Məhkəmə qərarları › İş №2-1(107)-184/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-184/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-184/2025 23.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməsi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməsinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməsi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməsinə dair hüquqi faktların müəyyən edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, 10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməyi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməyinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni icraata qəbul edilmişdir.

4. İddiaçı, tələb hüququnu onunla əsaslandırmışdır ki, o, əmək kitabçasında faktiki göstərildiyi kimi 10 sentyabr 1987-ci il tarixdə paraqraf 1- 29 nömrəli əmrlə Şəki X4na İİ dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmiş və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşdüyü üçün tutduğu vəzifədən azad edilmişdir. Həmin illərdə işləməyi ilə bağlı əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. O, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müvafiq sənədləri toplayaraq DSMF-nin Şəki şəhər şöbəsinə təqdim etmişdir. Təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalında müzakirəyə çıxarılmış və 05 iyun 2023-cü il tarixli 3-17- 1/2-j-125144/2023 nömrəli cavab məktubu ilə ona yaşa görə pensiya təyin olunması mümkün olmamış, DSMF-nin Şəki şəhər şöbəsnə "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsdə saxlanılan uçot məlumatlarına Təcili yardım stansyası üzrə İddiaçı şəxsi hesab vərəqəsinə əsasən 1978-1992 illərdə hesablanmış əmək haqqı məbləğləri müəyyən edilmişdir. 10 sentyabr 1987-ci il tarixdə işə qəbul və 1 fevral 1996-cı ildə ixtisara düşərək işdən azad edilməyi ilə bağlı xəstəxananın X4 ayrıca müəssisə olduğundan əmr kitabları özlərində saxlanılmışdır. 2010-cu ildə islahatlar aparılmış X4 xəstəxanaya birləşdirilsə də əmr kitabları xəstəxananın arxiv bölməsinə təhvil verilməmişdir. Hazırda kobud sürətdə pozulan hüquqlarını müdafiə etmək üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsində işlədiyini iddia edir.

6. Cavabdeh orqanın imtina məktubunda İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1996cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yarandığını və bu araşdırma nəticəsində Şəki X4nın əmr kitablarını Şəki rayon Mərkəzi Xəstəxanasına təhvil verilmədiyi aşkar edilmişdir.

7. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrün İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır.

8. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanan məktubda iddiaçının mübahisələndirilməyən sığorta stajının 21 ili 0 ay 16 gün təşkil etdiyi qeyd edilmişdir.

9. Həmçinin qeyd etməliyik ki xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

10. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-cı maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

11. Sözügedən Qanunun 22-1,1-ci maddəsinə uyğun olaraq 2019-cu ı! yanvarın 1dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-cı maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxıl olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

12. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-cı tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları nın (bundan sonra Qaydalar) 4-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 4.1-ci bəndinə əsasən, sığortaolunanlarm qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: - “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; - seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğui olan fızıkı şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən, - əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; - kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; „ 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə - dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən;

13. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 05 dekabr 2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

17. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərarının tamamilə ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2-1(116)- 1079/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 512 nömrəli arayışı, H3 ******* nömrəli hərbi bilet, xx.xx.1974-cü il tarixli əmək kitabçası, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubu, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş pensiya təyinatı alt sistemindən çıxarış, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 18-1-71/2- 743/2025 nömrəli arayışı.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İddiaçı, bu məqsədlə 10 sentyabr 1987 tarixindən-1 fevral 1996-cı il tarixinədək əmək fəaliyyəti müddətinin sosial sığorta stajına əlavə edilməsini tələb edir.

30. İddiaçı, sübut qismində özünə məxsus əmək kitabçasını təqdim edir. Belə ki, sözügedən əmək kitabçasında onun xx.xx.1987-ci il tarixdə işə qəbul edilməsi öz əksini tapmışdır. İddiaçının xx.xx.1996-cı ildə işdən azad olunması barədə qeydə münasibətdə isə əmək kitabçasına müdaxilənin olması aşkar visual baxışla müəyyən edilir. Belə ki, icra edilmiş qeydlərdə yol verilmiş pozuntular və düzəlişlər həmin qeydlərin mötəbərliyini aradan qaldırmaqla onların özlərinin də, əlavə olaraq sübut olunması zərurətini yaradır. İş materiallarında olan Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2022-ci il tarixli, 512 saylı arayışı ilə iddiaçıya 1987-1992-ci illər üzrə əmək haqqının hesablanması müəyyən edilir. İddiaçının işə qəbul və işdən azad edilməsinə dair müvafiq əmrlərin təqdim edilməsi Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən tələb edilmiş, sonuncu, xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Şəki Təcili və X3 Stansiyası həmin dövrdə ayrıca müəssisə olduğundan kiçik tibb işçilərinin əmr kitabları və şəxsi işləri özündə saxlanılmış, 2010-cu il tarixdə “Şəki RMX” PHŞ-yə birləşdikdən sonra sorğu edilən dövrə aid əmr kitabları və şəxsi işlər ümumi şöbənin arxiv bölməsinə təhvil verilməmişdir. Buna görə də, sorğu edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır.

31. Cavabdeh orqan iddiaçının 1987, 1990-1991-ci illər üzrə 16 ay əmək haqqı almadığı dövrləri və xx.xx.1992-xx.xx.1996-cı illəri sosial sığorta stajına daxil etməmiş, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajını 21 il 8 ay 6 gün müəyyən etmişdir.

32. Bunadan əlavə məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 15 aprel 2025-ci il tarixli arayışda 1993-1996-cı illər üzrə İddiaçı əmək haqqının yazılmadığı qeyd olunmuşdur.

33. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının sosial sığorta stajı hesablanmış və müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1992-xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti nəzərə alınmadıqda ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan minimum 25 il sosial sığorta stajı tamamlanmır. Odur ki, iddiaçının xx.xx.1992xx.xx.1996-cı illər üzrə əmək fəaliyyəti müddəti iş üzrə mötəbər sübutlarla təsdiqlənmədiyindən qalan müddətin sosial sığorta stajına daxil edilməsi yekun olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinə səbəb olmayacaqdır. Başqa sözlə xx.xx.1992-xx.xx.1996-cı illər nəzərə alınmadan iddiaçının 25 sosial sığorta stajı tamamlanmadığından məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının xx.xx.1987-xx.xx.1992ci illər arasında olan əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edildikdə belə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 illik stajı tamamlamayaqdır. Belə ki, hüquqi baxımdan, staja daxil edilən dövr konkret hüquqi nəticə yaratmalıdır. Hər hansı bir dövrün sosial sığorta stajına daxil edilməsi yalnız o halda hüquqi nəticəyə səbəb olacaq ki, həmin dövr pensiya hüququnun yaranması ilə nəticələnsin. Yəni, 25 illik sosial sığorta stajının tamamlanmasına səbəb olmayan bir müddət iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnu qazandırmayacaqsa, o zaman həmin dövrün staja daxil edilməsi tələbi əsassız olacaqdır.

34. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “10 sentyabr 1987-ci il tarixdə paraqraf 1-29 nömrəli əmrlə Şəki X4nda 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilməsi və 1 fevral 1996-cı il tarixdə paraqraf 4-15 nömrəli əmrə əsasən ixtisara düşməsinin ümumi sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli 2-1(116)-1079/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar