Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-179/2022 15.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh X3rşı “vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri barədə” iddia tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(116)- 548/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək “pozulmuş hüquqlarının bərpası, günahkarların cəzalandırılmasını və dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli hüquqi yardımına uyğun olaraq ərizəçi iddia ərizəsi təqdim edərək iddiaçı qismində özünü, cavabdeh qismində X4 vəzifəli şəxslərini qeyd etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)6391/2021 nömrəli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh X9 ilə əvəz edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)6391/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
5. İddiaçı tələbində qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə ona 10 il qapalı tipli həbsxana, 10 il ciddi rejimli müəssisədə çəkmək üçün ümumilikdə 20 il cəza təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qapalı tipli həbsxanaya köçürülmüşdür. Həbsxanada cəza çəkdiyi dövrdə nümunəvi davranışına görə Qaradağ Rayon Məhkəməsinin 7(002)-10481/2019 №li iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə həbsxanada çəkməli olduğu cəza müddətinin qalanı ciddi rejimlə əvəz olunmuşdur. xx.xx.2019-cu ildə cəzanın qalanını çəkmək üçün X6 köçürülmüşdür. Müəssisəyə daxil olduğu gündən çoxsaylı təzyiqlərə məruz qalaraq 2 dəfə özünü öldürmə həddinə çatdırılmışdır. Müəssisədə rüşvət, işgəncə, şiddət, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmin səlahiyyətləri aşmaqla üzləşmişdir. Müəssisəyə köçürüldükdən 12 gün sonra karantin rejiminə keçən gün ondan 500 manat alıb zona buraxılmışdır. Pulu verməyəcəyi halda qapalı tipli həbsxanaya göndəriləcəyi bildirilmişdir. Buna görə də pulu poçt vasitəsilə gətirmişdir. Həmin mədaxil qəbzi ailə üzvləri tərəfindən saxlanılır. Köçürüldüyü kamera isə istismar müddətini başa vurmuş, insan şəxsiyyətinə hörməti təmin etməyən halda olmşdur. Müəssisə rəisi ona kameranı özü bərpa etməli olduğunu bildirmiş, əks halda özlərinin uyduracağı müxtəlif səbəblərə görə bir neçə kars verilməklə şəxsi işi tam korlanaraq, islah olunmayan təhlükəli məhkum görüntüsü yaradaraq onu həbsxanaya göndərəcəyini bildirmişdir. Buna görə də 2000 manat xərc çəkərək atasının pulu ilə 1 saylı ciddi rejimli korpusun 3-cü mərtəbəsinin 7 saylı kamerasını tam əsaslı şəkildə təmir etdirmişdir. Bunu orada olan məhkumlar da təsdiqləyə bilər. X5 saxlanılarkən qidalanma, geyim, yazışma, gəzinti, saxlanılma, şikayət ərizəsi göndərmək, bağlama, banderol, sovqat almaq və.s hüquqlarının bəziləri tam, bəzilərinin isə bir qismi əlindən alınmışdır. 2020-ci ilin aprel ayının 18-də sadaladığı hallar və daha çoxuna görə yeməkdən imtina edərək aclıq aksiyası keçirmişdir. Buna görə də ona 3 günlük cərimə otağı verilmişdir. Müəssisənin rəis müavini aclıq aksiyasının keçirilməsini öyrənib ona telefonla danışmaq hüququndan istifadə edəcəyini bildirmiş və saxlanıldığı korpusa telefonla danışmaq üçün aparılmışdır. Telefon danışığı başa çatandan sonra onu karsa aparan olmamış, yeməkdən imtinanı yazılı formada verdiyi halda ona yeməkdən imtina etmədiyi, 3 günlük kars verildiyi bildirilmişdir. O, xlor içməklə özünə qəsd etməyə cəhd etmiş, lakin qarşısı alınmışdır. Bundan sonra o, yenidən 3 günlük cərimə təcridxanasına göndərilmişdir. Daha sonra müəssisə rəhbərliyinin qəbuluna aparılmış, aclıq aksiyasını dayandırmadığına görə ona növbəti dəfə 10 günlük verilmişdir. Bundan sonra o, yenidən dəsmalla özünü öldürməyə cəhd etmiş, lakin otaqda olan digər şəxslər onu xilas etmişlər. 2021-ci ilin fevral ayında 10 qidalanma, gəzinti, alış-veriş, yazışma, şikayət ərizəsi göndərmə, poçt vasitəsi ilə gələn yemək puluna faiz qoyulması və bir çox hüquqlarının pozulmasına görə yeməkdən imtina etmiş, buna görə 3 günlük karsa salınmışdır. Fevralın 12-də Şəkidə fəaliyyət göstərən ombudsman xidmətinin işçiləri valideynlərinin şikayəti əsasında onu müəssisədə qəbul etmişlər. Aclıq aksiyasının dayandırılması və şikayət etməməsi üçün döyülməsindən başqa bütün yollara əl atılmışdır. xx.xx.2021-ci il tarixdə o, bütün şəxsi əşyaları ilə birlikdə müalicə müəssisəsinə etap edilmişdir. Səbəb olaraq isə aclıq aksiyasını keçirdiyi müddətdə həkim nəzarətində olması bildirilmişdir. Buna baxmayaraq onu aclıq aksiyası edən kimi qeydiyyata almamışlar, qeydiyyatın Şəkidə aparılmalı olduğunu bildirmişlər. O, Şəkiyə geri göndərilməsi üçün müalicə müəssisəsinin rəisinə müraciət etmiş, lakin onu hazırda cəza çəkdiyi 7 saylı müəssisəyə gətirmişlər. Odur ki, qeyd etiklərini nəzərə alaraq pozulmuş hüquqlarının bərpası, günahkarların cəzalandırılması və dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, məhkum İddiaçı xx.xx.1986-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Naxçıvan Muxtar Respublikası DİNnin X13 Bölüyünün polis nəfəri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ali təhsilli, ailəli, himayəsində 2 övladı olan, Naxçıvan Muxtar Respublikası Babək rayonu Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 28.120.2.1, 28, 120.2.10, 28, 120.2.11, 28, 181.3.1, 28, 181.3.2, 28.181.3.3, 206.4 və 234.1- ci maddələri ilə təqsirli bilinərək cəzasının ilk 10 ilini həbsxanada çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş 10 il həbsxana rejiminin yarısından çoxunu 5 il 4 ayını çəkdiyi üçün vaxtından əvvəl ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkum İddiaçı cəzasının bir hissəsini Bakı istintaq təcridxanasında həbsdə saxlanılmış və həbsxanada cəza çəkmişdir.
7. Bakı istintaq təcridxanasında saxlanıldığı və həbsxanada cəza çəkdiyi müddət ərzində müəssisənin daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 3 dəfə tənbeh tədbiri tətbiq edilmişdir.
1. 26.12.2015-ci il tarixdə “03 gün cərimə otağı”
2. 02.12.2017-ci il tarixdə “Xəbərdarlıq”
3. xx.xx.2019-cu il tarixdə “Töhmət”
8. Həbsxanada cəza çəkdiyi müddət ərzində rəhbərlik tərəfindən barəsində 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir.
1. xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə verilmiş “töhmət” cəzası vaxtından əvvəl üzərindən götürülüb.
9. Cəzasının qalan hissəsini çəkmək üçün xx.xx.2019-cu il tarixdə X6 gətirilmiş, xx.xx.2019-cu il tarixdə müəssisənin ciddi rejimli 1-ci dəstəsinə keçirilmişdir. Məhkum müəssisəyə gətirildiyi ilk gündən yer və yataq ləvazimatı ilə təmin edilmiş, onunla fərdi tərbiyəvi söhbət aparılmış, daxili intizam qaydaları izah edilmiş, hüquq və vəzifələri başa salınmışdır.
10. Məhkum müəssisənin daxili intizam qaydalarını pozduğuna görə rəhbərlik tərəfindən barəsində 2 dəfə tənbeh tədbiri tətbiq edilmişdir.
1. xx.xx.2020-ci il tarixdə “03 gün cərimə otağı”
2. xx.xx.2020-ci il tarixdə “xəbərdarlıq”
11. Məhkum müəssisə əməkdaşları və məhkum yoldaşları ilə münasibətdə qeyrisəmimi olmuş, asudə vaxtlarını televiziya verilişlərini izləməklə və ibadət etməklə keçirmiş, törətdiyi cinayəti qismən etiraf etmişdir. Əməyə münasibəti qənaətbəxş olmamışdır. Xasiyyətcə çılğın təbiətli və dəyişkən fikirli məhkum olmuşdur.
12. Bakı İstintaq Təcridxanasının əməliyyat şöbəsinin xx.xx.2016-cı il tarixli istiqamətləndirməsinə əsasən özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyilli məhkumdur.
13. Həbsxananın əməliyyat şöbəsinin xx.xx.2017-ci il tarixli istiqamətləndirməsinə əsasən əməkdaşların ünvanına şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyilli məhkumdur.
14. X4 əməliyyat şöbəsinin xx.xx.2020-ci il tarixli istiqamətləndirməsinə əsasən müəssisənin normal iş fəaliyyətini pozmağa, özünə qəsd etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa və X4 əməliyyat şöbəsinin xx.xx.2020-ci il tarixli istiqamətləndirməsinə əsasən qanunvericilikdə nəzərdə tutulmayan imtiyazlı şəraitin yaradılmasına nail olmaq üçün əməkdaşlardan digər instansiyalara şər və böhtan xarakterli şikayətlər etməyə, zəif iradəli məhkumları ətrafına toplayaraq təxribat xarakterli söhbətlər etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisənin normal iş fəaliyyətini pozmağa meyilli məhkumdur.
15. Məhkum İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar həqiqəti əks etdirmir, odur ki, iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 may 2022-ci il tarixli 2- 1(116)-548/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona 10 il qapalı tipli həbsxana, 10 il ciddi rejimli müəssisədə çəkmək üçün ümumilikdə 20 il cəza təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qapalı tipli həbsxanaya köçürülmüşdür. Həbsxanada cəza çəkdiyi dövrdə nümunəvi davranışına görə Qaradağ Rayon Məhkəməsinin 7(002)-10481/2019 №-li iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə həbsxanada çəkməli olduğu cəza müddətinin qalanı ciddi rejimlə əvəz olunmuşdur. xx.xx.2019-cu ildə cəzanın qalanını çəkmək üçün X6 köçürülmüşdür. Müəssisəyə daxil olduğu gündən çoxsaylı təzyiqlərə məruz qalaraq 2 dəfə özünü öldürmə həddinə çatdırılmışdır. Müəssisədə rüşvət, işgəncə, şiddət, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmin səlahiyyətləri aşmaqla üzləşmişdir. Müəssisəyə köçürüldükdən 12 gün sonra karantin rejiminə keçən gün ondan 500 manat alıb zona buraxılmışdır. Pulu verməyəcəyi halda qapalı tipli həbsxanaya göndəriləcəyi bildirilmişdir. Buna görə də pulu poçt vasitəsilə gətirmişdir. Həmin mədaxil qəbzi ailə üzvləri tərəfindən saxlanılır. Köçürüldüyü kamera isə istismar müddətini başa vurmuş, insan şəxsiyyətinə hörməti təmin etməyən halda olmşdur. Müəssisə rəisi ona kameranı özü bərpa etməli olduğunu bildirmiş, əks halda özlərinin uyduracağı müxtəlif səbəblərə görə bir neçə kars verilməklə şəxsi işi tam korlanaraq, islah olunmayan təhlükəli məhkum görüntüsü yaradaraq onu həbsxanaya göndərəcəyini bildirmişdir. Buna görə də 2000 manat xərc çəkərək atasının pulu ilə 1 saylı ciddi rejimli korpusun 3-cü mərtəbəsinin 7 saylı kamerasını tam əsaslı şəkildə təmir etdirmişdir. Bunu orada olan məhkumlar da təsdiqləyə bilər. X5 saxlanılarkən qidalanma, geyim, yazışma, gəzinti, saxlanılma, şikayət ərizəsi göndərmək, bağlama, banderol, sovqat almaq və.s hüquqlarının bəziləri tam, bəzilərinin isə bir qismi əlindən alınmışdır. 2020-ci ilin aprel ayının 18-də sadaladığı hallar və daha çoxuna görə yeməkdən imtina edərək aclıq aksiyası keçirmişdir. Buna görə də ona 3 günlük cərimə otağı verilmişdir. Müəssisənin rəis müavini aclıq aksiyasının keçirilməsini öyrənib ona telefonla danışmaq hüququndan istifadə edəcəyini bildirmiş və saxlanıldığı korpusa telefonla danışmaq üçün aparılmışdır. Telefon danışığı başa çatandan sonra onu karsa aparan olmamış, yeməkdən imtinanı yazılı formada verdiyi halda ona yeməkdən imtina etmədiyi, 3 günlük kars verildiyi bildirilmişdir. O, xlor içməklə özünə qəsd etməyə cəhd etmiş, lakin qarşısı alınmışdır. Bundan sonra o, yenidən 3 günlük cərimə təcridxanasına göndərilmişdir. Daha sonra müəssisə rəhbərliyinin qəbuluna aparılmış, aclıq aksiyasını dayandırmadığına görə ona növbəti dəfə 10 günlük verilmişdir. Bundan sonra o, yenidən dəsmalla özünü öldürməyə cəhd etmiş, lakin otaqda olan digər şəxslər onu xilas etmişlər. 2021-ci ilin fevral ayında 10 qidalanma, gəzinti, alış-veriş, yazışma, şikayət ərizəsi göndərmə, poçt vasitəsi ilə gələn yemək puluna faiz qoyulması və bir çox hüquqlarının pozulmasına görə yeməkdən imtina etmiş, buna görə 3 günlük karsa salınmışdır. Fevralın 12-də Şəkidə fəaliyyət göstərən ombudsman xidmətinin işçiləri valideynlərinin şikayəti əsasında onu müəssisədə qəbul etmişlər. Aclıq aksiyasının dayandırılması və şikayət etməməsi üçün döyülməsindən başqa bütün yollara əl atılmışdır. xx.xx.2021-ci il tarixdə o, bütün şəxsi əşyaları ilə birlikdə müalicə müəssisəsinə etap edilmişdir. Səbəb olaraq isə aclıq aksiyasını keçirdiyi müddətdə həkim nəzarətində olması bildirilmişdir. Buna baxmayaraq onu aclıq aksiyası edən kimi qeydiyyata almamışlar, qeydiyyatın Şəkidə aparılmalı olduğunu bildirmişlər. O, Şəkiyə geri göndərilməsi üçün müalicə müəssisəsinin rəisinə müraciət etmiş, lakin onu hazırda cəza çəkdiyi 7 saylı müəssisəyə gətirmişlər. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(116)-548/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(116)-548/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(116)-548/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - X4 xx.xx.2019-cu il tarixli 150/t saylı əmrindən çıxarışdan görünür ki, X4 İstintaq Təcridxanasına gətirilmiş 1986-cı il təvəllüdlü məhkum İddiaçı xx.xx.2019-cu il tarixdən müəssisənin ciddi rejimli 1-ci korpusuna keçirilmişdir. - Azərbaycan Respublikası CM-nin 234.1, 120.2.1, 120.2.10, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 28, 120.2.1, 206.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1986-cı il təvəllüdlü İddiaçı barəsində Bakı İstintaq Təscridaxanasının xx.xx.2016-cı il tarixli istiqamətləndirməsində qeyd edilmişdir ki, məhkum İddiaçı cinayətdə onunla birgə iştirak edən şəxslərin həbs olunmasında polis orqanlarına köməklik göstərdiyinə görə onunla bir qrup məhkum və həbs olunmuş şəxslər arasında düşmənçilik ədavəti yaranmışdır. Həmçinin, məhkum İddiaçı özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyillidir. Buna görə də onun ciddi nəzarət altında saxlanması, məhkəmələrə və MM-nə aparılarkən eyni avtomobillərdə aparılmaları məqsədə müvafiq hesab edilmir. - Məhkum İddiaçı barəsində həbsxananın əməliyyat şöbəsinin xx.xx.2017-ci il tarixli istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum “əməkdaşların ünvanına şər-böhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyillidir”. - X4 xx.xx.2020-ci il tarixli məhkum İddiaçı barəsində istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum, müəssisənin normal iş fəaliyyətini pozmağa, özünə qəsd etməyə, qeyri-qanuni tələblər irəli sürməyə və müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamağa meyilli şəxsdir. - X4 xx.xx.2020-ci il tarixli məhkum İddiaçı barəsində istiqamətləndirilməsində qeyd edilmişdir ki, məhkum, müəssisədə qanunvericilikdə nəzərdə tutulmayan imtiyazlı şəraitin yaradılmasına nail olmaq üçün əməkdaşlardan digər instansiyalara şər və böhtan xarakterli şikayətlər etməyə, zəif iradəli məhkumları ətrafına toplayaraq təxribat xarakterli söhbətlər etməyə, qeyri-qanuni tələblər irəli sürməyə, müəssisənin normal iş fəaliyyətini pozmağa meyillidir. - Şəki Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, məhkum İddiaçı X1suzluqlara məruz qalması barədə müraciəti üzrə toplanmış 152c-21 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - xx.xx.2020-ci il tarixli 01 №-li qərardan görünür ki, məhkum, xx.xx.2020-ci il tarixdə saxlandığı korpusda psixi gərginlik keçirərək özünü narahat və həyəcanlı apardığından gələcəkdə müəssisədə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün ümumi əsaslarla cərimə təcridxanasına keçirilmişdir (10 gün müddətinə təhlükəsiz yerə keçirilməsi qərara alınmışdır). - xx.xx.2020-ci il tarixli 27 №-li qərardan görünür ki, məhkum, saxlandığı korpusda əsəb gərginliyi keçirdiyindən, özünü narahat və həyəcanlı hiss etdiyi üçün gələcəkdə hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün öz ərizəsinə əsasən onun təhlükəsizliyini təmin etmək məqsədilə məhkum kütləsindən təcrid edilərək 10 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkumun müvafiq ərizəsindən görünür ki, o, məhkum kütləsindən təcrid edilməsini xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli aktdan və 109 №-li qərardan görünür ki, məhkum, xx.xx.2020ci il tarixdə, saat 11:10 radələrində saxlandığı korpusda məhkumlar üçün nəzərdə tutulmuş telefon danışığı otağından çıxdıqdan sonra korpusun yaşayış sahəsində əməkdaşlara qarşı qeyri-qanuni və əsassız tələblər irəli sürmüş, məhkum kütləsinin diqqətini özünə cəlb etməyə çalışmışdır. Xidmətdə olan əməkdaşlar ona bu barədə irad bildirdikdə o, iradlara məhəl qoymayaraq müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərmişdir, buna görə də 3 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. - xx.xx.2020-ci il tarixli 48 №-li, xx.xx.2020-ci il tarixli 111 №-li qərarlardan və eyni tarixli aktlardan görünür ki, məhkum, xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində saxlandığı 1-ci ciddi rejimli korpusda məhkumlara “yat” komandası verilən zaman müəssisə rəhbərliyi tərəfindən təyin olunmuş kameraya girməkdən qəti şəkildə imtina etmişdir. Xidmətdə olan əməkdaşlar ona bu barədə irad bildirdikdə o, bu iradlara məhəl qoymayaraq müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərmişdir. Bununla müəssisənin daxili rejim qaydalarını pozmuş, buna görə də cərimə təcridxanasına keçirilmiş, daha sonra isə cəzanın çəkilməsi qaydalarını pozduğuna görə “xəbərdarlıq” elan edilmişdir. - xx.xx.2021-ci il tarixli 26 №-li qərardan və eyni tarixli aktdan görünür ki, məhkum, xx.xx.2021-ci il tarixdə saat 15:30 radlərində müəssisə rəhbərliyinə qəbula dəvət olunarkən heç bir əsaslı səbəb olmadan qəbula gəlməkdən qəti surətdə imtina etmiş, onun 3 gün müddətinə cərimə təcridxanasına keçirilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli 09 №-li qərardan görünür ki, məhkum, xx.xx.2021-ci il tarixdə öz ərizəsinə əsasən 10 gün müddətinə təhlükəsiz yerə keçirilmişdir. Məhkumun müvafiq ərizəsindən görünür ki, o, məhkum kütləsindən təcrid edilməsini xahiş etmişdir. - Məhkum İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə tərtib edilmiş illik xasiyyətnamədən görünür ki, o, X4 ciddi rejimli 1-ci dəstəsində xx.xx.2019-cu il tarixdən cəza çəkir. Müəssisəyə gəldikdən sonra əməyə cəlb edilməyib əməyə münasibəti mənfidir. Məhkumlar arasında özünü qeyri-səmimi aparır. Dəstədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etmir. Törətdiyi cinayəti qismən etiraf edir. Xasiyyətcə dəyişkən fikirlidir. Nəticə olaraq qeyd edilmişdir ki, məhkum islah yoluna qədəm qoymamışdır. - xx.xx.2020-ci il tarixdə tərtib edilmiş illik xasiyyətnamədə məhkum İddiaçı X5 saxlandığı müddətdə mənfi xarakterizə olunması qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun: Maddə 14. (Tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqi vəziyyətinin əsasları): 14.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, bu Qanun və digər qanunlar ilə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar. 14.2. Azərbaycan Respublikasının ərazisində həbs yerlərində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir, vəzifələr daşıyırlar. Maddə 15. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas hüquqları 15.1. Tutulmuş və ya həbs edilmiş şəxslər Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsində onlar üçün nəzərdə tutulmuş hüquqlardan əlavə, aşağıdakı hüquqlara da malikdirlər: 15.1.1. həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq; 15.1.2. şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq; 15.1.3. həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, Daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq; 15.1.4. işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq; 15.1.5. həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq; 15.1.6. müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək; 15.1.7. həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq; 15.1.8. ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək; 15.1.9. dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək; 15.1.10. bağlama, sovqat və banderol almaq; 15.1.11. mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək; 15.1.12. etik davranışa uyğun rəftar olunmaq; 15.1.13. həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək; 15.1.14. hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq; 15.1.15. həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək; 15.1.16. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə gecə vaxtı səkkiz saat yatmaq; 15.1.17. hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq; 15.1.18. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq; 15.1.19. siyahısı və sayı Daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək; 15.1.20. öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq; 15.1.21. öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək; 15.1.22. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; [4] 15.1.23. həbs yerinin müdiriyyəti tərəfindən barəsində çıxarılmış qərardan şikayət etmək. 15.2. Həbs edilmiş şəxslər bu Qanunun 15.1-ci maddəsində göstərilən hüquqlardan əlavə, aşağıdakı hüquqlara malikdirlər: 15.2.1. bu Qanunla nəzərdə tutulmuş qaydada yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək; 15.2.2. öz vəsaiti hesabına qəzet və jurnallara abunə yazılmaq; 15.2.3. şəxsi hesabları vasitəsilə pul baratları almaq və yaxın qohumlarına pul baratları göndərmək; 15.2.4. şəxsi hesablarında olan vəsaitlə istintaq təcridxanasının ticarət köşkündən ərzaq məhsulları və ən zəruri mallar əldə etmək; 15.2.5. bu Qanunun və Daxili intizam qaydalarının tələbləri nəzərə alınmaqla nikah bağlamaq və nikahı pozmaq, habelə digər ailə-hüquq münasibətlərində iştirak etmək; 15.2.6. bu Qanunda və Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada telefon danışıqlarından istifadə etmək; 15.2.7. Daxili intizam qaydalarında nəzərdə tutulmuş qaydada televiziya verilişlərinə baxmaq. 15.3. Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər. Maddə 32. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri 32.1. Tutulmuş və ya həbs edilmiş şəxslərin əsas vəzifələri aşağıdakılardır: 32.1.1. bu Qanunla və Daxili intizam qaydaları ilə müəyyən edilmiş qaydalara riayət etmək; 32.1.2. həbs yerinin müdiriyyətinin qanuni tələblərinə əməl etmək; 32.1.3. sanitariya-gigiyena qaydalarına əməl etmək; 32.1.4. yanğın təhlükəsizliyi qaydalarına əməl etmək; 32.1.5. həbs yerinin əmlakına qayğı ilə yanaşmaq; 32.1.6. saxlandığı kameranı növbəlik qaydasında təmizləmək (süpürmək və yumaq); 32.1.7. həbs yerinin işçiləri ilə, habelə digər tutulmuş və ya həbs edilmiş şəxslərlə nəzakətlə davranmaq; 32.1.8. həbs yerinin işçilərinin xidməti vəzifələrinin icrasına mane olmamaq; 32.1.9. özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədən hərəkətlərə yol verməmək. 32.2. Həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı Daxili intizam qaydaları ilə müəyyən edilir. Bu əşyaların həbs edilmiş şəxslər tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
25. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi: 12.1. Məhkumlar şəxsi təhlükəsizlik hüququna malikdirlər. 12.2. Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, cəzaçəkmə müəssisəsinin müdiriyyətinə təhlükəsizliyini təmin etmək üçün ərizə və ya şifahi müraciət etmək hüququna malikdir. 12.3. Cəzanı icra edən cəzaçəkmə müəssisəsinin müdiriyyəti təhlükənin aradan qaldırılması üçün məhkumun təhlükəsiz yerə köçürülməsi və ya başqa tədbirlər görülməsi barədə qərar qəbul edir.
26. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
28. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd edilən xüsusatlarla bağlı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müvafiq hallara yol verilməsi ilə bağlı hər hansı fakt aşkar edilməmiş, iddiaçı özü də bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir.
30. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbi 2500 manat pulun ondan alınması ilə əlaqədar dəymiş maddi ziyan, iki dəfə ölüm həddinə çatdırılması, dəfələrlə barəsində cəza və tənbeh tədbirlərinin görülməsi, qidalanma, şikayət ərizəsi yazmaq, ümumi yazışmaq, geyim, gəzinti kimi hüquqlarının bəzilərinin tam, bəzilərinin bir qisminin məhdudlaşdırılması ilə bağlıdır.
31. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 7 saylı Cəzaçəkmə Müəssisəsində olması nəzərə alınaraq dinlənilmə hüququnun təmin edilməsi üçün ona xx.xx.2022-ci il tarixli şifahi məhkəmə baxışı iclasınadək izahatının yazılı formada məhkəməyə təqdim edilməsi xx.xx.2022-ci il tarixdə təklif edilmiş, lakin iddiaçı yazılı izahatını məhkəməyə təqdim etməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, birinci instansiya məhkəməsinin sorğusu nəticəsində əldə edilmiş, iddiaçının şəxsi işində olan, xx.xx.2020-ci il tarixli 109 №-li, xx.xx.2020-ci il tarixli 48 №-li, xx.xx.2020-ci il tarixli 111 №-li, xx.xx.2021-ci il tarixli 26 №-li və xx.xx.2021-ci il tarixli 09 №-li qərarlardan görünür ki, iddiaçının cərimə təcridxanasına keçirilməsinə səbəb onun müəssisədaxili intizam qaydalarını dəfələrlə pozması olmuşdur. Digər tərəfdən müəyyən olunmuşdur ki, iddiaçı, xx.xx.2019-cu ildə X6 köçürülənədək Bakı İstintaq Təcridxanasında saxlanılarkən də barəsində tərtib edilmiş xx.xx.2016-cı il tarixli istiqamətləndirmədə özünə xəsarət yetirməyə, asmaq yolu ilə özünə qəsd etməyə və digər qeyri-adi hərəkətlər etməyə meyilli olması, həmçinin, xx.xx.2017-ci il tarixli istiqamətləndirilmədə əməkdaşların ünvanına şərböhtan atmağa, təxribat xarakterli hərəkətlər etməklə münaqişə yaratmağa, həbsxananın normal iş fəaliyyətini pozmağa meyilli olması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının qeyd olunan davranışları hələ X6 köçürülərkən artıq mövcud olmuş və barəsində tərtib edilmiş istiqamətləndirmə və xasiyyətnamələrdə müvafiq hallar (o cümlədən, hazırkı iddia tələbində qeyd olunan və heç bir sübutla təsdiq edilməyən hallar) qeyd olunaraq məhkum üzərində nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
35. Belə ki, iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatda apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona 10 il qapalı tipli həbsxana, 10 il ciddi rejimli müəssisədə çəkmək üçün ümumilikdə 20 il cəza təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı İstintaq Təcridxanasından qapalı tipli həbsxanaya köçürülmüşdür. Həbsxanada cəza çəkdiyi dövrdə nümunəvi davranışına görə Qaradağ Rayon Məhkəməsinin 7(002)-10481/2019 №li iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə həbsxanada çəkməli olduğu cəza müddətinin qalanı ciddi rejimlə əvəz olunmuşdur. xx.xx.2019-cu ildə cəzanın qalanını çəkmək üçün X6 köçürülmüşdür. Müəssisəyə daxil olduğu gündən çoxsaylı təzyiqlərə məruz qalaraq 2 dəfə özünü öldürmə həddinə çatdırılmışdır. Müəssisədə rüşvət, işgəncə, şiddət, vəzifə səlahiyyətlərindən sui-istifadə və həmin səlahiyyətləri aşmaqla üzləşmişdir. Müəssisəyə köçürüldükdən 12 gün sonra karantin rejiminə keçən gün ondan 500 manat alıb zona buraxılmışdır. Pulu verməyəcəyi halda qapalı tipli həbsxanaya göndəriləcəyi bildirilmişdir. Buna görə də pulu poçt vasitəsilə gətirmişdir. Həmin mədaxil qəbzi ailə üzvləri tərəfindən saxlanılır. Köçürüldüyü kamera isə istismar müddətini başa vurmuş, insan şəxsiyyətinə hörməti təmin etməyən halda olmuşdur. Müəssisə rəisi ona kameranı özü bərpa etməli olduğunu bildirmiş, əks halda özlərinin uyduracağı müxtəlif səbəblərə görə bir neçə kars verilməklə şəxsi işi tam korlanaraq, islah olunmayan təhlükəli məhkum görüntüsü yaradaraq onu həbsxanaya göndərəcəyini bildirmişdir. Buna görə də 2000 manat xərc çəkərək atasının pulu ilə 1 saylı ciddi rejimli korpusun 3-cü mərtəbəsinin 7 saylı kamerasını tam əsaslı şəkildə təmir etdirmişdir. Bunu orada olan məhkumlar da təsdiqləyə bilər. X5 saxlanılarkən qidalanma, geyim, yazışma, gəzinti, saxlanılma, şikayət ərizəsi göndərmək, bağlama, banderol, sovqat almaq və.s hüquqlarının bəziləri tam, bəzilərinin isə bir qismi əlindən alınmışdır. 2020-ci ilin aprel ayının 18-də sadaladığı hallar və daha çoxuna görə yeməkdən imtina edərək aclıq aksiyası keçirmişdir. Buna görə də ona 3 günlük cərimə otağı verilmişdir. Müəssisənin rəis müavini aclıq aksiyasının keçirilməsini öyrənib ona telefonla danışmaq hüququndan istifadə edəcəyini bildirmiş və saxlanıldığı korpusa telefonla danışmaq üçün aparılmışdır. Telefon danışığı başa çatandan sonra onu karsa aparan olmamış, yeməkdən imtinanı yazılı formada verdiyi halda ona yeməkdən imtina etmədiyi, 3 günlük kars verildiyi bildirilmişdir. O, xlor içməklə özünə qəsd etməyə cəhd etmiş, lakin qarşısı alınmışdır. Bundan sonra o, yenidən 3 günlük cərimə təcridxanasına göndərilmişdir. Daha sonra müəssisə rəhbərliyinin qəbuluna aparılmış, aclıq aksiyasını dayandırmadığına görə ona növbəti dəfə 10 günlük verilmişdir. Bundan sonra o, yenidən dəsmalla özünü öldürməyə cəhd etmiş, lakin otaqda olan digər şəxslər onu xilas etmişlər. 2021-ci ilin fevral ayında 10 qidalanma, gəzinti, alış-veriş, yazışma, şikayət ərizəsi göndərmə, poçt vasitəsi ilə gələn yemək puluna faiz qoyulması və bir çox hüquqlarının pozulmasına görə yeməkdən imtina etmiş, buna görə 3 günlük karsa salınmışdır. Fevralın 12-də Şəkidə fəaliyyət göstərən ombudsman xidmətinin işçiləri valideynlərinin şikayəti əsasında onu müəssisədə qəbul etmişlər. Aclıq aksiyasının dayandırılması və şikayət etməməsi üçün döyülməsindən başqa bütün yollara əl atılmışdır. xx.xx.2021-ci il tarixdə o, bütün şəxsi əşyaları ilə birlikdə müalicə müəssisəsinə etap edilmişdir. Səbəb olaraq isə aclıq aksiyasını keçirdiyi müddətdə həkim nəzarətində olması bildirilmişdir. Buna baxmayaraq onu aclıq aksiyası edən kimi qeydiyyata almamışlar, qeydiyyatın Şəkidə aparılmalı olduğunu bildirmişlər. O, Şəkiyə geri göndərilməsi üçün müalicə müəssisəsinin rəisinə müraciət etmiş, lakin onu hazırda cəza çəkdiyi 7 saylı müəssisəyə gətirmişlər.
36. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində və izahatında göstərdiyi X5 saxlanılarkən normal kameraya düşmək üçün ondan 500 manat pulun tələb edilməsi və kameranı öz hesabına təmir etdirmək üçün 2000 manat pul xərcləməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, aparılmış araşdırma zamanı X4 əməkdaşları X7, X11, X8 və X2 İddiaçı hər-hansı məbləğdə pul, maddi və ya sair neməti bilavasitə və vasitəçidən istifadə etməklə almaları, istəmələri, bu barədə vədi və ya təklifi qəbul etmələri, eyni zamanda X4 əməkdaşları X7, X11, X8 və X2 İddiaçı qarşı amansız rəftar etmələri, sonuncuya hədə-qorxu gəlmələri, ləyaqətini alçaltmaları və bununla da İddiaçı intihara cəhd həddinə çatdırmaları təsdiq edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir.
37. Məhkəmə kollegiyası iddiaçının X5 saxlanılarkən qidalanma, geyim, yazışma, gəzinti, saxlanılma, şikayət ərizəsi göndərmək, bağlama, banderol, sovqat almaq və.s hüquqlarının bəzilərinin tam, bəzilərinin isə bir qisminin əlindən alınması ilə bağlı verdiyi izahatına münasibət bildirərək qeyd edir ki, cavabdehin nümayəndəsi X8 izahatına əsasən, İddiaçı həmin dövrlərdə heç bir şikayət ərizəsi yazmamışdır. Qidalanma ilə bağlı dəlilinə gəldikdə isə cavabdehin nümayəndəsi izahatında onunla bağlı bildirdi ki, məhkumların qida rasionu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, buna penitensiar müəssisənin heç bir müdaxiləsi ola bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iddiaçının sualına cavab olaraq qeyd etdi ki, İddiaçı X5 saxlanılarkən aclıq aksiyası keçirməmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, apellyasiya şikayətində və iddiaçının məhkəmə kollegiyasının iclasında göstərdiyi dəlillərlə bağlı məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən qeyd edilən hallara yol verilməsinə dair hər hansı fakt aşkar edilməmişdir.
39. Belə ki, iddiaçının tələbində göstərdiyi “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunda öz əksini tapmış, cavabdeh tərəfindən pozulduğunu iddia etdiyi qidalanma, şikayət ərizəsi yazmaq, ümumi yazışmaq, geyim, gəzinti kimi hüquqları formal sadalayaraq iddia etdiyi pozuntuların nədə ifadə olunması, cavabdehin hansı hərəkətləri (hərəkətsizliyi) nəticəsində hansı hüququnun konkret olaraq həyata keçirilməsinə maneçilik törədildiyi və müvafiq pozuntularla bağlı göstərilənlərə dair sübutlar məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir.
40. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 may 2022-ci il tarixli 2-1(116)-548/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.