Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-188/2022 07.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-722/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********0 nömrəli imtinasının qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı yaşa görə əmək pensiyasının ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla bundan imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir.
3. İddiaçının təqdim etdiyi xx.xx.1970-ci il tarixində tərtib edilmiş əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən sığorta stajı 20 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11.807,6 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir.
4. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.
5. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X14 Filialının xx.xx.2021-ci il tarixli 179 saylı arxiv arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi “Soyuq Bulaq” X6 əmr kitabları və əməkhaqqı cədvəlləri X14 filialına təhvil verilmədiyi üçün həmin dövrün araşdırılması mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir.
6. İddiaçı hesab etmişdir ki, cavabdehin imtinası əsassız olduğundan ləğv edilməli və ona yaşa görə əmək pensiyası təyin olunmalıdır.
7. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən aparılan inzibati araşdırma zamanı inzibati orqan tərəfindən Milli Arxiv İdarəsinin X14 filialına verilmiş sorğuya xx.xx.2021-ci il tarixli, 179 nömrəli cavab məktubunda Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir.
8. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır.
9. Maddənin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İş materiallarına əsasən, Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əmək haqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilmir.
10. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
11. Göründüyü kimi, iddiaçı tələb olunan (25 il) sosial sığorta stajına, eyni zamanda tələb olunan (28800 manat) pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək qeydlər istisna olmaqla) və H3 № ******* nömrəli hərbi biletə əsasən 20 il sosial sığorta stajı mövcuddur. Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir.
12. Məlumat üçün bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.
13. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.
14. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “cavabdehin xx.xx.2021-ci il tarixli **********0 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
16. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 may 2022-ci il tarixli 2- 1(116)-722/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır.
18. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Milli Arxiv İdarəsinin X14 filialına verilmiş sorğuya xx.xx.2021-ci il tarixli 179 nömrəli cavab məktubunda Şəki X4 Birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər vətəndaşın sosial sığorta stajına daxil edilməmişdir. Qeyd edilmişdir ki, iddiaçının mübahisəli olmayan sığorta stajı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək işlədiyi 2 il 5 ay 20 gün, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək işlədiyi hərbi xidmət keçdiyi 1 il 11 ay 15 gün, xx.xx.1974-cü il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi 6 il 10 ay 28 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 1 il 1 ay 2 gün, xx.xx.1984cü il tarixdən xx.xx.1985-ci il tarixədək işlədiyi 11 ay 1 gün, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək işlədiyi 1 il 3 ay 14 gün, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi müddətdir ki, ümumilikdə 20 il 20 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illər 7 il 9 ay 15 gün təşkil edir. Beləliklə, iddiaçının Şəki X4 Birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyinə görə inzibati orqan tərəfinfən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqından sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)- 722/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-722/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)- 722/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. - ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək hərbi xidmət keçmişdir. - Əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilədək Şəki “Soyuq-Bulaq” X1rovulçu, xx.xx.1992-ci ildən xx.xx.1999-cu ilədək isə elektrik vəzifəsində işləmişdir. - “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” internet vergi idarəsindən çıxarışdan görünür ki, “Soyuq-Bulaq” X9 xx.xx.1995-ci ildə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X2r. - Şəki “Soyuq-Bulaq” X6 xx.xx.2021-ci il tarixli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1999-cu ilədək “Soyuq Bulaq” X7 müxtəlif vəzifələrdə işləmişdir. - İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə V.İ.Lenin adına X13 işləmiş, ordu sıralarına getdiyi üçün vəzifəsindən azad edilmişdir (2 il 5 ay 20 gün); xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmət keçmişdir (1 il 11 ay 15 gün); xx.xx.1974-cü il tarixdə V.İ.Lenin adına Şəki ipək kombinatının boyaq-bəzək istehsalatında fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə həmin istehsalatda hazır parça üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinə əsasən (öz ərizəsinə əsasən) işdən azad edilmişdir (6 il 10 ay 28 gün); xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Şəki meşə təsərrüfatında fəhlə işləmişdir (1 il 1 ay 2 gün); xx.xx.1984-xx.xx.1985-ci illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin baş müxanika şöbəsinə dülgər vəzifəsində işləmişdir (11 ay 1 gün); xx.xx.1985-xx.xx.1986-cı illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin barama açan istehsalatında fəhlə, dülgər işləmişdir (1 il 3 ay 14 gün).
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
25. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
26. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndi. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
29. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.
30. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
32. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-722/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
33. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
34. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
35. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, iddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə V.İ.Lenin adına X13 işləmiş, ordu sıralarına getdiyi üçün vəzifəsindən azad edilmişdir (2 il 5 ay 20 gün); xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmət keçmişdir (1 il 11 ay 15 gün); xx.xx.1974-cü il tarixdə V.İ.Lenin adına Şəki ipək kombinatının boyaq-bəzək istehsalatında fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə həmin istehsalatda hazır parça üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Əmək Məcəlləsinə əsasən (öz ərizəsinə əsasən) işdən azad edilmişdir (6 il 10 ay 28 gün); xx.xx.1983-xx.xx.1984-cü il tarixlərdə Şəki meşə təsərrüfatında fəhlə işləmişdir (1 il 1 ay 2 gün); xx.xx.1984-xx.xx.1985-ci illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin baş müxanika şöbəsinə dülgər vəzifəsində işləmişdir (11 ay 1 gün); xx.xx.1985-xx.xx.1986-cı illərdə V.İ.Lenin adına Şəki istehal ipək birliyinin barama açan istehsalatında fəhlə, dülgər işləmişdir (1 il 3 ay 14 gün). Göstərilən illər üzrə iddiaçının iş stajları (cəmi 14 il 7 ay 20 gün) cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, cavabdeh tərəfindən iddiaçının xx.xx.1986-xx.xx.1992-ci illərdə “Soyuq Bulaq” X1rovulçu işlədiyi dövrə münasibətdə həmin iş stajının mübahisələndirilməsi ilə bağlı etiraz təqdim olunmamışdır (cəmi 5 il 5 ay 0 gün). Cavabdeh Şəki X4 birliyinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyini əsas gətirərək vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əmək haqqı alıb-almadığını və əmək haqqından sosial sığorta haqlarının tutulubtutulmaması yoxlanıla bilmədiyi üçün həmin müəssisədə xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi illəri vətəndaşın sosial sığorta stajına daxil etməmişdir.
37. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının 4 və 5-ci səhifələrində aparılmış qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdə 54 nömrəli əmrlə Şəki “Soyuq Bulaq” turist bazasında elektrik peşəsinə işə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdən öz ərizəsinə əsasən 31 nömrəli əmrlə işdən azad edilmişdir.
38. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Soyuq Bulaq X9 vergi ödəyicisi kimi, xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Müstəqillik əldə etdikdən sonra dövlət qeydiyyatına alınmış, Qanuni təmsilçisi kimi “X5” göstərilmişdir. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1986, xx.xx.1991, xx.xx.1992-ci il tarixlərdə aparılmış qeydlərin təsdiq edilməsi ilə bağlı imzalar da, Ş.Hacıağayevə aiddir. X4 Birliyinə reyestrdən son dəfə çıxarış xx.xx.2017-ci il tarixdə verilmişdir.
39. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək X4 Birliyində işləməsinə dair aparılmış qeydlərin qeyrimötəbər olmasına istinad edilsə də, bunu təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim olunmamışdır.
40. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Soyuq Bulaq X7 əmək fəaliyyəti dövrü ona məxsus əmək kitabçasında göstərilmiş, işə daxilolma və işdən çıxmasına dair müvafiq əmrlər qeyd edilmiş və möhürlə təsdiq edilmişdir. Eyni zamanda iddiaçının həmin müəssisədə xx.xx.1986-xx.xx.1992-ci illərdə işləməsinə dair qeydlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bu isə, iddiaçının əmək kitabçasında aparılmış həmin müəssisədə işləməsinə dair qeydlərin mötəbərliyinə olan şübhəni aradan qaldırmaqdadır.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilməmiş 20 il 0 ay 20 gün iş stajının üzərinə xx.xx.1986-xx.xx.1992-ci illərdə X4 Birliyində işlədiyi 07 il 09 ay 15 gün iş stajını əlavə etdikdə cəmi 27 il 10 ay 5 gün müddət edir ki, bununla da da tələb olunan 25 il müddət tamamlanmış olur. Beləliklə, ayrı-ayrılıqda dəqiq hesablanmaqla iddiaçının hərbi xidmət müddəti nəzərə alınaraq, məhkəmə tərəfindən işin hallarına qiymət verilərək iddiaçının toplam iş stajını 27 il 10 ay 5 gün olaraq müəyyən edir.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanuna əsasən, 1 iyul 2021-30 iyun 2022-ci il dövr aralığında kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. İddiaçı tərəfindən isə ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə çıxış edildiyi nəzərə alınsa, qeyd olunmalıdır ki, iddiaçı əmək pensiyasının təyin olunması üçün yaş həddi tələbinə cavab verməkdədir.
43. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
44. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.
45. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.
46. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçının ilkin müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli 2-1(116)-722/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.