Məhkəmə qərarları › İş №2-1(107)-183/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-183/2023

01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-183/2023 01.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “borclu X2 məxsus İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-436/2020 saylı xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-9/2017 saylı və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-551/2020 saylı qərardadına əsasən adına naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2-1(116)-1796/2022 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “borclu X2 məxsus İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-436/2020 saylı xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-9/2017 saylı və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-551/2020 saylı qərardadına əsasən adına naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım barədə məktub ünvanlanaraq izah olunmuşdur ki, cavabdehin müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubu imtina məktubu deyil, qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunacağı təqdirdə sözügedən 0,13 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydadada baxılacağı barədə məlumat xarakterli məktubdur. Cavabdehin imtinasını əlavə etməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmiş, həmin müddətin keçməsinə baxmayaraq iddiaçı heç bir sənəd təqdim etməmişdir.

3. Bundan sonra xx.xx.2022-ci il tarixinə məhkəmə iclası təyin olunmuş, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 sentyabr 2022-ci il tarixli 2- 1(116)-1796/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfindən ilk növbədə İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 13 ha həyətyanı torpaq sahəsinin naturada olduğu kimi onun adına qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi il bağlı DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş, lakin tərəfindən bütün zəzuri məlumatlar təqdim olunduğu halda müraciətinin icrasından imtina olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında məhkəməyə təqdim olunan DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubunimtina yox, məlumat xarakterli olduğu qeyd olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2-1(116)-1796/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

8. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

9. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçı hazırkı tələblə bağlı DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, bununla əlaqədar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubu ilə iddiaçının müraciətində qaldırılan məsələyə münasibət bildirilmiş, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən borclu X1 mülkiyyətində olan 0,13 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün sənəd-əsası kimi təqdim edilən İsmayıllı rayon İcra və Probasiya şöbəsinin təklif sənədinin daşınmaz əmlak üzərində hüquqların dölət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilməməsi səbəbilə iddiaçının müraciətindən imtina edilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunduqdan sonra sözügedən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məlumat verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

11. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

13. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubu imtina məktubu deyil, qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunacağı təqdirdə sözügedən 0,13 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydadada baxılacağı barədə məlumat xarakterli məktubdur. Odur ki, cavabdeh inzibati orqanın iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətindən imtinası olmadığından, hazırkı mərhələdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir.

14. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

15. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Belə ki, iş materiallarında olan DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçı hazırkı tələblə bağlı DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, bununla əlaqədar Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubu ilə iddiaçının müraciətində qaldırılan məsələyə münasibət bildirilmiş, İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən borclu X1 mülkiyyətində olan 0,13 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün sənəd-əsası kimi təqdim edilən İsmayıllı rayon İcra və Probasiya şöbəsinin təklif sənədinin daşınmaz əmlak üzərində hüquqların dölət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilməməsi səbəbilə iddiaçının müraciətindən imtina edilmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunduqdan sonra sözügedən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacağı barədə iddiaçıya məlumat verilmişdir.

18. Hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı borclu X2 məxsus İsmayıllı rayonu Çayqovuşan kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-436/2020 saylı xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-9/2017 saylı və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-551/2020 saylı qərardadına əsasən adına naturada olduğu kimi Dövlət Reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi ilə bağlı olmuşdur. İddiaçı eyni məzmunlu tələblə DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubla onun müraciətindən imtina edilmişdir.

19. Göründüyü kimi, iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Belə olan halda, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin cavabı imtina kimi qəbul edilməli və bununla da iddiaçı cavabdehin həmin hərəkəti ilə İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarının pozduğunu iddia edə bilər.

21. Kollegiya hesab edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

22. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqda səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

23. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli 2-1(116)-1796/2022 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar