Məhkəmə qərarları › İş №2-1(107)-180/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-180/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-180/2025 18.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2- 1(116)-567/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Şahin Cəfərov tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonunun keçmiş Orconokidze qəsəbəsində anadan olmuşdur. 1985-ci ilin may ayından 1987-ci ilin iyul ayına kimi keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. Daha sonra Erməni quldur dəstələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə qəsd etməsi və dinc əhaliyə divan tutması səbəbindən 1993-cü ilin noyabr ayında könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Qarabağa yollanmışdır. Həmin tarixdən cəbhənin Kəlbəcər istiqamətində döyüş əməliyyatlarına qoşulmuş, 02 fevral 1994-cü ildə Çiçəkli dağ uğrunda gedən döyüş əməliyyatlarında ağır şəkildə yaralandığından əsgər yoldaşları tərəfindən döyüş bölgəsindən çıxarılmışdır. 03 fevral 1994-cü ildə müalicə olunmaq üçün Gəncə şəhəri A.Səhhət adına xəstəxanaya göndərilmişdir. Həmin vaxt aldığı xəsarətlər “sağ saidin, sol boyunun dəlib keçən qəlpə yaraları, sol diz oynağının, sağ üzün dodağının, alının kor qəlpə yaraları, üzün çənəsinin sağ 1-4-cü dişlərinin travmatik qırılması” və sair olmuşdur. 29 aprel 1994-cü ilə kimi həmin xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdır. Bundan sonra müalicəsi ev şəraitində davam etdirilmişdir. İddiaçı 1994-cü ilin aprel ayında xəstəxanadan buraxılarkən aldığı yaralar tam sağalmamışdır. Həmin dövrdə vəziyyətin ağırlığı, həkim və tibbi ləvazimatların çatışmamazlığı səbəbindən yaralı əsgərlərdən vəziyyəti nisbətən yüngül olanları müalicəsinin ev şəraitində davam etdirilməsi üçün xəstəxanadan buraxılırdılar. Yoxlamalar nəticəsində iddiaçıya İİİ qrup əlillik təyin edilmişdir. Daha sonra iddiaçı hər il qanunvericiliyə uyğun olaraq müvafiq komissiyadan keçmişdir. Müayinələrdən sonra 2016cı ildə onun vəziyyəti daha da, ağırlaşdığından müvafiq hərbi həkim komissiyasının qərarı əsasında iddiaçının əllilik qrupu İİİ qrupdan İİ qrupa dəyişdirilmişdir. Daha sonra da, o müvafiq olaraq komissiyalardan keçməyə davam etmişdir. İddiaçıya döyüşlərdən sonra müvafiq olaraq əllilik vəsiqələri verilmişdir. Ancaq həmin dövrdə ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. 2023-cü ildə iddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdaifə Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş 16 iyun 2023-cü il tarixli, 4/3-5643 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-2366 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən sonra hərbi xidmətim barədə məlumat olmadığından iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-2366 nömrəli arxiv arayışına əsasən iddiaçının xx.xx.1994-cü il tarixindən hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən ‘Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2023-cü il tarixli 4/3-5643 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi–Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarı; -880694 saylı Əlillik vəsiqəsinin surəti. -Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu -Ə 006795 seriya nömrəli X7, Veteranları və X12 Birliyi tərəfindən verilmiş vəsiqə. -İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti. -N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 nömrəli əmrindən çıxarış: -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-28181/2024 nömrəli məktubuna əlavə edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-in xx.xx.2024cü il tarixli, 3-17- 4/3-1-12423/2024 nömrəli Qərarı.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 29 noyabr 2024-cü il tarixli 2- 1(116)-567/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi–Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarından görünür ki, iddiaçı xx.xx.1994-cü ildə aldığı yaralanma nəticəsində xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində Gəncə şəhəri A.Səhhət adına xəstəxanada müalicə olunmuşdur. -Həmçinin, sözügedən qərarda iddiaçının 230 saylı hərbi hospitala göndərilməsi, xx.xx.1994-cü ildə müalicə qurtardıqdan sonra hərbi hissəyə qayıtmaması, barəsində xx.xx.1999-cu ildə amnistiya qərarının tətbiq edildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarında iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı travma - diaqnoz: “sağ saidin, sol boyunun dəlib keçən qəlpə yaraları, sol diz oynağının, sağ üzün dodağının, alının kor qəlpə yaraları, üzün çənəsinin sağ 1-4-cü dişlərinin travmatik qırılması” qeyd edilmiş, “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydləri icra edilmişdir. -İşdə olan xx.xx.2024-cü il tarixli 3-17-4/2-28181/2024 nömrəli məktubuna əlavə edilmiş, Əlillik Altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixindən İİİ dərəcə əlilik təyin edilmişdir. Həmin əlilliyin diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarında göstərilən diaqnozla eynilik təşkil edir. İddiaçı xx.xx.2021-ci il tarixinədək müharibə əlili statusuna malik olmuşdur. Göründüyü kimi iddiaçının xx.xx.1994-cü ildə müalicə olunmaq üçün xəstəxanaya göndərilməsi, orada xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində müalicə alması, iddiaçının hərbi xidmət keçdiyi N №-li hərbi hissənin noyabr-dekabr 1993, yanvarfevral 1994-cü illərdə döyüş əməliyyatlarında iştirak etməsi, iddiaçıya döyüş zonasında hərbi xidmət keçərkən “sağ saidin, sol boyunun dəlib keçən qəlpə yaraları, sol diz oynağının, sağ üzün dodağının, alının kor qəlpə yaraları, üzün çənəsinin sağ 1-4-cü dişlərinin travmatik qırılması” diaqnozu qoyulması və həmin diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsi işin mübahisəsiz hallarıdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi və bununla bağlı travma alması mübahisə doğurmur. - İddiaçı barəsində qəbul edilmiş Tərtər hərbi prokurorluğunun “amnistiya tətbiq edilməklə cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.1999-cu il tarixli qərarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab olunduğundan, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna etmir. - İddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumat olmasa da, onun uzun müddət hospitalda müalicə olunması və müalicə olunduğu diaqnoza uyğun əlillik təyinatının aparılması iş materialları ilə sübut olunur. Belə olan halda, sağlamlıq imkanları hərbi xidmətini davam etdirməyə obyektiv səbəblərdən imkan verməyən iddiaçı barəsində ehtiyata buraxılma barədə əmrin verilməsi cavabdeh orqanın məsuliyyət sferasına daxil edilməli və bunun mənfi nəticələri iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçının hərbi xidmətə davam edə bilməməsinin səbəbi onun döyüş əməliyyatlarında almış olduğu travma ilə bağlı olmuşdur ki, bu da ona təyin edilmiş əlillik dərəcəsi və digər sənədlərlə sübut olunur. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş şəxsə qarşı ehitaya buraxılma barədə əmrin mövcudluğu tələbinin irəli sürülməsini ədalətli hesab etmir.

7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2-1(116)-567/2024 nömrəli qərarının ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2366 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 33 nömrəli əmri ilə İ.İ.İsmayılov hərbi hospitala müalicəyə getdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı müalicə müəssisəsindən xidmət yerinə qayıtmamış və bu səbəbdən onun N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmiş, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli 3-17-4/2-28181/2024 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək 3-cü dərəcəli əlil statusuna malik olmuşdur. Məhkəmə diaqnozların eyni olduğunu qeyd edərək iddiaçının həmin dövrdə müharibə əlili olması qənaətinə gəlmiş, həmçinin bu qənaətinə əsaslanaraq iddiaçının sağlamlıq imkanlarının hərbi xidmətini davam etdirməyə imkan vermədiyini təsbit etməklə barəsində ehtiyata buraxılma barədə əmrin cavabdeh orqanın məsuliyyət sferasına daxil etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-12423/2024 nömrəli qərarında İddiaçı tibbi vərəqəsində olan diaqnoz “Hər iki yuxarı və sol aşağı ətrafın qəlpə (1993) yaralanmasından sonrakı vəziyyət. Sol tərəfli C5, C6, C7 sinir kökçüklərinin postravmatik neyropatiyası. Sağ N Radialis neyropatiyas. Sol yuxarı ətrafın monoparezi, hərəki və hissi pozulmalar. Sol tərəfli L5-S1 postravmatik neyropatiyası və sol diz oynağın postravmatik artrozu nəticəsində sol aşağı ətrafın parezi ağrılı sindrom və dizin kontrakturası” onun barəsində tərtib edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarında göstərilən diaqnozla eynilik təşkil etməklə “Əlillik əlaməti təyin edilmir” barədə qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin iddiaçının sağlamlıq imkanlarının hərbi xidmətini davam etdirməyə imkan vermədiyini təsbit etməklə barəsində ehtiyata buraxılma barədə əmrin cavabdeh orqanın məsuliyyət sferasına daxil edilməli olduğunu qeyd etməsi ilə bağlı bildirilməlidir ki, yaralanmış və ya hər hansı xəstəlikdən əziyyət çəkən hərbi qulluqçular Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına təqdim edilməklə təyin edilmiş diaqnoz xidmətini davam etdirməyə imkan verməzsə barəsində hərbi xidmətə yararsız qərarı qəbul edilərək hərbi xidmətdən ehtiyata buraxılır. İddiaçı barəsində Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız qərarı qəbul edilmədiyindən sonuncu xidmətini davam etdirmək üçün xidmət yerinə qayıtmalı idi. Eyni diaqnozun Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-12423/2024 nömrəli qərarı ilə “Əlillik əlaməti təyin edilmir” kimi qiymətləndirilməsi iddiaçının sağlamlığında hərbi xidmətini davam etdirməyə imkan verməyən halların olmasını istisna edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində müəyyən olunmuş tələblər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq olunmaması qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-12423/2024 nömrəli qərarı ilə iddiaçının barəsində “Əlillik əlaməti təyin edilmir” qərarı qəbul edildiyindən, yuxarıda qeyd olunan qərarın 1-ci bəndinin Qeyd hissəsi ona şamil olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (iddiaçı X8) “cavabdeh Müdafiə Nazirliyinin şikayətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dair” xx.xx.2024-cü il tarixli 2-1(102)-182/2024 nömrəli Qərarının 37 və 38-ci bəndlərində göstərilmişdir ki, sözügedən Əsasnamənin 1-ci hissəsinə əsasən, həmin Əsasnamənin 1-ci hissəsi ilə müəyyən edilmiş qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uqrunda dövüs əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmus Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiva instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin qeyddə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin həmin dövrdə deyil, 2016-2021-cü illərdə müəvvən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Qanunun 3.3-cü maddəsinə əsasən, səxs müvafiq icra hakimiyyəti orqanı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən və həmin qərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona “müharibə veteranı’’ adının və verilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o 1-ci Qarabağ Müharibəsi iştirakçısıdır. Əvvəllər əlilliklə bağlı pensiya alsa da, hal-hazırda pensiyası kəsilib. Ona verilən suallara cavab olaraq bildirdi ki, müharibə zamanı qəlpə yaraları almışdır. O, Gəncə şəhərində yerləşən hospitalda müalicə olunmuşdur. O, Kəlbəcər rayonunda “Çiçəkli dağ” adlanan ərazidə yaralanmışdır. 2003-cü ildən 2021-ci ilədək əlilliyi olub. Hal-hazıda əliliyi yoxdur. Hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamışdır. O müalicə olunduqdan sonra bilmişdir ki, xidmət etdiyi N saylı hərbi hissə dağılıb. Hərbi-həkim komissiyasının rəyinə əsasən o hərbi travma almışdır. Xidmət etdiyi hərbi hissə dağıldığı üçün xidmət yerinə qayıtmamışdır. Fərariliklə bağlı barəsində cinayət işi olub, lakin amnistiya aktına əsasən cəza çəkməmişdir. Veteran adının verilməsi üçün müraciət etmişdir. Ona bildirmişlər ki, əgər əlillik verilirsə, veteran vəsiqəsi verilmir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. O 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1993-cü ildə yaralanmışdır. Başından travma almış, dizində və qollarında da qəlpə yaraları var. O 2003-cü ildə əlillik dərəcəsi almışdır. O müharibə zamanı qəlpə yaraları almışdır. Hərbi hospitalda yer olmadığı üçün o Gəncə şəhərində yerləşən xəstəxanada müalicə olunmuşdur. 2003-cü ildən 2021-ci ilədək əlilliyi olub. Hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamışdır. O müalicə olunduqdan sonra bilmişdir ki, xidmət etdiyi hərbi hissə dağılıb. Hərbi-həkim komissiyasının rəyinə əsasən o hərbi travma almışdır. Xidmət etdiyi hərbi hissə dağıldığı üçün xidmət yerinə qayıtmamışdır. Fərariliklə bağlı barəsində cinayət işi olub, lakin amnistiya aktına əsasən cəza çəkməmişdir.Veteran adının verilməsi üçün müraciət etmişdir. Müharibə zamanı qəlpə yaraları almışdır. O Gəncə şəhərində yerləşən hospitalda yer olmadığı üçün Abbas Səhhət adına xəstəxanada müalicə olunmuşdur. O Kəlbəcər rayonunda “Çiçəkli dağ” adlanan ərazidə yaralanmışdır. 2003-cü ildən 2021-ci ilədək əlilliyi olub. Hal-hazıda əlilliyi yoxdur. Müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmamışdır. O müalicə olunduqdan sonra bilmişdir ki, xidmət etdiyi N saylı hərbi hissə dağılıb. Hərbihəkim komissiyasının rəyinə əsasən o hərbi travma almışdır. Xidmət etdiyi hərbi hissə dağıldığı üçün xidmət yerinə qayıtmamışdır. Fərariliklə bağlı barəsində cinayət işi olub, lakin amnistiya aktına əsasən cəza çəkməmişdir. Veteran adının verilməsi üçün müraciət etmişdir. Ona bildirmişlər ki, əgər əlillik verilirsə, veteran vəsiqəsi verilmir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (9-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

27. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə İddiaçı müalicə müəssisəsindən xidmət yerinə qayıtmamış və bu səbəbdən onun N nömrəli hərbi hissədə xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmiş, habelə qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmamışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.

29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi–Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarından görünür ki,iddiaçı xx.xx.1994-cü ildə aldığı yaralanma nəticəsində xx.xx.1994-xx.xx.1994-cü il tarixlərində Gəncə şəhəri A.Səhhət adına xəstəxanada müalicə olunmuşdur. Həmçinin, sözügedən qərarda iddiaçının 230 saylı hərbi hospitala göndərilməsi, xx.xx.1994-cü ildə müalicə qurtardıqdan sonra hərbi hissəyə qayıtmaması, barəsində xx.xx.1999-cu ildə amnistiya qərarının tətbiq edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarında iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı travma - diaqnoz: “sağ saidin, sol boyunun dəlib keçən qəlpə yaraları, sol diz oynağının, sağ üzün dodağının, alının kor qəlpə yaraları, üzün çənəsinin sağ 1-4-cü dişlərinin travmatik qırılması” qeyd edilmiş, “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydləri icra edilmişdir.

30. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı, döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarda istinad olunan maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

31. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) 9-cu bəndinin müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində– Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

32. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər və mülki şəxslər də müharibə veteranı hesab edilirlər.

33. Apellyasiya şikayətinin digər dəlilinə görə, məhkəmənin iddiaçının sağlamlıq imkanlarının hərbi xidmətini davam etdirməyə imkan vermədiyini təsbit etməklə barəsində ehtiyata buraxılma barədə əmrin cavabdeh orqanın məsuliyyət sferasına daxil edilməli olduğunu qeyd etməsi ilə bağlı bildirilməlidir ki, yaralanmış və ya hər hansı xəstəlikdən əziyyət çəkən hərbi qulluqçular Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına təqdim edilməklə təyin edilmiş diaqnoz xidmətini davam etdirməyə imkan verməzsə barəsində hərbi xidmətə yararsız qərarı qəbul edilərək hərbi xidmətdən ehtiyata buraxılır. İddiaçı barəsində Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə yararsız qərarı qəbul edilmədiyindən sonuncu xidmətini davam etdirmək üçün xidmət yerinə qayıtmalı idi. Eyni diaqnozun Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-12423/2024 nömrəli qərarı ilə “Əlillik əlaməti təyin edilmir” kimi qiymətləndirilməsi iddiaçının sağlamlığında hərbi xidmətini davam etdirməyə imkan verməyən halların olmasını istisna edir.

34. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 3-17-4/2-28181/2024 nömrəli məktubuna əlavə edilmiş, Əlillik Altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2004-cü il tarixindən İİİ dərəcə əlilik təyin edilmişdir.Həmin əlilliyin diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 66 nömrəli qərarında göstərilən diaqnozla eynilik təşkil edir. İddiaçı barəsində qəbul edilmiş Tərtər hərbi prokurorluğunun “amnistiya tətbiq edilməklə cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.1999-cu il tarixli qərarına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs hesab olunduğundan, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna etmir. İddiaçının qanuni əsasla ehtiyata buraxılma barədə məlumat olmasa da, onun uzun müddət hospitalda müalicə olunması və müalicə olunduğu diaqnoza uyğun əlillik təyinatının aparılması iş materialları ilə sübut olunur. Belə olan halda, sağlamlıq imkanları hərbi xidmətini davam etdirməyə obyektiv səbəblərdən imkan verməyən iddiaçı barəsində ehtiyata buraxılma barədə əmrin verilməsi cavabdeh orqanın məsuliyyət sferasına daxil edilməli və bunun mənfi nəticələri iddiaçının ziyanına şərh edilməməlidir. Məhkəmə xüsusi ilə qeyd edir ki, iddiaçının hərbi xidmətə davam edə bilməməsinin səbəbi onun döyüş əməliyyatlarında almış olduğu travma ilə bağlı olmuşdur ki, bu da ona təyin edilmiş əlillik dərəcəsi və digər sənədlərlə sübut olunur. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik təyin edilmiş şəxsə qarşı ehitaya buraxılma barədə əmrin mövcudluğu tələbinin irəli sürülməsini ədalətli hesab etmir.

35. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli 2- 1(116)-567/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar