Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-184/2020 12.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərarından İddiaçıtərəfindən verilmiş şikаyətə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı İbrahim oğlu Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, "Ağsu rayonu Gəgəli Bələdiyyəsi tərəfindən onun icarəsində olan 83 ha torpaq sahəsinin Ağsu rayon Gəgəli kənd sakini X4 icarəyə verilməsi barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxxx 2004-cü il tarixli 09 saylı qərarı və 05 saylı icarə müqaviləsi əsasında heyvandarlığın və kənd təsərrüfatı məhsullarının istehsalı üçün 25 il müddətinə onun icarəsinə 83 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına AN 233653 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuş və həmin sənəd Dövlət Torpaq Kadastr kitabında xx xxxx 2010-cu ildə, 394 nömrə ilə qeydiyyata alınmışdır. Sözügedən torpaq sahəsinin üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün o Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X6 müraciət etmişdir. Lakin 14 saylı X8 tərəfindən onun ərizəsinin icrasına imtina verilmişdir. İmtina məktubunda qeyd olunmuşdur ki, “ləğv olunmuş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən 83 ha torpaq sahəsinə tərtib edilmiş AN 233653 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi idarəsinin elektron baza məlumatlarında öz əksini tapmır. Təqdim olunmuş sənəddə qeyd olunan koordinatları elektron baza xəritəsinə daxil etdikdə həmin sahəyə başqa şəxsə məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanması müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin 12 hektara qədər hissəsi Ağsu rayonu Gəgəli Bələdiyyəsinə verilmiş dövlət reyestrindən çıxarışla üst-üstə düşür. Qeyd olunanları nəzərə alaraq müraciətin icrası mümkün olmamışdır. Həmin torpaq sahəsinin üzərində o, tövlə inşa etdirib orada mal-qara saxlayaraq, torpaq sahəsinin bir hissəsini isə əkin kimi istifadə etmişdir. Torpaq sahəsinin icarə haqqı vaxtlı-vaxtında ödənmişdir. Cavabdeh tərəfindən onunla bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Cavabdehin iddiaya dair xx.xx.2020-ci il tarixli etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx xxxxxxx 2004-cü il tarixli 09 saylı qərarı ilə heyvandarlıq və kənd təsərrüfatını inkişaf etdirmək məqsədilə 05 saylı icarə müqaviləsi əsasında 25 il müddətinə 83 hektar torpaq sahəsi ayrılmışdır. Lakin İddiaçı Cavabdehnə xx xxxxxxx 2013-cü il tarixdə notarial təsdiqlə təsdiq edilmiş təqdim etdiyi ərizədə Cavabdeh tərəfindən iddiaçıya ayrılmış xx xxxxxxx 2004-cü il tarixli 05 saylı icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Müqaviləyə xitam verilməsinə əsas səbəb kimi torpaq sahəsindən istifadə edə və icarə haqqını ödəyə bilmədiyini göstərmişdir. Həqiqətən iddiaçı icarə müqaviləsinə görə cavabdehə heç bir ödəniş etməmişdir. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarı ilə tərəflər arasında bağlanmış icarə müqaviləsi qüvvədən düşmüş və torpaq sahəsinin geri alınması təmin edilmişdir. Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 17 saylı qərarı iddiaçı tərəfindən bu günə kimi mübahisələndirilməmişdir. Mübahisələndirilən torpaq sahəsi üzrə icarə müqaviləsinin ləğvindən iddiaçı tam məlumatlı olmuş və xx xxxxxx 2014-cü il tarixdən mübahisələndirilən torpaq sahəsindən bu günə kimi istifadə etməmişdir. Bu torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən Ağsu rayon Gəgəli kənd sakini X4 məxsus olması barədə daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydlər aparılmışdır, aparılan qeydlər əsasında X4 xx.xx.2018-ci il tarixdə RX seriyalı 406713 nömrəli çıxarış verilmiş, hazırda torpaq sahəsi onun istifadəsindədir və hüququn əvvəlki yüklülüyü barədə heç bir qeyd yoxdur. Odur ki, iddiaçının başqasının yəni, üçüncü şəxs X3 qanunla müəyyən edilmiş qaydada icarəsində olan torpaq sahəsinə əsas olmuş qərarının ləğv edilməsini mübahisələndirməsinin subyektiv hüququ olmadığından onun iddia tələbi mümkünsüz sayılmalıdır. Üçüncü şəxs X3 iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi üzrə bütün hüquqmüəyyənedici sənədlərin Ağsu rayon Gəgəli kənd sakini X4 məxsus olması barədə daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydlər aparılmışdır, aparılan qeydlər əsasında X4 xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış verilmiş, hazırda torpaq sahəsi onun icarəsindədir, istifadəsindədir və hüququn əvvəllki yüklülüyü barədə heç bir qeyd yoxdur. Odur ki, iddiaçının başqasının yəni, onun qanunla müəyyən edilmiş qaydada icarəsində olan torpaq sahəsinə əsas olmuş qərarın ləğv edilməsini mübahisələndirməsinin subyektiv hüququ olmadığından onun iddia tələbi mümkünsüz sayılmalıdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı mübahisəli torpaq sahəsini Qüdrət adında şəxsə şifahi razılıq əsasında icarəyə verdiyini, sonradan Qüdrətin həmin yeri ondan almaq istədiyini, qeyd olunan sahənin 30 min manata Qüdrətə satılmasına dair razılığa gəldiyini, bundan sonra 2013-cü ilin oktyabr ayında Şamaxıda notariusda icarə müqaviləsinə xitam verilməsi üçün ərizə verdiyini, bundan sonra Qüdrətin ona 14 min manat, bir ildən sonra da 1000 manat verdiyini bildirdi. Qüdrətlə razılaşdığı kimi pulun qalan hissəsi verilmədiyi üçün 2018-ci ildə qeyd olunan torpaq sahəsinə başqa müştəri tapdığını, lakin sənədləşdirmək üçün reyestr xidmətinə getdikdə torpaq sahəsinin Azatın adına sənədləşdirildiyini bildiyini, ümumiyyətlə torpaq sahəsinin 3-cü şəxsdə olmasından hələ 2018-ci ilin may ayından xəbərdar olduğunu, həmin sahədə inşa etdiyi damların söküldüyü vaxtdan xəbəri olduğunu qeyd edib iddianın təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-288/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı "Ağsu rayonu Gəgəli Bələdiyyəsi tərəfindən onun icarəsində olan 83 ha torpaq sahəsinin Ağsu rayon Gəgəli kənd sakini X4 icarəyə verilməsi barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, icarə müqaviləsinə xitam verilməsinə dair ərizə yazmış, lakin belə bir ərizəni Gəgəli Bələdiyyəsinə təqdim etmişdir. Məhkəmə zamanı da bu məsələyə belə aydınlıq vermişdir ki, icarəyə götürdüyü yerdə olan tikililərə görə Qüdrət adlı şəxsdən 30000 manat pul almalı idi. 15000 manatını vermiş və ondan ərizə istəmişdir ki, arxayın olsun ki, torpaqdan imtina etmişdir. Qalan 15000 manatını ödəyəndə birlikdə torpaqdan imtinaya dair ərizəni və müqavilənin əslini Gəgəli Bələdiyyəsinə təqdim etməli idi. Bir il gözləmiş, amma pulunun qalanını ala bilməmişdir. Belə olan halda özü icarə müqaviləsini davam etdirmək istəmişdir. 2019-cu ilin may ayında DƏDRX-yə gedib həmin torpaqdan istifadəyə dair çıxarış almaq istəmişdir. Bildirmişlər ki, həmin torpaq başqasının, X7 adlı şəxsin adına qeydiyyata alınmışdır. Onunla söhbət etdiyi zaman bildirmişdir ki, o yeri Qüdrətdən almışdır. Avqust ayında isə məhkəmədə iddia qaldırmışdır. Məhkəməyə ərizə verənə kimi də ona icarə müqaviləsinin ləğv olunması barədə heç bir məlumat daxil olmamışdır. İcarə müqaviləsinin əsli də özündədir. Bu isə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq verir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadının ləğv edilməsini, iddia ərizəsinin mümkün hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsiniştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 80-ci mаddəsinə əsаsən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırara q, apelyasiya şikayətinin dəlillərini və tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozmuş, qanunu düzgün təfsir etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarıın: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Belə ki, kollegiyanın iclasında iş materiallarında olan sənədlərin tədqiqatından müəyyən olundu ki, Cavabdeh xx.xx.2004-cü il tarixli 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi ilə 25 il müddətinə heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün İddiaçı 830000.75 kv.m torpaq sahəsi verilmişdir. DƏDRX-nin 14 saylı X5 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktuba əsasən, ləğv olunmuş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən 83.0 ha torpaq sahəsinə tərtib edilmiş AN 233653 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmır. Təqdim olunan sənəddə qeyd olunan koordinatları elektron baza xəritəsinə daxil etdikdə həmin sahəyə başqa şəxsə məxsus “Torpaq sahısinin planı və ölçüsü” sənədinin hazırlanması müəyyən edilmişdir. DƏDRX-nin 14 saylı X5 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı adına ləğv olunmuş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən 83 ha torpaq sahəsinə tərtib edilmiş AN 233653 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında öz əksini tapmamışdır. Təqdim olunmuş sənəddə qeyd olunan koordinatları elektron baza xəritəsinə daxil etdikdə həmin sahəyə ləğv edilmiş DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən başqa şəxsin, Azad Bağırovun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlandığı müəyyən edilmişdir. Bundan əlavə, torpaq sahəsinin 12 ha hissəsi Ağsu rayonu Gəgəli Bələdiyyəsinin adına qeydiyyata alınmış **********72 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin İddiaçı icarəsinə verilmiş 83 ha torpaq sahəsi elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı örüş sahələrinə aid edilmişdir. Torpaq sahəsinin 12 ha hissəsi Cavabdeh adına xx.xx.2015-ci il tarixdə reyestrdə qeydiyyata alınmış **********72 reyestr nömrəli 182 ha torpaq sahəsinin tərkibindədir, digər hissəsi isə baza xəritəsində Bağırov Azadın adına qeyd olunmuş **********021 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin əks olunduğu əraziyə düşür. Azad Bağırovun adına qeyd olunmuş **********021 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ikinci nüsxəsi ləğv edilmiş DTXK-nın Ağsu rayon şöbəsindən təhvil götürülmüş arxiv sənədlərində aşkar olunmamışdır. Cavabdehnə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə yazılmış ərizəyə əsasən, iddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixli 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi ilə 25 il müddətinə heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün ona verilmiş 83 ha torpaq sahəsini istifadə edə bilmədiyi üçün və eləcə də o yerin icarə haqqına gücü çata bilmədiyindən xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ağsu rayonu Gəgəli Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 17 nömrəli iclas protokolundan çıxarışa əsasən, Göylər kənd sakini İddiaçı ərizəsi ilə ona 83.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə onunla Gəgəli Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi və bu barədə Gəgəli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli etirazına əsasən, mübahisələndirilən torpaq sahəsi üzrə icarə müqaviləsinin ləğvindən iddiaçı tam məlumatlı olmuş və xx xxxxxx 2014-cü il tarixdən mübahisələndirilən torpaq sahəsindən bu günə kimi istifadə etməmişdir. Bu torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərə əsasən Ağsu rayon Gəgəli kənd sakini X4 məxsus olması barədə daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydlər aparılmışdır, aparılan qeydlər əsasında X4 xx.xx.2018-ci il tarixdə RX seriyalı 406713 nömrəli çıxarış verilmiş, hazırda torpaq sahəsi onun istifadəsindədir və hüququn əvvəlki yüklülüyü barədə heç bir qeyd yoxdur. Bundan başqa birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanların hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hesab etmişdir kidir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə müqaviləsinə öz ərizəsi əsasında bələdiyyə tərəfindən xx.xx.2014-cü il tarixində xitam verildiyi və iddiaçının həmin torpaq sahəsinə hüquqlarını təsbit edən qüvvədə olan heç bir hüquqmüəyyənedici sənəd olmadığı üçün onun iddiası mümkün sayılmamalıdır. İddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə müqaviləsinə öz ərizəsi əsasında bələdiyyə tərəfindən xx.xx.2014-cü il tarixində xitam verildiyi və iddiaçının həmin torpaq sahəsinə hüquqlarını təsbit edən qüvvədə olan heç bir hüquqmüəyyənedici sənəd olmadığı üçün onun iddiası mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsinin təsviri hissəsində Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsini xahiş etsə də, nəticə hissəsində Cavabdeh icarəsində olan 83 ha torpaq sahəsinin X4 verilməsi barədə qərarlarının ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya bu barədə prosessual yardım göstərmədən iddianı mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessua Məcəlləsinin 13-cü maddəsinə əsasən, Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən İddiaçı hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıya məktub göndərmiş, İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədi iddiaçı Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). Bununla bağlı olaraq, mübahisələndirmə haqqında iddianın mümkünlüyü məsələsini müzakirə edərkən birinci instansiya məhkəməsi əvvəlcə məhz bu sadalanan şərtlərə əməl olunub-olunmadığını yoxlamalı olduğu halda, bunu etməmiş, sırf formal xarakter daşıyan hallara istinad edərək, iddianı mümkün saymamışdır. Halbuki, ərizədən aydın görünür ki, iddiaçı Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğvini məhkəmədən tələb etmiş, mübahisəli qərar və sair sənədlərin surətləri iş materiallarına əlavə olunmuşdur. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçının iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə inzibati icraat üzrə işin başlanılması üçün mübahisə olmalıdır, yəni iddiaçı ilə iddia tələblərində göstərilən inzibati orqanlar arasında inzibati hüquq münasibətləri yaranmalı, manasibətlərin çərçivəsində inzibati orqanın inzibati aktın qəbul edilib-edilməməsi və yaxud hərəkət edilib-edilməməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimal edilməlidir. Hazırkı iş üzrə iddiaçının verdiyi iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan bu növ iddianın mümkün sayılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh xx.xx.2004-cü il tarixli 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi ilə 25 il müddətinə heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün iddiaçının icarəsinə 83 ha torpaq sahəsi verildiyindən və iddiaçı həmin torpaq sahəsini uzun müddət istifadə etdiyindən onun hazırkı iş üzrə iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Belə ki, iddiaçı inzibati orqanın onun qanunla qorunan maraq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək kimi subyektiv hüquqa malikdir və bununla bağlı hüquqi ixtiyar sahibidir. Belə olduğu halda birinci instansiya məhkəməsi işin qeyd edilən halına əhəmiyyət verməyərək, əsassız olaraq iddiaçının Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı qərarı mübahisələndirmək üçün hər hansı subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Bununla yanaşı,məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iddia tələbinin mülki xarakterli olması qənaətinə gəlməsi ilə bağlı qeyd edir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd edilən Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. İş materiallarından görünür ki, bələdiyyə tərəfindən ümumi hüquq sahəsinə aid olan ona məxsus torpaq sahəsini icarəyə vermək məqsədilə tərəflər arasında icarə müqaviləsi bağlamış və bələdiyyə tərəfindən qərar qəbul edilmiş, qərarı ləğv etməklə həmin müqaviləyə əsasən torpaq sahəsinin iddiaçının icarəsinə verilməklə fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradan qərar qəbul etmişdir. Belə olan halda iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı qərarı inzibati akt olduğundan, hazırkı iddia növü mübasihiləndirmə haqqında iddia növünə aiddir və həmin iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 20.2-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. İddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddiada (İPM-in 32.1ci maddəsi) söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-c maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Cavabdehnə İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə yazılmış ərizəyə əsasən, iddiaçı Cavabdeh xx.xx.2004-cü il tarixli 09 saylı qərarı və xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi ilə 25 il müddətinə heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalı üçün ona verilmiş 83 ha torpaq sahəsini istifadə edə bilmədiyi üçün və eləcə də o yerin icarə haqqına gücü çata bilmədiyindən xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Ağsu rayonu Gəgəli Bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 17 nömrəli iclas protokolundan çıxarışa əsasən, Göylər kənd sakini İddiaçı ərizəsi ilə ona 83.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə onunla Gəgəli Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi və bu barədə Gəgəli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Kollegiyanın iclasında İddiaçı verdiyi izahatında xx.xx.2013-cü il tarixdə icarə müqaviləsinə xitam verilməsi barədə ərizəni şəxsən özü yazdığını, imzalandığını və notariat kontorunda təsdiq olunduğunu, Qüdrət adlı şəxsdən 15 min manat aldığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının icarə müqaviləsinin ləğv olunması barədə məlumatının olmamasına dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı bələdiyyəyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş və İddiaçı ərizəsi ilə ona 83.0 ha torpaq sahəsinin icarəyə verilməsi barədə onunla Gəgəli Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli 05 saylı icarə müqaviləsi və bu barədə Gəgəli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi, 2014-cü ildə iddiaçının bələdiyyə tərəfindən həmin icarə müqaviləsinə xitam verilməsi barədə məlumatının olmaması məhkəmə kollegiyası tərəfindən inandırıcı hesab edilmir. Belə ki, əgər xəbəri olmayıbsa onda iddiaçı bələdiyyə tərəfindən həmin icarə müqaviləsinə xitam verilməsi barədə ərizəni hansı səbəbdən yazdığına və bununla yanaşı icarəyə verilmiş torpaq sahəsinin hansı əsaslarla satılmasına dair hər hansı bir izah verə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh xx.xx.2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsinə yönələn tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi maddə-11.1). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddiaçı onun tərəfindən mübahisələndirilən qərardan məlumatlı olmasına baxmayaraq, həmin qərarın məhkəməyə iddia ərizəsi təqdim edənə kimi ona məlum olmamasını bildirsə də, məhkəmə kollegiyası bu halı iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb kimi qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı " Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-288/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı "Cavabdeh xx xxxxxx 2014-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-184/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-184/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver