Məhkəmə qərarları › İş №2-1(107)-186/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-186/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-186/2022 28.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub itirilmiş məvacibin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-302/2022 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən barəsində verilmiş “xx.xx.2021-ci il tarixli töhmətin, eləcə də 55 saylı, xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub itirilmiş məvacibin ödənilməsi tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək həmin Məcəllənin 38.1 və 24-cü maddəsinin tələbləri izah edilmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia qaldırılması üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1452/2021 nömrəli qərardadı ilə “xx.xx.2021-ci il tarixli, 55 saylı, işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” hissədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, iddia tələbinin “xx.xx.2021-ci il tarixli töhmətin ləğv edilməsi” hissəsində prossesual müddət üzrsüz səbəblərdən buraxıldığından bərpa edilməmişdir.

5. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, iddia tələbinin həcmini azaldaraq “xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub itirilmiş məvacibin ödənilməsi tələbinə dair” qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

7. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 34 №-li əmrinə əsasən iddiaçıya, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 55 saylı əmrlə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra cavabdeh həmin əmrdə texniki səhvə yol verdiyini bildirərək iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə eyni tarixli, eyni nömrəli əmr vermişdir. İddiaçı Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 55 saylı əmrini mübahisələndirmiş, buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

8. İddiaçı tələb hüququnu xx.xx.2021-ci il tarixli 55 saylı əmrin qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, onun işdən çıxarılması ilə bağlı verilmiş əmr qərəzli olmuş, ümumiyyətlə onun işdən çıxarılması ilə bağlı təqdimat verilməmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın qərarı zəruri olduğu və belə bir qərar mövcud olmadığı halda cavabdeh orqan onun işdən azad edilməsi ilə bağlı qanunsuz əmr vermişdir. Sonradan Zərdab Rayon Məhkəməsində mübahisəyə baxılarkən onun barəsində attestasiya komissiyasının rəyinin olmaması aşkar olunduğundan, cavabdeh onun barəsində tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini texniki səhv adı altında düzəliş edərək “ç” bəndinə dəyişmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərdab Rayon Məhkəməsində mübahisəyə baxılarkən onun işdən azad olunma əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dəyişdirilməsindən sonra həmkarlar təşkilatının rəyinin alınması zərurəti yaranmış və cavabdehin nümayəndəsi bildirmişdir ki, həmkarlar təşkilatının sədri özüdür və onun işdən çıxarılmasına həmkarlar təşkilatı tərəfindən hər hansı razılıq verilməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında isə cavabdeh orqanın nümayəndəsi izahatını dəyişərək 1 ay əvvəl həmkarlar təşkilatının sədri vəzifəsindən çıxarıldığı halda bundan xəbərsiz olduğunu, işdən azad edilmə ilə bağlı məsələnin həmkarlar təşkilatının iclasında müzakirə olunaraq rəy verildiyini bildirmişdir. Həmkarlar təşkilatının iclası ümumiyyətlə olmayıb və tərtib edilmiş protokol saxtadır. O, heç bir həmkarlar təşkilatının iclasına çağırılmayıb, bununla bağlı ondan hər hansı izahat alınmayıb. Sonradan məhkəməyə təqdim edilən sənədlər: akt və iclas protokolları cavabdeh tərəfindən geriyə tarixə tərtib edilməklə saxtalaşdırılmışdır. Həmkarlar təşkilatları olmayan təqdimatı müzakirə edə bilməzdilər. Həmin təqdimat iclasdan 1 gün sonra tərtib edilib və iclasın keçirildiyi iddia olunan gün mövcud deyildi. O, nümayəndəsi olduğu kənddə işin normal ahəngini pozmamış, heç kimin mənafeyinə ziyan vurmamış, qəsdən və ya ehtiyatsızlıqdan hər hansı əmək funksiyasını pozmamışdır.

10. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Rayon İHB-nın X19 İƏD üzrə nümayəndəsi olmuş İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşmışdır. Rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərməmiş, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşımış, bu plana uyğun ərazidə iş qurulmamışdır. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görülməmiş və ya bununla bağlı rayon icra hakimiyyətinin başçısına təkliflər verilməmişdir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 15 sentyabr 2015-ci il tarixli Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilməmiş, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmamış və icrası üçün lazımi tədbirlər görülməmişdir. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilmişdir.

11. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar aşkar edilmişdir.

12. Nümayəndəlikdə əmək intizamına əməl olunmamış, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozmuş, iş yerində olmadıqları müəyyən edilmişdir. Bununla bağlı İddiaçı haqqında xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrlə intizam tənbehi tədbirləri görülsə də o, bundan lazımi nəticə çıxarmamışdır.

13. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol vermiş, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirmişdir. O, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görməmişdir. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur.

14. İddiaçı rayon icra hakimiyyəti başçısı aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər etmiş, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün aparmamış, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törətmişdir. Buna görə də o, xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrlə işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

15. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddiaçının şəxsiyyətinin mənfi xarakterizə olmasını, iddiaçının özünü iclaslarda düzgün apara bilməməsini, çıxışında əsassız fikirlər səsləndirməsini və əmək intizamını pozmasını qeyd etmiş və qaldırılan iddia tələbini qəbul etmədiyini bildirmişdir.

16. Şahid1 Yusif qızı birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, iddiaçı onun müdiri olmuşdur. İddiaçının işdən çıxarılma səbəbi onun rəftarı və davamiyyəti ilə bağlı idi. Belə ki, iddiaçının rəhbərliklə sözləri düz gəlmirdi. İddiaçı bəzən günortadan sonra işə gəlmirdi. İddiaçı ilə bərabər işə gecikdiyinə görə onun özünə və nümayəndəliyin mühasibinə də töhmət verilmişdir. xx.xx.2021-ci il tarixdə Zərdab rayonu İH-nin aparatın işçiləri nümayəndəliyə gələrək təhvil-təslim aktı tərtib etmiş, iddiaçı işdən azad olunandan sonra o, 3-4 ay iddiaçını əvəz etmişdir. Təhvil-təslim aktını icra hakimiyyətinin işçisi Ramiz Məmmədov tərtib etmişdir. İddiaçı təhvil-təslim aktına imza çəkməkdən imtina etmişdir. Təhvil-təslim aktı nümayəndəliyə aid kitabların: əmrlər kitabları, şifahi qəbul kitabı, möhür, ştampın təhvil-təslimi ilə bağlı idi. Aprel ayının təxminən 7-sində həm də kargüzarlıqla bağlı sənədlərə baxılaraq akt tərtib olunmuşdur. Həmin akta İntizam imza etməmişdir. Çünki artıq yox idi. Aşkar edilən nöqsanlar sənədləşmə işləri ilə bağlı idi. Ay ərzində nümayəndəlikdə 2-3 vətəndaş qəbul olunurdu. Müraciətlər adətən şifahi formada və ən çox texnikayla, su arxının qazılması ilə və suvarma ilə bağlı olurdu. İddiaçı adətən tez əsəbiləşirdi. İcra Hakimiyyətindən adətən Xocalı, 20 Yanvar tədbirləri ilə bağlı, tədbirlər planının qurulması ilə bağlı sərəncamlar göndərilirdi. İddiaçının işinə səhlənkar yanaşması nəticəsində vətəndaş müraciətləri olmuşdur. Lakin, o həmin müraciət edən şəxslərlə bağlı, o cümlədən müraciətin tarixi və mövzusu ilə bağlı heç bir məlumata malik deyil.

17. Şahid2 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, iddiaçının işdən azad edildiyi vaxt o, həmin nümayəndəlikdə işləməmiş, nümayəndənin müavini olaraq işə xx.xx.2021-ci il tarixdə başlamışdır. Buna qədər isə Bıçaqçı kəndində icra nümayəndəsi vəzifəsində işləmişdir. 26-27 aprel 2021-ci il tarixlərdə əmək intizamının yoxlanılması üçün nümayəndəliyə rayon İcra Hakimiyyətinin işçiləri gəlmiş, davamiyyəti yoxlayaraq getmişlər.

18. Şahid X2 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda 108 nəfərdən 86 nəfər iştirak etmişdir. Gündəlikdə duran məsələ iddiaçının dövlət qulluğuna xitam verilməsi haqqında məsələ olmuşdur. İclasda iddiaçının əmək intizamına riayət etməməsi, dövlət qulluğuna layiq olmayan hərəkətlər etməsi, iclasın gedişini pozması müzakirə edilmişdir. Həmin tarixdən sonra Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının başqa heç bir iclasında iştirak etməmişdir.

19. Şahid X16 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclasda rayon İcra hakimiyyəti başçısının sərəncamı müzakirə edilmişdir. İclasda 86 nəfər iştirak etmişdir. İclasda özündən əvvəl çıxış edənlərin çıxışlarını 1 il müddət keçdiyinə görə xatırlamır. İclasda 6 nəfər çıxış etmişdir. O, özü 4-cü çıxış etmişdir, özündən əvvəl 1-ci Oqtay, daha sonra Şamo, Abubəkir çıxış etmişdir. İclasda iddiaçının əmək intizamına riayət etməməsi, dövlət qulluğuna layiq olmayan hərəkətlər etməsi, iclasın gedişini pozması məsələləri müzakirə olunmuşdur.

20. Şahid X8 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə 2016-cı ildən bəri aralarında şəxsi ədavət vardır. xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmiş, iclası Adəm Rəhimli açmışdır, iclasda iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləvği məsələsi müzakirə olunmuşdur.

21. Şahid X4 birinci instansiya məhkəməsinin iclasında izahat verərək göstərmişdir ki, iddiaçı ilə təxminən 1 həftə aralarında ədavət yaranmışdır ki, buna da səbəb iddiaçının ona qarşı qərəzli hərəkətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclası keçirilmişdir, iclasda 86 nəfər iştirak etmişdir. İclasda müzakirə olunan məsələlərdən iddiaçının əmək intizamını pozması və dövlət qulluqçusuna yaraşmayan hərəkətlərə yol verilməsinin müzakirə edilməsini xatırlayır. Qalan məsələləri isə iclasın keçirilməsindən 1 il ildən artıq müddət keçdiyindən xatırlamır.

22. Şahid X7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, müvafiq iclas xx.xx.2021-ci il tarixdə İcra Hakimiyyətinin binasında akt zalında 1-ci mərtəbədə keçirilmişdir. İclasda 108 nəfərdən 86 nəfər iştirak edirdi. O, özü 5-ci çıxış etmişdir. İclasda müzakirə olunan məsələlər iddiaçının dövlət qulluqçusuna xas olmayan hərəkətlərə yol verməsi, iclaslarda özbaşına çıxış edib rəhbərliyə cavab qaytarması, əmək intizamını pozması, işə gec gəlib tez getməsi ilə bağlı məsələlər olmuşdur. xx.xx.2021-ci il tarixdən sonra o, heç bir iclasda iştirak etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 aprel 2022-ci il tarixli 2- 1(116)-302/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixdən Cavabdeh başçısının Yuxarı X13 Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Zərdab RİHB-nın xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrinə əsasən iddiaçıya "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə uyğun olaraq töhmət verilmiş, daha sonra xx.xx.2021-ci il tarixli 55 saylı əmrlə iddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir İddiaçı xx.xx.2021-ci il tarixli 55 saylı əmri mübahisələndirdiyindən hazırkı inzibati mübahisə yaranmışdır. Zərdab RİHB-nın X19 İƏD üzrə nümayəndəsi olmuş İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşmışdır. Rayon İcra Hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərməmiş, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşımış, bu plana uyğun ərazidə iş qurulmamışdır. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görülməmiş və ya bununla bağlı Rayon İcra Hakimiyyətinin başçısına təkliflər verilməmişdir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilməmiş, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmamış və icrası üçün lazımi tədbirlər görülməmişdir. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən Rayon İcra Hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilmişdir. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar aşkar edilmişdir. Nümayəndəlikdə əmək intizamına əməl olunmamış, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozmuş, iş yerində olmadıqları müəyyən edilmişdir. Bununla bağlı İddiaçı haqqında xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrlə intizam tənbehi tədbirləri görülsə də o, bundan lazımi nəticə çıxarmamışdır. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol vermiş, bunun nəticəsində nümayəndəliyin və rayon icra hakimiyyətinin nüfuzuna xələl gətirmiş, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görməmişdir. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur. İddiaçının müvafiq hərəkətlərə yol verməklə "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunların tələblərini pozması məhkəmə tərəfindən nəzərə alınmayaraq qanunsuz qərar çıxarmışdır. Qeyd olunan əsasla ona "Dövlət qulluğundan azad edilmə" intizam tənbehinin tətbiqi "Dövlət qulluğu haqqında" Qanunun 25.2-ci maddəsinin tələbləri baxımından mütənasib addım kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, dövlət qulluğuna qəbul edilmiş vətəndaş kimi o, vəzifəsinin icrasına başlamamışdan əvvəl "dövlət qulluğunun ona verdiyi hüquqları və üzərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücü ilə və vətənin mənafeyi naminə həyata keçirəcəyinə" and içmiş və qulluğa qəbul olunduqdan sonra etik davranış qaydalarına riayət etmək dövlət qulluqçusu kimi onun vəzifəsi olmalıdır. Lakin onun yol verdiyi hərəkətlər həmin müddəalarla nəinki uzlaşmır, hətta tam ziddiyyət təşkil edir. Qanunvericiliyə görə İddiaçı barədə İƏDU-ə ilk Həmkarlar Təşkilatının rəyi legitimdir. Məhkəmə bunu nəzərə almamışdır. Qərar qəbul edilərkən şahid ifadələrinə hüquqi qiymət verilməməsi ön plandadır. Belə ki, Həmkarlar Təşkilatının sədri Adəm Rəhimli məhkəməyə dəvət olunmamışdır. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsi iddiaçının 55 saylı, xx.xx.2021-ci il tarixli işdən azad edilmə əmrinin əsassız olduğunu sübuta yetirə bilməmişdir. Qeyd olunur ki, əmr əsassızdır. Amma bunu sübut edə bilmir. Ola bilər ki, məsələyə digər qanunvericilik normalarına nəzərən yanaşılsın. Amma "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə nəzərən məsələyə yanaşılmamış qanunsuz qərar çıxarılmışdır. Birinci instansiya məhkəməsi həm iddiaçı barəsində Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən verilmiş 34 saylı xx.xx.2021-ci il tarixli töhmət əmrini nəzərə almamış, həm də iddiaçının tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, xx.xx.2021-ci il tarixli əmrə düzgün hüquqi qiymət verməyərək qərarla əmri ləğv etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini onunla əsaslandırmağa çalışmışdır ki, “Dövlət qulluğu haqqında” Qanunun müəyyən etdiyi qaydalara əsasən dövlət qulluqçusunun dövlət qulluğundan azad edilməsi zamanı dövlət orqanının rəhbərinin əmri ilə araşdırmanın aparılması, dövlət qulluqçusundan yazılı izahatın alınması, hətta zərurət olduqda müvafiq dövlət orqanının rəhbəri tərəfindən xidməti yoxlama təyin edilməsi mütləq olduğu halda Cavabdeh qanunun həmin tələblərinə əməl etməmiş, iddiaçı barəsində araşdırmanın aparılması barədə müvafiq əmr verməmiş, ondan izahat alınmamış nə də ki barəsində xidməti yoxlama təyin edilməmişdir. Adıçəkilən Qanunun tələblərinə görə dövlət qulluğundan azad edilmə barədə intizam tənbeh tədbirinin tətbiqinə yalnız müstəsna hallarda, yəni dövlət qulluqçusunun vəzifələrin icrası zamanı kobud və ya mütəmədi olaraq pozuntulara yol verdikdə yol verilir. Göstərilənlərlə bağlı bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının göstərişi əsasında Zərdab Rayon Yuxarı X13 Ərazi dairəsi üzrə nümayəndəliyində iddiaçının əmək fəaliyyətinin araşdırılması ilə bağlı yoxlama aparılmış və aşkar edilmiş nöqsanlar barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı isə araşdırma zamanı dəvət edilməsinə baxmayaraq icra nümayəndəliyinə gəlməmiş və tələb edilməsinə baxmayaraq izahat verməmişdir. Buna görə də onun izahatını almaq mümkün olmamışdır. Yoxlamada icra nümayəndəsinin müavini Nübar Məsimova isə iştirak etmiş və tərtib olunmuş aktı imzalamışdır. Məhkəmə daha sonra göstərmişdir ki, iddiaçi İddiaçı dövlət qulluğundan azad edilməsi barədə əmrin verilməsinə əsas olmuş Zərdab RİHB Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədov tərəfindən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadəyə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatda göstərilən çatışmazlıqlar formal sadalanmaqla heç nə ilə əsaslandırılmamışdır. Halbuki, həmin təqdimat yetərincə əsaslandırılmış və göstərilmişdir ki, Rayon İHB-nın X19 İƏD üzrə nümayəndəsi İddiaçı "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşır. O, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur, bələdiyyə torpaqlarından kənd sakinlərinə qanunsuz olaraq icarəyə torpaq sahələri verir. İddiaçı Rayon icra Hakimiyyəti başçısı Aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törədir. Rayon icra Hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov xx.xx.2021-ci il tarixdə rayon rəhbərinin tapşırığını İddiaçı çatdırarkən o, təhqiramiz sözlərlə S.Cəfərovu təhqir etmiş, ona edilmiş müraciətə baxmayaraq zor tətbiq etməklə Rayon İcra Hakimiyyətinin başçısının otağına daxil olmağa cəhd göstərmişdir. O, belə hərəkətlərə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, o cümlədən polis şöbəsində də yol vermişdir. İddiaçı Rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməməklə vaxtaşırı olaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməklə rayon icra hakimiyyətinin və yerli nümayəndəliyin nüfuzuna ciddi xələl gətirmişdir. Məhkəmə tərəfindən təqdimatda göstərilən faktlara qeyri-obyektiv yanaşılaraq düzgün hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun oluraq əvvəlcədən həmkarlar təşkilatına təqdimat verilmiş və iddiaçının əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar Təşkilatının qabaqcadan razılığı alınmış, həmin müraciət və razılığa dair sənədlər sonradan arxa tarixə tərtib edilməmişdir. RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının iclası keçirilmiş şahid kimi məhkəmədə iştirak edən şəxslər iclasda çıxışlar etmişlər. Lakin məhkəmə şahidlərin çıxışlarını sübut kimi qəbul etməmiş və həmkarlar təşkilatının sədri Adəm Rəhimlini şahid qismində dindirməyərək qanunsuz qərar çıxarmışdır. Lakin RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclasının protokolunu məhkəməyə təqdim etmələrinə baxmayaraq, məhkəmə həmin protokoldakı iddiaçının qanunsuz hərəkətlərini göstərən çıxışları nəzərə almamışdır. İddiaçının qanunsuz hərəkətləri xx.xx.2021-ci il tarixdə aşkar edilmiş pozuntulardan da əvvəl mövcud olmuş və İcra Hakimiyyətinin başçısı Həmkarlar Təşkilatına xx.xx.2021-ci il tarixli müraciəti həmin pozuntularla bağlı olmuşdur. Lakin elə həmin protokoldan da görünür ki, iclasda həmkarlar təşkilatının 101 üzvündən 86 nəfəri iştirak etmişdir, çıxış etmək isə üzvlərin hüququdur, vəzifəsi deyildir. Həmçinin, həmkarlar təşkilatının iclasında iştirak etmək üçün iddiaçı telefon vasitəsi ilə dəvət edilsə də o, iclasda iştirak etməkdən imtina etmişdir. Göstərilənlərdən başqa bildirilmişdir ki, Şahid1 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli yazılı izahatında xx.xx.2021-ci il tarixli akta imza etsə də, yoxlamanın Nicat Umudov tərəfindən xx.xx.2021-ci il tarixdə aparıldığını və aktı imzalayan digər şəxslərin (Ramiz Məmmədov, Vasif Məhəmmədov və Əli Əliyevin) orada olmadığını qeyd etmişdir. Lakin Şahid1 notariusda təsdiq edilmiş yeni izahatında yoxlamanın xx.xx.2021-ci il tarixdə keçirildiyini, aktı imzalayan bütün şəxslərin orada olduğunu, xəstə olduğu üçün səhvini düzəltmək üçün məhkəmə iclasına gedə bilmədiyini göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarını pozmaqla qanunsuz və əsassız qərar çıxarmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)- 302/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-302/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)- 302/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

28. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 21 saylı əmrindən, xx.xx.2017-ci il tarixli 191 saylı əmrindən və xx.xx.2017-ci il tarixli 227 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə Dövlət qulluğuna, xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. - Zərdab Rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 16 №-li əmrindən görünür ki, iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. - Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 34 №-li əmrindən görünür ki, müvafiq əmrə əsasən iddiaçıya, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir. - Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 55 №-li əmrinin surətindən görünür ki, Cavabdeh başçısı M.Camalzadənin xx.xx.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. - xx.xx.2021-ci il tarixdə Zərdab Rayon İHB-nın iddiaçıya ünvanladığı 01/566 nömrəli məktubunda xx.xx.2021-ci il tarixli 55 №-li işdən azad olunma barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin texniki səhv olaraq “c” kimi göstərildiyi, düzəliş edilmiş əmrin surətinin məlumat üçün göndərildiyi qeyd edilmişdir. - Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 55 №-li əmrinin surətindən görünür ki, Cavabdeh başçısı M.Camalzadənin xx.xx.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. - Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi X5 təşkilatın sədrinin seçilməsi qeyd edilmişdir. - xx.xx.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli məktubdan da görünür ki, cavabdeh, həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ ilə bağlı rəy verilməsi üçün müraciət etmişdir. - Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda və Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda iddiaçı barəsində dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilməsi qeyd edilmişdir. - Azərbaycan dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının respublika Komitəsinin xx.xx.2022-ciil tarixli 07 saylı məktubundan görünür ki, Cavabdeh ilk həmkarlar ittifaqı üzvlərinin sayı 41 nəfərdir, Zərdab rayon X19 ərazi inzibati dairəsi üzrə nümayəndəliyində çalışan işçilər İƏDN ayrıca ilk həmkarlar ittifaqı təşkilatında tımsil olunurlar. Sözügedən təşkilatda üzvlərin sayı 108 nəfərdir. İƏDN ilk həmkarlar ittifaqı təşkilatının sədri X9r. - Zərdab Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsindən görünür ki, müvafiq qətnaməyə əsasən Cavabdeh başçısı Mərdan Camalzadə tərəfindən iddiaçı barəsində verilmiş töhmətin verilməsinə dair 34 saylı xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 55 saylı, xx.xx.2021-ci il tarixli əmrin etibarsız hesab edilməsi, onun Cavabdeh başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(107)1667/2021 nömrəli qərardadından görünür ki, Zərdab rayon İcra Hakimiyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(035)-375/2021 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Tərəflərə (o cümlədən iddiaçıya) hazırki mübahisənin həlli ilə bağlı məhkəmə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət hüququ izah olunmuşdur. - Məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclas kitabından çıxarışdan görünür ki, Adəm Rəhimlinin sədrliyi ilə xx.xx.2021-ci il tarixdə təşkilatın 108 üzvündən 86 üzvünün iştirakı ilə keçirilən iclasda Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsi mürakirə edilərək, 86 nəfərin lehinə səsverməsi ilə İddiaçı dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

30. “Dövlət qulluğu haqqında” Qanun: Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri: 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Maddə 20 Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

31. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun: Maddə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Maddə 9. Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

32. Əmək Məcəlləsi: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

33. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

34. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

35. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

36. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin orqan tərəfindən Əmək Məcəlləsinin həm də 80-ci maddəsində imperativ qaydada müəyyən edilən normalar pozularaq (Bu Məcəllənin 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla), həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan iddiaçı ilə əmək müqaviləsi pozulmuş, lakin sonradan cavabdeh orqan səlahiyyətlərinin ona verdiyi imkanlardan sui-istifadə etməklə məhkəmə araşdırmasının gedişatında öyrəndiyi, ilkin inzibati icraatda yol verdiyi nöqsan və çatışmazlıqları tabeçiliyində olan insan resurslarından və texniki imkanlardan istifadə etməklə, geriyə tarixə sənədlərin tərtibi yolu ilə aradan qaldırmağa cəhd edərək, qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozmuş, bununla da qəbul etdiyi qanunsuz inzibati aktın hüquqi cəhətdən tanınmasına nail olmağa çalışmışdır.

39. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə dair (o cümlədən, vətəndaşların qəbulunun həyata keçirilməməsi, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmaması və icrası üçün lazımi tədbirlər görülməməsi və bunun nəticəsində Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilməsi barədə) həmçinin, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini xx.xx.2021-ci il tarixli əmrində əsaslandırmamış, məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğularında müvafiq əsaslanmanın təqdim edilməsi tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

40. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 21 saylı əmrinə, xx.xx.2017-ci il tarixli 191 saylı əmrinə və xx.xx.2017-ci il tarixli 227 saylı əmrinə əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə Dövlət qulluğuna, xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. Zərdab Rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 16 №-li əmrinə əsasən iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinə əsasən töhmət verilmişdir. Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 34 №-li əmri ilə iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir. Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 01/464-1 nömrəli təqdimatına əsasən, Rayon İcra Hakimiyyəti başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verdiyini, bu nöqsanlarla bağlı bir neçə dəfə haqqında intizam tənbeh tədbirləri görülməsinə baxmayaraq lazımi nəticə çıxarmadığını nəzərə alaraq onun dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Dövlət İdarəsi işçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısı aparatının Həmkarlar Təşkilatının yığıncağında müvafiq rəy verilməsi göstərilmişdir. Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda və Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda iddiaçı barəsində dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilməsi qeyd edilmişdir. Cavabdeh başçısı M.Camalzadənin xx.xx.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə Zərdab Rayon İHB-nın iddiaçıya ünvanladığı 01/566 nömrəli məktubunda xx.xx.2021-ci il tarixli 55 №-li işdən azad olunma barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin texniki səhv olaraq “c” kimi göstərildiyi, düzəliş edilmiş əmrin surətinin məlumat üçün göndərildiyi qeyd edilmişdir.

41. Bundan başqa məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində, özü isə onun müavini vəzifəsində işləmişdir. İddiaçı işə davamiyyəti çox zəif olmuş, bəzi günlərdə işə gəlməmişdir. İddiaçı işdən azad edildikdən sonra aprel ayında axşamüstü yoldaşı ilə onun evinə gəlmiş, bildirmişdir ki, təkrar işə bərpa olunacaqdır. İddiaçı ondan Nicat Umudovun ayın 27-də gəlməsi ilə bağlı izahat yazmasını istəmişdir. X23 aprelin 7-də əmək intizamının yoxlanılması məqsədilə Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəliyinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı həqiqətən də Şahid1 evinə getdiyini etiraf etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı tanıyır, qohumluq əlaqələri yoxdur. 2003-cü ilin yanvarın 10dan işləyir. Həmkarlar İttifaqının iclası xx.xx.2021-ci il tarixdə 80-85 nəfərin iştirakı ilə Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsi mürakirə edilmişdir. İclasa sədrliyi Adəm Rəhimli edirdi. X6, Abubəkir İsayev, Ramil Xəlilov, Rusif Səlimzadə və Elman Ağayev çıxış etmişlər. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır. İddiaçı iclasın vaxtı barədə məlumat verilməsi məqsədilə telefon vasitəsilə zəng edilmiş, lakin əlaqə saxlamaq mümkün olmadığından, iclas onun iştirakı olmadan keçirilmişdir.

43. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı tanıyır, Şahhüseynli kənd icra nümayəndəsi vəzifəsində işləyir. Zərdab RİH başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən, Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinin mürakirə edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə iclas keçirilmişdir. İddiaçı iclasların keçirilməsinə maneçiliklər törətmişdir. İclasda 86 nəfər iştirak etmişdir. 250 nəfərlik zalda 86 nəfər iştirak edirdi. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır.

44. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı 3 ildir tanıyır. Qohumluğu yoxdur. İclas xx.xx.2021-ci il tarixdə 86 nəfərin iştirakı ilə keçirilmişdir. X11 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsi müzakirə edilmişdir. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır.

45. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, Qaravəlli kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir. İddiaçı təxmini 3-4 ildir ki tanıyır. İddiaçı əmək intizamını pozmuşdur. Ona qarşı hörmətsizlik də etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən iclasa sədrliyi Adəm Rəhimli etmişdir. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır.

46. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı tanıyır. Düşmənçiliyi yoxdur. İclasın keçirildiyi tarixdə işləməmişdir. 27 aprel 2021-ci il tarixdə Nicat Umudovun yoxlamaya gəlməsi barədə məlumat düz deyildir. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır.

47. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəni müdafiə edir və əlavə olaraq qeyd edir ki, İddiaçı tanıyır. Qohumluğu yoxdur. xx.xx.2021-ci il tarixli iclasda iştirak etmişdir. İclasa sədrliyi Adəm Rəhimli edirdi. Cavabdeh tərəfindən heç bir təzyiq olunmamışdır.

48. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə günün ikinci yarısında Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinə baxılmış və İddiaçı dövlət qulluğundan azad edilməsi barədə qərar qəbul edilmişdir. İclasda 38 nəfər iştirak edirdi. İddiaçı iclasda iştirak etməmişdir. İddiaçı dövlət qulluqçusu olduğuna görə əmək müqaviləsi hansı orqan tərəfindən bağlanmışdırsa həmin orqanın həmkarlar ittifaqı onun işdən azad edilməsi məsələsinə baxa bilər. İddiaçı iclasın vaxtı barədə məlumat verilməsi məqsədilə telefon vasitəsilə zəng edilmiş, lakin əlaqə saxlamaq mümkün olmadığından, iclas onun iştirakı olmadan keçirilmişdir.

49. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, İddiaçıla az müddətdə işləmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə 86 nəfərin iştirakı ilə iclas keçirilmişdir. İddiaçı iclasın vaxtı barədə məlumat verilməsi məqsədilə telefon vasitəsilə zəng edilmiş, lakin əlaqə saxlamaq mümkün olmadığından, iclas onun iştirakı olmadan keçirilmişdir.

50. Yuxarıda şahid qismində dindirilmiş şəxslərin ifadələrini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, həqiqətən də Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 01/464-1 nömrəli təqdimatına əsasən, Rayon İcra Hakimiyyəti başçısının Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verdiyini, bu nöqsanlarla bağlı bir neçə dəfə haqqında intizam tənbeh tədbirləri görülməsinə baxmayaraq lazımi nəticə çıxarmadığını nəzərə alaraq onun dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Dövlət İdarəsi işçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısı aparatının Həmkarlar Təşkilatının yığıncağında müvafiq rəy verilməsi göstərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə Adəm Rəhimlinin sədrliyi ilə 86 nəfərin iştirakı ilə iclas keçirilmişdir. Qeyd edilən hal məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclas kitabları ilə də öz təsdiqini tapmışdır.

51. Bundan əlavə, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, işə vaxtında gəlmədiyi, rayon icra hakimiyyəti tərəfindən keçirilən iclaslarda özünü düzgün apara bilməməsi və s. kimi hallar iş materialları və məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır.

52. Belə ki, iş materiallarında olan Zərdab Rayon İHB-nın xx.xx.2019-cu il tarixli, 16 №-li əmrindən görünür ki, iddiaçıya “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. Zərdab Rayon İHB-nın xx.xx.2021-ci il tarixli 34 №-li əmrindən görünür ki, müvafiq əmrə əsasən iddiaçıya, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1 maddəsinə uyğun olaraq töhmət verilmişdir.

53. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Zərdab Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdikdən və iddia ərizəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi üçün peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanının qərarının olmasının vacibliyini və belə bir qərarın olmamasını qeyd etdikdən sonra cavabdeh texniki səhvə yol verdiyini bildirərək əmrin çıxarılmasından 20 gün sonra (həmçinin, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən sonra) eyni saylı, eyni tarixli yeni əmr verərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini bildirmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsində həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən, ilk növbədə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması qaydası müəyyən edilmişdir.

54. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında cavabdeh tərəfindən texniki səhvə yol verildiyini bildirərək iddiaçının əmək müqaviləsinə əslində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etmişdir.

55. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixədək Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokoluna istinad etməklə iddiaçının işdən çıxarılması məsələsinin müzakirə olunduğunu bildirirdi. Bu zaman belə sual yaranır ki, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclası keçirildiyi halda, eyni tarixdə eyni məsələ ilə bağlı Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının iclasının keçirilməsinə hansı zərurət var idi. İşdə olan xx.xx.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli məktubdan da görünür ki, cavabdehin, məhz həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ ilə bağlı rəy verilməsi üçün müraciətin edildiyi qeyd olunur. Digər tərəfdən diqqətə alınmalı olan hal ondan ibarətdir ki, məhkəmə iclasında izahat vermiş şahidlər RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli iclasının rayon icra hakimiyyətinin akt zalında keçirildiyini və iclasda 86 nəfərin iştirak etdiyini bildirirlər. Həmçinin, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclasında da 34 nəfərin iştirak etdiyi ilə bağlı məlumatlar nəzərə alınsa, ölkə üzrə sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə (34 nəfərin iştirakı ilə müvafiq iclasın keçirilməsinə ümumiyyətlə heç bir zərurət olmadığı halda), 86 və 34 nəfərin iştirakı ilə müvafiq iclasların keçirilməsini məhkəmə inandırıcı hesab etmir.

56. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi Vasif Məhəmmədov izahatında bildirdi ki, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixdə günün birinci yarısında Adəm Rəhimlinin sədrliyi ilə 86 nəfərin iştirakı ilə keçirilən iclasında Zərdab RİH başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən, Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsi mürakirə edilmiş və İddiaçı dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. Daha sonra məlum olmuşdur ki, İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsi onunla əmək müqaviləsini bağlayan orqanın (Cavabdeh) həmkarlar ittifaqı tərəfindən müzakirə edilməlidir. Ona görə də Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixdə günün ikinci yarısında Nicat Umudovun sədrliyi ilə 38 nəfərin iştirakı ilə iclas keçirilmiş və İddiaçı dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsindən bildirilmişdir ki, İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsi Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatı tərəfindən müzakirə edilməlidir.

57. Sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə 86 və 34 nəfərin iştirakı ilə iclas keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, kollegiyanın iclasında şahid qismində dindirilmiş şəxslər həmin zalın 250 nəfərlik zal olduğunu və yalnız 86 nəfərin iştirak etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Adəm Rəhimlinin sədrliyi ilə xx.xx.2021-ci il tarixdə keçirilən iclas sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə keçirilsə də qanuni əsaslarla keçirilmişdir.

58. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında izahat vermiş şahidlərin ifadələrinə münasibətdə (onlardan biri uzun müddətdir ki, iddiaçı ilə arasında düşmənçiliyin olmasını, digəri isə bir müddət əvvəl iddiaçı ilə münasibətlərin pisləşməsini etiraf etmişdir) məhkəmə qeyd edir ki, həmin şəxslər cavabdehdən birbaşa asılı olmaqla onun tabeçiliyində əmək fəaliyyəti ilə məşğul olurlar. Şahidlər protokolda qeyd edilmiş məlumatlardan başqa hər hansı digər məlumat verə bilmədiklərindən məhkəmə onların izahatlarının mübahisənin həlli üçün sübut əhəmiyyətinə malik olmaması qənaətinə gəlir.

59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərə Cavabdeh tərəfindən təzyiq göstərilməsi ilə bağlı verilən suallara şahidlər tərəfindən cavabdeh orqanın onlara hər hansı təzyiqinin olmaması bildirilmişdir.

60. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslərin cavabdeh inzibati orqandan birbaşa asılı olması onların verdikləri ifadələrin yalan olması və ya cavabdehin təzyiqi ilə verilməsi demək deyildir.

61. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin iddia tələbinə etirazının əsası kimi istinad etdiyi, X19 İƏD üzrə nümayəndəliyində xx.xx.2021-ci il tarixdə müvafiq yoxlamanın keçirilməsi ilə bağlı aktda aşkar edilmiş nöqsanlara münasibətdə məhkəmə qeyd edir ki, Mənsimova X10 Rayon Məhkəməsinə ilkin olaraq yazılı verdiyi izahatında aparılan yoxlamanın xx.xx.2021-ci il tarixdə keçirilməsini (iddiaçı işdən azad olunduqdan sonra), lakin ona xx.xx.2021-ci ildə yazılan akta imza çəkdirildiyini bildirmiş, lakin sonradan işə Şəki Apellyasiya Məhkəməsində baxılarkən notarial qaydada təsdiq edilmiş izahat təqdim edərək aktın tərtib edilmə tarixində səhvə yol verdiyini bildirmiş və verdiyi izahatı təkzib etmişdir. Həmçinin, hazırkı iş üzrə də şahid qismində izahat verərkən ilkin izahatında qeyd edilənlərin yanlış olduğunu, yoxlamanın xx.xx.2021-ci il tarixdə keçirilməsini və həmin tarixdə də aktın tərtib edilməsini bildirmişdir.

62. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə görə İddiaçı işdən azad edildikdən sonra aprel ayında axşamüstü yoldaşı ilə onun evinə gəlmiş və bildirmişdir ki, təkrar işə bərpa olunacaqdır. İddiaçı ondan Nicat Umudovun ayın 27-də yoxlamaya gəlməsi ilə bağlı izahat yazmasını istəmişdir. X23 aprelin 7-də əmək intizamının yoxlanılması məqsədilə Yuxarı X13 ərazi dairəsi üzrə nümayəndəliyinə gəlmişdir.

63. Birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə, cavabdeh tərəfindən təqdim edilən, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunun və xx.xx.2022-ci il tarixli təqdimatın məzmununu təhlil edərək müəyyən etmişdir ki, Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda Cavabdeh başçısının təqdimatının müzakirə olunduğu bildirilir. Bu isə o deməkdir ki, Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatı xx.xx.2021-ci il tarixli iclasında hələ mövcud olmayan təqdimatı müzakirə edə bilməzdi. Müvafiq iclas keçirilərkən əslində xx.xx.2021-ci il tarixdə tərtib edilmiş təqdimat ümumiyyətlə mövcud deyildi (iclasda müzakirə olunan məsələlər xx.xx.2021-ci il tarixə aid Rayon İHB-nın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X1 tərəfindən imzalanmış təqdimatda qeyd olunan məsələlərlə tamamilə üst-üstə düşür). Belə olan halda iddiaçı haqlı olaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli iclasın müzakirə predmeti xx.xx.2021-ci il tarixli təqdimat ola bilməzdi, müzakirə edilməli olan xx.xx.2022-ci il tarixli aktla bağlı isə iclas protokolunda heç bir qeyd yoxdur. Buna görə də məhkəmə, xx.xx.2022-ci il tarixdə tərtib edildiyi qeyd edilən aktın, RİHB-nın kənd İƏD üzrə nümayəndəliklərinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli və Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokollarının cavabdehin yol verdiyi nöqsanları aradan qaldırmaq məqsədilə sonradan tərtib etməsi qənaətinə gəlir və iş üzrə mötəbər sübut olaraq qəbul etmir.

64. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qəbul etməyərək qeyd edir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın predmeti xx.xx.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli təqdimat olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən keçirilməsi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh başçısı M.Camalzadənin xx.xx.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir.

65. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının xx.xx.2021-ci il tarixdə keçirilən iclasın onun iştirakı olmadan keçirilməsi və iclasın həqiqətən keçirilib-keçirilməməsi ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində iştirak edən şəxslərin ifadələrinə əsasən, İddiaçıla iclasın keçirilməsinin vaxtı barədə məlumat verilməsi üçün telefon vasitəsilə əlaqə saxlamaq mümkün olmadığından iddiaçı həmin iclasda iştirak etməmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə iclasın keçirilməsi iş materialları, şahid ifadələri və məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının iclas kitabları ilə də öz təsdiqini tapmışdır.

66. Bundan başqa iş materialları və məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlərin ifadələrindən də göründüyü kimi, İddiaçı rayon icra hakimiyyəti başçısının aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir.

67. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı kollegiyanın iclasında da məhkəmə iclasında göstərilən qaydalara riayət etməmiş, İddiaçı məhkəmə iclasındakı davranışına və məhkəmə iclasının keçirilməsinə maneçilik törətdiyinə görə şifahi xəbərdarlıq elan edilmişdir.

68. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə iclasın keçirilmədiyini göstərəcək şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsi üçün çağırıla biləcəyi izah edilmiş, lakin iddiaçı bununla bağlı şahidlərin məhkəmə kollegiyasının iclasına dəvət edilməsini tələb etməmişdir.

69. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə etirazının dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 01/464-1 nömrəli təqdimatı İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılaraq müvafiq rəy verilməsi ilə bağlı olmuş, həmin təqdimat əsasında xx.xx.2021-ci il tarixdə iclas keçirilmiş, İddiaçı dövlət qulluğundan azad edilməsi qərara alınmış, Cavabdeh başçısı M.Camalzadənin xx.xx.2021-ci il tarixli 55 saylı əmrinə əsasən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6 maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir.

70. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

72. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2-1(116)-302/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub itirilmiş məvacibin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar