Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-182/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı ”cavabdehin 10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin mübahisələndirilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə” iddia ərizəsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəyə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-1704/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ”cavabdehin 10/734-k nömrəli, xx.xx.2021ci il tarixli əmrinin mübahisələndirilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-13868/2023 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 mart 2024-cü il tarixli 2- 1(116)-1704/2024 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və iddia mümkün sayılmamışdır.
4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
5. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-1704/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
7. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının: 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
13. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
14. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Baş Prokurorunun 10/734-k nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsinə nail olmaqdır. Sözügedən əmrdən görünür ki, iddiaçı prokurorluq orqanlarından xaric edilmişdir.
15. Hazırkı tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır.
16. İddia ərizəsində iddiaçı prokurorluq orqanlarından xaric edilməsi barədə əmrdən məlumatı olmadığını bildirmiş, buraxılmış müddətin bərpa edilməsini və həmin əmrin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir.
17. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, sabiq prokurorluq əməkdaşı İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2008-ci il tarixli, 11/213-k nömrəli əmri ilə prokurorluq orqanlarında işə qəbul olunaraq xx.xx.2009-cu il tarixədək Tərtər hərbi prokurorunun köməkçisi vəzifəsi üzrə stajor, xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək Tərtər hərbi prokurorunun sınaq müddəti ilə köməkçisi, xx.xx.2010-cu il tarixdə prokurorluqda daimi qulluğa qəbul olunaraq xx.xx.2021-ci il tarixədək Tərtər hərbi prokurorunun köməkçisi vəzifəsində işləmişdir.
18. Prokurorluq orqanlarında qulluq keçdiyi müddət ərzində İddiaçı həvəsləndirilməmiş, icraatında olan cinayət işləri və materiallar üzrə qanunvericiliyin tələblərini pozaraq süründürməçiliyə yol verməsi və digər kobud pozuntular törətməsi ilə əlaqədar Respublika Hərbi prokurorunun xx.xx.2018-ci il tarixli 29 nömrəli və xx.xx.2019cu il tarixli 63 nömrəli əmrləri ilə ona şiddətli töhmət elan edilmişdir.
19. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2021-ci il tarixli, 10/734-k nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci, “Prokurorluq haqqında“ Azərbaycan Respublikası Qanununun 33-cü və “Azərbaycan Respublikası Prokurorluğu X2 Kodeksinin, həmçinin “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında“ Təlimatın tələblərini pozaraq prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməklə prokurorluğun nüfuzuna xələl gətirdiyinə, prokurorluq orqanlarında formalaşdırılmış əmək intizamı ilə bağlı qaydaların tələblərinə riayət etmədiyinə, həmçinin eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmadığına görə intizam qaydasında prokurorluq orqanlarından xaric edilmişdir.
20. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
21. Belə ki, mübahisələndirilən 10/734-k nömrəli əmr xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İddia ərizəsində mübahisələndirilən əmrin iddiaçıya göndərilməməsi və yalnız Azərbaycan Respublikasının Milli Məclisinə ünvanlanan müraciətdən sonra həmin əmrin surətinin təqdim edildiyi qeyd olunmuşdur.
22. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun əmri ilə prokurorluq orqanlarından xaric edilmişdir. Yəni, iddiaçı artıq həmin tarixdən işdə hesab edilməmiş və faktiki olaraq əmək funksiyalarının icrası ilə məşğul deyildi (cavabdeh tərəfindən prokurorluq orqanlarından xaric edilmə barədə əmrin qəbul edilməsinə baxmayaraq, 2023-cü ilin mart ayınadək işlədiyi halda bununla bağlı əsaslanmanın təqdim edilməsi iddiaçıya təklif olunmuşdur). Mübahisələndirilən əmrlə iddiaçının tanış edilməsi (təqdim edilməsi) Azərbaycan Respublikasının Baş Prokurorluğunun vəzifəsi olsa da, hər bir halda iddiaçının xx.xx.2021ci il tarixdən 2023-cü ilin mart ayınadək işdən azad edilməsindən məlumatsız olması ağlabatan görünmür.
23. İddiaçı əmrin surətinin verilməsi ilə bağlı cavabdehə yox, Azərbaycan Respublikasının Milli Məclisinə isə 2023-cü ildə müraciət etmişdir. Müraciətin edilməsi üçün iddiaçının 2023-cü ilədək gözləməsinin səbəbləri də, iddia ərizəsində əsaslandırılmamışdır.
24. İddiaçının müraciəti əsasında Azərbaycanda Rus İcmasının nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş, mübahisələndirilən əmrin surətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə poçt vasitəsilə iddiaçıya göndərilməsi təmin edilmişdir. İş materiallarında iddiaçının həmin əmrin surətinin daha əvvəl əldə edilməsi üçün cəhd etməsinə dair hər hansı sübut mövcud deyil.
25. Hər bir halda prokurorluq orqanlarından xaric edilməsi artıq 2021-ci ilin sonundan iddiaçıya məlum idi. Hazırkı iddia ərizəsi iddiaçının işdən azad olunduğu tarixdən 1 il 8 ay müddət keçdikdən sonra - xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Məhz hansı əsasla və hansı tarixli əmrlə xaric edilməyini öyrənmək üçün 1 il 3 ay sonra Milli Məclisə müracət etməklə əmrin surətinin əldə edilməsi buraxılmış müddətin bərpası üçün yetərli sayıla bilməz.
26. Odur ki, müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutlar təqdim etmədir. Belə ki, müddətə riayət olunmasını sübut etmək vəzifəsi ona riayət etməli olan şəxsin üzərinə düşür.
27. Hazırkı halda isə müddətin buraxılmasının qarşısıalınmaz hallarla, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olmasına dair sübutların təqdim edilməməsi ilə bərabər, müddətə əməl olunmasına mane olan halların hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəlki 15 gün ərzində aradan qalxması da, əsaslandırılmamış və müvafiq sübutlar təqdim edilməmişdir.
28. İzah olunmuşdur ki, qeyd olunan sübutlar təqdim edilmədiyi halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi İPM-nin 24.4-cü maddəsinin tələblərinə ziddir. Bu isə müddətin bərpasına dair ərizənin və cavabdehin mübahisələndirilən əmrinin ləğvi barədə iddia ərizəsinin mümkün sayılmaması üçün əsasdır.
29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.
30. Odur ki, müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətinin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və buraxılmış prosessual müddətin İPM-in 24.2-ci maddəsində qeyd olunmuş hallarla bağlı olmasına dair sübutların iş üzrə keçiriləcək məhkəmə iclasınadək təqdim etməsi təklif olunmuşdur. Lakin, ötən müddət ərzində tələb edilən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmiş, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.
31. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni və iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)- 1704/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2-1(116)-1704/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.