Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-189/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının səhhətində təxminən 2006-ci ilin əvvələrində səhhətində problemlər yaranmış, bu məqsədlə müayinə və müalicə olunmaq üçün həkimə müraciət etmişdir. Müayinə zamanı böyrəklərində daşların olması müəyyən edilmiş və ona “xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” diaqnozu qoyulmuşdur. Həkimlərin məsləhəti ilə bir müddət müalicə olunsa da, xəstəliyi tam sağalmamış, ömrünün sonuna qədər sözügedən xəstəliklə mübarizə aparacağını bildirmişlər. Xəstəliyi ilə əlaqədar 15.07.2016-cı il tarixdən Göyçay rayon Mərkəzi Xəstəxanasında qeydiyyata alınaraq, ambulator, eləcə də stasionar qaydada müalicə olunmuşdur. 21.07.2016-cı il tarixdən 06.08.2016-cı il tarixədək stasionar qaydada Göyçay rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, əlillik təzahürlərinin olması müəyyən edilmiş, bu səbəbdən 07.10.2016-cı il tarixdə Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi göndərilmiş, həmin göndəriş əsasında cavabdeh qurum “böyrək daşları, börək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən əziyyət çəkdiyini təsdiq edərək, ona 10.10.2016-cı il tarixdən İİ qrup əlillik təyin etmiş və pensiya təyin edilməsi üçün zəruri sənədləri DSMF-nın Göyçay rayon Şöbəsinə göndərmişdir. 18.03.2019-cu il tarixdə cavabdeh qurum 07.10.2016-cı il tarixli 0276003AAEYS nömrəli göndəriş vərəqəsi əsasında əlillik dərəcəsini təyin etməkdən imtina etmiş, imtinasının səbəbi kimi diaqnozun əlillik əlamətini təyin etməyə imkan vermədiyini göstərmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “böyrək daşları, böyrək daşı xəstəliyi, digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyinə görə ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 07.10.2016-cı il tarixli göndərişdə əsas diaqnoz kimi böyrək daşları, böyrək daşı xəstəliyi, ağırlaşma kimi digər xroniki tubulointerstisial nefritlər, tez-tez kəskinləşən xroniki pielonefrit, xroniki böyrək xəstəliyi İİ mərhələ göstərilmişdir. Göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİ qrup əlilliyin təyin edilməsinə əsas kimi müəyyən edilmişdir. Cavabdeh imtina qərarında qiymətləndirmə tarixini 17.11.2016-cı il tarix qeyd etsə də, Göyçay rayon Mərkəzi Xəstəxanasının 07.10.2016-cı il tarixli göndərişindən, eləcə də cavabdehin 10.10.2016-cı il tarixli iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin etməsi barədə qərarından görünür ki, Göyçay rayon Mərkəzi Xəstəxanasında göndərişin rəsmiləşmə tarixi 07.10.2016-cı il tarix, etibarlılıq müddəti 07.11.2016-cı il tarix, göndəriş əsasında qiymətləndirilmənin keçirildiyi tarix isə 10.10.2016-cı il tarix göstərilmişdir. Göründüyü kimi cavabdeh əsassız və qanunsuz olaraq, Göyçay rayon Mərkəzi Xəstəxanasının 07.10.2016-cı il tarixli göndərişinin etibarlılıq müddəti bitdikdən sonra, qiymətləndirmə aparmışdır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X4 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2. bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı effektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmiş, İddiaçı hüquqlarını məhdudlaşdıracaq heç bir hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı Azərbaycan Respublikasında aldığı travma ilə bağlı səhhətində ağırlaşma olduğu halda səhiyyə müəssisəsi tərəfində müayinə edildikdən sonra göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 07 may 2020-ci il tarixli, 2-1(116)- 103/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17.11.2016-cı il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2-1(107)- 263/2020 saylı qərarı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 07 may 2020-ci il tarixli 2-1(116)-103/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2-1(102)-357/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2-1(107)-263/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 07 may 2020-ci il tаrixli, 2-1(116)-103/2020 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə materialları tam araşdırmamış və düzgün qərar qəbul etməmişdir. Ona görə də məhkəmənin qərarı əsassızdır və ləğv edilməlidir. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0276003AAEWN saylı göndərişi əsasında 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndəriş əsasında X4 qiymətləndirmə aparılmışdır. Qeyd olunan göndərişdə xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri qeyd edilmədiyinə görə əlillik təyinatı mümkün olmamış və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0276003AAEYS saylı göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir. Əlilliyin müəyyən edilməsi zamanı TSEK tərəfindən heç bir hüquq pozuntusuna yol verilməmişdir. İddiaçı əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 may tarixli 2-1(116)103/2020 saylı iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2020ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin materiallara AZE seriyalı 0******* nömrəli vətəndaşın Şəxsiyyət Vəsiqəsinin surəti, 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının 10.10.2016-cı il tarixli xxxxxxx0001 nömrəli məlumatı, 0276003AAEYS nömrəli, 0276003AAEWN nömrəli Göndərişləri, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.10.2019-cu il tarixli **********3 nömrəli, 09.04.2019-cu il tarixli **********4 nömrəli məktubları, 04.12.2019-cu il tarixli Çıxarış, Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi X2 şəxsinin 13.01.2020-ci il tarixli 61 nömrəli məktubu, ƏƏSMN 20 saylı TibbiSosial Ekspert Komissiyasının 09.01.2020-ci il tarixli 1 nömrəli məktubu aiddir. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edildmiş ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.10.2019-cu il tarixli **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti 10.10.2016-cı il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İş materiallarına əlavə edildmiş Tibbi Ərazi Bölmələrini X3 Rayon Mərkəzi X2 şəxsinin 13.01.2020-ci il tarixli 61 nömrəli məktubundan görünür ki, İddiaçı 15.07.2016-cı il tarixdən “Böyrək daşı xəstəliyi, kalkulyoz pielonefrit, böyrək çatışmazlığı İİ mərhələ” diaqnozu ilə qeydiyyatdadır və xəstəyə imtina cavabı etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir. İş materiallarına əlavə edildmiş 0276003AAEYS nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 07.11.2016-cı ildə bitmişdir. İş materiallarına əlavə edildmiş 0276003AAEWN nömrəli göndərişdən görünür ki, sənədin etibarlılıq tarixi 10.10.2016-cı ildə bitmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin hallarından müəyyən olunur ki, mübahisəli 17.11.2016-cı il tarixli qərar etibarlılıq müddəti bitmiş sənəd əsasında verilmiş və bu barədə vətəndaşa heçbir məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmələr tərəfindən cavabdeh inzibati orqana göndərilərək, mübahisəli qərarın qəbul olunmasına səbəb olmuş hallar və səbəblər barədə məlumat verməsi tələb olunsa da, cavabdeh tərəfindən iddianın əsassızlığına, mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna dair sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2.6-cı bəndə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) zamanı ikinci dərəcə əlillik təyin edilir. İddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” (bundan sonra –TSEK və göndərişə baxılan dövrdə Əsasnamə qüvvədə olmuşdur)Əsasnamənin: 1.2-ci bəndinə əsasən,TSEK öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnaməni, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur. 1.3-cü bəndinə görə, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. 1.5-ci bəndinə görə, əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən müəyyən edilir. 4.1-ci bəndinə əsasən, Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bəndinə görə, Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.3-ci bəndinə əsasən Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. 4.6-ci bəndinə görə, Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. 4.7-ci bəndinə əsasən Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. 4.8-ci bəndinə əsasən TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. 4.9-cu bənd. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X1 (bundan sonra - TSERAS) ötürülür. 4.9-1-ci bənd. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yuxarıda sadalanan qaydalara görə, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət (cavabdeh) müəyyən edir. Göründüyü kimi, şəxsin, hazırkı halda iddiaçının reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını ya TSEK müəyyən etməli, ya da Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən cavabdeh müəyyən etməlidir. Göndərişin icrası ilə bağlı hazırkı vəziyyətdə cavabdeh özünü səlahiyyətli hesab etmiş, bu səbəbdən Əsasnamədə vurğulandığı kimi cavabdeh TSEK-in funksiyalarını həyata keçirməli olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən iddiaçıya dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisəsinə sorğu göndərmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndəriş vermək vəzifəsi daşımışdır. Belə olan halda, TSEK-in vəzifələrini cavabdeh yerinə yetirərək iddiaçı ilə bağlı tibbisosial ekspertiza üçün lazım olan sənədlər barədə Göyçay Rayon Mərkəzi X2 Şəxsə sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir. Göndəriş onlara daxil olduqdan sonra dərhal TSEK-ə göndərilməsi və bu səbəbdən göndəriş daxil olduqdan sonra cavabdehin hər hansı araşdırma aparmaq səlahiyyəti olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin 4.9-1-ci bəndinə görə adsızlaşdırılmış göndərişləri dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə göndərilir. Lakin cavabdeh ona daxil olan göndərişi dərhal TSEK-ə göndərməmiş, göndərişlə bağlı özü qərar qəbul etmişdir. Belə olan halda, yuxarıda qeyd edildiyi kimi, reabilitasiya imkanlarının qiymətləndirilməsində cavabdeh özünü səlahiyyətli hesab etmiş, lakin səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2020-ci il tarixli 2-1(116)-103/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-189/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-189/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver