Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-182/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili həmçinin, nümayəndəsi X16 iştiraklı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarından üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Yevlax Rayon XDS İK-in 15.02.1991-ci il tarixli 34 nömrəli qərarına əsasən, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Torpaq islahatı zamanı Yevlax Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra RAİK) 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakini X18 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş və onun adına 29.11.1999-cu il tarixli JN-511 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 6637,13 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax RAİK-in 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakinləri X11, X15, X19, X20 və X12 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş və onların adına 29.11.1999-cu il tarixli JN-0510 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 11801,54 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. X29 29.01.2014-cü ildə vəfat etmişdir. X11, X15, X19, X20 və X21 ümumi mülkiyyətlərində olan və JN-0510 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini 11.01.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında X1. Həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə 23.01.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə 27.01.2015-ci ildə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir. X4 09.12.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"ləri əsasında müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. İddiaçı həmin 2,0907 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 16.01.2019-cu il tarixli məktubla bundan imtina etmiş və bildirmişdir ki, həmin torpaq sahəsi JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən 15.11.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2,0907 ha torpaq sahəsi ilə üstüstə düşür. Bundan başqa, X2 JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında alqı-satqı yolu ilə əldə etdiyi 2,0907 ha torpaq sahəsi elektron baza xəritəsində mövcud deyil. Bu səbəblərə görə torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" verilməsi mümkün deyil. Bununla bərabər, X18 adına olan JN-511 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin 2,0907 ha və 0,6637 ha hissələrinə X18 mülkiyyət hüququ 15.11.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onun adına müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Eyni zamanda, X18 adına 2,0907 ha torpaq sahəsi ilə bağlı 13.11.2015-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehə qarşı "JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsi, AN-İ seriyalı ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"sinə əsasən 2,0907 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bundan sonra X18 adına 15.11.2015-ci ildə qeydiyyata alınmış 2,0907 ha torpaq sahəsi ilə bağlı 04.03.2019-cu ildə onun qızı Yusifova Tacımahal Xosrov qızının adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 2,0907 ha torpaq sahəsi ilə bağlı Yusifova Tacımahal Xosrov qızının adına 07.03.2019-cu ildə "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. X5 miras qalmış 0,6637 ha və 2,0907 ha torpaq sahələrinə Yusifova Tacımahal Xosrov qızının mülkiyyət hüququ 11.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və 04.03.2019-cu il tarixli etirazında iddiaçıya göndərdiyi imtina məktubunun dəlillərinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı da iddianı qəbul etməmiş və yazılı etirazında bildirmişdir ki, onun mərhum anası X29 "Səbael" kəndli (fermer) təsərrüfatının üzvü olaraq, torpaq islahatı zamanı həmin təsərrüfatın istifadəsində olan ərazidən 2,75 ha torpaq payı almışdır. Həmin torpaq sahəsi Yevlax RAİK-in 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı ilə verilmiş, həmin qərar isə ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Belə olan halda, Dövlət aktının ləğv edilməsinə yol verilə bilməz. Bundan başqa, iddiaçının özünü mülkiyyətçisi hesab etdiyi torpaq sahəsi cavabdehin elektron baza məlumatlarında əks edilmir və həmin torpaq sahəsinə dair JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında yoxdur. Birinci instansiya məhkəməsinin iclasında izahat verən üçüncü şəxsin vəkili Vəkil izahatında əlavə olaraq bildirmişdir ki, "Səbael" kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsi həmin təsərrüfatın üzvləri arasında bölüşdürülmüş və mərhum X22 2,75 ha torpaq payı verilmişdir. Bu, "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun baş vermişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Yevlax Rayon XDS İK-in 15.02.1991-ci il tarixli 34 nömrəli qərarından görünür ki, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. JN seriyalı 511 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Yevlax RAİK-in 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən, Yevlax rayon Malbinəsi kənd sakini X18 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş, həmin torpaq sahəsi 6637,13 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrıayrı hissədən ibarətdir. JN seriyalı 0510 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın surətindən görünür ki, Yevlax RAİK-in 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən, Yevlax rayon Malbinəsi kənd sakinləri X11, X15, X19, X20 və X12 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş, həmin torpaq sahəsi 11801,54 kv.m. və 20906,62 kv.m. olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 05.03.2019-cu il tarixli arayışından görünür ki, X29 29.01.2014-cü ildə vəfat etmişdir. 11.01.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi"ndən görünür ki, X11, X15, X19, X20 və X21 ümumi mülkiyyətlərində olan və JN seriyalı 0510 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini X1. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə 23.01.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə 27.01.2015-ci ildə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 09.12.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"lərindən görünür ki, X4 müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, X18 adına olan JN seriyalı 511 nömrəli (kod ********) "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsinin 2,0907 ha və 0,6637 ha hissələrinə onun mülkiyyət hüququ 15.11.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 13.11.2015-ci il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd X18 adına 2,0907 ha torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. 04.03.2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"dən görünür ki, mərhum X18 vərəsəsi onun qızı Yusifova Tacımahal Xosrov qızıdır. 07.03.2019-cu il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"ndən görünür ki, həmin sənəd 2,0907 ha torpaq sahəsi ilə bağlı Yusifova Tacımahal Xosrov qızının adına tərtib edilmişdir. ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lardan görünür ki, X5 miras qalmış 0,6637 ha və 2,0907 ha torpaq sahələrinə Yusifova Tacımahal Xosrov qızının mülkiyyət hüququ 11.03.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, JN-511 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi, həmin hissədə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin DƏDRX-in 17 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı məhkəmə kollegiyasına 27 yanvar 2020-ci il tarixli yazılı vəsatət verərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilməsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə müvafiq mütəxəssis rəyinin tərtib edilərək Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi vəzifəsi qoyulmuş, rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03 mart 2020-ci il tarixli 155 nömrəli rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş ekspertizаnın аpаrılmаsı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 avqust 2020ci il tarixli 243 nömrəli ekspert rəyi məhkəmə kollegiyasına daxil olmuş, Şəki Apelyasiya Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03 mart 2020-ci il tarixli 155 nömrəli rəyindən görünür ki, “Yevlax rayonu Malbinəsi kəndi Malbinəsı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında 1,18 ha, JN-511 A nömrəli KOD 90108018 Dövlət Aktında isə 2.09 ha torpaq sahələrinin yerləşdiyi ərazi və hər iki torpaq sahələri arasından keçən suvarma arxının olduğu göstərilmişdir. JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə Yevlax rayonu Malbinəsı kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-510 nömrəli torpaq sahəsinin ölçüləri və yerləşmə sxemi arasında uyğunsuzluqlar vardır. Yəni JN-510 nömrəli KOD 90108018 olan Dövlət Aktında torpaq sahəsi 3.27 ha olmaqla iki hissədə, birinci hissədə 1.18 ha, ikinci hissədə JN-510A nömrə ilə 2.09 ha göstərilmişdir. Lakin Malbinəsi kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-510 nömrəli torpaq sahəsi yalnız bir yerdə 1.18 ha torpaq sahəsi kimi göstərilmişdir.” “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 avqust 2020-ci il tarixli 243 nömrəli ekspert rəyindən görünür ki, “JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin İslahat kadastr məlumat bazasında, X6 qeydiyyatı aparılmamıışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin islahat kadastr məlumat bazasında və eləcə də X6 qeydiyyatı olduğundan ekspertiza baxışında iddiaçı və üçüncü şəxsin iştirakı ilə özlərinin göstərdiyi eyni mübahisəli torpaq sahəsi JN-511 nömrəli Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən üçüncü şəxs olan Yusifova Tacımahal Xosrov qızının adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Bu səbəbdən islahat kadastr məlumat bazasında qeyd olunan sənədlər üzrə üst-üstə düşmə halı mövcud deyildir.Rəyə plan sxem və baxış aktı əlavə olunur.” Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı həmin qərardan kаssаsiyа şikаyəti vermişdir. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün 30 oktyabt 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2021ci il tarixli qərarı ilə üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 24 sentyabr 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının hazırki iclasında iştirak edən İddiaçı bildirdi ki, ona məxsus 1.18 ha və 2.09 ha torpaq sahələri bir-birinin yanında yerləşir. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızına məxsus torpaq sahəsi onun torpaq sahəsində 7 km aralıda yerləşir. O və onun vəkili həmçinin, nümayəndəsi X24 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)- 443/2019 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı və onun vəkili Vəkil məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişdir. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı məhkəmə iclasına teleqaram göndərərək üzürülü səbəbdən məhkəmə iclasında iştırak edə bilməyəcəyini və məhkəmə iclasına təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının 21 may 2021-ci il tarixli iclasında iştirak edən üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)- 443/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdilər. Əsaslandırma hissəsi Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)- 443/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03 fevral 2021-ci il tarixli, 2-1(102)-129/2021 nömrəli qərarında qeyd edir ki, iddiaçının iddia tələbinə dair dəqiqləşmə barədə ərizə təqdim olunsa da birinci instansiya məhkəməsinin Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun müvafiq qərardad çıxarılmaması halına apellyasiya instansiya tərəfindən qiymət verilməmişdir. Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda göstərilən qanun normalarına uyğun olaraq məhkəmə kollegiyası hazırki məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin qəbul edilməsinə dair qərar qəbul etdi. Azərbaycan Respublikası Ali Məhkəməsı İnzibati Kollegiyası 03 fevral 2021-ci il tarixli, 2-1(102)-129/2021 nömrəli qərarında qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsinin X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2.0907 ha torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə sonuncuya məxsus çıxarışın həmin hissədə ləğvini tələb edir. İşin araşdırılan hallarından görünür ki, həm iddiaçıya, həm də üçüncü şəxsə məxsus olması iddia edilən torpaq sahələri Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı ilə ayrılmışdır. Lakin iş materiallarında həmin qərar əlavə edilməmiş, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən isə yalnız Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xİdmətinə sorğu edilərək sözügedən qərar tələb edilmiş, sonuncu tərəfindən isə arxivdə qərarın aşkar olunmadığı bildirilmişdir. Halbuki, formalaşmış məhkəmə təcrübəsinə əsasən aqrar islahat komissiyalarının hüquqi varisləri yerli icra hakimiyyətləri hesab olunurlar. Bu baxımdan müvafiq sorğu yerli icra hakimiyyətinə, o cümlədən dövlət arxivinə ünvanlanmalı olduğu halda, aşağı instansiya məhkəmələri bunu etməmiş və bununla da İPM-nin 12-ci maddəsindən irəli gələn işin araşdırılması prinsipinin tələblərini pozmuşlar. Belə ki, apellyasiya məhkəməsi JN-511 nömrəli dövlət aktının mötəbərliliyinə şübhə yarandığını qeyd etsə də, şübhənin aradan qaldırılmasına yönəlmiş zəruri araşdırma aparmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarı şübhələrə görə deyil, dəqiq müəyyən olunmuş hallara və onları təsdiq edən sübutlara əsaslanmaqla çıxarılmalıdır. Bu mənada sözügedən şübhəni aradan qaldırmanın ən doğru yolu dövlət aktının əsaslandığı AİK-nın qərarını əldə edib tədqiq etmək olmuşdur. Ona görə də, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı əldə edilməli və tədqiq edilməlidir. Faktiki olaraq, məhkəmə həmin qərarı tədqiq etmədən ayrılmış torpaq sahəsinin ölçüsü ilə bağlı məsələni ehtimallar əsasında həll etmişdir. Dövlət aktı hüquqmüəyyənedici sənəd kimi AİK qərarına əsasən verildiyindən torpaq sahəsinin ayrılıb-ayrılmadığı, eləcə də hansı ölçüdə ayrıldığı məsələsinə yalnız AİK qərarını tədqiq etməklə düzgün qiymət vermək olar. AİK qərarı tədqiq olunduqdan sonra isə iddiaçı özünün hüquqi marağının müdafiəsini iki istiqamətdən biri üzərində qura bilər- AİK qərarının özünü və ya onun düzgün icra olunmamasını mübahisələndirmək. Torpaq sahəsinin üst-üstə düşməsi halı ilə bağlı məsələ də sonadək dəqiq aydınlaşdırılmamışdır. Belə ki, iş materiallarında olan cavabdehin Şəki İnzibati-İqtisadi Məhkəməsinə 27.03.2019-cu il tarixdə ünvanladığı məktubda H.Allahverdiyevaya forma 1 arayışı verilərkən Dövlət aktı öz hüquqi qüvvəsini saxladığı və elektron məlumat bazasında əks olunduğu üçün yerində inventarlaşdırma işlərinin aparılmadığı qeyd edilmişdir (İ cild: iş v. 68). Bundan əlavə, ekspert rəyində qeyd edilmişdir ki, JN-510 kod 90108018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının plan hissəsində qeyd edilən 510A nömrəli 20906.62 kv.m. torpaq sahəsi İslahat kadastr məlumat bazasında kompleks yer quruluşu xəritəsində qeydiyyatı yoxdur. Digər tərəfdən Mingəçevir Layihə-Tədqiqat İdarəsinin verdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-510 nömrəli KOD 90101018 olan Dövlət Aktında göstərilən torpaq sahəsi ilə Yevlax rayonu Malbinəsi kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində göstərilən JN-510 nömrəli torpaq sahəsinin ölçüləri və yerləşmə sxemi arasında uyğunsuzluq vardır. Yəni, JN-510 nömrəli kod 90108018 olan Dövlət Aktında torpaq sahəsi 3.27 ha olmaqla iki hissədə, birinci hissədə 1.18 ha, ikinci hissədə JN-510A nömrə ilə 2.09 ha göstərilmişdir. Lakin Malbinəsi kəndi Malbinəsi təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində JN-510 nömrəli torpaq sahəsi yalnız bir yerdə 1.18 ha torpaq sahəsi kimi göstərilmişdir (İİ cild: i.v.59-60). Göründüyü kimi qeyd olunan sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar var. Odur ki, bununla bağlı ziddiyyətli hallar aradan qaldırılmalı, cavabdehin əsas dəlilinin bununla bağlı olduğu nəzərə alınmaqla torpaq sahəsinin həm hüquq müəyyənedici sənədlər, həm də faktiki olaraq üst-üstə düşüb-düşmədiyi aydınlaşdırılmalıdır. Digər tərəfdən torpaq sahələrinin faktiki olaraq (iddiaçıya və üçüncü şəxsə məxsus sənədlər nəzərə alınmaqla) üst-üstə düşməsi halı müəyyən olunduqda isə, torpaq sahəsinin qanuni əsaslarla kimə məxsus olması halı dəqiq müəyyən edilməli, bu baxımdan isə, yuxarıda qeyd edildiyi kimi, iş üzrə əhəmiyyətli sənədlər toplanmalı, işin hallarına işdəki sübutlar əsasında hərtərəfli qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının göstərişlərinə uyğun olaraq Yevlax şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası X26 rayon şöbəsinə sorğular edilmiş və Yevlax şəhər İcra Hakimiyyəti sorğuya cavab vermişdir ki, Yevlax rayonunun Malbinəsi kənd sakini X22 2.75 ha torpaq sahəsi verilməsi barədə Yevlax rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 24 avqust tarixli, 424 saylı qərarının möhürlə təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı Yevlax şəhər İcra Hakimiyyətinə ünvanladığınız 20 aprel 2021 -ci il tarixli 2-1(107)- 182/2021 nömrəli məktubunuzla bağlı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası X26 filialına müraciət olunmuşdur. X26 filialı arxivdə X22 2.75 ha torpaq sahəsi verilməsini təsdiq edən sənədlərin olmadığını bildirmişdir. Azərbaycan Respublikası X26 rayon şöbəsi sorğuya cavab vermişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Yevlax filialının rəhbərliyi 20 aprel 2021-ci il tarixli 2-1(107)-182/2021 saylı məktublara cavab olaraq bildirmişdir ki, X27 mühafizə olunan Yevlax rayon Malbinəsi kənd İƏV üzrə nümayəndəliyin 1996-2000-ci illərə dair sənəd materiallarını izlədik, X30ma pay torpağının verilməsi haqqında heç bir sənəd tapılmamışdir. Beləliklə, məhkəmə kollegiyası Yevlax rayon Malbinəsi kənd sakini X22 2.75 ha torpaq sahəsinin verilməsi barədə Yevlax rayon A/K-nın 1998-ci il 24 avqust tarixli, 424 saylı qərarın əldə etmək mümkün olmadığından tərəflərin mübahisələndirilən torpaq sahələri barədə qeyd edilən qərar əsasında araşdırma aparmaq mümkün olmadı. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya apellyasiya instansiyasının məhkəmə baxışı zamanı əldə edilən digər sübutlara qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yevlax Rayon XDS İK-in 15.02.1991-ci il tarixli 34 nömrəli qərarına əsasən, rayonun "Kommunist" kolxozunun səmərəsiz istifadə olunan 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Torpaq islahatı zamanı Yevlax Rayon Aqrar İslahat Komissiyasının 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakini X18 mülkiyyətinə 2,75 ha torpaq payı verilmiş və onun adına 29.11.1999-cu il tarixli JN-511 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 6637,13 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. Yevlax RAİK-in 24.08.1998-ci il tarixli 424 nömrəli qərarına istinadən, Yevlax rayon Malbinəsi kənd sakinləri X7, X8, X13, X14, X12 ümumi mülkiyyətinə 3,27 ha torpaq payı verilmiş və onların adına 29.11.1999cu il tarixli JN-0510 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" tərtib edilmişdir. Həmin sənədə görə, torpaq sahəsi 11801,54 kv.m və 20906,62 kv.m olmaqla 2 ayrı-ayrı hissədən ibarətdir. X29 29.01.2014-cü ildə vəfat etmişdir. X11, X15, X19, X20 və X21 ümumi mülkiyyətlərində olan və JN-0510 kod 90108018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 3,27 ha torpaq sahəsini 11.01.2015-ci il tarixli "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi" əsasında X1. Həmin 3,27 ha torpaq sahəsinin 1,1802 ha hissəsinə 23.01.2015-ci ildə, qalan 2,0907 ha hissəsinə isə 27.01.2015-ci ildə X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"lar verilmişdir. X4 notariat qaydada bağlanmış 09.12.2018-ci il tarixli ******* nömrəli və eyni tarixli ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilə"ləri əsasında müvafiq olaraq 1,1802 ha və 2,0907 ha torpaq sahələrini İddiaçı satmışdır. İddiaçı həmin 2,0907 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 16.01.2019-cu il tarixli məktubla bundan imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçı DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, işdən görünür ki, mübahisə 2,0907 ha torpaq sahəsi ilə bağlıdır. Eyni torpaq sahəsi torpaq islahatı zamanı həm X18 adına olan JN-511 nömrəli, həm də X7 və ailə üzvlərinin adına olan JN-0510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"larında nəzərdə tutulmuşdur. Hər iki "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda torpaq sahələrinin Yevlax RAİK-ın 24.08.1998-ci il tarixli 424 nömrəli qərarı əsasında verildiyi göstərildiyinə görə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək həmin qərar tələb olunmuş, lakin Xidmətin 18.03.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, həmin Xidmətin, eləcə də onun tabeliyində olan "xxxx" MMC-nin arxivlərində bu qərar aşkar edilməmişdir. İş üzrə tərəflər və üçüncü şəxs də həmin qərarı məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Yevlax RAİK-in qərarında hər hansı müddəanın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsinin qənaətinə görə, məhkəmə təcrübəsində RAİK-ın qərarında mülkiyyətinə torpaq sahələri verilən şəxslərin adlarının sadalanması hallarına rast gəlinməmişdir. Bundan başqa, hazırkı iddiada mərhum X18, ümumiyyətlə, torpaq payı almaq hüququ deyil, ona verilmiş torpaq payının yalnız ölçüsü mübahisələndirilir. Belə olan halda, Yevlax RAİK-in həmin qərarı ləğv edilmədən, dəyişdirilmədən, yaxud etibarsız sayılmadan, JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın ləğv edilməsinə yol verilməməsi haqqında üçüncü şəxsin dəlili əsaslı deyildir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 1-ci hissəsində deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüququ olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Maddənin 3-cü hissəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə görə, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Qanunun 13-cü maddəsinə əsasən, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Yuxarıda sadalanan normaların birgə təhlilindən görünür ki, "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatlarının təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər də kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər olmuşlar. Torpaq paylarının ölçüsü kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilmiş, hər bir subyektə düşən orta torpaq payının ölçüsü isə kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilmişdir. "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatlarının torpaq sahələrinin müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara daxil edilmiş, həmin təsərrüfatların torpaq sahələri torpaq payından az olduqda isə onlara əlavə torpaq verilmişdir. Deməli, kolxozun ərazisində yaradılmış kəndli (fermer) təsərrüfatlarının təsisçilərinə və üzvlərinə də digər kolxoz üzvləri üçün nəzərdə tutulmuş ölçüdə torpaq pay normasının verilməsi nəzərdə tutulmuşdur. Qanunda onlara digər subyektlərə nisbətən artıq torpaq sahəsi verilməsi barədə müddəa yoxdur. İş materiallarından görünür ki, JN-510 nömrəli Dövlət Aktında 5 nəfər subyektə (X11 və ailə üzvləri ) birlikdə cəmi 3,27 ha, JN-511 nömrəli Dövlət Aktında isə yalnız 1 nəfər subyektə (mərhum X29) 2,75 ha torpaq payı verilməsi göstərilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək, Yevlax rayon Malbinəsi kəndində torpaq islahatı zamanı tərtib edilmiş torpaq payı veriləcək subyektlərin siyahısından X22 aid hissədən çıxarış tələb edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.03.2019-cu il tarixli məktubu birinci instansiya məhkəməsinə göndərilmiş və məktubda qeyd olunmuşdur ki, "Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Malbinəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Malbinəsi kəndində yaşayan, torpaq islahatı ilə əlaqədar Malbinəsi kollektiv təsərrüfatından torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda 1831-ci sırada X18 adı göstərilsə də, həmin adın qarşısında onun mülkiyyətinə verilən torpaq sahəsinin ölçüsü göstərilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə, Yevlax Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası X26 filialına və Yevlax Rayon Malbinəsi Bələdiyyəsinə sorğular edilərək, Malbinəsi kəndində torpaq islahatı aparılan zaman hər bir subyektə verilməli olan torpaq payının norması barədə məlumat tələb olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 25.09.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, elektron məlumat bazasında Yevlax rayon Malbinəsi kəndinin özəlləşdirilən torpaqlarında hər bir subyektə düşən torpaq payı norması barədə hər hansı məlumat aşkarlanmadı. Məktubda əlavə olaraq bildirilmişdir ki, orta pay norması özəlləşəcək torpaq sahələrinə münasibətdə şərti sahələr (fiziki sahə x torpağın bonitet balı) üzrə hesablanır. Sonradan hər bir parselin keyfiyyət göstəricisi (bonitet balı) nəzərə alınmaqla, mülkiyyətçiyə ayrılacaq torpağın fiziki sahəsi hesablanır. Bu səbəbdən hər bir mülkiyyətçiyə ayrılmış torpaq normaları fiziki sahələrə görə müxtəlif olsa da, şərti sahələrə görə bərabər olur. Yevlax Şəhər İcra Hakimiyyəti 20.09.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, Yevlax rayonu Malbinəsi kollektiv təsərrüfatında (keçmiş "Kommunist" kolxozunda) torpaq islahatı aparılan zaman "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, torpaq payları təsərrüfatın özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq 0,65 ha, 0,73 ha və 0,80 ha müəyyən edilmiş və dövlət aktları əsasında naturada vətəndaşlara təhkim olunmuşdur. Azərbaycan Respublikası X26 filialı 11.09.2019-cu il tarixli məktubunda sorğu edilən məsələ ilə bağlı məlumat tapılmadığını bildirmişdir. Yevlax Rayon Malbinəsi Bələdiyyəsi isə 03.09.2019-cu il tarixli arayışında bildirmişdir ki, aqrar islahat zamanı Malbinəsi kəndi ərazisində torpağın əkinə yararlılıq göstəricisinə əsasən pay torpaqlarının adambaşına bölgüsü minimum 0,60 ha-dan maksimum 0,81 hadək olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yevlax rayon Malbinəsi kəndində hər bir subyektin mülkiyyətinə verilmiş torpaq sahəsi 0,60 ha - 0,81 ha arasında olmuşdur. Belə olan halda, mərhum X22 2,75 ha ölçüdə torpaq payının verilməsi əsaslı sayıla bilməz. Məhkəmə bu qənaətə gəldi ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsi JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın yalnız 511 nömrəli planşetində göstərilən 0,663713 ha torpaq sahəsidir. Bu rəqəm yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur. X35 511A planşetində göstərilən 2,090662 ha torpaq sahəsi isə torpaq payı normasından qatqat artıq olduğuna görə onun mülkiyyətinə verilə bilməzdi. Eyni zamanda, JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət akt"ında göstərilən 3,27 ha torpaq sahəsini mülkiyyətçilərin sayına (5 nəfər) böldükdə hər birinə 0,654 ha düşür ki, bu da yuxarıda göstərilən arayışlarla müəyyən edilən normaya uyğundur. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızının vəkili Vəkil mərhum X22 verilmiş torpaq payının digər subyektlərə verilmiş paylardan qat-qat artıq olmasını belə izah etmişdir ki, "Səbael" kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsi islahat zamanı "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həmin təsərrüfatın üzvləri arasında bölüşdürülmüş və bu səbəbdən də mərhum X22 torpaq payı 2,75 ha verilmişdir. Üçüncü şəxsin apellyasiya şikayətində də həmin hal qabardılmışdır. Lakin məhkəmə kollegiyası bununla razılaşmır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 15.05.1992ci ildən 31.05.2002-ci ilədək qüvvədə olmuş "Kəndli (fermer) təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində deyilirdi ki, kəndli təsərrüfatı təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər. Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları soveti tərəfindən pulsuz verilir. Göründüyü kimi, həmin norma tamamilə başqa bir hüquq münasibətinə aiddir və kəndli (fermer) təsərrüfatı təşkil etmək istəyən vətəndaşların öz mülkiyyətinə torpaq sahəsi ala bilmək hüququnu ehtiva edir. Hazırkı işdə isə "Torpaq islahatı haqqında" Qanun qüvvəyə mindiyi günədək kolxozun torpaqlarında yaradılmış kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsindən bəhs edilir. Bu özəlləşdirmənin "Torpaq islahatı haqqında" Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş qaydası yuxarıda ətraflı şərh edilmişdir. Həmin norma kəndli (fermer) təsərrüfatı üzvlərinin də digər subyektlərlə bərabər ölçüdə torpaq payı almaq hüququnu təsbit etmişdir. Həmçinin, qeyd edilməlidir ki, "Səbael" adlı kəndli (fermer) təsərrüfatının üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə Yevlax Rayon XDS-nin qərarı yoxdur. Yevlax Rayon XDS İK-in işdə olan 15.02.1991-ci il tarixli 34 nömrəli qərarı 52 ha torpaq sahəsində "Səbael" adlı kəndli (fermer) təsərrüfatının yaradılması və əsasnaməsinin qeydiyyatdan keçirilməsindənibarədədir. Üçüncü şəxsin növbəti dəlili budur ki, iddiaçının istinad etdiyi JN-510 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" adlı siyahıda və şəhadətnamələrin qeydiyyatı kitabında yoxdur. Lakin bu dəlil də toplanmış sübutlarla təkzib olundu. Belə ki, əvvəla, məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək alınmış "Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Malbinəsi inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Malbinəsi kəndində yaşayan, torpaq islahatı ilə əlaqədar Malbinəsi kollektiv təsərrüfatından torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı"nda 18261830-cu sıralarda X7, X9, X13, X14 və X12 adları göstərilmişdir. Bundan başqa, cavabdehə sorğu edilərək alınmış "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qeydiyyat kitabı"ndan çıxarışda 510-cu sırada X7, 511-ci sırada isə X18 adları qeyd olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi bu qərara gəlmişdir ki, iddiaçı "JN-511 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 2,0907 ha hissədə ləğv edilməsi və həmin hissədə öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Qeyd olunmalıdır ki, JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın (X11 və ailə üzvlərinə aid olan) bütün rekvizitləri doldurulub və sonuncu səhifə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin və Dövlət Yerquruluşu və Layihə İnstitunun imzası və möhürü ilə təsdiq edilmişdir. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın (X22 aid olan) birinci səhifəsi ümumiyyətlə doldurulmayıb, sonuncu səhifəsində isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax Rayon şöbəsinin möhürü və rəhbər şəxsin imzası icra edilməmişdir. Bütün bunlar JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın mötəbərliyinə şübhə yaradan hallardır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 iyul 2020-ci il tarixli 2(107)-31/2020 nömrəli qərardadı ilə inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir, ekspertin qarşısında JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın planşet nömrəsi 510 A, sahəsi 20906,62 m2 olan torpaq sahəsi ilə JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın planşet nömrəsi 511 A, sahəsi 20906,62 m2 olan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. Məhkəmə tikinti-texniki ekspertizаsının 07 avqust 2020-ci il tarixli 243 nömrəli ekspert rəyində göstərilmişdir ki, “JN-510 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 510 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin İslahat kadastr məlumat bazasında, X6 qeydiyyatı aparılmamıışdır. Lakin JN-511 nömrəli KOD 90108018 olan “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın plan hissəsində qeyd edilən 511 A nömrəli, sahəsi 20906,62 m2 göstərilən torpaq sahəsinin islahat kadastr məlumat bazasında və eləcə də X6 qeydiyyatı olduğundan ekspertiza baxışında iddiaçı və üçüncü şəxsin iştirakı ilə özlərinin göstərdiyi eyni mübahisəli torpaq sahəsi JN-511 nömrəli Dövlət Aktı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən üçüncü şəxs olan Yusifova Tacımahal Xosrov qızının adına RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Bu səbəbdən islahat kadastr məlumat bazasında qeyd olunan sənədlər üzrə üst-üstə düşmə halı mövcud deyildir.” Məhkəmə kollegiyası ekspert rəyi ilə razılaşmır. Belə ki, X7 və ailə üzvlərinin ümumi mülkiyyətlərinə 3,27 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması, ö cümlədən bununla bağlı onların adına JN-0510 nömrəli kod 90108018 olan "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi hazırda baxılan mübahisə üzrə kifayət qədər araşdırılaraq bununla bağlı həm birinci instansiya məhkəməsinin qərarında, həm də kollegiyanın qərarında əsaslandırma aparılmışdır. İPM-in 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası 07 avqust 2020-ci il tarixli 243 nömrəli ekspert rəyində qeyd edilənlərlə razılaşmır və həmin rəyi mötəbər sübut kimi qəbul etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bundan başqa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanmış, cavabdeh inzibati orqan həmin əsasların mövcud olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmin əsaslar mövcud olmadığı halda iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərilən halların mövcudluğu barədə nə birinci instansiya məhkəməsinə, nə də məhkəmə kollegiyasına sübut təqdim edə bilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı qanuni və əsaslıdır. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızının apellyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızının məhkəmə kollegiyasına ünvanlanan 27 yanvar 2020-ci il tarixli yazılı vəsatəti əsasında təyin edilmişdir. İPM-in 110.4-cü maddəsinə görə, yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. Məhkəmə tikinti-texniki ekspertizası tədqiqаtının dəyəri 300 (üç yüz) mаnаt təşkil edir. Məhkəmə kollegiyаsına görə, Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 110.4-cü mаddəsinə uyğun olаrаq, həmin məbləğ üçüncü şəxs Tacımahal Yusifovaya аid edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbаycаn Respublikаsı İnzibati Prosessuаl Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(84)-443/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə məhkəmənin 02 iyul 2020-ci il tarixli tikinti-texniki ekspertizası xərci olan 300 (üç yüz) manat üçüncü şəxs Yusifova Tacımahal Xosrov qızından tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (SFİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ53AİİB**********04********) köçürülsün. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-182/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-182/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver