Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-185/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-90/2020 nömrəli qərardadından İddiaçıtərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyi oxuyub bitirmişdir. 2003-2007-ci illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbi oxuyub bitirmişdir. Daha sonra 2007-2008-ci illərdə, Salyanski kazarmada təkmilləşdirmə kurslarını bitirmişdir. Bundan sonra 2008-ci ildən 2015-ci ilədək Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. 2015-2017-ci illərdə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. 2017-2019-cu ilədək Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. Xidmətinin bitməsinə az müddət qalmışdır. Bütün xidmətlərini ön cəbhədə keçirmişdir. Heç bir ciddi əsas olmadan xx xxxxxx 2019-cu ildə Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən “hərbi xidmətə uyğunsuzluq” (156 E) maddəsi ilə hərbi xidmətdən azad edilmişdir. Hesab edir ki, onun hərbi xidmətdən bu qaydada azad edilməsi əsassız və qanunsuzdur. Cavabdeh iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, İddiaçı dəfələrlə xidmət yerini özbaşına tərk etmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. İddiaçı xx.xx.2019-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (“xidməti uyğunsuzluğa görə”) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr təqdimat əsasında verilmişdir. İddiaçı ilə söhbətləşmələr aparılmışdır. Təqdimata əsasən, iddiaçı xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilmir, vəzifəsinin məsuliyyətini dərk etmir və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir. Nizamnamə qaydalarını zəif bilir və gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Tabeliyində olan şəxsi heyətə qarşı tələbkarlığı lazımi səviyyədə deyil. İddiaçı “döyüş və döyüşə hazırlıq nizam-intizam və qoşun xidmətinin təşkilində nöqsanlara yol verdiklərinə və zəif nəticələr göstərdiklərinə görə” və s. 2017-ci ildə “töhmət”, xx.xx.2018-ci ildə “şiddətli töhmət”, xx.xx.2018-ci ildə “töhmət”, xx.xx.2018-ci ildə “şiddətli töhmətlər", xx.xx.2018-ci ildə “şiddətli töhmət”, xx.xx.2018-ci ildə “şiddətli töhmət”, xx.xx.2018-ci ildə “şiddətli töhmətlər”, xx.xx.2018-ci ildə “şiddətli töhmətlər” verilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün yardım edilmiş və xx.xx.2020-ci il tarixində iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsininxx xxxxxx 2020-ci il tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı mübahisələndirilən əmrin ona rəsmən xx.xx.2019-cu il tarixində elan edildiyini, onunla söhbətlər aparıldığını, hərbi biletini götürəndə orada əmrin qeyd olunduğunu gördüyünü, əmrdən məlumatlı olduğunu, əmrdən şikayət verilməsi müddətini ötürməsinə heç bir üzrlü səbəb olmadığını qeyd edib iddiasının təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-90/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəməyə verdikdən sonra məhkəməyə çağırılmışdır. Məhkəmə prosesi gedişində və iddia ərizəsində geniş olaraq bildirmişdir ki, onu qanunsuz olaraq tutduğu vəzifədən uzaqlaşdırmışlar. Belə ki, xidmətinin bitməsinə az qalmış bir müddət ərzində onu azad etmələri absurd bir anlayışdır. Ona görə ki, o, 2008-ci il tarixdən hərbidə dövləti üçün qulluq etmiş və həmişə ön cəbhədə olmuşdur. Xidmətini tam layiqincə yerinə yetirmişdir. Bütün bunlara əsasən iddiası mümkün sayılmalı və məhkəmə araşdırması zamanı tam öz əksini tapmalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-90/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraqiddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, İddiaçı apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apelyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçıya mübahisələndirdiyi Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə ən azından xx.xx.2019-cu il tarixindən xəbərdar olmuş, lakin xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etməklə (ərizə xx.xx.2019-cu il tarixində məhkəməyə daxil olmuşdur, lakin poçta xx.xx.2019-cu il tarixində verilmişdir.) İPM-in 38.1ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzrsüz səbəbdən ötürmüşdür. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının tələbi mümkün sayıldığı üçün birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya mübahisələndirdiyi Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmri elan edilsə də, mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada təqdim edilməsi barədə hər hansı sənəd yoxdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrini rəsmi qaydada almadığına görə hazırkı iddia tələbi ilə inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməmişdir. Halbuki, birinci instansiya məhkəməsi bu hala diqqət yetirmədən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini pozmaqla qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -48.1.-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Belə ki, iş materiallarında 39-cu səhifədə olan və iddiaçı tərəfindən mübahisələndirilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, onun “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması göstərilsə də lakin vətəndaş tərəfindən inzibati aktla razılaşmadığı halda hansı hüquqi müdafiə vasitələrindən istifadə edəcəyi haqda məlumat verilməyərək İddiaçı hüquqları pozulmuşdur. Bununla yanaşı, mübahisələndirilən əmrin inzibati orqan tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi göstərilməmişdir. Bununla bağlı,məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya mübahisələndirdiyi Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli əmrinin elan edildiyini, onun “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması barədə ən azından xx.xx.2019-cu il tarixindən xəbərdar olmasını əsas gətirərək iddianı mümkünsüz saysa da, lakin inzibati iş üzrə iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrini mübahisələndirməsi üçün iddiaçı ilk növbədə həmin əmri rəsmi qaydada almalı olmasını, əmr mübahisələndirilən zaman inzibati orqan tərəfindən əmrin iddiaçıya təqdim edilməsini, inzibati aktın məzmunu ilə tanış olmasını və həmin əmrin mübahisələndirməsi ilə bağlı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə edə bilməsini nəzərə almamışdır. Hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqi, inzibati aktın iddiaçıya lazımi qaydada çatdırılıb-çatdırılmamasından daha da əhəmiyyətli məsələ olan vətəndaşın inzibati orqanın qəbul etdiyi inzibati aktdan müdafiə vasitələri haqqında məlumatın ona izah edilməməsidir ki, bu barədə İddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrindən hansı qaydada və hansı orqana şikayət edəcəyi barədə məlumat verilməyərək “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 59.1.5-ci maddəsinə əsasən yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. -72.1-ci maddəsinə əsasən, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. -74.1-ci maddəsinə əsasən, inzibati şikayət yazılı formada tərtib edilir. -74.2-ci maddəsinə əsasən, inzibati şikayətdə aşağıdakı məlumatlar göstərilməlidir: şikayətin verildiyi inzibati orqanın adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı), inzibati icraatda prosessual vəziyyəti; barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik); şikayəti verən şəxsin tələbi və tələbin əsasları; şikayətin tərtib edildiyi tarix; şikayəti verən şəxsin imzası. Eyni zamanda İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrini mübahisələndirməsi üçün “İnzibati icraat haqqında” Qanunun 74-cü maddəsinin tələblərini yerinə yetirmək imkanı da olmamışdır. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0181 saylı xx.xx.2019-cu il tarixli əmrindən məlumatlı olmasına baxmayaraq, həmin əmrin surətini rəsmi qaydada almamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. -73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda hаqlı оlmаmışdır. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir. İPM-in 87.7-ci maddəsinə görə, inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apelyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati və iqtisadi işlər mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.7.1-ci maddəsinə əsasən, inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-90/2020 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-185/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-185/2020
12.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver