Məhkəmə qərarları › İş №2-1(107)-185/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-185/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-185/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2014-cü il tarixli 2-1(84)-397/2014 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Kənan Vəliyev) 6 may 2014-cü il tarixli 2- 1(84)-397/2014 nömrəli qərarı ilə İddiaçı cavabdeh Mingəçevir Şəhər 2 saylı Xüsusi Notariat Kontoruna qarşı “Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 86/1 nömrəli evini nəvəsi X1 bağışlanmasına dair bağışlama müqaviləsinin daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan aparılması vəzifəsinin cavabdehə tapşırılması” tələbinə dair iddiası təmin edilmiş, məhkəmə xərci iddiaçıya aid edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2014-cü il tarixli 2-1(84)-397/2014 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2022-ci il tarixli 2- 1(107)-185/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə iş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında olan zaman İddiaçı məhkəmə kollegiyasına apellyasiya şikayətindən imtina etməsi barədə teleqram göndərərək nəzərə alınmasını və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının 13 iyul 2022-ci il tarixli iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəblərdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibаti Prosessuаl Məcəlləsinin: - 88.1-ci mаddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. - 88.3-cü mаddəsinə əsasən, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin: - 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından görünür ki, İddiaçı apellyasiya şikayətindən imtina etməsi iş üzrə digər şəxslərin hüquq və maraqlarına toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2014-cü il tarixli 2-1(84)-397/2014 nömrəli qərarından verdiyi apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 21 iyun 2022-ci il tarixli 2-1(107)-185/2022 nömrəli qərardadı ləğv edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2014-cü il tarixli 2-1(84)-397/2014 nömrəli qərarından vеrdiyi apellyasiya şikayətindən imtinaya dаir ərizəsi qəbul еdilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyü barədə 21 iyun 2022-ci il tarixli 2-1(107)-185/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Mingəçevir Şəhər 2 saylı Xüsusi Notariat Kontoruna qarşı “Mingəçevir şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən 86/1 nömrəli evini nəvəsi X1 bağışlanmasına dair bağışlama müqaviləsinin daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı alınmadan aparılması vəzifəsinin cavabdehə tapşırılması” tələbinə dair inzibati iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar