Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-177/2021 09.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-245/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxs X2) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbi belə əsaslandırılmışdır ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə JN-292A kod 40501004 nömrəli və JN-292B kod 40501004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə 0.02 ha və 0.10 ha həyətyanı torpaq sahələri hazırkı iş üzrə üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Sonradan AİK-nın digər qərarına əsasən 599.45 kv.m həyətyanı torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli A389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək hazırkı iş üzrə üçüncü şəxsin adına qeyd edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini xahiş etmiş, lakin iddiaçının müraciəti cavabdeh orqan tərəfindən təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbinin həcmini artırmış və “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan həm iddiaçıya, həmçinin məhkəməyə ünvanladığı etiraz məktublarında qeyd etmişdir ki, iddiaçının müraciətinin təmin edilməsi onların səlahiyyətləri daxilində deyildir. Həmçinin bildirilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi sənəd hazırkı iş üzrə üçüncü şəxsə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə 599.45 kv.m həyətyanı torpaq sahəsi X1 mülkiyyətinə verilmiş, X4 kitabında xx.xx.2012-ci il tarixdə 9662 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-984/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarına əsasən cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin planına uyğun xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599.45 kv.m həyətyanı torpaq sahəsi üzərində həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X1 mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə Dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1372/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə çəkişmələrindən başqa hazırkı iş üzrə iddiaçı tərəfindən Oğuz Rayon Məhkəməsində də analoji tələblə iddia qaldırılmış, lakin tələb təmin edilməmiş, verilmiş apellyasiya şikayəti də təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və işə xitam verilmişdir. İş materiallarında olan A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən müəyyən edilir ki, 0.06 ha həyətyanı torpaq sahəsi Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-984/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən hazırkı iş üzrə üçüncü şəxs X1 mülkiyyətinə verilmiş və bunun əsasında sonuncunun adına ********** nömrəli xx.xx.2019-cu il qeydiyyat tarixli Çıxarış tərib edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2021-ci il tarixli 2- 1(116)-245/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2012-ci il tarixli A seriyalı 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə uyğun hazırlanmış xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarış sənədini və həmin tarixli A seriyalı 401608 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-245/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-245/2021 nömrəli qərardadı ədalətsiz, qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla haqlı olmuşdur. Belə ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-984/2018 nömrəli xx.xx.2018ci il tarixli qərarına əsasən cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin planına uyğun xx.xx.2012-ci il tarixli 389755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 599.45 kv.m həyətyanı torpaq sahəsi üzərində həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X1 mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə Dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin iş üzrə üçüncü şəxs (hazırkı iş üzrə iddiaçı) İddiaçı tərəfindən verilmiş verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1372/2019 nömrəli qərarı ilə təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 15 yanvar tarixli 2-1(107)-64/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1-ci və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-245/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(116)-245/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-177/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-177/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver