torpaq sahəsi 1998-ci ildə müvafiq sərəncama əsasən yanacaq doldurma məntəqəsinin tikintisi üçün ayrılıb. Torpaq sahəsi ayrılır və bina tikilir. Torpaq sahəsinin ayrıldığı şəxs vəfat edir və onun həyat yoldaşı vərəsəliyə əsasən hüquqlarını qeydiyyat aldırır. 2019-cu ildə şəxs çıxarış alanda görməli idi ki, torpaq sahəsi çıxarışda dövlət mülkiyyəti kimi qeyd olunub. Vətəndaş da bunu mübahisələndirməyib. Alqı-satqı aparılanda torpaq sahəsi dövlət mülkiyyəti, əmlak isə xüsusi mülkiyyət kimi göstərilib. Hazırkı iş üzrə iddiaçı da, əmlaka dair mülkiyyət alıb, çünki 0,06 ha torpaq sahəsi dövlət mülkiyyətidir. Reyestr xidməti də haqlı olaraq həmin torpaq sahəsinə çıxarışın verilməsindən imtina edib.
Tətbiq edilən hüquq
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 19.Torpaq Məcəlləsi Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ...
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının onun özünə şəxsən təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Belə ki, iddiaçının dəlillərindən birincisi ondan ibarətdir ki, X8 ölümündən sonra onun hüquqi varislərinə keçməli və ya heç olmasa öz adında qalmalı olduğu halda bu edilməmiş onun və hüquqi varislərinin əmlaka münasibətdə hüquqları məhdudlaşdılmış, pozulmuş və ya əllərindən alınmışdır. Qeyd edilən torpaq sahəsi niyə dövlət mülkiyyətində qalmalıdır, satılmamışdırsa ******* manat vəsait 15 iyul 1999-cu il tarixdə X10 hansı məqsədlə ödətdirilmişdir. Bir əmlakın həm dövlət tərəfindən vətəndaşa satılıb pulu alınması, həm də eyni zamanda dövlət mülkiyyətində qalması hüquqi və məntiqi sayıla bilməz. Məhkəmə hazırkı qərarı qəbul edərkən bu məsələlərə qiymət verməmiş, inkar da etməmişdir. 27 Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Hazırda iddiaçı, ona satılmayan torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir. Tikilinin yerləşdiyi torpaq sahəsinin ilkin sahibə satılması sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Belə ki, iddiaçı, yalnız alqı-satqı müqaviləsindən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasını tələb edə bilər ki, müqavilədə göstərilən daşınmaz əmlak obyektinə münasibətdə də, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin satıldığı ilkin subyekt isə həmin torpaq sahəsini özəlləşdirməmiş və məhz tikili iddiaçıya satılmışdır.
28. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında əldə etdiyi əmlak yalnız qeyri-yaşayış binasını əhatə edir. Müqavilədə torpaq sahəsinin satışı ilə bağlı hər hansı müddəa yer almadığından, bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi mümkün deyil. Həmçinin tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olduğundan sözügedən torpaq sahəsi üçün mülkiyyət hüququnun digər subyektə keçməsi yalnız qanunla müəyyən edilmiş özəlləşdirmə prosedurlarına uyğun aparıla bilər.
29. Torpaq Məcəlləsinin 88-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, tikiliyə mülkiyyət hüququnu alqı-satqı müqaviləsi əsasında əldə edib. Lakin tikili üzərində əvvəlki sahibə məxsus olan torpaq sahəsinin hüquqi statusuna baxıldıqda, onun dövlət mülkiyyətində olduğu müəyyən edilir. Odur ki, torpaq sahəsi üzərində əvvəlki sahibin mülkiyyət hüququ olmadığına görə, mülkiyyət hüququnun iddiaçıya ötürülməsi baş verməmişdir. Faktiki olaraq torpaq sahəsinin mülkiyyətçisi dövlətdir və səlahiyyətli dövlət orqanı ilə iddiaçı arasında torpaq sahəsinin satışı və ya istifadəyə verilməsinə dair razılaşma yoxdur.
30. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
31. Bundan başqa, qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
32. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
33. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
34. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
35. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
37. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Oğuz rayonu Padar kəndində yerləşən xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının 0,06 ha torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması, qeyri-yaşayış binası və yerləşdiyi 0,06 ha torpaq sahəsi barədə adına DƏDR-dən çıxarış və müvafiq texniki pasportun hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2-1(116)-2609/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.