Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-182/2022 29.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə (3-cü şəxs: X12) qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibati iş üzrə (Açar sözlər: mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, İddiaçı, üçüncü şəxs: X4 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X12) “cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları. 1.İddiaçı (AA 0314703) xx xxxxxx 1955-ci il tarixində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Üçüncü şəxs X12 oğlu (AA0705697; FİN 291GFVF) 8 avqust 1986-cı il tarixində Bakı şəhərində doğulmuşdur. O, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır.
3. X22 Filialının xx.xx.2018-ci il tarixli, 1436 nömrəli arxiv çıxarışına əsasən Şəki şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli 03 saylı iclasında “Vətəndaşların fərdi mənzil tikintisi haqqında” mənzil tikintisi ilə əlaqədar ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X18 İcraiyyə Komitəsi Şəki şəhəri 25-ci rayon H.Sultanov küçəsi 11 nömrəli evdə yaşayan İddiaçı həyətində mətbəxt və hamam tikməyə icazə verilməsini qərara almışdır.
4. X22 Filialının xx.xx.2018-ci il tarixli 1436 nömrəli arxiv arayışına əsasən Şəki Təsərrüfatlararası cins mal-qara müəssisəsinə təhvil verilmiş, xx.xx.1975-ci il Qışlaq kənd “Kirov” adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq kitabı”na əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0,10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0,01 ha olması qeyd edilmişdir.
5. MH seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi X6 paylı mülkiyyətindədir.
6. “Qaytanlanmış torpaq kitabı”nın surətinə əsasən kitabda 338-ci sırada İddiaçı adı qeyd edilmiş, həyətyanı torpaq sahəsinin 0,10 ha olması, yaşayış məntəqəsində kənarda torpaq sahəsinin 0,01 ha olması qeyd edilmişdir.
7. 9922/4488 nömrəli, sentyabr 1987-ci il tarixli “Qeydəalma vəsiqəsi”nin surətinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X6 mülkiyyətindədir.
8. xx.xx.2007-ci il tarixdə tərtib edilmiş 11759 inventar nömrəli “daşınmaz əmlakın texniki pasportu”nun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə üçüncü şəxs X4 mülkiyyətindədir. Sənəddə “xüsusi qeydlər” hissəsində xx.xx.2006-cı il tarixli **********54-10301 saylı çıxarışa əsasən 249,4 kv.m zəbt torpaq sahəsinin olduğu qeyd edilmişdir.
9. xx.xx.2006-cı ildə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətinə əsasən Vartaşen rayon Xalq Məhkəməsinin 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsi, həmçinin 9922/4488 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən Şəki şəhər, M.Cabbarov küçəsində yerləşən 23 nömrəli fərdi yaşayış evi X6 mükliyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 2, ümumi sahəsinin 138,9 olduğu qeyd edilir. Həmçinin sənədin “torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsinin 300, əslində 549,4, tikili altı sahənin 128, həyət örtüyünün 421,4 olması qeyd edilir.
10. 10864 inventar nömrəli, sentyabr 2001-ci il tarixdə tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nun təsdiq edilmiş surətinə əsasən 25ci rayon, H.Sultanov küçəsi 11 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Sənəddə evin yaşayış otaqlarının sayı 3, ümumi sahəsinin 162,60 kv.m olması qeyd edilmişdir. Sənəddə həmçinin “Torpaq sahəsinin şərhi” hissəsində sənəd üzrə torpaq sahəsi qeyd edilməmiş, faktiki torpaq sahəsinin 538,0 olması, tikililər altı sahənin 391,25 olması, həyət örtüyünün 146,75 olması qeyd edilir.
11. MH seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54 kv.m yaşayış, 108.6 kv.m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə iş üzrə üçüncü şəxs X4, 1/2 hissədə İddiaçı mülkiyyətindədir.
12. xx.xx.2006-cı il tarixli “Müqavilə”nin təsdiq edilmiş surətinə əsasən ünvan 7 ünvanında yaşayan X17 ona məxsus ünvan 8anında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsini nəvəsi X7 bağışlamışdır. 12. 9922/4488 nömrəli “Torpaq qeydi” sənədinin təsdiq edilmiş surətinə əsasən 25- ci rayon, H.Sultanov küçəsi ev 27 ünvanında yerləşən ümumi 600 kv.m torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X6 paylı mülkiyyətindədir.
13. xx.xx.1974-cü il tarixli “Dəyişmə müqaviləsi”nin təsdiq edilmiş surətinə əsasən Şəki şəhəri, S.Soltanov küçəsi 27 nömrəli evdə yaşayan X3 şəxsi mülkiyyət hüququ əsasında ona məxsus olan Şəki şəhəri, H.Sultanov küçəsi 27-də yerləşən ümumi binanın ikidə bir hissəsini ünvan 9 nömrəli evdə yaşayan İddiaçı məxsus olan ünvan 9 ünvanında yerləşən bir mərtəbə, bir seyvan və iki yaşayış otaağından ibarət evə dəyişmişdir.
14. Vartaşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 nömrəli qətnaməsinin təsdiq edilmiş surətinə əsasən həmin qətnamə ilə Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindəki zal otaq 30 kv.m, qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə verilmiş, Digər divar tərəfdən bir otaq 26 kv.m, qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m, qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır.
15. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qətnaməsinə əsasən həmin qətnamə ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X5 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) İddiaçı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) X7 qarşı «torpağın naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki rayon Məhkəməsinin inzibatı binasında açıq məhkəmə iclasında baxılmış, ilk iddia qismən təmin edilmiş, ünvan 10 ünvanda yerləşən X8 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X5 adına verilmiş 06 iyul 2007-cı ıl tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsi, X5 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X13 və İddiaçı mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X9 məxsus fərdi yaşayış evinin həyətinə baxan «A» literlı yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bır) ədəd pəncərənin bağlanılması qət edilmiş, ilk iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 10 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan şimaldan 1370 cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilmişdir.
16. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-7/2020 nömrəli qərardadından görünür ki, qarşılıqlı iddia ərizəsinin “ünvan 10 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi” hissəsinə xitam verilmişdir.
17. İddiaçı hesab edir ki, Şəki şəhəri, M.Cabbarov küçəsi, ev 11 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ona qanuni əsaslarla verilmiş və həmin torpaq sahəsində inşa edilmiş tikililər qanunvericiliyə uyğun olaraq inşa edilmiş, bu səbəbdən də iddiaçı torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikililərə daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.
18. Cavabdehin 05 fevral 2020-ci il tarixli **********99 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir, qeyd olunanları nəzərə alaraq, fərdi yaşayış evini 0,1 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.
19. İkinci apellyasiya icraatı zamanı əldə edilmiş ; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********68 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı Abduləwəl oğlunun iddia etdiyi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə həmin torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 10/5063 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizı Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Abduləwəl oğlunun iddia etdiyi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə həmin torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının atası və anasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olub və onlar arasında nikah pozulduqdan sonra Vartaşen (indiki Oğuz) rayon xalq məhkəməsinin 17 aprel 1973-cü il tarixli 2-28 nömrəli qətnaməsinə əsasən iddiaçının atası X3 ilə anası X16 arasında aparılan əmlak bölgüsü zamanı iddiaçının atası X2 düşən əmlak payı olmuşdur. Sonradan iddiaçıya məxsus ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən iddiaçı tərəfindən atası X2 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1/2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0,10 ha torpaq sahəsi həyətyanı sahə kimi iddiaçıya verilmişdir. Bunu Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı”da təsdiq edir. Belə ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı”nda iddiaçının qanuni istifadəsində 0,10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X22 Filialından verilmiş 30 noyabr 2018-ci il tarixli 1436 nömrəli Arxiv arayışında da qeyd edilmişdir ki, Şəki Təsərrüfatlararası cins mal qara müəssisəsinə təhvil verilmiş 01 yanvar 1975-ci il Qışlaq kənd Kirov adına kolxoz tərəfindən tərtib edilmiş “Qaytanlanmış torpaq” kitabına əsasən 338-ci sırada İddiaçı torpağının cəmi 0,10, o cümlədən yaşayış məntəqəsindən kənarda 0,01 olması qeyd edilmişdir. Bundan sonra, iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində mətbəx, hamam və otaq inşa etdirmişdir. İddiaçı 0,10 ha torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrinin tələblərinə cavab vermir. Bu səbəblə fərdi yaşayış evinin 0,1 ha torpaq sahəsi ilə birgə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir.
22. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, M.Cabbarov küçəsi, 11 saylı fərdi yaşayış evinə dair aşağıdakı məlumatlar mövcuddur: - X1 adına xx.xx.1972-ci il tarixdə 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - Varteşen rayon Xalq Məhkəməsinin xx.xx.1973-cü il tarixli, 2-28 saylı qətnaməsi ilə bir hissə X10 verilmiş, xx.xx.1974-cü il tarixdə X3 və X11 adına 9972/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı İddiaçı ilə dəyişdirilmiş (29 və 27 saylı evlə), İddiaçı və X6 adına xx.xx.1974-cü il tarixli 9922/4788 saylı torpaq qeydi verilmişdir (torpaq sahəsi 600 kv.m); - Sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X6 adına qeydəalma vəsiqəsi verilmişdir; - Sentyabr 2001-ci il tarixdə İddiaçı Əbduləvvəl oğlunun adına 10864 inventar nömrəli texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə göstərilməmiş, faktiki 538 kv.m göstərilmişdir); - xx.xx.2006-cı il tarixdə X6 adına 11753 saylı texniki pasport verilmişdir (torpaq sahəsi sənəd üzrə 300 kv.m, faktiki 549 kv.m göstərilmişdir); - xx.xx.2006-cı il tarixdə 1/2 hissə İddiaçı Əbduləvvəl oğlu və 1/2 hissə X6 adına ********* qeydiyyat nömrəli çıxarış verilmişdir; - xx.xx.2006-cı il tarixli, 4Ə- 1/133 saylı bağışlama müqaviləsi ilə X16 öz payını X7 bağışlamış, 1/2 hissə X4 və 1/2 hissə İddiaçı Əbduləvvəl oğlunun adına olmaqla ********* qeydiyyat nömrəli çıxarış verilmişdir (torpaq sahəsi 600 kv.m, X12 tərəfdə 300 kv.m, qanuni 238 kv.m zəbt, cəmi 538 kv.m, İddiaçı tərəfdə 300 kv.m qanuni, 238 kv.m zəbt, cəmi 538 kv.m); - İddiaçı tərəfə aid hissə xx.xx.2006-cı il tarixli, ********* saylı qeydiyyat nömrəsi ilə "xxxx" ASC-də yüklüdür. Vətəndaşın təqdim etdiyi 30 noyabr 2018-ci il tarixli, 1430 saylı arxiv çıxarışında “Qaytanlanmış torpaq” kitabına istinad olunduğundan və “Qaytanlanmış torpaq” kitabından çıxarış Fərmanda öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, vətəndaşın müraciətində qeydiyyata alınmalı 0.03 ha torpaq sahəsinin üzərində Şəki XDS-in 1986-cı və 1989-cu il tarixli qərarları əsasında 1990-cı ildə qeyri-yaşayış binasının inşa edildiyinin göstərilməsi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinin tələblərinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olması və Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 498 saylı Fərmanına əsasən fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin dövlət torpaq sahəsi olması sözügedən torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi qeydiyyata alınmasını mümkünsüz etmişdir
23. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-424/2021 nömrəli qərardadı ilə X12 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
24. Üçüncü şəxs iddia tələbinə dair etirazında qeyd etmişdir ki, hal-hazırda iddiaçının İnzibati Məhkəməyə müraciətinin əsas məqsədi R.Mahmudovun Şəki Rayon Məhəməsinə verdiyi və İddiaçı qanunsuz tikililərinin sökülməyinə nail olduğu qərarı ləngitmək və söküntünü gecikdirməkdir. O, 2007-ci ildən, yəni Məmməd Cabbarov ev 23-ə sahib olduğu gündən bu yana İddiaçıla mübarizə aparır. Üçüncü şəxs 2007-ci ildən İddiaçı qanunsuz tikililərlə bağlı onun mülkiyyət hüququnu pozmamağa çağırsa da, bu barədə dəfələrlə xəbərdarlıqlar etsə də, İddiaçı R.Mahmudovun Şəkidə yaşamamağından istifadə edərək qanunsuz tikililərə davam etmişdir. Nəhayət R.Mahmudov məcbur qalaraq 2017-ci ildə Şəki rayon Məhkəməsinə “qanunsuz tikililərin sökülməsi və tikilidə olan pəncərələrin bağlanılması”na dair iddia vermiş və onun iddia tələbi qismən təmin edilmişdir. Şəki rayon Məhkəməsi 07 yanvar 2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsində ünvan 10 ünvanda yerləşən X7 məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə İddiaçı məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54- 10301 reyestr nömrəli texniki pasportla göstərilmiş literli yaşayış evindən çöl darvazayadək olan hissəsinin sökülməsini, X4 adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən X12 və İddiaçı tərəfindən inşa edilmiş çay daşından olan hasarda X7 məxsus fərdi yaşayış evinin həyətinə baxan literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 01 (bir) ədəd pəncərənin bağlanmasını qət etmişdir.
25. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Qaytanlanmış torpaq” kitabından çıxarış öz əksini tapmadığından, həmçinin qeydiyyata alınmalı torpaq sahəsinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş yerləşmə sxemi təqdim edilmədiyindən vətəndaşın müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
27. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
28. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli 2-1(107)-448/2021 nömrəli qərarı ilə (sədrlik edən: R.Rəfiyev, hakimlər: E.Hüsynov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 424/2021 saylı, 8 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
29. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(102)-616/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)- 448/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin dəlilləri
30. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, verilmiş mütəxəssis və ekspert rəyi ilə razı deyil. İş materiallarında olan çıxarışlar həqiqəti əks etdirmir, RX həmin sənədləri saxtalaşdırıb vermişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsini, iddiasının təmin olunmasını xahiş edir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X12 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair həm onun, həm də iddiaçının payına dair çıxarış verilib və həmin çıxarışlar qüvvədədir. Bir torpağa neçə dəfə sənəd verilməlidir?. İddiaçının əsas fikri bu işləri süni şəkildə uzatmaqdır. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir.
34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz. əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli, xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununu 2.3-cü bəndində dəyişiklik edilməsi barədə.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(102)-616/2022 nömrəli qərarı ilə iddiaçının kasasiya şikayətini təmin edib işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərərəkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir.
38. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.
40. Bu halda xüsusilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırki vəziyyətdə işə baxarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir.
41. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
42. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).
43. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
44. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 2-1(102)-616/2022 nömrəli qərarında qeyd edilmiş göstərişləri, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd etdiyi göstərişlərdən biri birinci apellyasiya icraatı zamanı məhkəmənin “Qatlanmış torpaq kitabı”ndan və “Torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış” anlayışlarının fərqli cür məna verməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, burada mahiyyətcə hər hansı bir fərq yoxdur. Yəni, apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələni qabardaraq ona tənqidi yanaşması yanlış olmuşdur.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd etdiyi göstərişlərini nəzərə alan kollegiya “Qatlanmış torpaq kitabı”nda göstərilmiş torpaq sahəsinin koordinatlarını müəyyən etmək, həmçinin iş materiallarında olan bağlı xx.xx.2006-cı il tarixli, ******* MH seriya nömrəli çıxarış və xx.xx.2006-cı il tarixli, ******* MH seriyalı çıxarışla eyni ərzi olubolmamasını müəyyən etmək məqsədilə 25 iyul 2022-ci il tarixli, 2-1(107)-182/2022 nömrəli qərardadla məhkəmə tikinti-texniki ekspertizası təyin edərək işin hərtətrəfli obyektiv həllinə çalışmışdır.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli, 10/5063 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizı Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Abduləwəl oğlunun iddia etdiyi “Qaytanlanmış torpaq kitabında” göstərilən 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə sxemi qeyd olunmadığına görə həmin torpaq sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
48. Bundan əlavə kollegiya tərəfindən iş materiallarının 1-ci cildinin 10-cu və 41-ci səhifələrində olan Şəki şəhəri Məmməd Cabbarov küçəsində yerləşən 0.0538 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına verilmiş xx.xx.2006-cı il tarixli, ******* seriya MH nömrəli çıxarış, həmçinin X4 adına verilmiş 0.06 ha torpaq sahəsi ilə bağlı xx.xx.2006-cı il tarixli, ******* MH seriyalı çıxarışlar tərəflərin iştirakı ilə müzakirə edilmiş, həmin çıxarışların mübahisəli əraziyə aidiyyəti olub-olmaması aydınlaşdırılmışdır.
49. Kollegiyanın araşdırması zamanı həm iddiaçı, həm də cavabdeh qeyd olunan çıxarışların hazırda qüvvədə olduğunu təsdiq etsə də, iddiaçı tərəf sözügedən çıxarışların DƏDRX tərəfindən düzgün tərtib edilmədiyini və qeyri-qanuni olduğunu bildirmişdir. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı həmin çıxarışların qeyri-qanuni olmasını əsaslandıra bilməmiş, tələbini özünün formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır.
50. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanunsuz olması əhəmiyyət kəsb etmir.
51. Göründüyü kimi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
52. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.
53. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
54. Göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********99 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etsə də işin hərtərəfli araşdırması zamanı tələbin əsaslılığı sübuta yetirilməmişdir.
55. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir.
56. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
Nəticəvi hissə
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-424/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Ayaz Mahmudov