Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-178/2025 14.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X16 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayılllı rayonu Tircan kənd bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli e-2-1(116)-1894/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayılllı rayonu Tircan kənd bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi qeyd edilən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun elektron kadastr məlumat bazasına daxil etməklə dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(116)-1894/2024 nömrəli qərardadı ilə İsmayılllı rayonu Tircan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayıllı rayonu Tircan kənd bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 06 saylı qərarına əsasən İddiaçı sahibkarlıq məqsədi ilə ümumilikdə 3 ha torpaq sahəsi satmışdır. Aqı-satqı aktı Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən həyata keçirildiyi ləğv edilmiş Dövlət torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq rəylə təsdiq edilmişdir.
4. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə 02 noyabr 2023-cü il tarixli etdiyi müraciətə imtina cavabı verilmişdir.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, təqdim edilən sənədlər tərəfimizdən araşdırılan araşdırılan zaman məlum olmuşdur ki, bələdiyyə tərəfindən torpaq satılarkən "Torpaq bazarı haqda və Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikasının qanunlarına tam şəkildə riayət olunmamışdır. Torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdən aydın olur ki, İsmayıllı rayonu X4 Rabil Suçaət oğluna 3 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tarixli 06 saylı qərarı olsada ləğv edilmiş DT və XK-nin İsmayıllı rayon şöbəsi tərəfindən torpaq sahəsinin məkan göstəricilərini özündə əks etdirən Plan və ölçüsü sənədi hazırlanmamış və müvafiq rəylər təqdim edilməmişdir. Torpaq sahəsinin satılması zamanı alqı-satqı sənədləri qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. "Torpaq sahəsinin plan və ölçüsü"-nə dair sənədi təqdim edilməmişdir.
6. İddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 3 ha torpaq sahəsi ilə bağlı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə, kənd təsərrüfatı təyinatlı ərazi kimi qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin taktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında uyğunsuzluq mövcutdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə bələdiyyələr kənd təsərrüfatı torpaq sahələrini birdəfəlik alqı-satqı edlə bilməzlər.Həmin torpaqlar yalnız icarəyə verilə bilər. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 20 noyabr 2024-cü il tarixli, e- 2-1(116)-1894/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Əhmədzadə X9 rayonu, Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı əsaında 3 ha torpaq sahəsi ayrılmış torpaq sahəsinə Çıxarış və planı və ölçüsü sənədi almaq üçün 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar olaraq tərəflərindən İsmayıllı rayonu, Tircan kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X6 X10 (TEKUİS) və edilərək iddia edilən faktiki torpaq sahələri ilə bağlı araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı müəyyən olmuşdu ki, İddiaçı iddia etdiyi İsmayıllı rayonu, Tircan kəndində yerləşən faktiki torpaq sahəsi torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə, X6 X7 (TEKUİS) baza məlumatlarında kənd təsərrüfatı təyinatlı sahəsində yerləşir. Qüvvədə olan torpaq qanunvericiliyinin və Bələdiyyə torpaqlarının İdarə edilməsinə dair Azərbaycan Respublikası Qanunun tələblərinə görə bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələri alqı-satqı predmeti deyil. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icrarəyə verilə bilər. Qeyd edilən xüsusatlar Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi şəklində Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır.Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2- 1(116)-1894/2024 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2-1(116)-1894/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirmişdir ki, torpağa dair plan-ölçü sənədi və həmin torpaq sahəsinin koordinatları yoxdur. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi var. Qeyd olunan torpaq sahəsi, örüş torpaq sahəsidir.
12. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, iddiaçının vəkili ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə iştirak etməmə barədə hər hansı səbəb bildirməmişlər.
13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 3.0 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı İddiaçı İsmayıllı rayonu Tircan Bələdiyyəsi ərazisindən 3.0 ha torpaq sahəsi ayrılmışdır. -Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2004-ci il tarixli 28 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - İddiaçının təqdim etdiyi xx.xx.2004-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1710 manat məbləğində torpağın dəyəri İsmayıllı rayonu Tircan Bələdiyyəsinin hesabına ödənilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-5449/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İsmayıllı rayonu Tircan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarı ilə İddiaçı iddia olunan 3 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bu barədə qərar, ödəniş qəbzi və torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü tarixli ödəniş qəbzlərinə əsasən İsmayıllı rayonu Tircan Bələdiyyəsinin hesabına ödənilmişdir.
27. Eyni zamanda iş materiallarında olan DTXK-nın İsmayıllı rayon şöbəsinin rəyindən də görünür ki, Respublikada gedən torpaq islahatına müvafiq olaraq Tircan bələdiyyəsinin 3.0 (üç) ha şərti yararsız torpaq sahəsi Bakı şəhər sakini X12 Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanunun 19-cu maddəsinə və Azərbaycan Respublikası Prezidnetinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən alqı-satqı qaydasında ayrılıb verilməsi məqsədəuyğundur. Odur ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon X12 Tircan bələdiyyəsinin 3.0 (üç) ha şərti yararsız torpaq sahəsinin satılmasına etiraz etmir.
28. Tircan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı protokolundan çıxarışdan görünür ki, Tircan bələdiyyəsinin sədri R.İslamov iclas iştrakçılarına məlumat verərək bildirdi ki, Bakı şəhər sakini X3 bələdiyyəsinə məxsus “Qızıl burun” adlanan sahədən tikinti aparmaq məqsədi ilə istifadə etmək üçün alqı-satqı yolu ilə ona 3(üç) hektar torpaq sahəsi verilməsini xahiş etmişdir. Bələdiyyə üzvü Ə.Çələbiyev çıxışında qeyd edmişdir ki, “Qızıl burun” adlanan sahə Tircan kəndi ilə Ağsu rayonunun Padar kəndinin sərhəddində yerləşdiyindən orada kəndin mal-qarasının otarılması mümkün deyil. Ona görə də sahibkarlığı inkişaf etdirmək üçün həmin sahədən Bakı şəhər sakini X12 alqı-satqı yolu ilə 3(üç) hektar torpaq sahəsinin ayrılmasını məqsədə uyğun hesab edir. Bələdiyyə üzvü Qəşəm Məmmədov çıxışında bildirmişdir ki, həmin sahənin alqı-satqısından müəyyən edilən haqqın əvvəlcədən bələdiyyənin hesabına ödənilməsini təklif edir. Tircan bələdiyyəsi üzvləri M.Abbasov, R.Kazımov, Ə.Çələbiyev, Q.Məmmədov gündəlikdəki məsələyə tərəfdar olduqlarını bilidirmişlər. Həmçinin iş materiallarında olan yerquruluşu layihəsindən çıxarışdan müəyyən ediliri ki, Tircan bələdiyyəsinin sədri tərəfindən X1 torpaq sahəsinin yerquruluşu planı təsdiqlənmişdir.
29. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması ilə bağlı olmuşdur.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
32. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
33. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
34. İşdə olan mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Tircan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 6 saylı protokolunun qərarı ilə İddiaçı Şücaət oğluna ayrılmış və iddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 3,0 hektar torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi lə üst-üstə düşmür. İddiaçı Şücaət oğlu tərəfindən göstərilən faktiki naturada ölçülmüş 3,0 hektar torpaq sahəsi Tircan kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) və X8 X10 (TEKUİS) əsasən İsmayıllı rayonu Tircan kənd inzibati ərazi sərhəddi daxilində kateqoriyası kənd təsərrüftatı təyinatlı torpaqlarına aid olmaqla bələdiyyə mülkiyyətində uqodiyası daşlıörüş olan ərazidə yerləşir. X8 X10 (TEKUİS) əsasən sözügedən 3,0 hektar torpaq sahəsinin 0,30 hektar hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, alt uqodiyası tikintialtı torpaqlar qeyd olunmuş ərazi kimi göstərilmişdir.
35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı protokolunda ayrılan torpaq sahəsinin kənd ərazisinin ucqarında yerləşdiyi, kənd təsərrüfatına və kəndin malqarasının otarılmasına yararsız olduğu bildirilmiş, sahibkarlığın inkişafı məqsədi ilə ayrılması məqsədəuyğun sayılmışdır.
36. Həmçinin, həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və topaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2004-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, ayrılan torpaq sahəsinin təyinatı şərti yararsız olaraq bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etmir.
37. Habelə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, X13 tərəfindən Tircan bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 06 saylı qərarı əsasənda ona satılması nəzərəd tutulmuş 3 hektar torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 1710000(bir milyon yeddi yüz on min) manat haqq ödəmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 1710000(bir milyon yeddi yüz on min ) manat məbləğin ödənilməsi işdə olan xx.xx.2004-ci il tarixli AİT seriyalı 466379 nömrəli kassa mədaxil orderinin qəbzi ilə də öz sübutunu tapır.
38. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin İsmayıllı şöbəsi tərəfindən rəy verilmişdir.
39. Bununla yanaşı iddia olunan torpaq sahəsi ayrılan zaman kənd təsərrüfatına yararsız olduğu yuxarıda qeyd olunan sənədlər əsasında müəyyən edilir. Hazırda torpaq sahəsinin yararlılıq vəziyyətinin iddiaçının fəaliyyəti nəticəsində dəyişə bilməsi onun ziyanına təfsir edilə bilməz.
40. Ona görə də yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Tircan Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 06 saylı qərarına əsasən iddiaçıya ayrılmış 3 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq Çıxarışın verilməsi öhdəliyi qoyulmasına dair gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli e-2-1(116)-1894/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.