Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-18/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən təsdiq edilmiş "ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir inzibati iş üzrə Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)- 641/2018 nömrəli qərarından üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızıtərəfindən verilmiş şikаyətə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə ünvan 1 mənzil 2 şəxsi mülkiyyət hüququ əsasında iddiaçının atası X11 məxsus olmuşdur. Həmin mənzilin texniki pasportunun "həyətin planı" qrafasında torpaq sahəsi 562,63 kvm göstərilmişdir. Mənzilin mülkiyyətçisi X26 həmin mənzili İddiaçı vəsiyyət etmiş, qalan vərəsələri vərəsəlikdən məhrum etmişdir. Ölkədə aparılan torpaq islahatı ilə əlaqədar olaraq, JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə mənzilin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi X5, Mehdiyeva Semizər Məmməd qızının, X32, X6 və X20 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(051)-1090/2008 №-li qətnaməsi ilə İddiaçı Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi, 4/8 evin, miras qalmış 2-ci mənzilini qəbul etmə müddəti uzadılmış, həmin mənzildə vəsiyyətnamə üzrə vərəsə kimi İddiaçı payının 10/14 hissə, məcburi pay hüququ olan vərəsələr X12, X7, Mehdiyeva Semizər Məmməd qızının hər birinin payının ¼ hissə, X1, Mehdizadə Rövşən Qafar oğlunun, X13 və X14 cəmi payının ¼ hissə olduğu müəyyən edilmiş, JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ləğv edilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində ümumi paylı mülkiyyət hüququ əsasında X33 (40/56), X34 (4/56), Mehdizadə Rövşən Qafar oğlu (1/56), X35 (1/56), X36 (1/56), X8 (1/56), Mehdiyeva Semizər Məmməd qızı (4/56), X40 (1/56), X27 (1/56), X37 (1/56), X4 (1/56) adına qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı Mehdiyeva X17 şəhəri N.Rəfibəyli küçəsi ev 4/8 mənzil 2 nömrəli ünvanda yerləşən 599,5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu xx.xx.2018-ci il tarixli 202 №-li məktubla bildirmişdir ki, sözügedən mənzil ümumi paylı mülkiyyətdə olsa da, həmin mənzilin yerləşdiyi 599,5 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olub, mübahisəlidir. Bu səbəbdən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq 599,5 kv.m torpaq sahəsinin ona satılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, ünvan 1 mənzil 2 ünvanında yerləşən 2 otaqlı yaşayış evinin 40/56 hissəsi ona, qalan hissəsi isə digər vərəsələrə verilmişdir. Həmin evə onun adına MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Mİngəçevir şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən qardaşı X34 2016-cı ilin noyabr ayında həmin evin 56/4 hissəsini ona bağışlamışdır. Bundan başqa, ünvan 1 mənzil 2 ünvanında yerləşən yaşayış evinin 599,5 kv.m torpaq sahəsi barədə xx.xx.2005ci il tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(051)-1090/2008 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Bu səbəbdən o, həmin evin yerləşdiyi 599,5 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması üçün Cavabdehnə müraciət etmiş, lakin sonuncu ona məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bundan sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh tərəfindən tərtib edilmiş "ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 birinci instansiya məhkəməsinin əvvəlki iclasında verdiyi izahatda bildirmişdir ki, mübahisəli torpaq sahəsi X56 Hakimiyyəti başçısının xx.xx.2004cü il tarixli 293 №-li qərarı ilə X5, Mehdiyeva Semizər Məmməd qızının, X32, X6 və X20 ümumi birgə mülkiyyətinə verilmiş və bununla bağlı JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Həmin torpaq sahəsinin ayrılması qanunvericiliyin tələbinə uyğun olmadığına görə JN-1488A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(051)-1090/2008 №-li qətnaməsi ilə ləğv edilmişdir. Hazırda ünvan 1 mənzil 2 üzərində paylar müəyyən olsa da, həmin mənzilin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Paylı mülkiyyətçilər arasında mübahisə olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Həmçinin, üçüncü şəxslərin iştirakı ilə iddiaçıya satılmalı olan torpaq sahəsinin yeri müəyyən edilmiş və bu barədə "ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi" tərtib edilmişdir. Məhkəmə iddianı təmin edərsə, bələdiyyə həmin torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etmir. Torpaq sahəsi iddiaçıya evdəki payına mütənasib surətdə satıldığı üçün iş üzrə üçüncü şəxslərin hər hansı hüququnun pozulmasından sözgedə bilməz. Başqa sözlə, üçüncü şəxslər yerdə qalan torpaq sahəsini paylarına uyğun olaraq satılması üçün bələdiyyəyə müraciət edə bilərlər. Üçüncü şəxslər Mehdizadə Rövşən Qafar oğlunu və X21 da təmsil edən üçüncü şəxs X8 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi 4/8 nömrəli evin 2 nömrəli mənzilinin hər birinə 1/56 hissə olmaqla onlara aiddir. Onların payının az olmasına baxmayaraq torpaq sahəsi evin bütün paylı mülkiyyətçilərinə bərabər şəkildə verilməlidir. Üçüncü şəxs X36 da X3 göstərdiklərinə uyğun izahat vermişdir. Üçüncü şəxslər X15 və X28 da təmsil edən üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızı bildirmişdir ki, o, ünvan 1, 2 nömrəli mənzildə yaşadığına görə torpaq sahəsi ona verilməlidir. Üçüncü şəxs X41 da oxşar məzmunlu izahat vermişdir. İddia ərizəsində üçüncü şəxs kimi göstərilən X29 vəfat etdiyinə görə onun ailə üzvləri X40, X27, X37 və X22 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Üçüncü şəxslər X16, X23 və X9 təmsil edən üçüncü şəxs X40 bildirmişdir ki, mənzilin əksər hissəsi, yəni 40/56 hissəsi İddiaçı məxsusdur. İddiaçının mənzildən istifadə edə bilməsi üçün isə torpaq sahəsinin olması zəruridir. Ona görə də iddianın təmin olunmasına etiraz etmir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı ilə iddia təmin edilərək "ünvan 1 mənzil 2 nömrəli ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin İddiaçı hərracdan kənar qaydada satılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Cavabdehndən 60 manat ekspertiza xərcinin alınaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızı həmin qərardan apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-531/2018 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Üçüncü şəxs Mehdiyeva X43 Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-531/2018 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-1(102)- 906/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-531/2018 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, ünvan 2 mənzil 2 saylı ünvanda yerləşən 2 otaqlı yaşayış evi atası X5 mülkiyətində olmuşdur. Atası rəhmətə gedəndən sonra yaşayış evi vərəsələr arasında bölüşdürülmüşdür. Lakin, məlumat vermək istəyir ki, atası rəhmətə getməmişdən əvvəl və ondan sonra da həmin evdən və həyətyanı torpaq sahəsindən özü və ailə üzvüləri istifadə etmiş və həmin evdə yaşamışdır. X56 Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə həmin ünvandakı mübahisəli torpaq sahəsi atası X5, Mehdiyeva Semizər Məmməd qızının, X24, X32, X6 və X25 birgə mülkiyyətiə verilmişdir. Bundan sonra həmin şəxslərə JN-1488A, KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanaraq verilmişdir. Lakin sonradan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə həmin şəhadətnamə ləğv edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 mənzil 2 saylı ünvanda yerləşən 2 otaqlı yaşayış evinin 40/56 hissəsi onun mülkiyyətindədir. Məhz buna görədə həmin yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ona hərracdan kənar qaydada satılmalıdır. Qeyd olunanlara qətiyyən razı deyil. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli evin 4/56 hissəsi ona, 40/56 hissəsi iddiaçıya digər hissələr isə digər mülkiyyətkilərə məxsusdur. Lakin, torpaq sahəsi tərəflərdən heç kimin mülkiyyətində deyil. İddiaçı uzun illərdir bu ünvanda yaşamamış və həmin həyətyanı sahədən istifadə etməmişdir. Həmin həyətyanı torpaq sahəsi tərəfindən və ailə üzvüləri X41, X45, X30 və X42 tərəfindən istifadə edilməkdədir. İş materiallarından göründüyü kimi, JN-1488A, KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilsə də, torpağın mülkiyyətə verilməsinə dair X56 Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 293 nömrəli qərarı bu günə kimi qüvvədədir. Həmin sərəncama əsasən mübahisəli torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Belə olan halda həmin mübahisəli torpaq sahəsinin bu günə kimi yaşamayan bir şəxsə hərracdan kənar satılması qanunsuzdur. Ona görə də, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər X34, X10, X31, X31, Mehdizadə Rövşən Qaffar oğlu, X22, X41, X42, X30, X37, X27, X40 məhkəmə iclasına gəlməmişlər, cavabdeh X19 nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası onlarıniştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızıapelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1191/2019 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1191/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM-in) 80-ci mаddəsinə əsаsən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxx 2019-cu il tarixli 2-1(102)-906/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(107)-531/2018 nömrəli qərarını ləğv edib işi yeni apelyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgün deyil, üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızının kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinəəsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. İş üzrə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən evin 2 saylı mənzili hələ xx.xx.1997-ci il tarixdə iddiaçı və üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızının atasının adına qeydiyyata alınmışır. Eyni tarixli texniki pasportda evin yerləşdiyi torpaq sahəsinin ölçüləri də göstərilmişdir. Belə olan halda, yuxarıda qeyd edilən Qanunun müddəaları hazırki hala və tərəflər arasında yaranmış mübahisəyə tətbiq oluna bilər. Bu halda isə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması sual altında qalır. Araşdırlan qərardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin dəqiq statusunun aydınlaşdırılması üçün kifayət qədər səy göstərməmişdir. Ona görə də, işin yenidən apelyasiya instansiya məhkəməsində araşıdırması, yuxarıda qeyd edilən məsələnin aydınlaşdırlması zərurəti yaranır. İPM-in 58.7-ci maddəsinəəsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin sözügedən qərarında müəyyən edilmiş göstərişləri nəzərə alan məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mübahisəli torpaq sahəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sorğu edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə Şəki Apelyasiya Məhkəməsinə daxil olmuş arayışa əsasən, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi ev 4/8 saylı ev də dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən torpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki, şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Apelyasiya şikayəti üzrə məhkəmə tədqiqatının davamı olaraq məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırara q, apelyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Belə ki, iddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgi"də göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Lakin, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Hazırda, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından və edilmiş sorğuya cavabdan müəyyən olundu ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi ev 4/8 saylı ev də dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən torpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgidə göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması inzibati deyil mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən təsdiq edilmiş ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgidə göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs Mehdiyeva Semizər Məmməd qızı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli 2-1(84)-641/2018 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən təsdiq edilmiş ünvan 1 mənzil 2 saylı ünvanda ölçü işləri ilə bağlı cizgidə göstərilən 397,1 kv.m torpaq sahəsinin hərracdan kənar qaydada satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-18/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-18/2020
21.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver