Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-18/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı, üçüncü şəxs X2 nümayəndəsi X8 və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X24 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14, X28 və X50, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X42, X10, X15) “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarından üçüncü şəxslər X42, X10 və X15 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona verilmiş JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin etibarsız hesab edilməsi və 04 avqust 2016-cı il tarixli 275 nömrəli İsmayıllı rayon Dövlət Arxivinin arayışına uyğun olaraq onun İsmayıllı rayonu, İstisu kəndində yerləşən 0.28 ha torpağına mülkiyyət sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi belə əsaslandırmışdır ki, İsmayıllı rayon Dövlət Arxivindən verilmiş 04 avqust 2016-cı il tarixli, 275 nömrəli arxiv arayışına əsasən iddiaçının mərhum atası X5 İsmayıllı rayonunun İstisu kəndində 0.28 ha torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də onlara ayrılmış torpaq sahəsi texniki səhv olaraq 0.08 ha kimi göstərilmişdir. Halbuki uzun illər onlar faktiki olaraq 0.28 ha torpaq sahəsinə sahiblik etmişlər. Bundan əlavə iddiaçıya verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddiaçının adı səhvən “Habil” kimi yazılmışdır. İddiaçı həmin şəhadətnamədə qeyd edilən “Habil” adının ona aid olması ilə bağlı İsmayıllı rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və həmin məhkəmənin 2(037)- 46/2018 saylı, 19 yanvar 2018-ci il tarixli Qətnaməsinə əsasən iddiaçının ərizəsi təmin edilmiş, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən “X25” ilə “İddiaçı”nun eyni şəxs olması faktı müəyyən edilmişdir. Beləliklə, iddiaçıya verilmiş JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsi 0.28 ha əvəzinə texniki səhv olaraq 0.08 ha göstərildiyi üçün sözügedən şəhadətnamənin məhkəmə qaydasında etibarsız sayılması zərurəti yaranmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üstüstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə məhkəmənin icraatında daxil edilmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Hacıyev X20 rayonu İstisu kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair JN-044 F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0.28 ha torpaq sahəsinin arxiv arayışına əsasən adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Cavabdehnə müraciət etmişdir. İddiaçının iddia etdiyi tələblər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. İş üzrə üçüncü şəxslər X43, Xəlilova (Zülfiqarova) Zenfirə Ziyad qızı və X11 tərəfindən birinci instansiya məhkəməsinin dəftərxanasına 02.11.2020-ci il tarixdə daxil olan ərizədə qeyd edilir ki, bu artıq onlarla belə məhkəmə iclaslarıdır ki, İddiaçı üçüncü şəxsləri tamamilə əsassız, qərəzli olaraq çağırtdırır. Abil tələbinin nədən ibarət olduğunu heç özü də bilmədiyi əsassız iddialarla üçüncü şəxsləri məhkəmələrə sürükləyir, bununla onlardan qisas aldığını deyir. Bunun təməlində isə üçüncü şəxslərin mərhum analarının bir neçə il bundan öncə Abil tərəfindən zəbt olunmuş mülkiyyətdə olan torpaq sahəsinin açılması ilə əlaqədar məhkəməyə müraciət etməyi və birinci instansiya, apellyasiya və ali məhkəmə instansiyalarında iddia tələblərinin təmin edilməsi dayanır. Hal-hazırda həmin qətnamə icraolunmuş və İddiaçı tərəfindən əsassız olaraq zəbt olunmuş torpaq sahəsi onun “işğalından” azad olunaraq üçüncü şəxslərə qaytarılmışdır. Abil isə bunu heç cür qəbul etmək istəmir, əsassız iddialarla müxtəlif məhkəmə instansiyalarına müraciətlər edir. Üçüncü şəxslər ərizədə bildirirlər ki, sözün əsl mənasında onlar artıq cana doymuşlar. Doğma xala oğlu İddiaçı onların rahatlığını əllərindən almışdır, üçüncü şəxslər ondan aşkarda qorxurlar. Çünki üçüncü şəxslərin qardaşı X29 bütün bu söhbətlərdən cana doyaraq 28.08.2016-cı il tarixdə öz canına qəsd etmişdir. Eyni mahiyyətli iddia ilə bir il bundan öncə də X71 Məhkəməsinə müraciət etmiş və onun iddiası haqlı olaraq rədd edilmişdir. İndi isə iddianın adını və predmetini dəyişərək yenidən iddia ilə məhkəməyə müraciət etmişdir. Əslində isə onun etibarsız hesab etdiyini tələb etdiyi şəhadətnamədə heç də texniki səhvə yol verilməmişdir. Onun torpaq sahəsi naturada 0.08 ha təşkil edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 21 aprel 1998-ci il tarixli, 46 saylı Qərarına əsaən İsmayıllı rayonu, İstisu kəndi ərazisində 0.08 ha həyətyanı torpaq sahəsi X51 və onu ailə üzvlərinin (X16, X25, X44, X45) mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli, 2(037)- 46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilən X25 ilə İddiaçı eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin 04.08.2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surətindən müəyyən edilir ki, İsmayıllı rayonu, 50 nömrəli arxiv fondunda saxlanılan Qalacıq kənd İƏD-nin 1986-1995-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında İddiaçı mərhum atası X12 ailə başçısı olmaqla adına 0.28 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin 28.03.2019-cu il tarixli, 19 nömrəli və 12.07.2019-cu il tarixli 48 nömrəli məktublarından müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd İƏB-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə Təsərrüfatbaşına kitabında X51 ailə başçısı olmaqla onun qızı X6 mülkiyyətində 0.28 ha torpaq sahəsinin olduğu qeyd edilmiş, İddiaçı ailə başçısı olmaqla onun arvadı X28, oğlu Ceyhun Hacıyev və Yaşar Hacıyevin isə adlarında torpaq sahəsi qeyd edilməmişdir. İş materiallarında olan İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində 250–ci sıradaX51 və onun ailə üzvlərinin (X16, X25, Hacıyeva Səfurə, X45) adları və həyətyanı 0.20 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayonunun İstisu kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair “Cədvəl”in təsdiq edilmiş surətində ailə tərkibi 5 nəfər göstərilməklə X51 və onun ailə üzvlərinin (X16, X25, X44, X45) adları qeyd edilmişdir. İş materiallarında olan cavabdehin 16.07.2019-cu il tarixli, **********52 nömrəli məktubunda qeyd edilmişdir ki, elektron DWJ baza məlumatlarında JN-044F olan şəhadətnamənin 0.08 ha hissəsi ilə qonşu olan torpaq sahəsi 223BB nömrəsi ilə bələdiyyənin mülkiyyətindədir və hüquqları dövlət qeydiyyatına alınmamışdır. İş materiallarında olan JN-0001 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 20.09.2000-ci il tarixli, 113 saylı Qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1.92 hektar torpaq sahəsi X25 və onun ailə üzvlərinin (X16, X51, Hacıyeva Səfurə, X45) adlarına qeydə alınmışdır. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 15.07.2019-cu il tarixli 280 nömrəli arayışından görünür ki, X51 30.04.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-148/2019 nömrəli, 29.07.2019-cu il tarixli Qərardadı ilə X14, X28 və X50 hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər İş materiallarında olan İsmayıllı Rayon Dövlət Arxivinin 24.10.2019-cu il tarixli, 64 nömrəli məktubundan müəyyən edilir ki, İsmayıllı rayon Qalacıq kənd “Engels” adına kolxozun 1964-cü ilə dair protokol qərarı ilə X3 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan cavabdehin 05.11.2019-cu il tarixli **********43 nömrəli məktubunda qeyd edilir ki, ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri mübahisəli əraziyə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar əsasında araşdırmalar aparılmışdır. Mütəxəssislər tərəfindən ərazidə aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur:
1. Sözügedən ərazidə ümumi torpaq sahəsinin miqdarı 0.2748 ha təşkil edir ki, həmin torpaq sahəsindən 0.0198 ha torpaq sahəsi Z.Zülfüqarovun, 0.2549 ha torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. 2. İddiaçı faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron DWJ baza məlumatlarına əsasən JN-044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsindən, Bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarədir. İş materiallarında olan İsmayıllı rayon İcra Hakimiyyəti başçısı aparatının 13.01.2015-ci il tarixli 08 nömrəli Arxiv arayışında qeyd edilir ki, 50 nömrəli fond üzrə İsmayıllı rayon Dövlət Arxivində saxlanılan Qalacıq kənd İƏD-nin 1991-2000-ci illərə dair İstisu kəndi üzrə Təsərrüfatbaşına kitablarında ailə başçısı X17 və arvadı X26 bir təsərrüfatda yaşayırlar və təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.12 hektardır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 03.09.2013-cü il tarixli 2(037)311/2013 nömrəli Qətnaməsinin surətindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X26 cavabdehlər X30 və (hazırkı iş üzrə iddiaçı) X18 qarşı Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 2002-ci ildə 8092 sayla qeydə alınmış JN-043F seriyalı kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə mülkiyyətdə olan 0.16 hektar həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq qaytarılması, torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin olunması və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, İsmayıllı rayon AİK-nın 21.04.1998ci il tarixli, 46 saylı qərarına uyğun olaraq JN-043F kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə İsmayıllı rayon İstisu kənd sakinləri X17, X26, X31, X42, X10, X7 birgə mülkiyyətində olan İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 36.4 m*5.8 m=211 kv.metr=0.0211 hektar ölçüdə hissəsindən X44 və X13 çıxarılması və torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin edilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh X25 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.04.2014-cü il tarixli, 2(107)-259/2014 nömrəli Qətnaməsi ilə təmin edilməmiş, iş üzrə İsmayıllı rayon Məhkəməsinin 03.09.2013cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli SDS-1079 nömrəli məktubunda qeyd edilir ki, İsmayıllı rayon Məhkəməsinin 03.09.2013-cü il tarixli 2(037)311/2013 nömrəli Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 29.12.2014-cü il tarixdə icra olunması üçün İsmayıllı rayon İcra Qrupuna göndərilmişdir. İcra sənədi üzrə 05.01.2015-ci il tarixdə icraata başlanılmışdır. Qətnamənin icrasının nəticəsi barədə İsmayıllı rayon Məhkəməsinə məlumat verilməmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 06.08.2020-ci il tarixli 2- 1(116)18/2020 nömrəli Qərardadı ilə iş üzrə İsmayıllı rayon Qalacıq bələdiyyəsi və X42, X10, X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş materiallarında olan JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 21.04.1998-ci il tarixli 46 saylı qərarı ilə İsmayıllı rayon İstisu kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi X17 və onun ailə üzvlərinin (X26, X31, X32, X42, X10, X15) mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 24.08.2020-ci il tarixli 05/Q506 nömrəli məktubuna əlavə edilmiş “Ölüm haqqında Akt qeydi” sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X31 28.08.2016-cı il, X26 05.01.2018-ci il, X21 03.08.2010cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Dövlət Arxivinin 31.08.2020-ci il tarixli 40 nömrəli məktubunda İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X17 ailə başçısı olmaqla onun və ailə üzvlərinin (X26, X31, X32, X42, X10, X15, X19, X22) istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilir. İş materiallarında olan Qalacıq Bələdiyyəsinin 31.08.2020-ci il tarixli 72 nömrəli məktubuna əlavə edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.03.2015-ci il tarixli 21(84)- 56/2015 nömrəli Qərardadından müəyyən edilir ki, iddiaçılar İddiaçı, X14, X28, X52 cavabdehlər İsmayıllı rayon Aqrar İslahat Komissiyasına, İsmayıllı rayon İcra Hakimiyyətinə, üçüncü şəxslər Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinə, İsmayıllı rayon İstisu kənd X69 Komissiyasına, İsmayıllı rayon İHB-nm İstisu kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə, İsmayıllı rayonu İstisu kənd Bələdiyyəsinə, İsmayıllı rayonu Qalacıq kənd Ərazi İnzibati Dairəsi üzrə Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Torpağın mülkiyyətə verilməsinə dair" JN 044F kod 40711028 nömrəli şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahəsinin X33 mülkiyyətinə verilməsinə dair İsmayıllı rayon AİK-nın 21.04.1998-ci il tarixli 46 nömrəli qərarının həmin hissədə ləğv edilməsini, X4 qanuni istifadəsində olmuş 0.28 ha həyətyanı torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehlər və üçüncü şəxslərin üzərinə qoyulmasını və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçıların nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını tələb etmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, bu səbəblə də müvafiq iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.09.2020-ci il tarixli **********13 nömrəli məktubuna əlavə edilən İsmayıllı rayonunun İstisu kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid “Cədvəl”in təsdiq edilmiş surətində 0.12 ha torpaq sahəsinin ailə başçısı X17 olmaqla o və onun ailə üzvlərinin (X26, X31, X32, X42, X10, X15) mülkiyyətinə verilməsi qeyd edilmişdir. Həmin məktuba əlavə edilən İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surətində X17 və onu ailə üzvlərinin adları qeyd edilmiş, qaytanlanmış kitabda həyətyanı sahə sütununda 0.12 ha, artıq torpaq sahəsi(zəbt) sütununda isə 0.04 ha qeyd edilmişdir. İş materiallarına əlavə edilən Qalacıq kənd “Engels” adına kolxozunda kolxozçulara, fəhlə və qulluqçulara verilmiş həyətyanı torpaqlar haqqında 01.01.1991-ci ilə olan vəziyyətə dair qaytanlanmış torpaq kitabından Çıxarışın surətində Zülfüqarov ZiyadDaşdəmir oğluna 0.12 ha, X5 isə 0.28 ha torpaq sahəsinin ayrıldığı qeyd edilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Məhkəməsinin 19.01.2018-ci il tarixli, 2(037)-46/2018 nömrəli Qətnaməsinin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Dövlət Arxivinin 04.08.2016-cı il tarixli 275 nömrəli Arxiv arayışının surəti, İsmayıllı Rayon Dövlət Arxivinin 28.03.2019-cu il tarixli, 19 nömrəli və 12.07.2019cu il tarixli 48 nömrəli məktubları, İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surəti, İsmayıllı rayonunun İstisu kəndində vətəndaşlarının xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair “Cədvəl”in təsdiq edilmiş surəti, cavabdehin 16.07.2019-cu il tarixli, **********52 nömrəli məktubu, JN-0001 KOD 40711028 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surəti, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 15.07.2019-cu il tarixli 280 nömrəli arayışı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)148/2019 nömrəli, 29.07.2019-cu il tarixli Qərardadı, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surəti, İsmayıllı Rayon Dövlət Arxivinin 24.10.2019-cu il tarixli, 64 nömrəli məktubu, cavabdehin 05.11.2019-cu il tarixli **********43 nömrəli məktubu, İsmayıllı rayon Məhkəməsinin 03.09.2013-cü il tarixli 2(037)-311/2013 nömrəli Qətnaməsinin surəti, İsmayıllı rayon Məhkəməsinin 23.06.2020-ci il tarixli SDS-1079 nömrəli məktubu, Şəki İnzibati Məhkəməsinin 06.08.2020-ci il tarixli 2-1(116)-18/2020 nömrəli Qərardadı, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 24.08.2020-ci il tarixli 05/Q506 nömrəli məktubu, İsmayıllı rayon Dövlət Arxivinin 31.08.2020-ci il tarixli 40 nömrəli məktubu, Qalacıq Bələdiyyəsinin 31.08.2020-ci il tarixli 72 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin surətləri, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.09.2020-ci il tarixli **********13 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri, İsmayıllı rayon Qalacıq İƏB üzrə İstisu kolxozunun islahatı ilə əlaqədar İstisu və Çayqovuşan kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların “Siyahısı”nın təsdiq edilmiş surəti, Qalacıq kənd “Engels” adına kolxozunda kolxozçulara, fəhlə və qulluqçulara verilmiş həyətyanı torpaqlar haqqında 01.01.1991-ci ilə olan vəziyyətə dair qaytanlanmış torpaq kitabından Çıxarışın surəti, cavabdehin 18.12.2018-ci il tarixli **********78 nömrəli etiraz məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 12 noyabr 2020-ci il tarixli, 2- 1(116)-18/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxslər X42, X10 və X15 apellyasiya şikayəti verərək 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2- 1(107)-142/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 12 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxslər X42, X10, X15 həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2-1(102)-972/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 mart tarixli, 2- 1(107)-142/2021 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamış, qərar qalan hissədə üçüncü şəxslər X53, X10 və X7 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki apellyasiya baxışında birinci instansiya məhkəmsinin qətnaməsi həmin hissədə, yəni «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində yoxlanılmışdır.
Apellyasiya şikayətinin dəlilləri
Üçüncü şəxslər X42, X10 və X15 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14, X28 və X50, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X42, X10 və X15) JN-044FR Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0,28 ha torpaq sahəsi ilə üst- üstə düşən 0,0198 ha hissədə ləğv edilməsi və 0,28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdır. Həmin mülki işə Şəki İnzibati məhkəməsində 12 noyabr 2020- ci il tarixdə baxılaraq iddianın tam təmin edilməsinə dair 2-1(116)-18/2020 saylı qərar qəbul edilmişdir. Onlar məhkəmənin gəldiyi bu nəticə ilə qəti olaraq razılaşmırlar və hesab edirlər ki, qərar tamamilə əsassız, ədalətsiz, qeyri-obyektiv və qanunsuzdur. Belə ki, Respublikada aparılan məlum torpaq islahatları zamanı istifadəmizdə olan 0,16 ha həyətyanı torpaq sahəsi əvəzsiz olara birgə mülkiyyətimizə verilmiş, mülkiyyət hüququmuz dövlət qeydiyyatına alınaraq 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən qanuni mülkiyyətimizdə olan həyətyanı torpaq sahəsinin 36,4 metr x 5,8 metr (0,0211 ha) ölçüdə hissəsi zəbt edildiyindən 043F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçi olan mərhum anası X1 044F nömrəli “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçilərdən X30 və X18 qarşı hansı ki, hazırkı iş üzrə İddiaçı da həmin şəhadətnamədə birgə mülkiyyətçilərdən biridir və X13 qardaşıdır. Azərbaycan Respublikası DTXK İsmayıllı rayon şöbəsi tərəfindən 2002-ci ildə 8092 sayla qeydə alınmış JN-043F seriyalı Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə mülkiyyətdə olan 0,16 hektar həyətyanı torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınnaraq qaytarılması, torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin olunması və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə edilən müdaxilələrə qadağa qoyulması tələbi ilə iddia qaldırmışdır. İddia İsmayıllı Rayon məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli 2(037)- 311/2013 saylı qətnaməsi ilə qismən təmin edilmiş, İsmayıllı rayon AİK-nin 21,04.1998-ci il tarixli, 46 saylı qərarına uyğun olaraq JN- 043F Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə İsmayıllı rayon İstisu kənd sakinləri X17, X26, X31, X42, X10, X7 birgə mülkiyyətində olan, ismayıllı rayon İstisu kəndində yerləşən 0,16 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 36,4 metr x 5, 8 metr = 211 kv.metr = 0,0211 hektar ölçüdə hissəsindən X44 və X25 çıxarılması və torpaq sahəsinin şəhadətnaməyə uyğun olaraq tamlığının təmin edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Bununla da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında 0,16 ha həyətyanı torpaq sahəsi üzərində qanuni mülkiyyət hüququmuzun mövcudluğu şəhadətnamə ilə yanaşı bir daha deyure təsdiq edilmişdir. Həmin mülki iş üzrə qətnamədən verilən apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, İsmayilli Rayon məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli 2(037)-311/2013 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün bu qanuni əsaslara baxmayaraq, JN-044F Kod 40711028 olan “Torpağın mülkiyyətə verilməsinmə dair” şəhadətnamə üzrə birgə mülkiyyətçi İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı JN-044FR Kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv arayışına əsasən ona məxsus olan 0,28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0198 ha hissədə ləğv edilməsi və 0,28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmış, həmin mülki işə Şəki İnzibati məhkəməsində 12 noyabr 2020-ci il tarixdə baxılaraq iddianın tam təmin edilməsinə dair 2-1(116)- 18/2020 saylı qərar qəbul edilmişdir. Bununla da Şəki İnzibati məhkəməsi tərəfindən qanuni mülkiyyət hüququmuz pozulmuşdur. Həmin məhkəmə dövlət qeydiyyatından keçmiş mülkiyyət sənədi əsasında mülkiyyətimizdə olan, bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyət hüququmuz bir daha təmin edilmiş əsaslar olduğu halda məhkləmə müstəvisində bir dəfə mübahisələndirilmiş məsələyə yenidən baxaraq əsassız qərar qəbul etmişdir. Göründüyü kimi Şəki İnzibati məhkəməsi qeyd edilən halları nəzərə almamış yalnış nəticəyə gələrək səhv qərar qəbul etmişdir. Odur ki, Şəki İnzibati məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2- 1(116)-18/2020 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni yeni qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları
Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X2 nümayəndəsi X23 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2- 1(116)-18/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X46 qanuni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X14, X28 və X50, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi, İsmayıllı rayon Qalacıq bələdiyyəsinin nümayəndəsi, X42, X10 və X15 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi
Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsaslıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin qanunverici həmin torpaq sahələrin vətəndaşların mülkiyyətinə hansı ölçüdə verilməsini müəyyən edərək göstərmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 148-ci mаddəsinə və «Nоrmаtiv hüquqi aktlаr hаqqındа» Аzərbаycаn Rеspublikаsısının Konstitusiya Qаnununun 23.1-ci mаddəsinə əsаsən bеynəlхаlq müqаvilələr Аzərbаycаn Rеspublikаsı qаnunvеricilik sisteminin tərkib hissəsidir. Ədаlət mühаkiməsinin həyаtа kеçirilməsi zаmаnı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi prеsеdеntlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Rеspublikаsı Аli Məhkəməsi Plеnumunun 30 mаrt 2006-cı il tаriхli qərаrındа göstərilir ki, Аzərbаycаn Rеspublikаsı «İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа» Аvrоpа Kоnvеnsiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа еtmiş dövlət kimi 2002-ci il аprеl аyının 15dən Kоnvеnisyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələlri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Rеspublikаsı Kоnvеnsiyаnı rаtifikаsiyа еtdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvеnsiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin еtməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdllıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаsının 46- cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvеnsiyаnı rаtifikаsiyа еtmiş dövlətlər üçün məcburidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеnsiyаnın (Аvrоpа Kоnvеnsiyаsı) 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn «mülkiyyət» və «əmlаk» аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyrimаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. «Thе Trаktоrеr İsvеçə qаrşı» məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. «Pаyn Vеlli dеvеlоpmеnts Ltd» şirkəti İrlаndiyаyа qаrşı işdə Аvrоpа İnsаn hüquqlаrı Məhkəməsi qərаrа аlmışdır ki, müəyyən hаllаrın bаş vеrəcəyini hüquqа uyğun gözləmə 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin müdаfiə еtdiyi hüquq, yəni mülkiyyət hüququ sаyılа bilər. Həmin işdə ərizəçi tоrpаq sаhəsi аlmış və оrаdа tikinti həyаtа kеçirməyi plаnlаşdırmışdı. Аvrоpа Məhkəməsi tikintini həyаtа kеçirilməsinə mаnеəni 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin pоzuntusu kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olmuş, lakin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.08 ha qeyd edilmişdir. Ləğvi tələb olunan JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölşüsü 0.16 ha göstərilsə də, 3-cü şəxslərin həmin ölçüdə torpaq sahəsinin qanuni istifadələrində olmasına dair ilkin sənədlər olmamış, əksinə məhkəmə tərəfindən toplanmış sənədlərdə onların qanuni istifadəsində olan torpaq sahəsinin 0.12 ha olduğu qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, 0.28 ha torpaq sahəsi iddiaçı və ailə üzvlərinin qanuni istifadəsində olmuşdur. İddiaçının qanuni istifadəsində 0.28 ha torpaq sahəsi olduğu halda məhkəmə hesab edir ki, iddiaçı və ailə üzvlərinə 0.08 ha torpaq sahəsinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hazırlanması, həmçinin həmin torpaq sahəsinin 0.0198 ha hissəsinə İsmayıllı rayon AİK-in 21.04.1998-ci il tarixli 46 nömrəli qərarına istinadən 3- cü şəxslərin adına JN-043F nömrəli şəhadətnamənin hazırlanması əsassız olmuşdur. Belə ki, iddiaçının qanuni istifadəsinə keçmiş 0.28 ha torpaq sahəsi torpaq islahatı haqqında qanunun tələbləri baxımından sonuncunun mülkiyətinə verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin mübahisələndirilən hissəsi ilə razılaşmır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2021-ci il tarixli 2-1(102)-972/2021 nömrəli qərarındakı göstərişlərini yerinə yetirərək belə nəticəyə gəlir ki, Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Birinci instansiya məhkəməsi həmin normanın tələbini üçüncü şəxslərin adlarına verilmiş JN043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə münasibətdə nəzərə almamışdır. Həm də nəzərə alınmalıdır ki, üçüncü şəxslərin adlarına verilmiş JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin hüquqi qüvvəsi həmin şəhadətnamədə istinad edilən inzibati akta – İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına əsaslanır. Həmin qərarın ləğvinə, hər hansı səbəbdən qüvvədən düşdüyünə, yaxud mübahisələndirilən şəhadətnamənin məzmunun həmin qərara uyğun olmadığına (torpaq sahəsinə hüquqa dair qeydiyyatın həmin qərara uyğun aparılmadığına) dair işdə məlumat yoxdur. Buradan, iddianın həmin hissəyə münasibətdə mümkünlük şərtləri yoxlanılmamışdır. İşin hallarının araşdırılması prinsipinin tələbləri isə iddianın mümkünlük şərtlərinin yoxlanılmasına da aiddir. Digər tərəfdən, üçüncü şəxslərin torpaq sahəsinin İsmayıllı rayon Qalacıq kənd İƏDnin 50 nömrəli Arxiv fondunda saxlanan 1996-2000-ci illərin İstisu kəndi üzrə təsərrüfatbaşına kitabında X17 ailə başçısı olmaqla onun və ailə üzvlərinin adlarına qeyd olunan 0.12 ha-dan artıq olması həmin artıq hissənin (0.04 ha) məhz iddiaçının əsaslandığı arayışda göstərilən torpaq sahəsinin hesabına yarandığını özü-özlüyündə ehtiva etmir. Belə ki, torpaq sahəsi fərdi-müəyyən əşya olmaqla, onun yerləşmə vəziyyəti, hüdudları döngə nöqtələrinin koordinatları ilə müəyyən edilir. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda iddia olunan 0.28 ha torpaq sahəsinin koordinatları göstərilməyib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təqdim olunmuş “İsmayıllı rayonu İstisu kəndində yerləşən İddiaçı istifadəsində olan 0.2549 ha həyətyanı torpaq sahəsinin yerləşmə sxemi” və sxemdə göstərilən koordinatlar isə - həmin İdarənin 2019-cu il 5 noyabr tarixli müşayiət məktubunun məzmunundan da göründüyü kimi - JN-044F KOD 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” üzrə 0.08 ha sahədən əlavə iddiaçının və ailə üzvlərinin istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyətinə görətərtib olunmuşdur (İ cild, iş v.115, 116). Başqa sözlə, hətta iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi arayışda göstərilən 0.28 ha torpaq sahəsinə hüququnun olduğu müəyyən edildikdə belə, koordinatları müəyyən edilməmiş 0.28 ha ölçüdə torpaq sahəsinə hüquq digər şəxslərin ləğv edilməmiş (və qeydə alınmış) hüquqlarının zərərinə həyata keçirilə bilməz. JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (tam və ya qismən) ləğvi isə həmin sənəddə istinad olunan inzibati aktla verilmiş hüququ ləğv etmir. Beləliklə, JN-043F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən üçüncü şəxslər X53, X10 və X9 məxsus torpaq sahəsinə münasibətdə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə kollegiyası, nəzərə alır ki, işin müəyyən edilmiş hallarına görə, iddiaçının faktiki istifadəsində olan 0.2549 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən JN- 044F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi ilə yanaşı, həm də bələdiyyə mülkiyyətində saxlanılan 0.1749 ha torpaq sahəsindən ibarətdir və həmin (0.1749 ha) torpaq sahəsi hissəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsini üçüncü şəxs Qalacıq Bələdiyyəsi və cavabdeh inzibati orqan mübahisələndirməmiş, məhkəmə aktlarından şikayət verməmişlər. Həmçinin həmin hissədə iddianın təmin olunması üçüncü şəxslər X42, X10, X7 maraqlarına toxunmur. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - “cavabdehin üzərinə JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçı və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədini verilməsi öhdəliyinin qoyulması” hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsi üçün yetərli hesab edilməlidir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli və qərar «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı:
Üçüncü şəxslər X42, X10 və X15 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2-1(116)-18/2020 nömrəli qərarı «JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən iddiaçıya və ailə üzvlərinə məxsus olan 0.28 ha torpaq sahəsi ilə üstüstə düşən 0.0198 ha hissədə ləğv edilməsi, İddiaçı və ailə üzvlərinin həmin (üst-üstə düşən 0.0198 ha) torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi» hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X14, X28 və X50, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, İsmayıllı rayon Qalacıq bələdiyyəsi, X42, X10, X15) “JN-044F kod 40711028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilməsi, JN-043F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin arxiv arayışına əsasən ona məxsus olan 0.28 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0198 ha hissədə ləğv edilməsi və 0.28 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası həmin hissədə rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov