Məhkəmə qərarları › İş №2-1(107)-187/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-187/2020

14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-187/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli xx.xx.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.20N8-ci il tarixində həmin məhkəməyə daxil olmuşdur. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N8-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və xx.xx.20N8-ci il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. xx.xx.20N9-cu il tarixində iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli xx.xx.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsininməhkəmə iclasında iştirak edən iddiaçı mübahisəli əmrlərdən şikayət edilməsi müddətinin ona izah edilmədiyi üçün müddəti ötürmədiyini qeyd edib, iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.20N8-ci il tarixli məhkəmə iclas protokolunda qeyd olunmuş iddiaçının izahatından (səh. 30-3N) görünür ki, mübahisə predimenti olan xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmr 20N7-ci ilin 5-6 oktyabrında hərbi hissəyə daxil olmuşdur. İddiaçı xx.xx.20N7-ci ildə əmrlə tanış olmuşdur. xx.xx.20N7-ci il tarixdə təhvil-təslim olmuşdur və N oktyabrda N nömrəli hərbi hissədə xidmətə başalmışdır. xx.xx.20N8-ci il tarixdə öz ərizəsinə əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan cavabdehin xx.xx.20N8-ci il tarixli etirazından (səh. N6-N7) görünür ki, iddiaçı xx.xx.20N8-ci il tarixində etirazın surətini almışdır. İş materiallarında olan iddiaçıya ünvanlanmış xx.xx.20N8-ci il tarixli NN/26N6 nömrəli hüquq idarəsinin rəisinin məktubundan (səh. NN) görünür ki, iddiaçının xidmət yerinin dəyişdirilməsinin hüquqi əsaslandırılması barədə müraciətinə baxılmış və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilmədiyi ona bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.20N8-ci il tarixli 0N44 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, iddiaçı “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) və N64-cü maddəsinə müvafiq olaraq, N nömrəli hərbi hissənin Hava hücumundan müdafiə bölməsi rəisinin aviasiya üzrə köməkçisi mayor İddiaçı Hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmrinin ləğv edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0N44 nömrəli xx.xx.20N8-ci il tarixli Silahlı Qüvvələrdən ehtiyata buraxılmağı barədə əmrinin ləğv edilməsi və onun N nömrəli hərbi hissənin kadrlar bölməsi rəisi vəzifəsinə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. XN Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, İş materiallarından göründüyü kimi, 20N8-ci ilin iyun ayında cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qaldırdığım N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iş aiddiyatı üzrə baxılması üçün Şəki İnzibati - İqtisad Məhkəməsinə göndərilmişdir. Yerdəyişmədən hələ aylar öncə, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət etmişəm, Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərəm Vəliyevin və general mayor Elçin Xəlilovun qəbulunda olmuşam. Lakin, gələn və mənə verilən cavablardan verilmiş qərardan narazı olaramsa, məhkəməyə müraciət edə bilcəyim və məhdud günün olması barədə heç bir maarifləndirici məlumat qeyd olunmayıb. Cavabdehin Sizə təqdim etdiyi etiraz cavabını oxuduqda şikayət verilmənin müddəti olduğunu bilmişəm. Azərbaycan Ordusunda Mülki Məcəllə ilə bağlı heç bir dərs tədris olunmur və bu səbəblədə yuxarıda qeyd etdiyim kimi gələn cavablarda maarifləndirici məlumat olmadığı üçün xəbərsiz olmuşam, lakin mənim xidmət yerimin dəyişiləcəyini bildiyim gündən düzgün qərar qəbul edilmədiyi üçün hər zaman yuxarıda qeyd etdiyim kimi bu və ya digər üsulla narazılığımı bildirmişəm. Əlavə olaraq bildirmək istəyirəm ki, mənim hərbi xidmətdə olduğumu, dövlətimizin ərazi bütövlüyünü, vətənimizi, xalqımızı, millətimizi qoruduğum halda, qanunlarda hansısa bir vaxt limitinin olmasını hardan bilərdim. Bilavasitə qanunda belə vaxt olduğunu bilən Müdafiə Nazirliyinin hüquq idarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili mənim şikayətimə, müraciətimə verdiyi cavabda (narazı olaramsa N ay müddətində şikayət etmək hüququm olduğunu bildirməyib) vaxt zaman kəsiyini nə məqsədlə gizlədib?. Mənim hüquqlarımıda eynən qorumalı olan Müdafiə nazirliyinin Hüquq İdarəsi məni öz sahəsi üzrə niyə maarifləndirməyib? Əgər vəzifəli şəxslər öz vəzifə borcunu tam yerinə yetirsəydi və Ali Baş Komandanın vəzifəli şəxslərin qarşısına qoymuş olduğu tapşırığına əsasən, (“hər bir məmur öz sahəsi üzrə öna müraciət etmiş vətəndaşları maarifləndirməlidir”) vəzifəli şəxslər mənə öz sahəsi üzrə maarifləndirsəydi, məndə vaxt kəsiyinin olduğunu bilərdim. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020 nömrəli iş üzrə qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. Belə ki, hazırki iddianın xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş üzrə iddiaçının hazırki tələblə cavabdeh inzibati orqana müraciət etməsi və sonuncunun bundan imtina etməsi barədə sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin: -2.2.N-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: -24.N-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən N5 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında ona şikayət verilməsi üçün müddətin olması barədə məlumat verilməməsi barədə dəlilini məhkəmə əsassız sayır. İddiaçıya mübahisələndirdiyi Müdafiə nazirinin xx xxxxxxxx 20N7-ci il tarixli, 0432 nömrəli xidmət yerinin dəyişdirilməsi barədə əmri elan edilmiş, o, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin N56-cı maddəsinin “j” bəndinə əsasən xx.xx.20N8-ci il tarixdə öz ərizəsinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.20N8-ci il tarixində məhkəməyə müraciət etməklə (ərizə xx.xx.20N8-ci il tarixində məhkəməyə daxil olmuşdur) İPM-in 38.N-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük müddəti üzürsüz səbəbdən ötürmüşdür. Bundan başqa ilk dəfə iddianı məhkəməyə təqdim edərkən, onun ən azından öz ərizəsi ilə ehtiyata buraxılmasından xəbəri olmuş, lakin onda həmin əmri mübahisələndirməmiş, yanlız xx.xx.20N9-cu il tarixində iddianın dəyişdirilməsi barədə ərizə verəndə ləğv edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.N-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmiş, əmrlərdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 200N-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 35.3-cü maddəsinə əsasəniddianınmümkünsayılmaması barədə məhkəmə qərardadqəbuledir. N6.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmədən birbaşa məhkəməyə müraciət etdiyindən, habelə cavabdeh tərəfindən hüquq və qanunla qorunan maraqlarının pozulması hallarını əsaslandırmadığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-N(NN6)-NN/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən N0 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar