Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-183/2025 04.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Səmədov Xəqani Hacı oğlu (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Zeynalabdin qızının cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 qarşı “ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)- **/**** nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI a. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı Zeynalabdin qızı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə mərhum X4 adına dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiyta məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs3 və üçüncü şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
3. Iddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.
5. Işin qısa mahiyyəti ondan ibarətdir ki, Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən iddiaçının mərhum ərinə 0,10 ha torpaq sahəsi satılmışdır. Iddiaçının əri vəfat etdikdən sonra müraciəti əsasında X3 adına vərəsəlik işi açılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Iddiaçı tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır.
6. Cavabdeh iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 0.10 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, Balakən rayon Qazbinə bələdiyyəsi tərəfindən ayrılan 0.10 ha torpaq sahəsinə dair “Torpaqların alqı-satqısına dair Akt” sənədinin tərtib tarixi qeyd olunmamış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsində ##.##.2008-ci il tarixində qeydiyyata alınmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs izahat verərək qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki Inzibati Məhkəməsinin (hakim Vüqar Musayev) ## ###### 2024-cü il tarixli *- *(***)-**/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı “üçüncü şəxs3 adına verilmiş ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A ****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin Balakən rayon Qazbinə bələdiyyəsi tərəfindən ## ###### 2006-cı il tarixli, ** saylı sərəncamla mərhum əri X5 adına alınmış 0.10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0.0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə bаxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi və Balakən Rayon Məhkəməsinin icraatında olan e-*(***)-**/**** nömrəli mülki iş üzrə məkəmənin yekun qərarı qəbul edilib qanuni qüvvəyə minənə kimi, Şəki Apellyasiya məhkəməsinin icraatında olan *- *(***)-***/**** nömrəli inzibati iş üzrə icrааt dayandırılmışdır.
13. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı iddiası təmin edilmiş, həmin qərardan apellyasiya şikayəti verilməmiş və sözügedən inzibati iş üzrə ##.##.2026-cı il tarixdə çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəsini aldığından Şəki Apellyasiya Məhkməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsi prosesssual hüquq varisi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəfimizdən məhkəməyə təqdim olunmuş ##.##.2023-cü il tarixli, *-**-*-**/*****/**** nömrəli mütəxəssis rəyinin 1-ci bəndində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi A 664321 və A ****** nömrəli planölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşür. Buna görə də məhkəmə qərarına əsasən sözügedən 0,10 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınması mümkün deyildir. Belə ki, faktiki iddia olunan torpaq sahəsi – iş üzrə üçüncü şəxs üçüncü şəxs3n adına (və ondan əvvəlki olan) daşınmaz əmlakın dövlət reyetrindən verilmiş reyestr nömrəli ************ müvafiq çıxarışlara dair hazırlanmış A 664321 və A ****** nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşür. Həmin çıxarışlar və onlara dair hazırlanmış müvafiq plan-ölçü sənədləri təqdim olunur. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı “üçüncü şəxs3 adına ## ##### 2022-ci ildə verilmiş reyestr nömrəsi ************ qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarışın və A№****** saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ## #### 2007-ci ildə Balakən rayonu Qazbinə bələdiyyəsinin sərəncamı ilə verilmiş həmin 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Inzibati Məhkəməsinə müraciət etmişdir. Lakin həmin məhkəmənin *-*(***)- ***/**** nömrəli qərardadı ilə iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Belə ki, faktiki iddia olunan torpaq sahəsi ilə üst-üstə düşən hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi ************ olan çıxarışlar qüvvədə olmasına baxmayaraq, həmin çıxarışlar məhkəmə qərarına əsasən məcburi qaydada ləğv olunmadan və ya dəyişdirilmədən sözügedən 0,10 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyi qoymuşdır. Iddia olunan torpaq sahəsi iş üzrə üçüncü şəxs üçüncü şəxs3 adına (və ondan əvvəlki olan) daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəli ************ müvafiq çıxarışlara dair hazırlanmış A 664321 və A ****** nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşür. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)- **/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRIN IZAHATLARI
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)- **/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər üçüncü şəxs3 və üçüncü şəxs2 məhkəmə iclasına gəlməmişlər.
19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının Inzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
20. Iş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: cavabdehin ##.##.2022-ci il tarixli imtina məktubu, Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı protokolundan çıxarış, Balakən bələdiyyəsinin ##.##.2012ci il tarixli arayışı, ##.##.2009-cu il tarixli *** nömrəli Torpaqların alqı-satqısına dair akt, Balakən Rayon Icra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin ##.##.2022-ci il tarixli arxiv arayışı, Balakən Rayon Icra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin ##.##.2014-cü il tarixli rəyi, həyətyanı torpaq sahəsinin yeruquruluşu planı, ##.##.2007-ci il tarixli kassa mədaxil ordeninin qəbzi, cavabdehin ##.##.2022-ci il və ## #### 2023-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəyləri.
TƏTBIQ EDILƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 14.2. Inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin “aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
25. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
26. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. Inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. Inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. Inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASIYA ŞIKAYƏTININ MÜMKÜNLÜYÜ
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
28. Iddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (IPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət IPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Iddiaçı mahiyyət üzrə “Inzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (IPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin IPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
30. Iddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. Iddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
31. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Iş materiallarından görünür ki, Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarına əsasən bələdiyyə mülkiyyətində olan, 0.10 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum ərinə satılmışdır. Həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi X3 istifadəsində və sahibliyində olmuşdur. Mübahisələndirilən torpaq sahəsinin X3 bələdiyyə qərarı, alqı-satqı aktı, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, yeruquruluşu planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi ilə əlaqədar cavabdeh orqandan mütəxəssis rəyi alınmış, verilmiş rəyin məzmunu dəqiqləşdirilmişdir. Ilkin mütəxəssis rəyində həmin torpaq sahəsinin Balakən şəhərinin hüdudları daxilində yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı təyinatlı kolluq ərazi olmaqla Balakən bələdiyyəsinin mülkiyyətinə aid olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə ayrılmış, A****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsi ilə üst-üstə düşməməsi və qonşu torpaq sahələri ilə üst-üstə düşməsi barədə məlumatlar təqdim edilmişdir.
35. Sonuncu rəydə isə cavabdeh TEKUIS-ə və naturada istifadə vəziyyətinə istinad olunmaqla iddia olunan torpaq sahəsinin birbaşa qonşuluğunda yerləşən torpaq sahələrinin yerləşmə vəziyyətini tərtib edilmiş sxemdə göstərmiş və müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsinin qonşu torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlı məlumat köhnə islahat xəritəsinə uyğun olmaqla, qonşu torpaq sahələrinə aid sənədlərin sürüşdürülməsindən və həmin sənədlərin faktiki istifadə vəziyyətinə uyğun olmamasından qaynaqlanır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanının tələbləri baxımından torpaq sahəsinin sənəd üzrə göstəriciləri ilə məkan göstəriciləri arasında müvafiq konfiqurasiya fərqlərinin aradan qaldırılması birbaşa cavabdeh orqanın vəzifəsidir.
36. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsi iş üzrə üçüncü şəxs üçüncü şəxs3 adına (və ondan əvvəlki olan) daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəli ************ müvafiq çıxarışlara dair hazırlanmış A 664321 və A ****** nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşür.
37. Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılan zaman cavabdeh inzibati orqan ##.##.2025-ci il tarixdə vəsatət verərək, iddiaçı İddiaçı Zeynalabdin qızının iddia ərizəsi üzrə Şəki Inzibati Məhkəməsində e-2-1(116)-2154/2025 nömrə ilə baxılan inzibati işlə bağlı yekun qərar qəbul edilənədək, Şəki Apellyasiya Məhkəməsində 2-1(107)- 355/2025 nömrə ilə icraatda olan inzibati işin dayandırılmasını xahiş etmişdir.
38. Həmçinin iddiaçının vəkili Vəkil vəsatət verərək, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli inzibati iş üzrə icraatı Balakən Rayon Məhkəməsinin icraatında olan e-*(***)-***/**** nömrəli mülki iş üzrə məhkəmənin yekun qərarı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmasını xahiş etmişdir.
39. Bununla bağlı Şəki Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadı ilə Şəki Inzibati Məhkəməsinin icraatında olan iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı “üçüncü şəxs3 adına verilmiş ##.##.2022-ci il tarixli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A ****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin Balakən rayon Qazbinə bələdiyyəsi tərəfindən ## ###### 2006-cı il tarixli, ** saylı sərəncamla mərhum əri X5 adına alınmış 0.10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0.0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə bаxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi və Balakən Rayon Məhkəməsinin icraatında olan e-*(***)-**/**** nömrəli mülki iş üzrə məkəmənin yekun qərarı qəbul edilib qanuni qüvvəyə minənə kimi, Şəki Apellyasiya məhkəməsinin icraatında olan *- *(***)-***/**** nömrəli inzibati iş üzrə icrааt dayandırılmışdır.
40. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən, Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən iddia ərizəsinin geri götürülməsi barədə ərizə verildiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır və həmin qərardaddan şikayət verilməmişdir.
41. Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı iddiası təmin edilmiş, həmin qərardan apellyasiya şikayəti verilməmiş və sözügedən inzibati iş üzrə ##.##.2026-cı il tarixdə çıxarılmış yekun məhkəmə aktı qanuni qüvvəsini aldığından Şəki Apellyasiya Məhkməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətində qeyd etdiyi “üçüncü şəxs üçüncü şəxs3 adına (və ondan əvvəlki olan) daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəli ************ müvafiq çıxarışlara dair hazırlanmış A 664321 və A ****** nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşmə” halı artıq aradan qalxmışdır. Odur ki, həmin dəlil əsassız olmaqla qanuni qüvvəyə minmiş qərarla öz təsdiqini tapmışdır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Şəki Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qanuni qüvvəyə minmiş qərarına əsasən, “iş materiallarında olan mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarından və yerquruluşu planlarından görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə dair Şəhadətnamələrin və o cümlədən JN-***A nömrəli şəhadətnamənin cizgisi iddia olunan torpaq sahəsinə sürüşdürülmüşdür. Işin faktiki hallarından görünür ki, yaranmış mübahisə sırf texniki düzəlişləsənədin elektron xəritə bazasında coğrafi yerləşdirilməsi ilə bağlıdır. Iddiaçı ilə qonşu torpaq sahəsi arasında yaranmış mübahisə tərtib edilmiş sənədlərin iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürülməsi və qonşu torpaq sahəsinin mülkiyyətçisinin ona verilmiş sənəddə göstərilən koordinatlar daxilində göstərilən torpaq sahəsini iddia etməsindən yaranmışdır. Faktiki olaraq hər iki qonşu ayrı-ayrılıqda özlərinə məxsus torpaq sahəsindən istifadə edirlər. Belə olan halda JN-***A nömrəli Şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürülməsi aradan qaldırlacağı (aid olduğu torpaq sahəsinə işlənəcəyi) halda mübahisə də aradan qalxacaqdır. Mübahisəli ərazinin son olaraq tərtib edilmiş TEKUIS-dən çıxarışından görünür ki, cavabdeh orqan JN-***A nömrəli Şəhadətnamədən başqa qalan bütün digər qonşu torpaq sahələrinə dair Şəhadətnamələrin iddia olunan torpaq sahəsinə sürüşdürülməsini aradan qaldırmışdır. Məhkəmə qeyd edir ki, digər qonşu torpaq sahələrinə dair sənədləri faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla sürüşməni aradan qaldırdığı halda cavabdeh orqan məhz JN-***A nömrəli Şəhadətnaməyə münasibətdə mübahisəli vəziyyəti saxlamışdır. Odur ki, cavabdeh orqan JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə, onun əsasında verilmiş ##.##.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və ##.##.2022-ci il tarixli ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara düzəliş edilərək, həmin sənədlərin Balakən rayon Qazbinə bələdiyyəsinin ##.##.2006-cı il tarixli * saylı qərarı ilə mərhum X3 ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinə sürüşdürülməni aradan qaldırmalıdır”.
44. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “Inzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, Balakən rayon Qazbinə bələdiyyəsinin ## ###### 2006-ci il tarixli ** saylı qərarı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
46. Belə olan halda cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
47. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı IPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və IPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDI:
Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.