Məhkəmə qərarları › İş №2-1(107)-189/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-189/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-189/2022 13.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təkrar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini müəyyən edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)-202/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat N. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə müraciət edərək, təkrar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini müəyyən edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə xidmətə başlamış və xx.xx.N992ci ildən xx.xx.N994-cü il tarixinədək Ağdam rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N996-cı il tarixdə qanuni əsaslarla Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmışdır. İddiaçıya veteran vəsiqəsi verilmiş və veteranlar üçün nəzərdə tutulmuş sosial müavinəti almışdır. İddiaçı ona verilən veteran vəsiqəsini itirdiyi üçün təkrar verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmiş və iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.202N-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddianın birinci hissəsi faktın tanınması ilə bağlı olduğundan inzibati məhkəmələrə aid deyil və aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır.

4. İddia tələbinin ikinci hissəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyasının məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel N992-dekabr N994-cü il tarixli əmrlərində hərbi hissəyə daxil olmağı və xidməti barədə məlumat aşkar olunmadığından ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün deyil.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin, hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

6. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 27 aprel 2022-ci il tarixli 2- N(NN6)-202/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, N992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il arxiv arayışından da məlumdur ki, xx.xx.N992-ci il tarixdə Şəki Rayon Komissarlığı tərəfindən çağırılmış, N nömrəli hərbi hissə komandirinin əmri ilə xx.xx.N992-ci il tarixli əmrində şəxsi heyətin siyahısına daxil edilmiş və xx.xx.N996-cı il tarixli N92 nömrəli əmrinə əsasən tərxis olunmuşdur. Kifayət qədər sübutdur ki, fakt olaraq döyüş əməliyyatlarında iştirak etmiş N nömrəli hərbi hissədə xidmət etmiş və Qarabağ uğrunda gedən qanlı döyüşlərdə iştirak etmiş, onun barəsində heç bir təqsirləndirici material olmamışdır və o cümlədən o, hərbi biletində xx.xx.N992-ci il tarixdən xx.xx.N994cü il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.N998-ci il tarixli M/V seriyalı 023638 nömrəli müharibə veteranı vəsiqəsi və adı verilmişdir. Artıq o, dublikatını tələb etsə də ona heç bir köməklik olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)-202/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

N0. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)-202/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi. NN. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. N2. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). N3. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Hərbi biletin 7-ci səhifəsində qeyd olunur ki, xx.xx.N992-ci ildən xx.xx.N994-cü il tarixə qədər Ağdam cəbhəsində gedən döyüşlərdə N nömrəli hərbi hissədə iştirak etmişdir. Hərbi biletin 3-cü səhifəsində qeyd olunmuşdur ki, xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli arxiv arayışında qeyd edilir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N973-cü il təvəllüdlü İddiaçı Mülayim oğlunun xx.xx.N992-ci il tarixdə Şəki RHK-dan çağırılması, komandirin xx.xx.N992-ci il tarixli əmrində şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən komandirinin xx.xx.N996-cı tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N973-cü il təvəllüdlü, 3-cü MAT-nin hərbi qulluqçusu, pulemyotçu, sıravi İddiaçı Mülahim oğlu ordu sıralarından azad edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N92 nömrəli əmrilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün RHKnın sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin apreldekabr N992-ci il, yanvar-dekabr N993-cü il və yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Mülahim oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202Nci il tarixli məktubunda qeyd edilir ki, döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissə komandirinin aprel-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il tarixli əmrlərində arxiv sənədlərində iddiaçının hərbi hissəyə daxil olması və xidməti barədə məlumat aşkar olunmadığına görə ona “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi mümkün olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilən iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.N992-ci ildən xx.xx.N992-ci ildədək N nömrəli hərbi hissədə, xx.xx.N992-ci ildən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı xx.xx.N996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. - Cavabdehin xx.xx.202N-ci il tarixli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından arxiv çıxarışının təsdiq edilmiş surətindən görünür ki, Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış iddiaçı xx.xx.N992-ci il tarixdən N nömrəli hərbi hissədə xidmətə başlamış, Müdafiə nazirinin N4N saylı xx.xx.N996-cı il tarixli əmrinə əsasən hərbi hissə komandirinin N92 saylı xx.xx.N996-cı il tarixli əmri ilə ordu sıralarından azad olunmuşdur. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı Şəki ŞHK tərəfindən xx.xx.N998-ci il tarixli M/V 023638 saylı “Müharibə veteranı” vəsiqəsi və adı verilmişdir. - DSMF-in 2 saylı X2 tərəfindən göndərilmiş sorğuya cavab məktubundan görünür ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı keçmiş müavinət proqramının məlumat bazasına əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ N4. İnzibati Prosessual Məcəllə: Maddə 80.N. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə N3. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.N. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. N5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 2N5-ci il tarixli 5 nömrəli qərarının: - N.N-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - N.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - N.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - N.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.N-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. N6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2N5-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.N, 6.N, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.N). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.N). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ N7. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

N8. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)-202/2022 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır. N9. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: N) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. 2N. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

22. Belə ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq iddianın mümkünlük şərtlərini yoxlamadan, iddiaçının tələbinin nədən ibarət olmasını araşdırmadan, cavabdehin həmin iddia tələbinə cavab verməli olub-olmamasını yoxlamadan iddia tələbini mümkün saymış, qeyd olunanlarla bağlı iddiaçıya İPM-in N3-cü maddəsinə əsasən yardım göstərməmişdir.

23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (İPM-in 34.N-ci maddəsi) növünə aiddir. Belə ki, baxılan işdə söhbət İPM-in N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in N.N, 2.N, 2.2.3 və 34.N-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir.

25. Belə ki, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddiaçı təkrar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini müəyyən edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını deyil, əslində onun tərəfindən itirmiş olduğu Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 saylı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsini xahiş edir.

26. Eyni zamanda iş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı Şəki şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.N998-ci il tarixli M/V 023638 saylı “Müharibə veteranı” vəsiqəsi və adı verilmişdir.

27. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən apellyasiya şikayətinin tam və hərtərəfli araşdırılaraq obyektiv qərar qəbul edilməsi baxımından İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müaviətin təyin edilibedilməməsi, təyin edilmişdirsə hansı illərdə verilməsi barədə rəsmi məlumatın verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı XN sorğu edilmiş, DSMF-in 2 saylı X2 tərəfindən göndərilmiş sorğuya cavab məktubuna əsasən də bildirilmişdir ki, N973-cü il təvəllüdlü Şəki rayon sakini İddiaçı keçmiş müavinət proqramının məlumat bazasına əsasən, xx.xx.2007-ci il tarixdən xx.xx.2N4-cü il tarixədək bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət almışdır.

28. İddiaçı eyni zamanda məhkəmə kollegiyasının iclasına bildirdi ki, İİ qrup əlilliyə görə pensiya aldığından müharibə veteranı olduguna görə ona ödənilən bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə verilən aylıq müavinətin ödənilməsi dayandırılmışdır.

29. Göründüyü kimi, iddiaçı ilk öncə yanlış müraciətlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, imtina cavabı almış, daha sonra yanlış iddia tələbi ilə birinci instansiya məhkəməsində iddia qaldırmışdır. Belə ki, hazırkı cavabdeh iddiaçının tələbində cavabdehlik daşıyan orqan deyildir. İddiaçının nəzərinə çatdırılır ki, iddiaçı itirmiş olduğu Şəki Şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.N998-ci il tarixli M/V 023638 saylı “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi üçün öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə müraciət etməli idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən müraciətin təmin edilməsindən imtina olunduğu halda, cavabdeh inzibati orqanın həmin qərarını inzibati icraat qaydasında mübahisələndirə bilərdi.

30. Belə ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. 3N. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünü yoxlamadan, İPM-in N2.N, N3, 48.N-ci maddələ rinin tələblərinə riayət etmədən iddiaya mahiyyəti üzrə baxmış, bununla da maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək düzgün nəticəyə gəlməmişdir.

32. Ona görə də Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)- 202/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təkrar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini müəyyən edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2-N(NN6)-202/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “təkrar olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini müəyyən edərək “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən N0 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar