Məhkəmə qərarları › İş №2-1(107)-185/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-185/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-185/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Bələdiyyəsinə qarşı “Şəki Bələdiyyəsinin 03 oktyabr 2014- cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğvi, Şəki Bələdiyyəsinin adına hazırlanmış A seriyalı, 182811 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğvi və Şəki Bələdiyyəsinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, 08 avqust 2017-ci il tarixli çıxarışın ləğvi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, Səməd Vurğun küçəsi 13 ünvanında yerləşən, ümumi sahəsi 918.50 kv.m olmaqla fərdi yaşayış evi və həyətyanı sahə iddiaçının mərhum babası X18, babasının qardaşı X14 və onların anası X4 məxsus olmuşdur. Bu fakt göstərilən şəxslərin adına rəsmiləşdirilmiş Nuxa şəhər Soveti Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş “Torpaq qeydi” sənədində, o cümlədən Azərbaycan SSR Rayon, Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş “Qeydəalma vəsiqəsi” ilə öz təsdiqini tapmışdır. Qeyd olunan şəxslərin vəfatından sonra Şəki Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(075)-1219/2019 nömrəli qətnaməsi ilə adları qeyd olunan şəxslərlə iddiaçının qohumluq əlaqəsinin olması faktı müəyyən edilmişdir. Adları qeyd edilən şəxslərin vəfatında sonra iddiaçının atası X7 tərəfindən əmlak qəbul edilmiş və ömrünün sonunadək miras əmlakı idarə etmişdir. İddiaçının atası vəfat etdikdən sonra hüquq varisi kimi əmlakın rəsmiləşdirilməsi üçün cavabdeh orqana müraciət etdikdə ona məlum olmuşdur ki, 918.50 kv.m miras əmlakın 350 kv.m sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüquqları qeydə alınmış və buna dair RX seriyalı, ******* nömrəli, 08 avqust 2017-ci il tarixli çıxarış və A seriyalı, 182811 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmçinin iddiaçıya məlum olmuşdur ki, Şəki şəhər İH Memarlıq və Tikinti şöbəsinin müdiri baş memar Taleh Alxasovun imzası ilə Şəki bələdiyyəsinə ünvanlanmış 31.07.2017-ci il tarixli, 8/1217 nömrəli rəydə sözügedən 350 kv.m torpaq sahəsi ünvan 1 ünvanında yerləşən və Şəki Bələdiyyəsinin mülkiyyətində olan ərazi kimi təqdim edilmişdir. İddiaçı bildirir ki, miras qoyanlara məxsus əmlaka qanunsuz olaraq iki fərqli ünvan verilmiş və bu yolla ümumi ərazinin 350 kv.m başqa ünvanda, yəni ünvan 4iyyətində olan sahə kimi qeydiyyata alınmışdır. Halbuki daşınmaz əmlakın ünvanı əvvəllər Sərkərlər küçəsi 32, Səməd Vurğun 32, daha sonra səməd Vurğun küçəsi 13 kimi qeyd edilmişdir. İddiaçı 350 kv.m torpaq sahəsinə tərtib edilmiş çıxaırşın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının ünvanına 25.09.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd edilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində qeyd olunur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçının diqqətinə çatdırılmışdır ki, qeyd olunan maddələrin tələblərinə əsasən o, ilk öncə ünvan 5 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin reyestrdə qeydiyyata alınmasına əsas olmuş Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını mübahisələndirməli və bununla bağlı cavabdeh qismində Bələdiyyəsinin mülkiyyətində olan sahə kimi qeydiyyata alınmışdır. Halbuki daşınmaz əmlakın ünvanı əvvəllər Sərkərlər küçəsi 32, Səməd Vurğun 32, daha sonra səməd Vurğun küçəsi 13 kimi qeyd edilmişdir. İddiaçı 350 kv.m torpaq sahəsinə tərtib edilmiş çıxarışın ləğv edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının ünvanına 25.09.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd edilir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində qeyd olunur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İddiaçının diqqətinə çatdırılmışdır ki, qeyd olunan maddələrin tələblərinə əsasən o, ilk öncə ünvan 5 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin reyestrdə qeydiyyata alınmasına əsas olmuş Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını mübahisələndirməli və bununla bağlı cavabdeh qismində mübahisələndirdiyi qərarı qəbul etmiş orqanı qeyd etməlidir. Ünvanlanmış yardım məktubunu əldə etdikdən sonra iddiaçı məhkəməyə göndərdiyi 05.10.2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, yardım məktubunda qeyd olunanları nəzərə alaraq iddia tələbinin heç bir hissəsindən imtina etmədən onun həcmini azaldır, cavabdeh qismində yalnız Şəki Bələdiyyəsini qeyd edərək, Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarının ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07.10.2020-ci il tarixli qərardadı ilə iddianın həcminin azaldılması barədə iddiaçının ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəməyə ünvanladığı 15.02.2021-ci il tarixli ərizədə yenidən cavabdeh qismində iki inzibati orqanı, yəni Şəki Bələdiyyəsi və 12 saylı Ərazi İdarəsini qeyd etmiş və irsən bağlı olduğu Sələmə Qaffar qızı, Hüseyn Qədir oğlu və Məmməd Qədir oğlunun mülkiyyətçiləri olduqları evin və torpaq sahəsinin bir hissəsi barədə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən tam qanunsuz olaraq X8 adına verilmiş 01 oktyabr 1962-ci il tarixli, 4569 inventar nömrəli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17.02.2021-ci il tarixli iclasında iddia həcminin artırılması barədə ərizənin icraata qəbul edilməsindən protokol qərardadı ilə imtina edilmişdir. 12 saylı Şəki Ərazi İdarəsi iddia tələbinə münasibət məktubunda bildirmişdir ki, Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı qərarı, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş 15 oktyabr 2014-cü il tarixli rəy, Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin rəyi, DTXK-nın 25 sentyabr 2014-cü il tarixli qiymət arayışı, torpaq sahəsinin DTXK-nın rayon şöbəsi və baş memar tərəfindən təsdiqlənmiş yerləşmə sxemi, DTXK-nın Şəki rayon şöbəsi tərəfindən verilmiş 21 noyabr 2014-cü il tarixli, 3285 saylı torpaq sahəsinin planı və ölçüsü əsasında Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 0.0350 ha torpaq sahəsinə Şəki Bələdiyyəsinin adına 27 noyabr 2014-cü il tarixli,********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir (Qərarda 0.0350 ha torpaq sahəsi üzərində 1990-cı ildə X28 tərəfindən qərarsız fərdi yaşayış evi inşa edildiyi göstərilmişdir). Şəki 2 saylı Notariat Kontorunun 08 aprel 2015-ci il tarixli, 4Ə-191 saylı alqı-satqı müqaviləsi ilə sözügedən torpaq sahəsi X1 və sonuncunun adına 25 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Şəki Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(075)-2426 saylı qətnaməsi ilə X9 “25 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə X16 adına olan 0.0350 ha torpaq sahəsinin 1/2 hissəsinin X9 adına qeydiyyata alınması" barədə iddiası təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli, 2(107)-1036 saylı qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli, 2(075)-2426 saylı qətnaməsi ləğv edilmiş, X16 adına olan 25 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilmişdir. 27 dekabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə 25 aprel 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilərək əvvəlki hüquq sahibinin adına - Şəki Bələdiyyəsinin adına 08 avqust 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ərazi idarəsinin arxiv materiallarında iddiaçı tərəfə dair aşağıdakı məlumatlar mövcuddur: ünvan 6 ünvanına dair: -17 aprel 1932-ci il tarixdə Səlimə Qaffar qızı, Hüseyn və Məmməd Qafar uşaqlarının adına 1842/918 saylı Torpaq Qeydi verilmişdir (torpaq sahəsi 918 kv.m). Ünvan Nuxa şəhəri, Sərkərlər küçəsi, 9 göstərilmişdir. 10 may 1941 -ci il il tarixdə Səlimə Qaffar qızı, Hüseyn və Məmməd Qafar uşaqlarının adına 1842/918 saylı Torpaq Qeydi verilmişdir (torpaq sahəsi 918 kv.m). Ünvan Nuxa şəhəri, Sərkərlər küçəsi, 30 göstərilmişdir. -01 oktyabr 1962-ci il tarixdə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən Səlimə Qafar qızının adına 4570 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir (torpaq sahəsi 474 kv.m). Ünvan Şəki şəhəri, S.Vurğun küçəsi 8, ev 32 göstərilmişdir. -01 oktyabr 1962-ci il tarixdə Kommunal Təsərrüfat Nazirliyi tərəfindən X8 adına 4569 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin İnventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport verilmişdir (torpaq sahəsi 493 kv.m). Ünvan Şəki şəhəri, S.Vurğun küçəsi, dalan 8, ev 30 göstərilmişdir. Vətəndaşda olan 1842/4229 saylı qeydəalma vəsiqəsi (ünvan S.Vurğun küçəsi, ev 13 göstərilmişdir) barədə ərazi idarəsinin arxiv materiallarında və reyestr kitablarında məlumat aşkar edilməmişdir. Bələdiyyənin adına qeydiyyata alınmış torpaq sahəsi ilə X8 adına olan 4569 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsi üstüstə düşür. İddiaçı, Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 350 kv.m torpaq sahəsinə Şəki Bələdiyyəsinin adına verilmiş 08 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmiş, cavab olaraq hüquqların ləğvinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 204.1-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan imtina edilməsi barədə hüquq sahibinin ərizəsi əsasında aparıldığı bildirilmişdir. İş üzrə digər cavabdeh orqan olan Şəki Bələdiyyəsi iddiaçıya 1038 nömrəli (tarixi qeyd edilməyib) məktub ünvanlayaraq 0.035 ha torpaq sahəsi üzrə məsələnin mübahisəli olmasını əsas gətirərək məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmənin 2-1(116)-475/2020 nömrəli, 24.09.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs və onun vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəki Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “Şəki Bələdiyyəsinin 03 oktyabr 2014-cü il tarixli, 15 saylı iclas protokolunun 92 nömrəli qərarını ünvan 1 ünvanında yerləşən 0.035 ha həyətyanı torpaq sahəsinin fərdi yaşayış evi tikmək məqsədilə satışa çıxarılması üçün plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsindən, həmin torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsinə dair hissədə ləğv edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərardad qanunsuz və əsassızdır. Bildirmişdir ki, iş materiallarından aydın göründüyü kimi, onun daimi yaşayış yeri olan, hazırda da qeydiyyatda olduğu və yaşadığı ünvan 8 ünvanında yerləşən və hazırkı mübahisənin predmetini təşkil edən daşınmaz əmlak, yəni fərdi yaşayış evi, o evin yerləşdiyi və onun həyətyanı sahəsini təşkil edən 918.50 kv.metr ölçüdə olan ərazi (121.50 kv.metr tikinti altı + 797 kv.metr həyətyanı sahə = 918.50 kv.metr) babası Hüseyn Qədir oğluna, onun qardaşı Məmməd (Məhəmməd) Qədir oğluna və onların anası Sələmə Qaffar qızına məxsus olmuşdur. Bu faktı təsdiq edən mötəbər sənədlər - Nuxa Şəhər Soveti Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş "Torpaq Qeydi", o cümlədən Azərbaycan SSR Rayon, Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş "Qeydəalma Vəsiqəsi" iş materiallarına əlavə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş siyahısından aydın görünür ki, yuxarıda sözügedən sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sayılır. Yuxarıda qeyd etdiyi kimi, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən, o cümlədən yaşayış və qeydiyyat yerinə dair Şəki şəhər İcra Hakimiyyəti "İpəkçi" Məhəllə Nümayəndəliyinin 11.12.2019-cu il taixli, 3/913 nömrəli arayışından aydın görünür ki, ünvan 9 ünvanıdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İddia ərizəsində qeyd etdiyi kimi, mübahisə predmeti olan əmlak doğulduğu tarixdən, yəni 1964-cü ildən onun daimi yaşayış yeridir. Hazırda da o həmin ünvanda yaşayır və orada qeydiyyatdadır. Bu o deməkdir ki, miras əmlakı onun sahibliyi altındadır və o, fiziki cəhətdən həmin əmlaka yiyələnmişdir, faktiki olaraq onu idarə edir. Məgər, bu faktlar mirası qəbul etmək niyyətinə açıq-aşkar dəlalət etmirmi? Qərardadda məhkəmə iddiaçının mirası qəbul etdikdən sonra bu tələbləri irəli sürmək səlahiyyətinin mümkünlüyünü təsdiq edir. Qeyd etdiyi kimi onun tərəfindən mirasın qəbulu faktını təsdiq edən kifayət qədər mötəbər sənəd məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər sözügedən faktı müəyyən etmək üçün kafi əsas təşkil edir. Əgər məhkəmə bu sübutları qəbul etməmişdirsə, yəni onları rədd etmişdirsə, o zaman qərardadda onları rədd etmək üçün gətirdiyi dəlilləri göstərməli idi. Yox, əgər təqdim ediyi sübularla məhkəmə kifayətlənməmişdirsə, o zaman Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində təsbit edilmiş vəzifələrinin icrası istiqamətində prosessual fəallıq göstərməli idi. Həmin hüquq normasına görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi isə cəfəngiyat mülahizələrə əsaslanaraq vərəsəsi olduğu miras əmlaka münasibətdə subyektiv hüququnun olmadığı qənaətinə gəlmiş və bu mövqeyinə əsaslanaraq iddiasının mümkünsüzlüyünə dair qərardad çıxarmışdır. Hüququn bu səviyyədə istismarı məhkəmənin ədalət mühakiməsindən, insan hüquq və azadlıqlarından çox-çox uzaq olan bir mövqeyini bütün çılpaqlığı ilə üzə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul olunmasını bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 saylı qərardadının ləğv edilməsini və işin Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2- 1(116)-52/2021 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: “Torpaq qeydiyyatı” və “Qeydəalma vəsiqəsi”nin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, əmlak Sələmə Qaffar qızı, Hüseyn Qədir oğlu və Məmməd Qədir oğlunun mülkiyyətində olmuş və əmlakın yerləşdiyi ünvan əvvəl Sərkərlər 32, sonra S.Vurğun 32, daha sonra isə 19-cu rayon S.Vurğun küçəsi 13 olmuşdur. İnventar nömrəsi 4569 olan “Texniki pasport”un təsdiq edilmiş surətindən müəyyən edilir ki, S.Vurğun küçəsi dalan 8, ev 30 üvanında yerləşən fərdi yaşayış evi X8 mülkiyyətinə verilmişdir. 112167, 033902, 033903 və 185500 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərin təsdiq edilmiş surətindən müəyyən edilir ki, müvafiq olaraq S.Salahova, H.Salahov, M.Salahov və B.Qədirov müvafiq olaraq 26.03.1937-ci il,15.03.1942-ci il, 08.08.1972-ci il və 07.04.2006-cı il tarixində vəfat etmişlər. ünvan 10 ünvanladığı 27.08.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, mərhum S.Salahova, H.Salahov, M.Salahovun vərəsələri X7, X5, X11, İddiaçı Binyamin oğlu, X12, X13, X14 və X15r. Şəki Rayon Məhkəməsinin 2(075)-1219/2019 nömrəli 16.07.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə S.Salahova, H.Salahov, M.Salahovun qohum olmaları faktı müəyyən edilmişdir. Şəki Bələdiyyəsinin 92 nömrəli qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, X28 şəhərin S.Vurğun küçəsi 11 saylı ünvanda 1990-cı ildə qərarsız inşa etdikləri fərdi yaşayış evinin yerləşdiyi 0.035 ha həyətyanı torpaq sahəsinin mülkiyyətinə satılması barədə Şəki Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Buna görə də qərara əsasən qeyd edilən torpaq sahəsi üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırkı iş üzrə cavabdeh orqana tapşırılmışdır. 05.08.2017-ci il tarixdə tərtib edilən A seriyalı 182811 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 0.035 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Əsas: Şəki rayon 2 saylı DNK, 08.04.2015-ci il tarixli 4ə-191 nömrəli alqı-satqı müqaviləsi, Şəki Apellyasiya Məhkəməsinin 10.10.2016cı il tarixli, 2(107)-1036/2016 nömrəli qətnaməsi. RX seriyalı, ******* nömrəli, 08.08.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhəri, S.Vurğun küçəsində yerləşən 0.035 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Şəki ŞİH başçısının aparatının memarlıq və tikinti şöbəsinin 25.09.2014-cü il tarixli 9/1759 nömrəli rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 11 ünvanında yerləşən və Şəki Bələdiyyəsinin mülkiyyətində olan 350 kv.m torpaq sahəsinin həyətyanı məqsədi ilə satılmasına Şöbə etiraz etməmişdir. 15.10.2014-cü il tarixli 2777 nömrəli arayışın təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, Şəki Bələdiyyəsinin 03.10.2014-cü il tarixli 15/92 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə 0.035 ha torpaq sahəsinin satılması nəzərdə tutulmuşdur. A seriyalı 519416 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki Bələdiyyəsinin 03.10.2014-cü il tarixli 15/92 nömrəli qərarı ilə 350 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün Şəki Bələdiyyəsinə verilmiş və bununla bağlı qeydiyyat nömrəsi ********** olan 27.11.2014- cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. 08.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki şəhər, S.Vurğun küçəsində yerləşən 0.035 ha torpaq sahəsi “Satıcı” Şəki Bələdiyyəsi tərəfindən “Alıcı” X1 və bununla bağlı qeydiyyat nömrəsi ********** olan 25.04.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış tərtib edilmişdir. İş materiallarında olan Şəki Bələdiyyəsinin 21.01.2020-ci il tarixli 061 nömrəli məktubundan müəyyən edilir ki, R.Ağayevin bibisi X3 apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin MKnın 10.10.2016-cı il tarixli, 2(107)-1036/2016 saylı qətnaməsi ilə alqısatqı müqaviləsi və R.Ağayevin adına verilmiş çıxarış ləğv edilmişdir. RX seriyalı ******* nömrəli, 08.08.2017-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, sənədə əsasən 0.0350 ha torpaq sahəsi Şəki Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. 01.08.2017-ci il tarixli 1/683 nömrəli arayışın surətindən müəyyən edilir ki, X2 şəhəri, S.Vurğun küçəsi 11 saylı ünvanda anadan olduğu tarixdən, yəni 12.10.1955-ci il tarixdən ailəsi ilə birlikdə yaşamış, 1991-ci ildən isə həmin ünvanda tək yaşamaqdadır. Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-1416/2017 nömrəli 30.03.2017-ci il tarixli qərarından müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 09.06.2016-cı il tarixli, 2(075)-2426/2016 saylı qətnaməsi ilə həmin iş üzrə üçüncü şəxs X20 ilə birgə nikah dövründə əldə edilmiş, R.Ağayevin adına qeydə alınmış 0.035 ha torpaq sahəsinə G.Ağayevanın ½ pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Həmin iş üzrə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X6 tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.10.2016-cı il tarixli, 2(107)-1036/2016 nömrəli qərarı ilə təmin edilmişdir. Üçüncü şəxs tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali məhkəməsinin MK-nın 2(102)-1416/2017 nömrəli 30.03.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin MK-nın 10.10.2016-cı il tarixli, 2(107)- 1036/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsini və evi vərəsəlik qaydasında qəbul etməsi barədə sübut məhkəməyə təqdim edilməmişdir. ünvan 10 ünvanladığı 27.08.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, mərhum S.Salahova, H.Salahov, M.Salahovun vərəsələri X7, X5, X11, İddiaçı Binyamin oğlu, X12, X13, X14 və X15r. İddiaçının bildirdiyinə görə X5 və X13 vəfat etmişdir. Lakin yerdə qalan digər vərəsələrin miras əmlaka dair vərəsəliyi qəbul etməsi təsdiqini tapmamışdır. İddiaçı mübahisəli əmlak üzrə tək vərəsə olmadığı üçün və ümumiyyətlə mirası nə notarial, nə də faktiki qəbul etmədiyi üçün hazırki vəziyyətdə həmin əmlakla bağlı hər hansı iddia irəli sürmə hüququ istisna olunur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırki iddianı irəli sürə bilərdi. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli bələdiyyə qərarı X8 adına olan 4569 inventar nömrəli texniki pasportda göstərilmiş torpaq sahəsi üst-üstə düşür. Buradan da müəyyən olunur ki, iddiaçı hətta özünə aid hissədə vərəsəliyi qəbul etmiş olsa belə mübahisəli qərar ona aid olmayan torpaq sahəsi barədə qəbul olunduğu üçün onun hər-hansı hüququna toxunması da mümkün deyildir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən ilk növbədə miras əmlak qəbul edilməli, bundan sonra X8 adına olan 4569 inventar nömrəli texniki pasport mübahisələndirilməli və yanlız bundan sonra bələdiyyə qərarının ləğvi barədə iddia irəli sürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2-1(116)-52/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar