Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-184/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə və üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “X3 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə qarşı “Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir..
2. İddiaçı 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X3 iddiaçının böyrək transplantasiyası üzrə donoru olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə X8 inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2696/2023 nömrəli qərardadı ilə inzibati orqanın müəyyən hərəkətləri icra etməsi üçün vaxt verilməsi ilə bağlı qərardad qəbul edilmişdir.
5. İddia tələbinin əsaslarına görə iddiaçı 2016-cı il tarixdən etibarən böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. O, 2021-ci ilin noyabr ayından etibarən xəstəliyinin proqres etməsi nəticəsində hemodializ almağa başlamışdır. Xəstəliyinin aradan qaldırılması məqsədilə böyrək trasplantasiya etmək üçün müvafiq sənədləri toplayaraq cavabdeh orqana müraciət etmişdir. İddiaçı donor olmaq istəyən şəxs - X3 onun dostu olduğunu qeyd etmişdir.Lakin,cavabdeh orqan iddiaçının müraciətinə baxaraq trasplantasiya edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs izahatında hər hansı təmənna və kənar təsirə məruz olmadan donor olmaq istədiyi bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 yanvar 2024-cü il tarixli 2- 1(116)-469/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2- 1(107)-184/2024 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əvəz edilmişdir.
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 mart 2024-cü il tarixli, 2- 1(107)-184/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, inzibati iş üzrə cavabdeh qismində işə cəlb edilmiş Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi əsl olmayan tərəfdir. İnsan Orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında 20 oktyabr 2020-ci tarixli Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən, Orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı əlaqələndirici qurum tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 288 nömrəli qərarı ilə təsdiq edilmiş Orqan Donorluğu və Transplantasiyası üzrə X1 1.1-ci bəndinə əsasən, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir. insan Orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında 20 oktyabr 2020-ci tarixli Azərbaycan Respublikasının qanununun 29-cu maddəsinə əsasən isə yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası yaradılmışdır. İstinad edilən qanunvericilik aktlarından da göründüyü kimi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ayrı-ayrı qurumlardır. Bütün bunları nəzərə alaraq, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən Şəki İnzibati Məhkəməsinə və Orqan Donorluğu və Transplantasiyası üzrə Etika Komissiyasına cavabdehin yanlış qurum olaraq müəyyən edildiyi rəsmi formada bildirilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin nümayəndəsi X7 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)- 469/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı xəstəxananın hemodializ şöbəsində “Xroniki qlomerulonefrit, Xroniki böyrək çatışmazlığı, V Mərhələ Proqramlı dializ” diaqnozu ilə xx.xx.2021-ci il tarixindən hemodializ seansları qəbul edir. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəki rayonu Şin kəndində yaşayan 1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində müayinə olunmuş, “Başqa rubrikalarda təsnif olunan xəstəliklər zamanı demensiya”, “Xroniki nefritlik sindrom” diaqnozu ilə xəstədir və xəstə hal-hazırda psixoloji sarsıntılar keçirdiyi üçün ünsiyyətə qoşula bilmir. - Şəki RİHB-nin Baş Layısqı kənd İƏD-i üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Şəki rayonu Şin kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2- 8595/2023-cü il tarixli məktubuna əlavə edilmiş, “Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyası”nın 10 avqust 2023-cü il tarixli, 20 nömrəli qərarından görünür ki, X3 iddiaçının böyrək trasplantasiyası üzrə donoru olmasına dair müsbət qərar qəbul edilməmişdir. - X3 iddiaçıya böyrək köçürülməsinə razılığına dair xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi. - X3 arvadı X2 ərinin donor olmasına etirazının olmadığına dair xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsi. - İddiaçının X3 təmənnasız donoru olmasına dair ərizəsi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının 10 avqust 2023-cü il tarixli 14 nömrəli protokolundan çıxarışa əsasən müəyyən edilmişdir ki, resipiyent İddiaçı və donor X4 ilə bağlı Komissiyanın üzvləri arasında fikir ayrılığı olduğundan transplantasiyanın aparılmasına etiraz edilmişdir. - “Etika” komissiyasının iddiaçı və üçüncü şəxslə aparılmış söhbətə dair videoyazının təqdim edilməsinə dair məhkəmənin sorğularına cavablarından müəyyən edilir ki,həmin material təqdim edilməmişdir.Belə ki,xx.xx.2023-cü il tarixdə daxil olmuş məktuba əlavə edilmiş disk sınmış vəziyyətdə,daha əvvəlki məktuba qoşma kimi əlavə edilmiş disk əlavə edilmədən göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun: 1.1.4. insan orqanlarının transplantasiyası – sübutlu təbabətə əsaslanan bütün digər müalicə üsulları effekt vermədikdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün cərrahiyyə əməliyyatı aparmaqla xəstəliyi olan şəxsdə olmayan və ya funksiyasını itirmiş orqanların donordan alınmış orqanlarla əvəz edilməsi; 1.1.5. orqan donorluğu – donor orqanların transplantasiya məqsədilə canlı insandan, yaxud meyitdən götürülməsi, donorun diaqnostik müayinəsi, ölümdən sonra donorluq zamanı donor orqanların funksionallığının təmin edilməsi, donor orqanların saxlanması və daşınması, idxalı və ixracı üzrə fəaliyyət; 1.1.6. donor – orqanları transplantasiya məqsədi ilə götürülən canlı insan, yaxud meyit; ... 4.1. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır. Maddə 18. Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət 18.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəlikləri olan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.2. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır. 18.3. 18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir. 18.4. Resipiyentin tabeliyində olan və ondan maddi-mənəvi asılılığı olan şəxslərdən, həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardan, hərbi əsirlərdən, habelə bu Qanunun 18.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, tam fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır. 18.5. Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükə, yaxud onun sağlamlığında bərpa olunmaz pozuntular yaranmasın. Maddə 29. Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası 29.1. Yaxın qohum olmayan canlı donorlardan donor orqanın götürülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərkibində psixoloq və hüquqşünas olan Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası (bundan sonra – etika komissiyası) yaradılır. 29.2. Etika komissiyası donorun şəxsiyyətini, orqan donorluğuna razılığının könüllülüyünü və bu Qanunun 18-ci maddəsinin tələblərinə uyğunluğunu müəyyən edir və şəxsin donor olub-ola bilməməsi barədə müvafiq qərar qəbul edir. 29.3. Etika komissiyasının tərkibinə həkim-transplantoloqun və transplantasiyanın təşkilində hər hansı formada iştirak edən şəxslərin daxil edilməsinə yol verilmir. 29.4. Etika komissiyasında müraciətlərə əlaqələndirici qurumun təqdimatı və həkim komissiyasının qərarı əsasında baxılır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 avqust tarixli 288 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin Nizamnaməsi: 1.1. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi (bundan sonra – Koordinasiya Mərkəzi) orqan donorluğu və transplantasiyanın təşkili və əlaqələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir. 1.2. Koordinasiya Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir.
2. Koordinasiya Mərkəzinin fəaliyyətinin istiqamətləri 2.1.Koordinasiya Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. orqan donorluğu və transplantasiya sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək; 2.1.2. orqan donorluğu və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin işini koordinasiya etmək; 2.1.3. orqan donorluğu və transplantasiya sahəsində vahid uçotu aparmaq; 2.1.4. orqan donorluğu və transplantasiya sahəsində informasiya təminatını təşkil etmək; 2.1.5. bu Nizamnamədə nəzərdə tutulmuş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. Koordinasiya Mərkəzinin vəzifələri və hüquqları … 3.1.6. orqan donorluğu və transplantasiya sahəsində işi təşkil etmək və bu sahədə fəaliyyəti koordinasiya etmək; 3.1.8. transplantasiya üzrə koordinator tərəfindən canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının, şəxsin donor olub-ola bilməməsi barədə etika komissiyasının müvafiq qərarının, resipiyentin gözləmə vərəqəsinin, meyit donordan götürülmüş orqanla bağlı aktın, transplantasiya məqsədilə donor orqanların idxalını və ya ixracını həyata keçirən tibb müəssisələri barədə məlumatların vahid informasiya bazasına daxil edilməsini təşkil etmək; 3.1.10. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq şəxsin donor olubola bilməməsi barədə qərarın qəbul edilməsi üçün etika komissiyasına təqdimat vermək; 3.1.11. transplantasiya üzrə koordinatorların fəaliyyətinə nəzarəti və onlar arasında səmərəli qarşılıqlı əlaqəni təmin etmək;.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
23. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.2 və 33.1-ci maddələri) aid olan məcburetmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan cavabdehin 10 avqust 2023-cü il tarixli 20 nömrəli qərarına əsasən iddiaçının hazırkı tələbinin təmin olunmasından imtina edilmişdir. İddia ərizəsi 15 avqust 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarından görünür ki, iddiaçı uzun müddətdir xroniki böyrək çatışmazlığından əziyyət çəkməklə hazırda homodializ almaqdadır. Təqdim olunmuş həkim diaqnozuna əsasən ona böyrək transplantasiyasının aparılması zəruridir. İddiaçının və donor V.Mustafazadənin müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən Orqan donorluğu və trasplantasiya üzrə etika komissiyasına təqdimat verilmiş,Komissiya tərəfindən 10 avqust 2023-cü il tarixli 20 nömrəli qərar qəbul edilmişdir.
28. Cavabdeh tərəfindən adı çəkilən komissiyanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya göndərilmiş və ona böyrək transplantasiyası həyata keçirilməsinə icazə verilməmişdir.
29. Yekun nəticəyə gəlmək üçün Məhkəmə tərəfindən “Orqan donorluğu və trasplantasiya üzrə Etika komissiyası”nın xx.xx.2023-cü il tarixli qərarına hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Sözügedən Komissiya öz qərarını əsaslandırarkən aşağıdakı məqamları vurğulamışdır: 1.Donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmaması; 2.Resipientin özünü implusiv aparması; 3.Transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələr.
30. Komissiyanın həmin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan Donor və resipient arasında dostluq münasibətinin öz təsdiqini tapmamasına və transplantasiyanın əvəzli olmasına dair yaranmış əsaslı şübhələri təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa resipientin özünü implusiv aparması iddiaçının tələbindən imtina üçün əsas ola bilməz.
31. Yuxarıda qeyd olunanlara qiymət vermək üçün ilk öncə donor və resipientə münasibətdə qanunun tələblərinə diqqət yetirmək lazımdır. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində canlı donordan donor orqanın götürülməsinə məhdudiyyətlər nəzərdə tutulmuşdur.Həmin maddədə nəzərdə tutulmuş məhdudiyyətlər məhkəmə araşdırması zamanı hazırkı iş üzrə donor V.Mustafazadəyə münasibətdə aşkar olunmamışdır.
32. Digər tərəfdən Qanunun 4-cü maddəsində qeyd olunur ki,orqan donorluğu və transplantasiyası qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır.Komissiyanın müsbət qərar qəbul etməkdən imtina əsası transplantasiyanın əvəzli olmasına dair yaranmış şübhələrdən ibarətdir.Komissiya şübhəyə əsasən qərar qəbul etsə də hüququn ümumqəbulolunmuş prinsiplərinə görə şübhə sübuta yetirilmədiyi halda şəxsin xeyrinə həll olunmalıdır.
33. Hazırkı iş üzrə iddiaçıya böyrək transplantasiyasının zəruriliyi qoyulmuş diaqnoz və işin halları ilə sübuta yetirilmiş,cavabdeh tərəfindən bu hal mübahisələndirilməmiş,öz faktiki hərəkəti ilə (müvafiq komissiyaya təqdimat verilməsi) belə zərurət təsdiq etmişdir.Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Şərh olunalara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, cavabdehin üzərinə İddiaçı böyrək transplantasiyası üzrə X3 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulmalıdır.
35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
36. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X3 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə qoyulması hissədə dəyişdirilərək, iddia təmin edilməli, İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X3 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulmalıdır.
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddia tələbi təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2-1(116)-469/2024 nömrəli qərarı İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X3 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin üzərinə qoyulması hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə İddiaçı böyrək transplantasiyası edilməsi üzrə X3 donor olmasına icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.