Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-177/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh)qarşı xx xxxxxx 2020-ci il tarixli **********196384 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi tələbinə dair iş üzrə İddiaçı MMC-nin direktoru Azər Adıgözəlovun müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-705/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı MMC cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx xxxxxx 2020-ci il tarixli **********196384 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli ərizə ilə İddiaçı MMC-nin iddia ərizəsinə inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx xxxxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyytə cəlb edilməsi haqqında” Qərarın icrasının dayandırılması, o cümlədən ƏDV depozit hesabında pul məbləğinin dondurulması barədə qəbul edilmiş qərarların, banklarda hesablaşma hesabına qoyulmuş (alınmalı və dondurulmalı) sərəncamların icrasının dayandırılması, ƏDV sub-uçot hesabından vəsaitlərin silinməsinin, habelə mübahisələndirilən qərar və borc məbləği ilə əlaqədar hər hansı yeni qərarların qəbul edilməsi, sərəncamların verilməsi və hərəkətlərin edilməsinin bütün vergi orqanlarına bank hesablarına sərəncamlar qoyulduğu təqdirdə onların icra edilməsinin banklara qadağan edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli məktub göndərilmiş, ərizənin xahiş olunur hissəsinin qeyri-müəyyən ifadə edilməsi, konkret müdafiə tədbirinin nədən ibarət olması, hansı bank hesablarına sərəncam qoyulması, MMC-nin hansı banklarda hesablarının olması barədə məlumatın qeyd olunmadığı iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçı MMC-nin iddia ərizəsinə inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyəminənədək xx xxxxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyytə cəlb edilməsi haqqında” Qərarın icrasının dayandırılması, o cümlədən ƏDV depozit hesabında pul məbləğinin dondurulması barədə qərarların qəbul edilməsinin, cəmiyyətin “xxxx” ASC-nin “Səbail” filialının AZ25İBAZ******************** (USD), AZ35İBAZ******************** (AZN) nömrəli və “xxxx” ASC-nin AZ78PAHA40190USDHC********** (USD), AZ87PAHA40090AZNHC********** (AZN) nömrəli bank hesablarına (alınmalı və dondurulmalı) sərəncamların qoyulmasının, ƏDV sub-uçot hesabından vəsaitlərin silinməsinin, habelə mübahisələndirilən qərar və borc məbləği ilə əlaqədar hər hansı yeni qərarların qəbul edilməsi, sərəncamların verilməsi və hərəkətlərin edilməsinin bütün vergi orqanlarına (bank hesablarına sərəncamlar qoyulduğu təqdirdə onların icra edilməsinin banklara) qadağan edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2-1(116)- 705/2020 nömrəli qərarı ilə İddiaçı MMC-nin direktoru Azər Adıgözəlovun İddiaçı MMC-nin iddia ərizəsinə inzibati məhkəmə icraatı çərçivəsində baxılaraq qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx xxxxxx 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyytə cəlb edilməsi haqqında” Qərarın icrasının dayandırılması, o cümlədən ƏDV depozit hesabında pul məbləğinin dondurulması barədə qərarların qəbul edilməsinin, “xxxx” ASC-nin “Səbail” filialının AZ25İBAZ******************** (USD), AZ35İBAZ**********2 ********* (AZN) nömrəli və “xxxx” ASC-nin AZ78PAHA40190USDHC********** (USD), AZ87PAHA40090AZNHC********** (AZN) nömrəli bank hesablarına (alınmalı və dondurulmalı) sərəncamların qoyulmasının, ƏDV sub-uçot hesabından vəsaitlərin silinməsinin, habelə mübahisələndirilən qərar və borc məbləği ilə əlaqədar hər hansı yeni qərarların qəbul edilməsi, sərəncamların verilməsi və hərəkətlərin edilməsinin bütün vergi orqanlarına (bank hesablarına sərəncamlar qoyulduğu təqdirdə onların icra edilməsinin banklara) qadağan edilməsi”nə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. İddiaçı qeyd edilən qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin maddədə nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin Məcəllənin 65.2.2-ci maddəsinin tələblərinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Bundan əlavə, qanunverici məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiənin tətbiqi əsaslarını İnzibati Prosessual Məcəllənin 43-cü maddəsində dəqiq müəyyən etmişdir. Bunlar mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması və ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsi bütün bu hallara diqqət yetirməmiş, maddi hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı adından Mirdamət Ağalarov məhkəmə kollegiyasına teleqram göndərərək həm karantin rejiminə və səhhətinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən teleqram göndərən şəxsin iddiaçının nümayəndəsi və ya vəkili olması ilə bağlı müvafiq sübut olmadığından onu iddiaçının təmsilçisi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM) 62.3-cü mаddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Samir Əhmədov izahatında bildirdi ki, vergi qanunvericiliyinin tələbinə görə Vergi Məcəlləsinin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Bu səbəbdən vergi orqanının iddiaçının müvafiq məbləğ həddində hesablarının dondurulması və həmin hesabıara sərəncam qoyması qanunvericiliyin tələblərinə uyğundur. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Şəki İnzibati Məhkəməsi iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2cimaddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. Qanunverici sözügedən sərəncamların qoyulması mexanizmini bir-birindən fərqli şəkildə tənzimləmişdir. Buna görə məhkəmə qeyd edir ki, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamın verilməsi üçün aşağıdakı hallar mövcud olmalıdır: vergi ödəyicisinin ödənilməmiş vergi borcu olmalı; vergi orqanı həmin borcun 5 gün müddətində ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş göndərməli və onun vergi ödəyicisi tərəfindən alınmasına əmin olmalı; bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilməməli; bu barədə məhkəmənin müvafiq qərarı olmalıdır. Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncamın verilməsi üçün yuxarıda qeyd olunan 4 halla yanaşı aşağıdakı hallar da mövcud olmalıdır: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilməməli; vergi ödəyicisinin yazılı razılığı olmalıdır. İşin hallarından müəyyən edilir ki, iddiaçı "İddiaçı" MMC-nin vergi məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarı məhkəmə qaydasında mübahisləndirmiş və hazırkı işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməmişdir. Bununla yanaşı iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verərək ƏDV depozit hesabında pul məbləğinin dondurulması barədə qəbul edilmiş qərarların, banklarda hesablaşma hesabına qoyulmuş (alınmalı və dondurulmalı) sərəncamların icrasının dayandırılması, ƏDV sub-uçot hesabından vəsaitlərin silinməsinin, habelə mübahisələndirilən qərar və borc məbləği ilə əlaqədar hər hansı yeni qərarların qəbul edilməsi, sərəncamların verilməsi və hərəkətlərin edilməsinin bütün vergi orqanlarına bank hesablarına sərəncamlar qoyulduğu təqdirdə onların icra edilməsinin banklara qadağan edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən görünür ki, iddiaçının mvafiq bank hesablarına sərəncamın qoyulması iddiaçının mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli vergi məsuliyyətinə cəlb edilmə barədə qərarla müəyyən edilən məbləğlə əlaqədardır. İşdən müəyyən edilir ki, iddiaçının hesablarına vergi məsuliyyətinə cəlb edilmə barədə qərarla qoyulmuş sərəncamlar icra edilməmişdir. Qeyd edilən halla bağlı Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Qeyd edilən normaların tələblərindən görünür ki, iddiaçı tərəfindən vergi məsuliyyətinə cəlb edilməsi barədə qərardan qanunvericilikdə qeyd edilən müddətdə məhkəmə qaydasında şikayət verdiyindən, həmçinin iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının icrasının dayandırılmasını tələb etməklə əslində onun hesablarına qoyulmuş sərəncamların götürülməsini istəyir. Hazırkı vəziyyətdə isə vergi orqanının qəbul etdiyi vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirilir, lakin iş üzrə yekun qərar qəbul edilməmişdir. Halbuki, yuxarıda qeyd edilən Vergi Məcəlləsinin normalarına görə vergi ödəyicilərinin bank hesablarında olan pul vəsaitlərinin vergi borcunun 105 faizi məbləğində dondurulması barədə sərəncamla həmin vəsaitin alınması ilə bağlı vergi orqanının sərəncamları fərqləndirilir. Birinci halda vergi borcunun 105 faizi məbləğində vəsaitin dondurulması həm vergi ödəyicisinin vəzifəsidir, eyni zamanda vergi orqanı tərəfindən müvafiq sərəncamın qoyulması qanuni hesab edilir. Lakin vergi ödəyicisinin vergi borcu ilə bağlı məhkəmədə və ya yuxarı inzibati orqanda şikayətinə baxılanadək vergi orqanı alınmalı olan sərəncamı müvafiq müddətə riayət etməklə verməlidir. İşdən görünür ki, iddiaçının bank hesablarına sərəncam qoyulmuş və həmin hesablardan vəsaitin alınması ilə bağlı hər hansı bir qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası işin hazırkı vəziyyətini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsindən saxlanmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 40,87, 94, 115.1-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı qərаrа аldı: İddiaçı MMC-nin Azər Adıgözəlov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-705/2020 nömrəli qərardadı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаddаn 10 gün müddətində Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə Аzərbаycаn Respublikаsı Ali Məhkəməsinə kassasiya şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-177/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-177/2020
06.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver