Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-187/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2348/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciə edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım edilərək cavabdeh orqanın düzgün qeyd edilmədiyi izah edilmişdir.
3. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qeyd etmişdir.
4. xx.xx.2023-cü il tarixli 2-1(116)-2348/2023 nömrəli qərardadı ilə cavabdehin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfindən 03 may N68-ci il tarixdə həqiqi hərbi xidmət keçmək üçün çağırılmış və 18 may N68-ci ildən 6 iyun N70-ci il tarixə kimi keçmiş SSRİ-nin N saylı hərbi hissəsində sıravi sürücü kimi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi N saylı hərbi hissə N avqust N68-ci ildən 12 noyabr N68-ci ilədək keçmiş Çexoslovakiya Respublikasının ərazisində yerləşdirilmişdir. Hərbi hissənin xidmət kitabçasında göstərilmişdir: «N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam döyüş hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini keçmək və qardaş Çexoslovakiya xalqına sosializmin müdafiəsində kömək etmək əmri verildi». Bundan başqa hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində göstərilmişdir: Zabitlər, serjantlar və əsgərlər qardaş Çexoslovakiya xalqına daxili əksinqilabi qəsdlərdən müdafiə üçün mərdlik və ləyaqətlə kömək göstərirlər. xx.xx.N68-ci il tarixli N saylı əmrdə isə hərbi hissənin şəxsi heyətinin özünün vətənpərvərlik və beynəlxalq borcunu şərəflə yerinə yetirməsi göstərilmişdir. SSRİ Müdafiə Nazirinin əmri ilə bütün şəxsi heyətə təşəkkür elan edilmişdir. Göründüyü kimi məhkəməyə təqdim etdiyi sənədlərdə onun Çexoslovakiya Respublikasının ərazisində aparılan hərbi əməliyyatlarda iştirak etməyi təsdiq olunur. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə ərizə ilə cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir.
6. Cavabdeh orqan iddia tələbinə münasibətində bildirmişdir ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sonuncu dəfə 20N-cu ildə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır".
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, bu iş üzrə iddia müddəti ötürüldüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 dekabr 2023-cü il tarixli, 2- 1(116)-2348/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
10. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi qərarında Rusiya Federasiyası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018ci il tarixli xx/xx-6960 nömrəli arxiv sənədin sübut və dəlil kimi götürərək iddia tələbini təmin etmişdir. Həmin sənəddən görünür ki, N49-cu il təvəllüdlü İddiaçı hərbi xidmət keçməsi məsələsi ilə bağlı məlumatların tələb edilməsi haqqında sorğuya görə o, 3 may N68-ci il tarixində Azərbaycan SSR Mingəçevir ŞHK tərəfindən orduya çağırılıb. 18 may N68-ci ildən (120 nömrəli əmr) 6 iyun N70-ci il tarixinə kimi (133 nömrəli əmr) N saylı sahə poçtu hərbi hissəsində motoatıcı alayının sürücüsü vəzifəsində “siravi” hərbi rütbəsində həqiqi hərbi xidmət keçmişdir. N avqust N68-ci ildən 12 noyabr N68-ci il tarixədək ÇSSR ərazisində N saylı sahə poçtu hərbi hissəsində yerləşdirilmişdir. N saylı sahə poçtu hərbi hissəsinin N68-ci illər tarixi üzrə xidmət kitabçasında deyilir: “N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini keçmək və sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək əmri verildi”. N saylı sahə poçtu hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində deyilir: “...zabitlər, çavuşlar və əsgərlər cəsarət və ləyaqətlə qardaş Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək edirlər”. N saylı sahə poçtu hərbi hissə komandirinin N noyabr N68-ci il tarixli N saylı əmrində deyilir: “...Hissənin şəxsi heyəti vətənpərvərlik və milli borcunu şərəflə yerinə yetirir”. SSRİ Müdafiə Nazirinin 17 oktyabr N68-ci il tarixli 242 nömrəli əmrinə görə Çexoslovakiyada sosialistik fəthlərin müdafiəsi üzrə milli borcun yerinə yetirməkdə iştirak edən bütün şəxsi heyətə tapşırıqların mükəmməl icrasına görə minnətdarlıq elan edilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin arxiv sənədində İddiaçı Sovet Ordusunun N saylı hərbi hissəsinin tərkibində Çexoslovakiya Respublikasına ezam olunmasına və bilavasitə hərbi münaqişəda iştirak etməsinə dair hər hansı qeyd mövcud olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2348/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmamasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)- 2348/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və 7 mart 2024-cü il tarixli məhkəmə iclasında teleqramla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
14. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2021-ci il tarixli A/3234 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli məktubuna əlavə olunmuş, Rusiya Federasiyası Ədliyyə Nazirliyi "xxxx" X1 Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlıq idarəsi müdirinə ünvanlamış Rusiya Federasiyası MN Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli xx/xx-6960 №-li məktubundan görünür ki, N49-cu il təvəllüdlü İddiaçı hərbi xidmət keçməsi məsələsi ilə bağlı məlumatların tələb edilməsi haqqında sorğuya görə o, 3 may N68-ci il tarixində Azərbaycan MSSR Mingəçevir ŞHK tərəfindən orduya çağırılıb. 18 may N68-ci ildən (120 №-li əmr) 6 iyun N70-ci il tarixinə kimi (133 №-li əmr) N saylı sahə poçtu hərbi hissəsində motoatıcı alayının sürücüsü vəzifəsində “siravi” hərbi dərəcəsində həqiqi təcili hərbi xidmət keçmişdir. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 834301 s, iş 1, vərəq 2 ob; siyahı 950128, iş 9, vərəq 43 ob. N avqust N68-ci ildən 12 noyabr N68-ci il tarixədək ÇSSR ərazisində N saylı sahə poçtu hərbi hissəsində yerləşdirilib. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 820209s, iş 2, vərəqlər 133, 150, siyahı 980817, iş 1, vərəqlər 77, 79v. N saylı sahə poçtu hərbi hissəsinin N68-ci illər tarixi üzrə xidmət kitabçasında deyilir: N avqust N68-ci ildə diviziyanın tərkibində olan alay tam hazırlıq vəziyyətinə gətirildi və ÇSSR-in dövlət sərhədini keçmək və sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək əmri verildi”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 980817, iş 1, vərəq 227. N saylı sahə poçtu hərbi hissə komandirinin N sentyabr N68-ci il tarixli 71 saylı əmrində deyilir: “...zabitlər, çavuşlar və əsgərlər cəsarət və ləyaqətlə qardaş Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək edirlər”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 932520, iş 4, vərəq 144. imza var, Möhür var, Ştamp var N saylı sahə poçtu hərbi hissə komandirinin N noyabr N68-ci il tarixli N saylı əmrində deyilir: “...Hissənin şəxsi heyəti vətənpərvərlik və milli borcunu şərəflə yerinə yetirir”. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 6131, siyahı 932520, iş 4, vərəq 186. SSRİ Müdafiə Nazirinin 17 oktyabr N68-ci il tarixli 242 nömrəli əmrinə görə Çexoslovakiyada sosialistik fəthlərin müdafiəsi üzrə milli borcunu yerinə yetirməkdə iştirak edən bütün şəxsi heyətə tapşırıqların mükəmməl icrasına görə minnətdarlıq elan edildi. Ad siyahısı əlavə edilməyib. Əsas: Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Administrasiyası, fond 2, siyahı A-49335, iş 17, vərəqlər 413-414.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin: 1-ci hissəsinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən; 2-ci hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinciyeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. N. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə N.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iştirak etdiyi hərbi münaqişə - N avqust N68-ci ildə başlanan və “Dunay əməliyyatı” adlanan X2 qoşunlarının Çexoslovakiyaya daxil olması və işğalı ilə nəticələnmiş beynəlxalq silahlı münaqişə olmuşdur. Sovet mənbələrində baş vermiş hərbi münaqişə “Çexoslovakiya xalqına daxili əksinqilabın qəsdindən kömək etmək, sosializmi fəth etməkdə qardaş Çexoslovakiya xalqına kömək etmək kimi” qələmə verilsə də, faktiki olaraq sözügedən hadisələrin hərbi münaqişə olması mübahisəsizdir. Sadəcə Çexoslavakiyanın hərbi müqavimət gücü olmadığından və Çexoslavakiya ordusuna müqavimət göstərməmək əmri verildiyindən SSRİ və müttəfiqlərinin qoşunları silah tətbiq etmədən işğalı başa çatdıra bilmişlər. Belə olan halda məhkəmə hesab edir ki, istinad olunan Əsanmənin tələblərinə uyğun olaraq iddiaçının başqa ölkələrin ərazisində gedən hərbi münaqişədə hərbi birləşmənin tərkibində iştirak etməsi sübuta yetirildiyindən cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinin əsasını iddiaçının hərbi münaqişədə iştirak etməsinin öz təsdiqini tapmaması təşkil edir.
27. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş arxiv sənədində İddiaçı Sovet Ordusunun N saylı hərbi hissəsinin tərkibində Çexoslovakiya Respublikasına ezam olunmasına və bilavasitə başqa ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsinə dair hər hansı qeyd mövcud olmamışdır.
28. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən,ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin,Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahl qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin ikinci yarımbəndində əsasən, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən müharibə veteranı adı verilir.
30. Beləliklə, İddiaçı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğu kimi başqa bir ölkənin ərazisində gedən məhəlli müharibə və hərbi münaqişədə iştirak etməsi sübut olunmur.
31. Yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır.
32. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
33. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2-1(116)-2348/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.