Məhkəmə qərarları › İş №2-1(107)-183/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-183/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-183/2020 19.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli cavab məktubunun rədd edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)- 472/2020 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.N975-ci il tarixdə Ucar rayonunda anadan olmuşdur. xx.xx.N994-cü il tarixdə Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılmış, N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissəyə gətirilmiş xx xxxxxx N994-cü il tarixdə N90 nömrəli hərbi hissəyə keçirilmişdir. Sonra isə N90 nömrəli hərbi hissəyə keçirilmişdir. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibədə atıcı olmuşdur. xx xxxxxxx N997-ci il tarixdə hərbi xidmətdən qanuni qaydada tərxis edilmişdir. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair hərbi biletində qeyd edilib buna dair sənədlər var ki, iddiasına əlavə etmişdir. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı sənədi ala bilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilmiş cavab məktubunda qeyd edilmişdir ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməsinə və ya təqsirləndirici material olmasına dair məlumat müəyyən edilməmişdir" bu fakt onun Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini təsdiq edir. Sənədlərdə bütün bunlar qeyd edilmişdir. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli imtina məktubu göndərilmişdir. İmtina məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya daxil olmuş ərizəsinə cavab olaraq bildirir ki, "N90 və N nömrəli hərbi hissədə xidməti Atəşkəs dövrünə (xx.xx.N994-cü il) təsadüf etdiyinə görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir”. Bu cavab məktubu sübut edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N9-cu il tarixli cavab məktubu əsassızdır, qeyri-qanunidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N9-cu il tarixli cavab məktubunu qeyri-qanuni hesab etmiş və aşağıda qeyd olunanlara əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasının cavab məktubu əsassız hesab edilməli və ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Belə ki, o, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək üçün xx.xx.N994-cü il tarixdə hərbi xidmətə aparılmış, ancaq, atəşkəs xx.xx.N994-cü il tarixdə elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi qanunvericiliyə görə hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil olma, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərtilə) mümkündür. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Cavabdeh inzibati orqan xx.xx.20N9-cu il tarixli N/C-5N34 nömrəli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilir ki, "Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-5235 nömrəli arayışına əsasən N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına, N90 və N nömrəli hərbi hissələrdə xidməti atəşkəs dövrünə (xx.xx.N994-cü il) təsadüf etdiyinə görə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Cavabdeh inzibati orqan xx.xx.2020-ci il tarixli NN/2NN nömrəli məktubla iddiaya münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.N994-cü ildə N nömrəli hərbi hissədə xidmətə başlandığını, xx.xx.N994-cü ildə N nömrəli hərbi hissəyə gətirildiyini, xx xxxxxx N994-cü ildə N90 nömrəli hərbi hissəyə keçirildiyini, döyüşlərdə iştirak etdiyini, xx xxxxxxx N997-ci ildə hərbi xidmətdən tərxis olunduğunu göstərir və məhkəmədən ona müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. İddiaçının xidmət etdiyi N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmamışlar və döyüş əməliyyatları aparmış hərbi hissələrin siyahısında yoxdurlar. N90 nömrəli hərbi hissə xx xxxxxx N993-cü ildən xx xxx N994-cü ilə kimi döyüş əməliyyatları aparmışdır. Ancaq, iddiaçı xx xxxxxx N994-cü ildə, yəni atəşkəs barədə razılıq əldə edildikdən sonra N90 nömrəli hərbi hissəyə köçürülmüşdür. Hərbi hissə xx xxx N994-cü ildən sonra döyüş əməliyyatları aparmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı verilir. Hərbi hissə döyüş əməliyyatları aparmadığından, iddiaçı isə bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət yaralanma, travma, kontuziya) almadığından ona müharibə veteranı adı verilə bilməz. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli 2- N(NN6)-472/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsassızdır. Çünki həmin məhkəmə qərarında iddia tələbinin əsassız olmasında dair heç bir dəlil subut yoxdur. Onun təqdim etdiyi sənədlər konkret və mötəbər sübut hesab edilməlidir. Çünki Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsinitəsdiq edən sənədləri birinci məhkəmə instansiyasına təqdim etmişdir.Ancaq cavabdeh tərəf heç bir sübut dəlil təqdim edə bilməmişdir. Hətta birinci instansiya məhkəməsinin iclasında iştirak belə etməmişdir.Buna baxmayaraq birinci instansiya məhkəməsicavabdehin mövqeyini açıq-aşkar müdafiə edib qanunsuzluğa yol vermişdir. Onun təqdim etdiyi sübutlara isə heç bir qiymət verilməmişdir.Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının döyüşlərdə iştirak etməsi sübut olunmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.Bu fakt təsdiq etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin mövqeyini açıq-aşkar müdafiə edib ədalətsiz qanunsuz və əsassız qərar çıxarmışdır. O, xx.xx.N994-cü il tarixdə Ucar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə aparılmışdır.N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N994-cü il tarixdə N nömrəli hərbi hissəyə gətirilmişdir.xx xxxxxx N994-cü il tarixdə N90 nömrəli hərbi hissəyə keçirilmişdir.Sonra isə N90 nömrəli hərbi hissəyə keçirilmişdir.Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Müharibədə atıcı olmuşdur. xx xxxxxxx N997-ci il tarixdə hərbi xidmətdən qanuni qaydada tərxis edilmişdir.Bütün bunlar hərbi biletində qeyd edilmiş, həmçinin, bunu təsdiq edən onunla döyüşlərdə birgə iştirak etmiş şahidlər vardır.Bütün bu konkret və mötəbər sübutlarına birinci instansiya məhkəməsiaraşdırmada qiymət verməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)-472/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)-472/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: Onlara AZE seriyalı ******** nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli N/C-5N34 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli NN/2NN nömrəli iddiaya münasibəti və xx.xx.2020-ci il tarixli N/C- N66 nömrəli məktub, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli 9/2-2N7 nömrəli, xx.xx.2020-ci il tarixli NN/N63 nömrəli, xx.xx.2020-ci il tarixli N/C-N054 nömrəli və xx.xx.2020-ci il tarixli NN/42N nömrəli məktubları, Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli NN9-NN7N- N220 nömrəli məktubu, SHXÇDX-nin Ucar Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in N5.N-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in N5.2 və N5.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)-472/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və N.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.N-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatla birlikdə qiymətləndirərək hesab edir ki, iddia mümkün olsa da əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin iddia tələbini təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9NN-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi),əvvəllər ehtiyata və ya istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. İş materiallarında Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli N/C-N66 nömrəli məktubuna əsasən, xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına əsasən N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etməyib, N90 nömrəli hərbi hissə xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək, N nömrəli hərbi hissə xx.xx.N992-ci il tarixindən xx.xx.N994-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı isə xx xxxxxx N994-cü ildə, yəni atəşkəs barədə razılıq əldə edildikdən sonra N90 nömrəli hərbi hissəyə köçürülmüşdür Bununla bağlı “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 20NN-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N997-ci il 20 may tarixli 53 nömrəli qərarı; N99N, № 5, maddə 35N; N999, № 9, maddə 55N; 200N, № 2, maddə NN6; 2002, № N0, maddə 635; 2003, № 6, maddə 342; 2004, № N0, maddə N7N; 2006, № 7, maddə 64N, №NN, maddə 993; 2007, № 5, maddə 544; 200N, № 6, maddə 5N4; 20N0, № N2, maddə NNN6; 20N5, № 5, maddə 66N; 20N6, № 9, maddə N5N5, № NN, maddə N926; 20N7, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərinə əsaslanaraq kollegiya belə qənaətə gəlir ki, iddiaçının döyüşlərdə iştirak etməsisübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun: - 24.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 6N.N-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 6N.2-ci maddəsinə əsasən, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, İddiaçımüharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina barədəAzərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İPM-in N7.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın imtinası qeyri-qanuni hesab edilərək, ona müharibə veteranı adı vəsiqəsinin verilməsindən imtina olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli cavab məktubunun rədd edilməsi və müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N, 69, N7.6, N9, 90.N və 94.N-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-N(NN6)-472/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən N ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar