Məhkəmə qərarları › İş №2-1(107)-18/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-18/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-18/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi və iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsindən 0,25 ha (25%) torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olması ilə əlaqədar reyestrdən çıxarışın alınması üçün DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə məcburetmə haqqında və öhdəliklərin icrası haqqında vəzifə qoyulmaqla həmin vəzifələrin icrasının cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin, Qax Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək, “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iş üzrə mütəxəssis xərci olaraq ödədiyi 406 manat pul məbləğinin cavabdehdən tutularaq özünə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.

7. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Qax rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin binalar tikilməsi üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılmasına və bunun əsasında Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə 0.25 ha torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olması faktı tanınmasına istinad edərək, A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd edilmiş, cəmi 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

8. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, "xxxx" X6 rayon Məhkəməsinə müraciəti zamanı Xidmətin 12 saylı Şəki Ərazi İdarəsi cavabdeh və maraqlı tərəf kimi prosesə cəlb edilməmiş və Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi icra edilməsi üçün ərazi idarəsinə göndərilməmişdir.

10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxs xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı məktubunda qeyd etmişdir ki, iddia olunan ərazi əvvəllər ünvan 1əxsus olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "xx.xx.2010-cu il tarixli “Qax şəhərinin İnzibati Ərazi bölgüsünə qismən dəyişikliklər edilməsi” haqqında sərəncamına əsasən həmin ərazi Qax şəhərinin inzibati ərazisinə daxil edilmişdir. Qaxingiloy Bələdiyyəsi ləğv edilərək Qaxbaş Bələdiyyəsinə birləşdirilmişdir. Bu səbəbdən 0.25 ha torpaq sahəsinin hansı əsasla "xxxx" Kiçik Müəssisəsinə verilməsi haqqında Qax Bələdiyyəsində heç bir məlumat yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 avqust 2022-ci il tarixli 2- 1(116)-145/2022 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi qərara alınaraq, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə “Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 saylı qətnaməsinə əsasən 0.25 ha torpaq sahəsi üzərində "xxxx" Kiçik Müəssisəsinin mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin “406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi”nin təmin edilməməsi qərara alınmışdır.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi və iddiaçı "xxxx" kiçik müəssisəsinin nümayəndəsi İddiaçı həmin qərardan apellyasiya şikayətləri vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax rayon Nizami adına kolxozun 1993-cü tarixli qərarından çıxarışın 2-ci bəndində həmin qərarın təsdiq edilməsi Qax Rayon Xalq Deputatları Sovetindən xahiş edilmişdir. Sözügedən torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinə verilməsi ilə bağlı Qax Rayon Xalq Deputatları Sovetinin təsdiqləyici heç bir qərarı yoxdur. Həmçinin, "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsinin Qax Rayon Məhkəməsinə müraciəti zamanı Qax Rayon Məhkəməsinin 19 sentyabr 2012-ci il 2(024)-301 saylı qətnaməsi ilə 0.25 ha torpaq sahəsinin "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır. Həmin qətnamədə Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarının iddia tələbinin “406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi”nin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarının iddia tələbinin “406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi”nin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Qax Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən görünür ki, ərizəçi "xxxx" Kiçik Müəssisəsinin ərizəsi təmin edilmiş, Qax rayon “Nizami” adına kolxozun 24 sentyabr 1993-cü il tarixli 05 saylı ümumi iclas qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə sahibkarlıq məqsədi ilə inzibati və digər binalar tikmək üçün verilmiş 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır. - Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubunda qeyd edilmişdir ki, qətnamə üzrə icra vərəqəsi aşkar edilməmişdir. - Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubundan görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. - cavabdehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə "xxxx" Kiçik Müəssisəsinə verilmiş 1000 kv.m torpaq sahəsi və 1500 kv.m torpaq sahəsi elektron məlumat bazasında sahibkarlıq məqsədilə Qax şəhərinin inzibati ərazi hüdudları daxilində Qax şəhərinin baş planına əsasən yaşayış ehtiyat ərazilərə aiddir. Torpaq sahələrinin istifadəçisi İddiaçıdur və onun istifadə etdiyi torpaq sahələrinin ölçüləri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahələrinin (1000 kv.m və 1500 kv.m) koordinatları iddiaçının faktiki olaraq iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.25 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəhərin Perspektiv İnkişaf fond torpaqlarına aid Qax Şəhər Bələdiyyəsinin mülkiyyətindədir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, mütəxəssis xərci olaraq iddiaçı tərəfindən 406 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına ödənilmişdir. - A415339 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1000 kv.m qeyd edilmişdir. - A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1500 kv.m qeyd edilmişdir. - "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsindən görünür ki, müəssisənin hüquqi şəxs olaraq nizamnaməsi təsisçilərin ümumi iclasında xx.xx.1992-ci il tarixli 01 saylı protokolla təsdiq edilmiş, Qax rayon İH-də xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. - "xxxx" Kiçik Müəssisəsinin uçota alınması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin arayışdan və kommersiya təşkilatlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, müəssisənin əsas fəaliyyət növü - heyvandarlığın inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, dövlət qeydiyyatına alınma tarixi – xx.xx.2002-ci il, qeydiyyat nömrəsi - U-9/100, yerləşdiyi ərazi - Qax rayonu Koroğlu küçəsi №4, eyniləşdirmə kodu - ******* qeyd edilmişdir. - Qax rayon İH-nin xx.xx.1992-ci il tarixli 179 №-li sərəncamından görünür ki, təsisçiləri İddiaçı, X3 və X4 olan geniş profilli "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi təsdiq olunmaqla qeydə alınması qərara alınmışdır. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi - İddiaçıdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Maddə 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

25. “Torpaq islahatı haqqında” haqqında Qanun:

Maddə 4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 8. Xüsusi mülkiyyətdə olan torpaqlar. Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər:

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: ... 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. 26 .“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun: 19-cu maddəsinə əsasən yerquruluşu işləri işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. 22-ci maddəsinin 2-ci abzasına əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən maliyyələşdirilir. İstinad olunan normalardan göründüyü kimi aparılan yerquruluşu işlərinin maliyyələşdirilməsi sifarişçilər tərəfindən həyata keçirildiyindən iddiaçının, ödədiyi vəsaitin cavabdehdən tələb edilməsi ilə bağlı tələbi əsassız olmuşdur.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə ərizəçi "xxxx" Kiçik Müəssisəsinin ərizəsi təmin edilmiş, Qax rayon “Nizami” adına kolxozun 24 sentyabr 1993-cü il tarixli 05 saylı ümumi iclas qərarı ilə "xxxx" Kiçik Müəssisəsinə sahibkarlıq məqsədi ilə inzibati və digər binalar tikmək üçün verilmiş 0.25 ha torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin mülkiyyətində olması faktı tanınmışdır. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-301/2012 nömrəli məktubuna əsasən, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə "xxxx" Kiçik Müəssisəsinə verilmiş 1000 kv.m torpaq sahəsi və 1500 kv.m torpaq sahəsi elektron məlumat bazasında sahibkarlıq məqsədilə Qax şəhərinin inzibati ərazi hüdudları daxilində Qax şəhərinin baş planına əsasən yaşayış ehtiyat ərazilərə aiddir. Torpaq sahələrinin istifadəçisi İddiaçıdur və onun istifadə etdiyi torpaq sahələrinin ölçüləri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. A415339 №-li və A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahələrinin (1000 kv.m və 1500 kv.m) koordinatları iddiaçının faktiki olaraq iddia etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan 0.25 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən Şəhərin Perspektiv İnkişaf fond torpaqlarına aid Qax Şəhər Bələdiyyəsinin mülkiyyətindədir. A415339 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1000 kv.m qeyd edilmişdir. A424261 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, müvafiq sənəd Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 nömrəli qətnaməsi əsasında tərtib edilmiş, hüquqi şəxsin adı – "xxxx" Kiçik Müəssisəsi, təyinat - sahibkarlıq məqsədi üçün, sahə 1500 kv.m qeyd edilmişdir. "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsindən görünür ki, müəssisənin hüquqi şəxs olaraq nizamnaməsi təsisçilərin ümumi iclasında xx.xx.1992-ci il tarixli 01 saylı protokolla təsdiq edilmiş, Qax rayon İH-də xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. "xxxx" Kiçik Müəssisəsinin uçota alınması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsinin arayışdan və kommersiya təşkilatlarının Dövlət reyestrindən çıxarışdan görünür ki, müəssisənin əsas fəaliyyət növü - heyvandarlığın inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, dövlət qeydiyyatına alınma tarixi – xx.xx.2002-ci il, qeydiyyat nömrəsi - U-9/100, yerləşdiyi ərazi - Qax rayonu Koroğlu küçəsi №4, eyniləşdirmə kodu - ******* qeyd edilmişdir. Qax rayon İH-nin xx.xx.1992-ci il tarixli 179 №li sərəncamından görünür ki, təsisçiləri İddiaçı, X3 və X4 olan geniş profilli "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi təsdiq olunmaqla qeydə alınması qərara alınmışdır. Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, "xxxx" Kiçik Müəssisəsi (VÖEN: **********) xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qanuni təmsilçisi - İddiaçıdur.

35. Göründüyü kimi, "xxxx" Kiçik Müəssisəsinin nizamnaməsi təsisçilərin ümumi iclasında xx.xx.1992-ci il tarixli 01 saylı protokolla təsdiq edilmiş və Qax rayon İH-də xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. 36.“Torpaq islahatı haqqında” haqqında Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən kiçik müəssisələr, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olaraq müəyyən etmişdir.

37. İddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktı Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə tanınmış və müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Qətnamənin məzmunundan görünür ki, məhkəmə sözgedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması faktını tanıyarkən, Qax rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən 0.25 ha torpaq sahəsinin binalar tikilməsi üçün "xxxx" Kiçik Müəssisəsinə ayrılmasına istinad etmişdir. Cavabdeh orqan sözügedən qətnamə qəbul edilərkən ərazi idarəsinin iş üzrə cəlb edilmədiyini bildirsə də, qətnamənin məzmunundan görünüdüyü kimi, DT və XK Qax rayon şöbəsi həmin mülki işdə maraqlı şəxs olaraq iştirak etmiş və nümayəndəsi vasitəsilə təmsil olunaraq ərizənin təmin olunmasına etiraz etməmişdir. Hazırkı iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsi, ləğv olunmuş DT və XK Qax rayon şöbəsinin hüquqi varisi olduğundan, məhkəmə kollegiyası cavabdeh orqanın Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi qəbul edilərkən iş üzrə tərəf qismində cəlb edilməməsi ilə bağlı dəlilini əsaslı hesab etmir.

38. Beləliklə, iddia olunan 0.25 ha torpaq sahəsinin, "xxxx" X10 rayon Nizami adına kolxozun xx.xx.1993-cü il tarixli ümumi iclas protokolundan çıxarışa əsasən ayrılması Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(024)-301 nömrəli qətnaməsi ilə müəyyən edildiyindən, iddiaçı torpaq islahatının subyekti olaraq, ayrılmış həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

39. Lakin, iddia tələbinin 406 manat mütəxəssis xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasinin tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2№-li Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri təsdiq edilmişdir.

40. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, mübahisə predmeti olan 0.25 ha torpaq sahəsinə dair iddiaçının adına Qax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(024)-301 saylı qətnaməsi mövcud olduğu halda, həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcuddur.

41. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

42. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi və iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 avqust 2022-ci il tarixli 2-1(116)-145/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar