Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-187/2021 26.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)- 47/2021 saylı qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1974-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 28 iyun N2-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışdır. Bakı hərbi polisində hərbi xidmət keçmişdir. 23 iyul N2-ci il tarixdə Bakıdan Ağdam rayonuna oradan Fizuli rayonuna gətirilmişdir. Hadrut, Martuni istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin fevral ayı tarixində Ağdərə, Mehmanə, Çıldıran yüksəkliyi, Aterk kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin ilin fevral ayının sonlarında Bakı şəhərinə hərbi hissəyə qaytarılmışdır. N2-ci il 01 iyulda Fizuli rayonuna gətirilmişdir. Bundan bir neçə ay sonra Bakı şəhərinə gətirilmişdir. N saylı hərbi hissənin tərkibinə keçirilmiş, N6-cı ilin avqust ayında hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdə çavuş olmuşdur. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi sənədlərdə qeyd edilmiş, lakin hərbi biletini Rusiyada itirmişdir. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı sənədi ala bilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin təqdim etdiyi 19.06.2019-cu il tarixli arayışında Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi qeyd edilmiş, sadəcə olaraq həmin vaxt sənədlərdə adı, soyadı və ata adı kiril əlifbası ilə rus dili versiyasında qeyd edilmişdir. Həmçinin arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı şəxsi heyətin siyahılarından çıxarılması barədə məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan 19.07.2019-cu il tarixdə verilmiş cavab məktubunda qeyd edilmişdir ki, "Respublika Hərbi Prokurorluğunda və ərazi hərbi prokurorluqlarında cinayət işi istintaq edilməsi və ya təqsirləndiricı material olması yoxdur" İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 04.11.2019-cu il tarixli məktub ilə bundan imtina etmişdir. İddiaçı 09.06.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında ərizə icraata qəbul olunmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən. Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N5-ci il tarixli 216 nömrəli Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «1988-ci il fevralın 1-dən N1-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin 1-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edilir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman 07.03.N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar arxiv sənədlərində aşkar olunmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)-47/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Tərəfimizdən işin tam və hərtəfli araşdırılması üçün Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmiş, Arxiv tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya təqdim edilmiş və iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas olmuş 07 iyul 2020-ci il tarixli arayışın surəti təqdim edilhıişdir. Arxiv arayışında N mart N4-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmadığı üçün İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.Bu fakt isə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsinin dayandırılmasını təsdiq etməklə müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq hüququnu istisna edir. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış iddia tələbi əsassız olaraq təmin edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 27.01.2021-ci il tarixli, 2-1(116)-47/2021 nömrəli qərarının ləğv edilməsi və iddanın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 19.07.2019-cu il tarixli, Qarabağ Hərbi Prokurorluğunun 27.12.2019-cu il tarixli, Füzuli Hərbi Prokurorluğunun 17.01.2020-ci il tarixli məktublarında görünür ki, İddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. -Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 19.06.2019-cu il tarixli 9/2-8344 nömrəli arxiv arayışında aşağıdakı xüsusatlar qeyd edilir: -Hərbi komissarlıqdan həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş İddiaçı Hərbi Polis İdarəsi rəisinin 30 iyun N2-ci il tarixli 33 №-li əmrilə (əsas: §1, səh-24, sıra-3) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmişdir. - Müdafiə nazirinin xüsusi sərəncamına əsasən, Hərbi Polis İdarəsi rəisinin 29 iyul N2ci il tarixli 62 №-li əmrilə (əsas: §-4, səh-47, sıra-50, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərinə göndərilmək üçün yaradılmış operativ qrupun şəxsi heyətin siyahısında sıravi Саадов Д.А oğlunun adı vardır. -Hərbi Polis İdarəsi rəisinin 20 yanvar N3-cü il tarixli 19 №-li əmrində (əsas: §-9, səh- 44, sıra-47, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Ağdam şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması və 26 fevral N3-cü il tarixli 46 №li əmrində (əsas: §-3, səh-14, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) Ağdam şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. -Hərbi Polis İdarəsi rəisinin 07 aprel N3-cü il tarixli 81 №-li əmrində (əsas: §-2, səh-72, sıra-9, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А" yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilməsi və 08 iyun N3-cü il tarixli 139 №-li əmrində (əsas: §-4, səh-54, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А ” yazılmışdır) Fizuli şəhərindən, döyüş əməliyyatları bölgəsindən, xidməti ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. -Hərbi Polis İdarəsi rəisinin 30 iyun N3-cü il tarixli 156 №-li əmrində (əsas: §-4, səh-20, sıra-6, əmrdə adı və atasının adı tam yazılmamışdır, rus dilində “Саадов Д.А” yazılmışdır) sıravi İddiaçı Fizuli şəhərinə, döyüş əməliyyatları bölgəsinə xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. -Hərbi Polis İdarəsi rəisinin 26 fevral N4-cü il tarixli 49 №-li əmrilə (əsas: §-7, səh4, sıra-9, əmrdə adı “Cabar” yazılmışdır) həqiqi hərbi xidmətini davam etdirmək üçün sıravi X3 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq N №-li hərbi hissəyə göndərilmişdir. -N №-li hərbi hissə komandirinin N mart N4-cü il tarixli 58 №-li əmrilə (əsas: §1.3, səh- 1, sıra-1, əmrdə soyadı “Saatdov” yazılmışdır) X1 şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınaraq mühafizə bölüyünə atıçı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin avqust N6-cı il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. -SHXÇDX Ucar Rayon Şöbəsinin 29.12.2019-cu il tarixli 1162 nömrəli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasından müəyyən edilir ki, o, 07.03.N4-cü il tarixdən 15.04.N5-ci il tarixədək N nömrəli hərbi hissədə, 20.04.N5-ci il tarixdən 15.08.N6-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Şöbənin 23.06.2020-ci il tarixli 423 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının qeydiyyat kartasındakı qeydlər NZ-6010377 nömrəli 20.06.N2-ci il tarixli hərbi bilet əsasında aparılmışdır. -Şəki şəhər (rayon) polis şöbəsinin 04.01.2020-ci il tarixli 189182-1220 nömrəli məktubu və ona əlavə edilmiş “2 saylı əlavə”dən görünür ki, İddiaçı barəsində cinayət məsuliyyətinə cəlb olunma barədə heç bir məlumat yoxdur. -Müdafiə Nazirliyinin 25.07.2020-ci il tarixli 9/2-7028 nömrəli məktubuna əmrlərdən çıxarışlar əlavə edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 30.06.N2-ci il tarixli 33 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həqiqi hərbi xidmət üçün hərbi komissarlıqdan göndərilmiş, həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 29.07.N2-ci il tarixli 62 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən Ağdam şəhərinə ezamiyyətə göndərilmiş və 3 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 20.01.N3-cü il tarixli 19 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş, həmin tarixdən qazan təminatından çıxarılmış və 1 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 26.02.N3-cü il tarixli 46 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Ağdam rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 07.04.N3-cü il tarixli 81 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna xidməti ezamiyyətə göndərilmişdir.0 Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 08.06.N3-cü il tarixli 139 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatına götürülmüşdür. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 30.06.N3-cü il tarixli N nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı xidməti ezamiyyətdən döyüş əməliyyatları aparılan Füzuli rayonuna gəlmiş və həmin tarixdən qazan təminatından çıxarılmış və 2 günlük quru qida ilə təmin edilmişdir. Məktuba əlavə edilən Hərbi Polis İdarəsi rəisinin 26.02.N4-cü il tarixli 49 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilmiş, 25.02.N4-cü il tarixdən şəxsi heyətin siyahısında bütün növ təminatlardan çıxarılmışdır. Məktuba əlavə edilən N nömrəli hərbi hissə komandirinin 07.03.N4-cü il tarixli 58 nömrəli əmrindən çıxarışdan müəyyən edilir ki, N nömrəli hərbi hissədən gəlmiş iddiaçı həmin tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatlara əlavə edilmişdir. Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 12.10.2020-ci il tarixli 9/2-10028 nömrəli məktubundan görünür ki, xidmətini davam etdirmək üçün N №li hərbi hissədən gəlmiş, Ucar RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü sıravi X2 N №-li hərbi hissə komandirinin 20.04.N5-ci il tarixli 110 №-li əmrilə (əsas: səh 36, § 1, sıra 5) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək 3 MAT-un 1-ci bölüyünün 3-cü tağımında atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə nazirinin 24.06.N6-cı il tarixli 141 №-li əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün xx.xx.1974-cü il təvəllüdlü, 3 MAT-un manqa komandiri sıravi X2 N №-li hərbi hissə komandirinin 15.08.N6-cı il tarixli 228 №-li əmrilə (əsas: səh 28, § 3, sıra 64) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ucar RHK-na göndərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət əleyhinə cinayət törətməməsi, hərbi xidmət dövründə cinayət məsuliyyətinə cəlb olunmaması, döyüş əməliyyatları aparılan hərbi hissələrə ezam olunması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordudan tərxis olunması yuxarıda qeyd olunan arxiv arayışları ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçıya veteran adının verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını təmin etməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2-1(116)-47/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-187/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-187/2021
26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver