Məhkəmə qərarları › İş №2-1(107)-179/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-179/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-179/2023 02.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu, Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Tikintidə X1rşı “cavabdehin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş və 2012-ci ilin sonlarında Cavabdeh podrat müqaviləsi bağladığı şirkətlər tərəfindən tikilməsi, Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m2 olan fərdi yaşayış evinin yerində, Cavabdeh əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-1733/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət “cavabdehin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş və 2012-ci ilin sonlarında Cavabdeh podrat müqaviləsi bağladığı şirkətlər tərəfindən tikilməsi, Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 kv.m olan fərdi yaşayış evinin yerində, Cavabdeh əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdeh orqan olaraq Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qeyd edilməsini və üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş Zaqatala rayonu, Danaçı kəndində yerləşən ümumi sahəsi 206.25 kv.m olan fərdi yaşayış evinin yerində, Cavabdeh əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 2012-ci ildə Zaqatala rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsini bildirərək, yeni fərdi yaşayış evinin tikilməsi və təmir edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Zaqatala rayonu, Danaçı kənd sakini İddiaçıh oğluna məxsus fərdi yaşayış evinə Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə mütəxəssislər tərəfindən baxış keçirilmiş, 18 may 2012-ci il tarixli baxış aktı tərtib olunmuş və evdə yaranmış qüsurları əks etdirən fotoşəkillər çəkilmişdir. Bununla belə, fotoşəkillər nəzərdən keçirilərkən iddiaçıya məxsus evdə əmələ gəlmiş çatların evin qəzalı vəziyyətdə olması barədə şübhə yaratmışdır. Əlavə araşdırma aparılması üçün mütəxəssislər tərəfindən təkrar baxışın keçirilməsinə ehtiyac yaranmışdır. Lakin, İddiaçı təkrar baxışın keçirilməsinə imkan verməmiş və buna görə iddiaçının evinin qəzalı vəziyyətdə olub-olmaması barədə yekun qərarın çıxarılması mümkün olmamışdır. Bu səbəbdən iddiaçının evinin tikintisi həyata keçirilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci il tarixli 165- İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Daşınmaz əmlakın icbari sığortasının məqsədi üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Bunlara baxmayaraq, Azərbaycan Respublikasının dövləti zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlər davam etdirilməkdədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1733/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdeh Tikintidə X1rşı “cavabdehin üzərinə 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş və 2012-ci ilin sonlarında Cavabdeh podrat müqaviləsi bağladığı şirkətlər tərəfindən tikilməsi, Zaqatala rayonu, Danaçı kəndində yerləşən ona məxsus ümumi sahəsi 206.25 m2 olan fərdi yaşayış evinin yerində, Cavabdeh əvvəlcədən müəyyən etdiyi layihəyə uyğun olaraq 16,5x12,5 kv.metr olan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-1733/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2013-cü il tarixli 930 nömrəli məktubundan görünür ki, 7 may 2012-ci il tarixdə baş vermiş zəlzələdən sonra Cavabdeh müvafiq komissiyaları tərəfindən ona məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və evinin yaşayış üçün yararsız olduğu nəzərə alınaraq “qəzalı” rəyi verilmişdir. Belə ki, qəzalı olan fərdi yaşayış evi bu günə qədər tikilməmişdir. Baxmayaraq ki, siyahıda olan bütün evlər qəzalı yazılmış, onun fərdi yaşayış evindən başqa hamısı tikilib təhvil verilmişdir. Lakin, məhkəmə yaşayış evinin icbari qaydada sığortalı olmadığını göstərmişdir. Eyni zamanda məhkəmə qərarında Azərbaycan Respublikası zəlzələdən zərər çəkmiş minlərlə vətəndaşlara məxsus evləri dövlət büdcəsi vəsaiti hesabına bərpa etmiş və ya yenidən tikmişdir. Bu sahədə də işlərin davam etdirildiyini göstərmişdir. Onun evindən başqa digər qəzalı evlər tikilərkən heç birinin icbari sığortası olmamışdır. Hesab edir ki, həmin işi icra edən səlahiyyətli şəxslər təyinatdan yayındıqları üçün ona qarşı ayrı seçkilik etmişlər. Məlumdur ki, tikinti işləri ilə məşğul olan onlarla şəxs yol verdikləri qanunsuz hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. İşdə olan cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2012-cu il tarixli tikintinin vəziyyəti haqqında baxış aktından görünür ki, Danaçı kəndində yerləşən 2 mərtəbəli 16.5x12.5 ölçüdə yaşayış sahəsinin qəzalı olması barədə qeyd aparılmış və yaşamaq üçün təhlükəli olduğu göstərilmişdir. Məhkəmə iddia ərizəsinə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bundan başqa məhkəmənin mövqeyi ilə razı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu Danaçı kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Göründüyü kimi yaşayış evinin qəzalı olması məhkəmə araşdırılmasında sübuta yetirilmişdir. O, cavabdeh qarşısında nisbətən iqtisadi cəhətdən daha zəif tərəf sayılır. Bununla da onun konstitusyon hüquqlarım pozulmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası Prezidentinin göstərişini yerini yetirməmişdir. Ona görə də cavabdehin üzərinə fərdi yaşayış evinin tikilərək, təmir edilməsi öhdəliyi qoyulmalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-1733/2022 saylı iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-1733/2022 saylı iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. İşdə olan cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2012-cu il tarixli tikintinin vəziyyəti haqqında baxış aktından görünür ki, Danaçı kəndində yerləşən 2 mərtəbəli 16.5x12.5 ölçüdə yaşayış sahəsinin qəzalı olması barədə qeyd aparılmış və yaşamaq üçün təhlükəli olduğu göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlıvaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agentliyin vəzifəsidir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində Zaqatala rayonu Danaçı kəndində yerləşən, hazırkı iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evinə ziyan dəymiş, dəymiş ziyanın texniki vəziyyəti araşdırılaraq cavabdeh tərəfindən müvafiq akt tərtib edilmiş, tərtib olunmuş aktda fərdi yaşayış evinin qəzalı olması qeyd edilmişdir. İddiaçı, fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğunu bildirərək, cavabdeh orqandan yeni fərdi yaşayış evinin tikilərək, təmir edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın sözügedən fərdi yaşayış evinin qəzalı olaraq qiymətləndirməsi o demək deyildir ki, onun yeni yaşayış sahəsi tikərək təmir etmək öhdəliyi vardır. Belə ki, qüvvədə olan qanunvericilik aktlarında qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinə görə cavabdehin üzərinə yaşayış sahəsinin yenidən inşa edilməsi vəzifəsi qoyulmamışdır. Hazırkı iş üzrə iddia tələbinin təmin edilməsi bilavasitə sübutetmə yükünə bağlıdır. Məhkəmə qərarının əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mübahisəyə münasibətdə sübutetmə yükü inkar edənin deyil, iddia edənin üzərinə düşür. Nəzərə almaq lazımdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin 2012-ci ildə Zaqatala rayonunda baş vermiş təbii fəlakət-zəlzələ nəticəsində yararsız hala düşdüyünə istinad etməsi həmin evin təmir olunması üzrə cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddianın təmin olunması üçün yetərli sayıla bilməz. İddiaçı bu cür hallarda həm də cavabdehin belə öhdəlik daşıdığını sübut etmək vəzifəsi daşıyır. Həmçinin Mənzil Məcəlləsinin 28-ci maddəsinin mahiyyətindən göründüyü kimi, mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən qəza vəziyyətinə düşdükdə özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar inzibati mübahisə üzrə 2-1(102)-1924/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2-1(102)-281/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2-1(102)-1181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarlarında yuxarıda qeyd edilmiş hüquqi mövqe əks olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan normaları hazırkı iddia tələbi üzrə tətbiq edərək cavabdehin iddiaçının müraciətini təmin etməməkdə haqlı olduğu barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(116)-1733/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar