Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-18/2021 09.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçı, üçüncü şəxs X9 və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs: X9) qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ucar rayon X4 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə 1999,94 m2 həyətyanı torpaq sahəsi verilmiş və adına A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2014-cü il tarixdə 34 nömrə ilə uçota alınmışdır. Bundan başqa Ucar rayon Bərgüşad bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarı ilə X8 bələdiyyə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi satılmış, DTXK-nın Ucar rayon şöbəsi və Bərgüşad bələdiyyəsi tərəfindən satılacaq torpaq sahəsinin sxemi hazırlanaraq təsdiq edilmişdir. Torpaq sahəsinin dəyəri olan 300 manat vəsait Vasif Ədilov tərəfindən bələdiyyənin hesabına ödənilmişdir. X1 0,06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 15,5 m2 olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu hazırlanmışdır. İddiaçı daşınmaz əmlakla bağlı yaranmış mübahisəli məsələnin həllinə köməklik göstərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, sonuncu xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubla bildirmişdir ki, A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil verilmiş götürülmüş arxiv sənədlərində mövcud deyildir. Bundan başqa torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlar xx.xx.2018-ci il tarixdə X6 adına qeydə alınmış fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Ucar rayon X4 xx xxxxxx 1998-ci il tarixli 11 saylı A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü adlı sənədə əsasən Ucar rayon, Bərgüşad kəndi ərazisindən 1999,94 m2 həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya Ucar rayon X7 tərəfindən verilən torpaq sahəsini X9 zəbt edib və hal-hazırda orada qanunsuz olaraq tikinti işləri aparır, nə onu, nə də ki ailə üzvlərini qeyd edilən sahəyə buraxmır. Bu səbəbdən də o, ona verilən torpaqdan istifadə edə bilmir və ailələri arasında mütəmadi olaraq mübahisələr yaranır. Adına hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədi Ucar rayon X7 tərəfindən verilən xx xxxxxx 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən hazırlanmış və xx.xx.2014-ci il tarixdə Dövlət Torpaq Kadastrı kitabında 34 nömrə ilə uçota alınmışdır. Sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri və icraçı tərəfindən imzalanmış, qanuni möhürlənmiş rəsmi hüquqi dövlət sənədi verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxs X9 xx.xx.2019-cu il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, o, həmin torpaq sahəsini qanuni qaydada almışdır və buna dair sənədləri var. Bu iş üzrə iddiaçının digər ailə üzvləri oxşar iddia ərizəsi ilə məhkəməyə müraciətlər etmiş, həmin işlər üzrə ekspertiza keçirilmiş və torpaq sahəsinin ona aid olmasına dair rəy verilmişdir. Buna görə İddiaçı tikintinin sökülməsi, torpaq sahəsindən çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbi barədə iddiasının təmin edilməməsinə dair Ucar Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixdə qətnamə çıxarmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, Şəki rayon AİK-nın qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,199994 ha torpaq sahəsinin koordinatları ilə Bərgüşad bələdiyyəsi tərəfindən X2 0,06 ha torpaq sahəsinin koordinatları 445 m2 hissədə (X=739622,0710 Y=4476653,9620, X=739626,4001 Y=4476664,1868, X=739656,5358 Y=4476658,4597 və X=739649,2480 Y=4476641,3070 koordinatlarda) üst-üstə düşür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarının İddiaçı A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən və X=739622,0710 Y=4476653,9620, X=739626,4001 Y=4476664,1868, X=739656,5358 Y=4476658,4597 və X=739649,2480 Y=4476641,3070 koordinatlarda yerləşən 445 m2 torpaq sahəsinə münasibətdə ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, mütəxəssisə ödənilməli olan 102,74 manat haqqın məbləğinin cavabdeh Ucar rayon Bərgüşad bələdiyyəsindən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin hesabına (VÖEN **********, Kapitalban ASC-nin Xətai Filialı, Filialın Kodu: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, Benefisiarın Hesabı: AZ23AİİB********************) ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs X3 İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 332/2019 nömrəli qərarından apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-952/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs apelyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarının iddianın təmin olunduğu hissədə ləğv edilməsini, iddianın rədd olunduğu hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək, sonda ədadlətli qərar verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxsin vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil verilmiş arxiv sənədlərində mövcud deyildir. Ali Məhkəmə də məhz bu səblə Şəki Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdir. Ona görə də Ali Məhkəmənin qərarında göstərilənlər baxımından, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın mümkünüsüz hesab edilməsi barədə qərardad çıxarılmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onun əlində olan bütün sənədlər qanunidir. Əgər hansısa dövlət orqanında qeydiyyatdan keçməyibsə bu, onun yox dövlət orqanının səhvidir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-952/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərən zaman Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarında yol verilən nöqsanlar göstərilərək qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin sadalanan normalarının tələbləri pozulmuş, qərarda iddiaçının subyektiv hüququ ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirilməmiş, bununla bağlı araşdırma aparılmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubunda qeyd edilən məlumata əhəmiyyət verilməmiş, Ucar rayon X4 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarının arxiv surəti tələb olunmaqla tədqiq edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-1(102)-952/2020 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı ləğv edilib, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilən zaman Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarında yol verilən nöqsanları, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2- 1(84)-332/2019 nömrəli qərarı ləğv edilməli, iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya yardım etmək məqsədilə məhkəmə iclasını təxirə salaraq iddiaçıya məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana sərəncamda düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsini təklif etmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apelyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Birinci instansya məhkəməsi hazırkı iş üzrə qərarında göstərmişdir ki, mübahisəli torpaq sahəsi 2014-cü ildən əvvəl iddiaçının mülkiyyətində olmuş və 2014-cü il tarixədək torpaq sahəsinin bələdiyyəyə aid olması təsdiq edən hər hansı sübut mövcud deyildir. Bələdiyyə tərəfindən mübahisə predmeti olan qərarla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan və bununla bağlı adına mülkiyyət sənədi tərtib olunduğundan həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması istisna edilir. Beləliklə, cavabdeh inzibati orqanın hərəkətlərini qismən qanunsuz sayan məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan hazırki iş üzrə iddiaçıların hüquqlarının qismən pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qismən qanunsuz inzibati akt qəbul etmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır və işə yenidən baxarkən Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarının göstərişlərini əsasında aşağıdakı qaydada hüquqi dərləndirmə aparır. Belə ki, iş materiallarına əlavə edilmiş (i/m səh.29 ) Ucar rayon X4 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarı və A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə istinadən onun mülkiyyətində olan torpaq sahəsinin Bərgüşad Bələdiyyəsi tərəfindən qanunsuz olaraq üçüncü şəxsə satıldığını iddia edir və qərarın ləğv olunmasını tələb edir. Üçüncü şəxs apelyasiya şikayətində iddiaçının istinad etdiyi A seriyalı 507241 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil verilmiş arxiv sənədlərində mövcud olmadığına istinad edərək iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hüququnun olmadığını bildirir. İş materiallarında olan (i/m səh.22 ) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubundan görünür ki, ərazi idarəsinin baza məlumatlarında və ləğv edilmiş DTXK-nın Ucar rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində iddiaçının istinad etdiyi torpaq sahəsinə dair A seriyalı 507241 nömrəli plan və ölçü sənədi tərtib edilməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; Qeyd edilən normaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv edillməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahisə ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlar nəzərə alındığında baxılan iş üzrə yoxlanılmalı olan ilkin mümkünlük şərti iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun olub-olmamasıdır. İPM-in 87.8-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya şikayəti üzrə işə yenidən baxılmasının hədlərini nəzərdə tutan İnzibati Prosessual Məcəllənin 82-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İnzibati-Prossesual Məcəllənin 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 17 sentyabr tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Birinci instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin sadalanan normalarının tələbləri pozulmuş, qərarda iddiaçının subyektiv hüququ ilə bağlı dəlilinə münasibət bildirilməmiş, bununla bağlı araşdırma aparılmamış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli **********26 nömrəli məktubunda qeyd edilən məlumata əhəmiyyət verilməmiş, Ucar rayon X4 xx.xx.1998-ci il tarixli 11 nömrəli qərarının arxiv surəti tələb olunmaqla tədqiq edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, işə baxan məhkəmə iddianın mümkünlük şərtlərini yoxlamamışdır Halbuki, iddia mümkünlük şərtlərinə cavab vermədiyi halda iddianın əsaslılığının yoxlanılması istisna edilir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Birinci instansiya məhkəməsi isə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, iş üzrə tələblərə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş, bununla da prossesual pozuntuya yol vermişdir. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-332/2019 nömrəli qərarı ləğv edilisin. İddiaçı Cavabdehnə (üçüncü şəxs: X9) qarşı “Cavabdeh xx.xx.2014-cü il tarixli 04 nömrəli qərarının ləğv edilməsi” tələbi barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Hakim: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-18/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-18/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver